Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

_________Milli Kitabxana_________ 
 
196
 
“Qarınqulu bəy”in özü olduğunu bildirir. Qəflətən əlində xəncər 
olan bir cavan oğlanın hücumuna məruz qalır. O, özünü irəli ve-
rəndə ağır yaralanır. Atasından gizlin götürdüyü tapançadan qəfil 
atəş açmaqla oğlanı özündən uzaqlaşdırır. Səsə gələn polis nəfəri 
Məmmədəlinin ağır yaralandığına baxmayaraq, icazəsiz silah 
gəzdirdiyinə görə möhkəmcə əzişdirtdirir... 
Bu hadisədən sonra gizli imzanı dərk edən Məmmədəli Nasir 
“Molla Nəsrəddin”də nəşr olunan kiçik bir yazı üstündə ölüm hə-
dəsi ilə təqib olunması, xəncərlə ağır yaralanması ictimai mühitdə 
böyük əks-sədaya səbəb olmuşdur. Bu barədə “İqbal” qəzetində 12 
may 1914- cü il tarixli sayında “Mətbuat bəlası” başlığı ilə bir 
xəbər dərc edilmişdir: “Bir neçə gün bundan əqdəm Nasir İrəvani 
yol ilə gedərkən bir nəfər onun qabağını kəsib, “Molla Nəsrəddin” 
məcmuəsində yazılan bir fəqərədən (kiçik hekayə, qissə mənasında 
– Z.M.) dolayı onu təkdir edər. Bədə xəncərini çıxarıb onu vurmaq 
istər. Nasir kəndini müdafiə üçün tapançasını çıxarıb bir-iki güllə 
atar. Bəd əfkar qaçıb, Nasirin iki barmağını xəncər kəsər.” [102] 
M.Ə.Nasir həmin dövrdə  İrəvanda “Nəşr-Maarif” cəmiyyə-
tində çalışır, inqilabi mübarizəyə qoşulur, gizli siyasi dərnəklərdə 
iştirak edir, həmçinin “Yeni təşəbbüs”, “Məşəl”, “İqbal”, “Zən-
bur, “Məzəli”, “Sovqat”, “Açıq söz”, “Sədayi-həqq”, “Zəhmət 
sədası”, “Yoldaş”, “Azərbaycan füqərası” kimi mətbu orqanlarla 
əməkdaşlıq edirdi. O, mətbuatdakı və inqilabi hərəkatdakı fəaliy-
yətini xatırlayaraq deyirdi: “...mənim gözümü “Molla Nəsrəddin” 
açdı, siyasi fikirlərimi itiləyən Hüseynağa  Şahtaxtinskinin “Mü-
dafeyi məzluman” təşkilatı oldu.” 
M.Ə.Nasir 1917-ci ildə M.Mirfətullayev və  Ə.Tağızadə ilə 
birlikdə “Cavanlar şurası” adlı qəzet açmış, lakin çar üsul-idarəsi-
nə, yerli bəylərin, xanların, eləcə  də daşnakların mənafeyinə to-
xunduğu üçün qəzet bağlanmışdır. Görkəmli tədqiqatçı alim 
N.Axundov “Azərbaycanda dövrü mətbuat” adlı bibloqrafiyasın-
da qeyd edir ki, “Cavanlar Şurası” həftəlik siyasi-ictimai, ədəbi 
qəzet olmaq etibarilə İrəvanın ziyalılarının milli şurasının təşəb-
büsü ilə nəşrə başlamışdır.Qəzetin nəşri və redaktəsində Mir Fə-


_________Milli Kitabxana_________ 
 
197
 
tullayev ilə Rza Tağıyev və M.Ə.Nasir daha çox əmək sərf edir-
dilər. Burada “Cavanlar Şurası”nın 1920-ci ildə  nəşr edilməsi 
fakta mübahisə doğurur. Tədqiqatçı alim İsrafil Məmmədovun 
qəzetin 1917-1918-ci illərdə  çıxdığını  və M.Ə.Nasirin  İrəvanda 
olmadığını,1918-ci ildə Azərbaycana getdiyini, Ermənistana So-
vet hakimiyyəti qurulduqdan sonra gəldiyini, ”Cavanlar Şurası” 
haqqında “Yoldaş” qəzetinin 3-cü nömrəsində M.Ə.Nasirin imza-
sı ilə  “İrəvanda firqəçilik” adlı kiçik felyetonda məlumat veril-
mişdir. Həmin yazının sonunda qeyd olunmuşdur ki,”Cavanlar 
Şurasına” ara sıra məqalələr yazan Cabbar Əsgərzadə milli komi-
tə üzvü Nağı Hacı Xəlil oğlu tərəfindən döyülmüşdür [136-188].  
M.Ə.Nasir 1920-ci ildən KP-nin Qafqaz bürosunun qərarı ilə 
Gəncədə “Qırmızı Gəncə”, Gürcüstanda və Ermənistanda “Kom-
munist” qəzetlərinin ilk redaktoru kimi fəaliyyət göstərmiş, büro-
nun təyinatı ilə Azqur, Borçalı, Qarayazıda rayon partiya komi-
tələrinin katibi işləmiş, vaxtaşırı  mətbuatda maraqlı  məqalələrlə 
çıxış etmişdir. Həyatının Bakı dövründə “Kommunist” qəzetinin 
redaksiyasında 1926-1927-ci illərdə  Cəlil Məmmədquluzadə ilə 
tez-tez görüşərmiş...  
Əli Məhzun Zeynalabdinzadə  Rəhimov: “Molla Nəsrəd-
din”çilərdən biri, “Bürhani-həqiqət jurnalının müdiri və mühərriri 
kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşün-
məyə vadar edən yazıları, bəzən başqa müəlliflərin  əsərləri kimi 
qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olun-
muşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun “İranlı olma-
saydı” satirik şeirinin “Mollanəsrəddin” ədəbi məktəbinin istedadlı 
nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə 
nəşr olunan “Seçilmiş  əsərləri” və 1964-cü ildə çapdan buraxılan 
“Seçilmiş şeirləri” kitabına daxil edilməsi maraq doğurur. 
“İranlı olmasaydı” satirik şeiri “Molla Nəsrəddin” məcmuə-
sinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin 
sonunda müəllifin gizli imzası “Yetim cücə” kimi göstərilməsi 
Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqi-
qatçı  İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt 


_________Milli Kitabxana_________ 
 
198
 
odur ki, “Yetim cücə”B.Abbaszadənin deyil, Əli Məhzun Zey-
nalabdinzadə  Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli ad-
imzanın həqiqətən də “Bürhani-həqiqət” məcmuəsinin1917-ci il 
aprelin 15-də  çıxan 6-cı nömrəsində “Hərdənbir” başlığı ilə  dərc 
olunan yazının  Əli Məhzuna məxsus olduğu və  həmin yazının 
“Yetim cücə” gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir.  
“Molla Nəsrəddin” məcmuəsində “İrəvan səyahətim”adlı ya-
zıda oxuyuruq: “...Çıxıb bazara Yetim cücəni... Məhkəmə pişiyini 
xəbər aldım, dedilər ki, onlar adam içinə  çıxmağa ehtiyat edir-
lər...” Məlum faktdır ki, Yetim cücə  Əli Məhzun Rəhimovun, 
Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar da-
nılmaz faktdır.  
Cabbar  Əsgərzadə (Aciz İrəvani)  “Molla Nəsrəddin”, 
“Zənbur”, “Kəlniyyət”, “Məzəli”, “Babayi-əmir” adlı satirik jur-
nallarda “Anaş qurbağa” “Məhkəmə pişiyi” , “Noxtasız”, “Qur-
bağa”, “Hacı leylək” imzalarıilə çıxış etmişdir. Ermənistanda azə-
ri mətbuatının ilki olan “Lər-lək”in dili, üslubu, ifadə tərzi, onun 
səhifələrində verilən bədii yazılar, şeir və felyetonların həyat hə-
qiqətlərinə  əsaslanması onun oxucularının maraq dairəsinin ge-
nişlənməsində mühüm rol oynamışdır. Onun mühərriri və naşiri, 
məharətli satirik şair Cabbar Əsgərzadə ədəbiyyat və mətbuat ta-
riximizin formalaşmasında  əvəzsiz xidmətləri olan şəxsiyyətlər-
dəndir. Bu qələm sahibinin xalqın maariflənməsi və azadlığı yo-
lunda həyata keçirmək istədiyi işlər onu bir naşir, müxbir, mü-
hərrir, naşir və şair kimi oxucuların sevimlisi etmişdir. 
Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, 
ilk təhsilini mollaxanada almışdır Atası Əsgər İrəvanda memarlıq 
və  qənnadiliklə  məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşla-
rında bu peşələrə yiyələnmişdi. Erməni daşnaklarının törətdiyi 
dəhşətli hadisələr dövründə valideynlərini itirmiş, 1918-ci ildə 
minlərlə soydaşı kimi Cabbar Əsgərzadə İrəvanı tərk etmişdir. O, 
İrana, babası Rzanın yanına köçmüş, burada Əbülqasım Füyüza-
tın yanında Təbrizdə işləmiş, açılan uşaq bağçasında çalışmış və 
uşaq evində gördüyü yaxşı  işlərə görə Cabbar Bağçaban ləğəbi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə