Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   63   64   65   66   67   68   69   70   ...   102

_________Milli Kitabxana_________ 
 
202
 
duğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrin inkişafı-
na müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya ide-
yalarına xidmət etmişdir. Məcmuə ictimai-satirik və yumor dili ilə 
siyasi irticanı, geriliyi, ətaləti, cəhaləti özünə tənqid hədəfi seçmiş-
dir. O, anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqa-
ziyada, ümumən Qafqazda olan azərbaycanlılar içərisində çox ya-
yılmış nəşrlərdən biri olmuşdur”[181] . 
Yeri gəlmişkən qeyd edim ki, görkəmli tarixçi-alim, yorul-
maz tədqiqatçı, Qərbi Azərbaycan  ədəbi mühitinin çoxlarımıza 
istənilən səviyyədə bəlli olmayan müəyyən məqamlarına arayıb-
axtardığı arxiv sənədlərindən aydınlıq gətirən İsrafil Məmmədov 
özünün bu yaxınlarda ictimai fikir tariximizin qəribsəyən üfiqləri 
seriyasından işıq üzü görən “İrəvan dəftəri” kitabının təkrar nəşri 
ilə oxucularımıza daha maraqlı məqamları xatırladır.  
Müəllif burada “İrəvanda Azərbaycan mətbuatı”, “Kitab nəş-
ri”, “Dövri mətbuat”, “Molla Nəsrəddin” və Ermənistan”, “Lək-
lək”,  “Bürhani-həqiqət”  məcmuələri başlıqları altında XİX  əsrin 
sonu və XX əsrin başlanğıcında İrəvanda baş verən ictimai-siyasi 
olayların xronologiyasını vermişdir. Həmçinin o zamankı dünya-
da hökm sürən hərkə-hərkiliyi, dini-xurafat buxovunda əzab çə-
kənlərin çıxılmaz vəziyyətini, “möminlərə” pənah gətirənlərin acı 
taleyinə, gedən proseslərə biganə qalan şəhvət düşgünlərinin hey-
siyyatsızlığını oxuculara çatdıran, bu eybəcərlikləri satira atəşinə 
tutan ədəbi-bədii materialları ümumiləşdirməklə həmin məcmuə-
lərdə öz əksini tapan konkret faktlarla səciyyəvi təhlillər vermişdir.  
“Lək-lək”in bütün nömrələrinin üz qabığında abunə qiyməti 
və mündəricatı ilə yanaşı, redaksiyanın yerləşdiyi ünvanı bildiri-
lir. “Məsləkimizə müvafiq və millətimizə mənfəətli olan hər cür 
xəbər təhrirat üçün məcmuəmuzin səhifələri açığdır.  İmzasız 
yazılar dərc olunmadığı kibi marğasız gondərilən məktublar da 
ğəbul olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəyiş-
dirənlər yeddi ədədini qəpiklik marka göndərməlidir. Dərc olun-
mayan yazılar əldə olunmaz.”cümlələri ilə məcmənin məqsəd və 
məramı oxucuların diqqətinə çatdırılır. 


_________Milli Kitabxana_________ 
 
203
 
Məcmuə  fəaliyyətə başladığı andan onun ətrafında cəmləşən 
qələm sahibləri “Molla Nəsrəddin” ənənələrinə sadiqliklərini nüma-
yiş etdirməyə böyük səylə yanaşırdılar. Tədqiqatçı alim İslam Ağa-
yev mətbuat və publisistika problemlərindən apardığı elmi araşdır-
malarında göstərir ki, “Molla Nəsrəddin” jurnalı Əliqulu Qəmküsa-
rın (1880-1919) redaktorluğu ilə daha geniş ədəbi mübarizə cəbhəsi 
yaratdığı bir zamanda jurnalın səhifələrində Əli Rza Şamçızadə (Da-
banı çatdağ xala) Gəncədən, Cabbar Əsgərzadə (Aciz) İrəvandan, 
Salman Mümtaz Əsgərov (Xortdan bəy) Aşqabatdan, Zeynal Məm-
mədov (Səffəl) Təbrizdən, Sabit Manafzadə (Dastançı) Aşqabaddan, 
Əli Nəzmi (Məşədi Sicimqulu) Gəncədən, Məhəmmədəli Sidqi Ba-
kıdan jurnala yazırdılar. “Məlik Naqqal” imzası 1914-cü ildə molla-
nəsrəddinçi şair və publisist Cabbar Əsgərzadə Acizin redaktorluğu 
ilə  İrəvanda çıxan “Leylək” jurnalında təsadüf edilir. Sual olunur
1914-cü ildə Tiflisdə  dərc edilən “Molla Nəsrəddin” jurnalının re-
daktoru Qəmküsar ilə İrəvanda çıxan “Leylək” arasında hansı cəhət-
dən əlaqə ola bilərdi? Bu suala cavab vermək üçün, hər şeydən əv-
vəl, “Leylək” redaktorunun şəxsiyyətinə diqqət yetirilməlidir. Çün-
ki, “Leylək”in redaktoru Cabbar Əsgərzadə “Molla Nəsrəddin”inin 
köhnə əməkdaşlarından idi. O öz jurnalına dostlarını dəvət edə bi-
lərdi. Bu məcmuələrdə M.S.Ordubadi (Hərdəmxəyal), Ə. Qəmküsar 
(Məlik Naqqal) imzaları ilə çıxış etmişdilər[112-427, 447]. Söz yox 
ki, məcmuələrdə müxtəlif imzalarla çıxış edən çoxsaylı  qələm 
sahibləri ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə həs-
saslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqiqətlərini 
əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, İrəvan, Or-
dubad, Gəncə, Mərənd, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən 
əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraq dairəsində 
saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün 
imkanlardan istifadə edirdilər.  
Jurnalın səhifələrində mollanəsrəddinçi yazıçılardan C.Əsgər-
zadə Aciz (Lək-lək, Müqəllid və s), Əli Məhzun Rəhimov (Yetim 
cücə), M.S.Ordubadi (Hərdəmxəyal), M. Mir Fətullayev və başqa-
ları iştirak etmişlər. Bədii cəhətdən müəyyən mənada bir qədər zəif 


_________Milli Kitabxana_________ 
 
204
 
çıxmasına baxmayaraq, “Lək-lək” oxucuların rəğbətini qazanmış-
dır. Sonuncu on ikinci nömrədə mündəricat verilməsə də, “Axtar” 
başlığı ilə “Lək-lək”in aqibəti barədə oxucular məlumatlandırılır. 
Qeyd olunur ki, bəzi səbəblərə görə məcmuənin bağlanacağı, müş-
tərilərinə onun əvəzinə daha mükəmməl, daha nəfis, daha parlaq və 
oxunaqlı “Çınqı” adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr 
olunacaq “Çınqı” Əli Məhzun Hacı Zeynəlabdinzadə və “Lək-lək” 
müdirlərindən Hacı Əsgərzadənin təht müdiriyyətlərində olub, İrə-
vanın maarifpərvər cavanlarının maddi və  mənəvi köməkliyi ilə 
nəşr olunacaqdır. “Lək-lək”in 10-cu nömrəsinə  əlavə  şəklində 
“Lək-lək” can verir” adlı  uşaqlar üçün nəzmlə yazılmış alleqorik 
bir kitabça çap etmişdir. Həmin əsərdə müxtəlif sinif və təbəqələrin 
həyatına istehzalı nəzər salınmışdır [24-17]. Oğrular, damdələnlər, 
şərab içənlər, nəşəxorlar, qumarbazlar, yolkəsənlər, rəzalət bataqlı-
ğında çabalayanlar, zəhmətkeş insanların imkanlarından öz məna-
feləri üçün hər an yararlananlar, ictimai-siyasi hadisələrin cəmiy-
yətdə doğurduğu  əks-səda məcmuənin  əsas mövzularındandır. 
“Molla Nəsrəddin” jurnalının  ənənələrinə sadiq qalmaq yolunda 
mövcud imkanlarından qədərincə istifadə edən “Lək-lək”çilər so-
sial mənşəcə aşağı təbəqəyə mənsub olan sadə, kasıb, yoxsul, məz-
lum kütlələrə rəğbət bəsləməyin, tüfeylilərə qarşı barışmaz mövqe-
də dayanmağın mahiyyətini geniş xalq kütlələrinə çatdıran mütə-
rəqqi ziyalılar olduqlarını nümayiş etdirə bilmişilər. “Molla Nəs-
rəddin”də olduğu kimi, “Lək-lək”də də ən çox böyük əhəmiyyət və 
diqqət verilən məsələlər, ilk növbədə, müsəlman – islam dünyasın-
dakı vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsindəki uyğunsuzluq-
lar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə verilən rəvac
milli münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyasət, 
xeyriyyəçilik, maarif, ədəbiyyat, qadınlara münasibət və bu kimi 
məsələlər öz həllini əsasən tapmışdır.  
“Molla Nəsrəddin” jurnalının,  “Əkinçi”  qəzetinin yenidən 
bir bütöv halında transliterasiya edilməsi ədəbi publisistika sahə-
sində çöx böyük və həm də önəmli hadisələrdəndir. Şərqdə yayı-
lan bu nüfuzlu mətbuat abidələrinin yenidən nəşri  ənənəsinə sa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə