Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

_________Milli Kitabxana_________ 
 
199
 
daşımışdır. Lal və kar uşaqlar üçün məktəb açmış, 1927-ci ildə 
Tehranda həbs edilmiş, lakin Füyüzat fars əyalətinin Maarif rəisi 
işləyərkən bu xəbəri eşidir və  Şirazda yeni təşkil edilən uşaq 
evində işləməyə gətirmişdir. 
Cabbar  Əsgərzadə 1933-1935-ci illərdə Tehranda açdığı 
karlar və lallar məktəbində  işləyir, fiziki cəhətdən qüsurlu olan 
uşaqlara kömək edən bir cihaz düzəldir [181]. Pedaqoji fəaliyyət-
lə  məşğul olan Cabbar Əsgərzadə 1943-cü ildə müəllimlər üçün 
məcmuə nəşr etdirir. O, 1966-cı ildə Tehranda vəfat edir.  
 
3.2.  İrəvanda nəşr olunan “Lək-lək” (1914), “Bürhani-
həqiqə” (1917) ədəbi-bədii mətbuat abidələri. 
 
XIX  əsrin axırlarında qədim  İrəvan quberniyasının və xanlı-
ğınin ictimai-siyasi və  mədəni həyatında mühüm dəyişiklər baş 
verməkdə idi. Görkəmli və qabaqcıl maarifçilərin səyi sayəsində 
İrəvan şəhərində Azərbaycan dilində dərsliklərin meydana gəlməsi, 
kitab nəşri, xarici ölkələr ədəbiyyatına dair tərcümə əsərlərinin işıq 
üzü görməsi xüsusilə maraq doğururdu. Bu faydalı iş üç istiqamət-
də inkişaf etdirilirdi. İrəvanın hüdudlarından kənarlarda yerli müəl-
liflərin kitabları nəşr olunurdu. Müəlliflər işıq üzü görən əsərlərinin 
Təbriz, Tehran, Tiflis, Baxçasaray və Bakı kimi şəhərlərdə çap 
olunmasına baxmayaraq, əsərlərinin adı ilə yanaşı, doğma vətənləri 
İrəvanın adını müəllif təxəllüsü kimi xatırladırdılar. Məsələn: Şair 
Arif  İrəvani,  şair və diplomat Fəxri Mirzə Abbas İrəvani, Molla 
Hacı İrəvani və onlarca başqa müəlliflər əslən İrəvandan olduqları-
nı göstərmişlər... Bu yazıda  İrəvanda nəşrinə  rəsmi icazə verilən 
jurnallar barədə söhbət açmaq oxucuların marağına səbəb olar.  
1913-cü ildə “Lək-lək”in nəşrinə icazə verilməsi haqqında 
senzura sənədlərində Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxi-
vindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş-qovluğunda 
İrəvan qubernatorunun “Lək-lək”i buraxmaq haqqında Mir Mə-
həmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yan-
var 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş  məqalələr, 


_________Milli Kitabxana_________ 
 
200
 
şeir,  şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili 
xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə 
verilmişdir.  
“Lək-lək” Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat 
orqanı, həftəlik məzhəkəli məcmuədir. “Bürhani-həqiqət” İrəvan-
da ayda iki dəfə  nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və  fənni 
jurnalıdır. “Bürhani-həqiqət”jurnalının İrəvan şəhərindəki “Luys” 
mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi 
isə elə həmin ilin iyununda çapdan buraxılmışdır. Sərlövhə altın-
da “Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan 
ədəbi, siyasi, tarixi, elmi və  fənni məcmuəsidir”. Müdiri və 
mühərriri  Əli Hacı Zeynalabdınzadə  Rəhimov (Məhzun), naşiri 
Həsən Mirzəzadə (Əliyev)dir. “Bürhani-həqiqət” jurnalının cəmi 
9 nömrəsi işıq üzü görmüşdür. Həmin nömrələrdə əsasən bədii və 
publisistik materiallar dərc edilmişdir. “Bürhani-həqiqət”in səhi-
fələrində Əli Məhzun, Cabbar Əsgərzadə Aciz İrəvani, Əbdülhəq 
Mehrülnisa, Səri Xanım, T.Fikrət, Ə.Sədi, Təhsin Nahid, H.Rəm-
zi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin ori-
jinal, iqtibas və  tərcümə  əsərləri çap olunmuşdur. Jurnal əsasən 
maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 
“Bürhani-həqiqət” jurnalını  nəşr etmək barədə  Ə.H.Zeyna-
labdınzadəyə icazə verilməsi haqqında Gürcüstan SSR MDTA-də 
(Mərkəzi Dövlət Tarix Arxivi, fond 1183, iş 680, vərəq 9.) xüsusi 
qeyd də yazılmışdır [92]. 
“Lək-lək” jurnalının 1914-cü il fevral ayının 22-də 1-ci nöm-
rəsi, 12-ci nömrəsi isə həmin ilin 30 iyununda nəşr olunmuşdur. 
“Lək-lək” (əslində senzura sənədlərində “Leylək” (Aist) “Molla 
Nəsrəddin”  ədəbi məktəbi  ənənələrini davam etdirmişdir. “Lək-
lək” jurnalının naşir və redaktoru Mir Məhəmməd Mir Fətullayev 
və Cabbar Əsgərzadə (Aciz) olmuşdur, jurnal İrəvandakı “Luys” 
mətbəəsində çap edilirdi. 
Irəvandakı ziyalılardan tanınmış “Molla Nəsrəddin”çi  şair 
Cabbar Əsgərzadə (Aciz), şairə Səriyyə Xatun , Vahid Muğanlı, 
fars və rus dillərində bir sıra dərsliklərin müəllifi Mirzə Cabbar 


_________Milli Kitabxana_________ 
 
201
 
Məmmədov, Rəhim Hacı, Təhvil İrəvani “Bürhani-həqiqət”in sə-
hifələrində sanballı məqalə və şeirləri ilə çıxış edirdilər. Məqalə-
lərdə soydaşlarını “səfalət və zəlalət zülmündən” xilas etmək, ic-
timai-siyasi həyatda hökm sürən hadisələrin mahiyyətini, onları 
doğuran səbəbləri həqiqətin dili ilə çatdırılması çətin də olsa, əsa-
sən buna nail olurdular. 
Əvvəla, “Lək-lək” məcmuəsinin mühərrir və naşirləri barədə 
oxucularda bir qədər əhatəli təsəvvür yaratmağı lazım bilirik.  
Zamanının istedadlı ziyalılarından olan, Tiflisdə, Bakıda, İrə-
vanda nəşr olunan “Molla Nəsrəddin”, “Tartan-Partan”, “Zənbur”, 
“Kəlniyət”, “Məzəli” “Bəhlul”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq” 
[136] kimi məcmuə  və  qəzetlərdə satirik şeirlər və  kəskin publi-
sistik məqalələr müəllifi kimi tanınan, xalqımızın maariflənməsi və 
istiqlaliyyəti uğrunda əlindən gələni əsirgəməyən Cabbar Əsgərza-
dənin yaradıcılıq fəaliyyəti Azərbaycan ədəbi ictimaiyyətinin yaşlı 
nəsillərinə bəllidir. Onun tərcümeyi-halının hamıya hələ tam aydın 
olmayan məqamlarını təfərrüatı ilə çatdırmaq məqsədilə ermənilə-
rin tarix boyu müsəlmanların, o cümlədən də azəri türklərinin başı-
na açdığı müsibətlərin acı nəticələrini ürək ağrısı ilə qələmə alan , 
bu dəhşətlərin təsvirini ictimaiyyətə  mətbu sözlə çatdıran maarif-
pərvər və ictimai xadim olması barədə “Yazıçı” nəşriyyatında gör-
kəmli alim Zahid Əkbərovun 1991-ci ildə  nəşr etdirdiyi “Cabbar 
Bağçaban” toplusunda daha ətraflı  məlumatlar diqqətə çatdırılır. 
Müəllif göstərir ki, bütün şüurlu həyatını doğma xalqının azadlıq 
hərəkatına, maarifinə, mədəniyyətinə, incəsənətinə sərf edən C.Əs-
gərzadə öz dövrünün ziddiyyətlərindən baş çıxartmaqla, ədəbi fəa-
liyyətini xalqının gələcəyi naminə mütərəqqi amallara yönəltməyi, 
yaradıcılığında irəli sürdüyü, geniş kütlələrə  təlqin etmək istədiyi 
vacib məsələləri işıqlandırsın. Bunun üçün İrəvanda türk dilində çı-
xan ilk mətbuat abidəsi “Lək-lək”in redaktoru olması, bu məcmuə-
ni “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq olan bir tribuna-
ya çevirmək missiyası onun öhdəsinə düşmüşdü. “Lək-lək”in xalq 
qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən, ictimai-siyasi 
mahiyyətindən söhbət açan Z.Əkbərov yazır: “Lək-lək” nəşr olun-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə