Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   58   59   60   61   62   63   64   65   ...   102

_________Milli Kitabxana_________ 
 
187
 
nın imkanlarından səmərəli istifadə etməklə, geniş xalq kütlələri-
nin məfkurəsində irəliyə doğru əsaslı dəyişiklərin yaranmasını bir 
ümdə məqsədləri hesab edirdilər. 
“Molla Nəsrəddin” özünəqədərki Azərbaycan mətbuatının 
“Əkinçi” (1875-1877), “Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” 
(1880-1884), “Kəşkül” (1883-1891) inkişafı tarixində yeni bir 
mərhələdir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, İrəvan şairlərin-
dən Mirzə Kazım Qazi Əsgərzadə “Müttəle” “Əkinçi” qəzetinin 
İrəvan müxbiri olmuş, Hacı Seyid Rza Əmirzadə “Sabirin” bu 
qəzetin səhifələrində məqalələri dərc olunmuşdur.  
Azərbaycan dövri mətbuatının bünövrəsi sayılan “Əkinçi” qə-
zeti Azərbaycan xalqının mənəvi mədəniyyət tarixinə  şanlı  səhi-
fələr yazmışdır. Milli mətbuatımızın ilk qaranquşu, XIX əsr Azər-
baycan ictimai-siyasi həyatının aynası olan və onun 22 iyun 1875 
və 28 sentyabr1877-ci illərdə cəmi 56 nömrəsi çıxmışdır. (“Əkin-
çi” qəzetinin tam mətni 2005-ci ildə Avrasiya Press ictimaiyyətə 
təqdim olunmuşdur.) Bu qəzetin səhifələrində İrəvan ədəbi mühi-
tində baş verən yeniliklər, çatışmazlıqlar barədə onun İrəvan müx-
biri Mirzə Kazım Qazi Əsgərzadənin təşkilatçılığı ilə oxuculara 
məlumat verilirmiş. «İrəvandan xəbərlər» Məhəmmədəli bəy Vəli-
yev yazır: “Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə 
tabe olan Şurəgül adlı yerə köçmüş imişlər.  İndi  İran dövlətinin 
tərəfindən məzkun tayfanın zorla İrana köçürməyi hökm olunub. 
Bu  əmrdən ötrü cənab Mirzə Haşım xan Şuragilə varid olub, ol 
tayfadan 500 ev İrana göndərilib və qalan 1000 evin iltimasına bi-
naən onlara töhmət verilib ki, torpaq məhsulatlarını götürüb sonra 
köçsünlər. Bu halda xəbər var ki, onlar da bu günlərdə köçəcəkdir-
lər (“Əkinçi”nin 18 noyabr 1875 ci il, № 9). “Təzə xəbərlər”: “Mi-
şak” qəzeti həmişə yazır ki, Osmanlı dövlətinin zülmündən ermə-
nilər qaçıb Rusiyaya köçür və bir səfə yazıb ki, filan günü bir bö-
yük dəstə erməni başaçıq, ayaqyalın Gümrü qalasına gəlib.  İndi 
ermənilərin qeyri qəzetlərinə Gümrü qalasından qaçırlar ki, bu xə-
bərin heç əsli yoxdur və indiyəcən Gümrüyə bircə də erməni gəl-
məyib (“Əkinçi”nin 17 mart 1877-ci il, № 6, səhifə 374 ).  


_________Milli Kitabxana_________ 
 
188
 
Dövrünün tanınmış marifpərvərlərindən olan Mirabbas Mirba-
ğırzadənin də maarifçiik, kitabın təbliği sahəsində müəyyən xid-
mətləri olmuşdur.“Naxçıvanın görkəmli maarif xadimlərindən olan 
Lətif Hüseynzadənin verdiyi məlumata əsasən 1919-cu ildə Naxçı-
vana gəlmiş Mirabbas Mirbağırzadəni görəndə onun 35-40 yaşı 
olardı. Təxminən 1880-1885-ci illər arasında doğulmuş olardı. 
1906-1907-ci illər mətbuatında Mirabbas Mirbağırzadənin adı “İrə-
vanın gənc ziyalıları” içərisində çəkilir. Bu da həmin tarixin doğru-
luğuna bir tutarqadır. Onun uşaqlıq və harada oxuması barədə də-
qiq məlumat verilməsə də (güman ki, İrəvan gimnaziyasını bitirib). 
Alverlə məşğul olan Mirzə Bağırzadə daha çox kitab ticarətinə üs-
tünlük verir. İrəvanda açdığı mağazasını “ümumi kitabxanası” ad-
landırmışdır. Burada o yalnız kitab və  dəftərxana ləvazimatları 
yox, özünün nəşr etdirdiyi divar təqvimini də satdırardı. Bu haqda 
“İrşad” qəzetində yazır: Keçən 1907-ci sənə üçün M.Mirbağırzadə-
nin məcmuəsi “Əslində “Qeyrət” mətbəəsi vasitəsi ilə nəşr olunan 
divar kalendarları, özümüzə məlum olan qüsurlarımız və özgələrə 
hər bir barədə möhtacatımız cəhətindən çox qüsurlu olmuşdur. La-
kin bu sənə - 1908-ci sənə üçün ürfanpərvərlərimiz vasitəsi ilə nəşr 
olunan divar kalendarları qiyas olunmalıdır. 
M.Mirbağırov (xüsusi müxbirimizdən)  İrəvandan. “Ümid” 
kitabxanası  tərəfindən hər qisim xahişimiz olarsa İrəvanda 
“Ümid” kitabxanasına rücu buyurmalıdırlar. (“İrşad”qəzeti, 
5.1.1908, №3, səhifə 4). 
“İrşad” qəzetinin 26 və 27 fevral 1908-ci il tarixli saylarında 
İrəvandan. Axtar izahlar. İrəvanda “Ümid” kitabxanası tərəfindən 
başlıqlı yazısında Mirabbas ağa kitab ticarətinin nə qədər ağır ol-
duğunu öz başına gələnlərlə açıqlayır... M.Mirbağırov Bakıdakı bir 
sıra mətbuat orqanlarının vəkili olur, abunəni təşkil edir.” [63-34]  
Azərbaycan inqilabi-demokratik ədəbiyyatının və ictimai fik-
rinin bayraqdarı olan “Molla Nəsrəddin” satirik jurnalının nəşri 
tarixi 25-illik bir dövrü əhatə edir (1906-1931). Jurnal 7(20) aprel 
1906-cı ildə Tiflisdə  nəşrə başlamış  və 1917-ci ilin sonunadək 
orada fasilələrlə  nəşrini davam etdirmişdir. Sonralar jurnal Təb-


_________Milli Kitabxana_________ 
 
189
 
rizdə (1921) və Bakıda (1922-1931) çıxmışdır. Böyük inqilabçı-
demokrat Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in daimi re-
daktoru olmuşdur. Lakin 1910-cu ildə onu bir neçə ay Məmmədəli 
Sidqi  əvəz etmişdir. 1913-1914 və 1917-ci illərdə isə “Molla 
Nəsrəddin” jurnalının ikinci redaktoru Əliqulu Nəcəfov Qəmküsar 
olmuşdur. Jurnalın ilk beş il nəşrində  Cəlil Məmmədquluzadənin 
ən yaxın köməkçisi, “Molla Nəsrəddin” jurnalı redaksiyasının 
Qafqaz senzura komitəsi təfəfindən verilmiş icazə ilə 1883-cü ildə 
Tiflisdə azərbaycanca “Kəşkül” qəzetinin nəşrinə başlanılmışdır. 
Onun 11 nömrəsi aylıq jurnal şəklində buraxılmış, 1884-cü ilin 
yanvarından isə rus təhsilli Cəlal Ünsüzadənin redaktəsi ilə həftəlik 
qəzetə çevrilmişdir. “Əkinçi” qəzetinin  ənənələrinə sadiq qalan 
“Kəşkül” öz səhifələrində maarifçiliklə yanaşı, Azərbaycan oxu-
cularını rus və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək ide-
yasına üstünlük verirdi. “Kəşkül”  ətrafında Ceyid Əzim  Şirvani, 
Firudinbəy Köçərli, Məhəmmədağa  Şahtaxtinski,  Ə.Qaibov, 
M.Sultanov kimi tanınmış ziyalılar cəmləşmişdir. “Molla Nəsrəd-
din” jurnalının məsul katibi Ömər Faiq Nemanzadə idi. Jurnal Tif-
lisdəki “Qeyrət” mətbəəsində  nəşrə başlamışdır. Bu müddət  ər-
zində Azərbaycanda və onun xaricində baş verən mühüm siyasi və 
ictimai məsələlər “Molla Nəsrəddin” jurnalında zəhmətkeş xalq 
kütlələrinin mənafeyinə uyğun olaraq işıqlandırılmışdır. [24-24]  
“Molla Nəsrədin”satira jurnalının yaradıcısı və onun ətrafın-
da birləşən qələm sahibləri ictimai bərabərsizliyi qamçılayan fel-
yeton, məqalə, satirik şeirləri, köhnəliyin eybəcərliklərini ifşa 
edən karikaturalarla xalqın zehiniyyətində  həyat tərzinin yeni 
məcraya yönəldilməsinə nail olmağı başlıca məqsəd sayırdılar. 
Zaqafqaziyanın bütün yaşayış  məskənlərində elmin, mədəniyyə-
tin,  ədəbiyyatın təəssübkeşləri mənsub olduqları xalqların icti-
mai-siyasi həyatında irəliləyişlərlə səciyyələnən öz ziyalı sözləri-
ni deməkdən çəkinmədilər.  
“Molla Nəsrəddin”in təsiri ilə Azərbaycanda, Gürcüstanda, 
İrəvanda bir sıra satirik jurnallar çıxmağa başladı. Bunlardan 
“Bəhlul” (1907), “Azərbaycan” (1906-1907), “Zənbur” (1909-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə