Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   71   72   73   74   75   76   77   78   ...   102

_________Milli Kitabxana_________ 
 
226
 
lis qaza məktəbində Azərbaycan və fars dilləri üzrə müəllim işlə-
məsi, həyatının zəngin hadisələrlə dolu olduğunu, burada azərbay-
canlı, rus, gürcü, erməni və xarici ölkə ziyalıları ilə tanışlığından, 
A.A.Bakıxanov, M.F.Axundov, X.Abovyan və başqaları ilə tez-tez 
görüşdüyü, söhbət etdiyi müasirlərindən olduqunu xüsusilə qeyd 
edir. X.Abovyanın Mirzə Şəfiyə xüsusi hörmət bəslədiyini, hər iki 
ədibin bir-birilə yaxın dost və məsləkdaş olduqlarını F.Bodenştedin 
onların dostluğu barədə (M.Şəfi və X.Abovyanın dostluğundan söh-
bət gedir – Z.M) özünün “Şərqdə min bir gecə” əsərinin 163-cü sə-
hifəsində yazmışdır: “Mirzə Şəfi Abovyan haqqında çox düzgün fi-
kir söyləmişdir: “Abovyan abalınçe Armenidir ki, Armenin yoxder”. 
F.Bodenşted Mirzə Şəfinin X.Abovyan haqqında söylədiyi bu fikri 
Azərbaycan dilində latın əlifbası ilə yazmışdır. Mirzə Şəfi bu fikirlə 
Abovyanın alicənab, xeyirxah, savadlı adam olmasını bildirmişdir”. 
Sözünə davam edərək yazmışdı: “Abovyan özünə ata sandığı dostu-
na (yəni Mirzə Şəfiyə) yaxından köməklik edərdi”. [49]  
Sənətşünaslıq doktoru Sabir Rzayev isə  “İrəvan teatrının 
keçmişindən” adlı məqaləsində ilk tamaşanın 1886-cı ildə göstə-
rildiyini,  əsərin isə M.F.Axundovun “Müsyö Jordan və  dərviş 
Məstəli şah” komediyası olduğunu yazır: “Azərbaycan dilində ta-
maşa oynamağa mane olan mürtəce qüvvələr bu səhnələri təşkil 
edənlərə qarşı da qızğın mübarizıyə girişirdilər. Firudin bəy Kö-
çərli öz tələbələri ilə bir növ gizli teatr fəaliyyətinə başlayır.  
Bu kiçik qrup V.Şekspirin, F.Şillerin dramaturgiyasını, 
M.F.Axundovun, N.B.Vəzirovun və başqa yazıçıların yaradıcılı-
ğını öyrənir. Onların teatrsız keçən bu on ili heç də hədər getmir. 
Bu müddətdə F.Köçərli dramaturij ədəbiyyatı dərindən öyrənir, bir 
sıra dəyərli tədqiqat  əsərləri yaradır. Onun tələbələri isə yeni 
tamaşaların təşkili olunması ilə məşğul olurlar. Bu tamaşa 1896-cı 
il dekabrın 8-də Irəvanın Canpoladov qardaşlarının klubunda 
göstərilir. Bu vaxt artıq F.Köçərli Qoriyə qayıtmışdı. Bu həmin 
tamaşa idi ki, on il əvvəl məktəblilər tərəfindən oynanılmışdı.  
“Müsyö Jordan və dərviş Məstəli şah” bu dəfə kiçik məktəb 
tamaşasından fərqli olaraq əməlli-başlı teatr tamaşası idi”[121-88].  


_________Milli Kitabxana_________ 
 
227
 
Beləliklə, bu deyilənlərdən o qənaətə gəlinir ki, Hrayr Hova-
gimyanın dedikləri heç bir tarixi mənbəyə əsaslanmadığına görə 
inandırıcı deyildir. 1884-cü ildə İrəvanda Azərbaycan dilində ta-
maşa göstərilməsi barədə  əsaslı fakt olmadığı üçün bu barədə 
hökm vermək olmaz.  
İrəvan Azərbaycan teatrının yaranması ilə bağlı  “Ədəbiyyat 
və incəsənət” qəzetinin 1983-cü il 18 noyabr tarixli sayında [69-
182] tarixçi alim İsrafil Məmmədovun dərc olunan məqaləsində 
göstərilir ki, İrəvan Azərbaycan teatrı 1886-cı ildə deyil, 1881-ci 
ilin sonu, 1882-ci ilin əvvəllərində Vasaq Mədətovun “Tamahkar-
lıq düşmən qazanar” pyesinin tamaşası ilə yaradılmışdır. Əslində 
isə bu teatrın fəaliyyəti 1880-1949-cu illəri əhatə edir.[107-465] 
Irəvan Dövlət Azərbaycan Dram Teatrı milli səhnə sənətimi-
zin tarixi salnaməsində xüsusi yer tutur. Özünün yaradıcılıq və 
üslub forması olan, mürəkkəb ziddiyyətli bir proses keçən İrəvan 
teatrını iki mərhələdə təqdim edib öyrənmək lazımdır.Onun yara-
dıcılığının birinci mərhələsi həvəskarlıq, ikinci mərhələsi isə kol-
lektivin Dövlət Azərbaycan Dram Teatrı kimi yaradıcılıq fəaliy-
yəti prosesi kimi səciyyələndirilir. İrəvan xanlığının ictimai-siyasi 
və  mədəniyyət mərkəzi olmuş tarixi İrəvan  şəhəri XIX əsrdə 
azərbaycanlıların ən iri mədəniyyət mərkəzlərindən idi. 1870- ci 
illərdə burada türk-rus dillərində məktəblər açılmış, yaradıcılıqla 
məşğul olan qələm sahiblərinin  şeir-sənət məclisləri, musiqi ax-
şamları keçirilmişdir. 
Xalqımızın səhnə sənətinin mühüm qollarından biri olan bu 
teatr meydana gəldiyi vaxtdan bu günədək mütərəqqi dünya ədib-
lərinin, eləcə  də Azərbaycan və qonşuluqda yaşayan xalqların 
dramaturgiyasının ən gözəl nümunələrinin alovlu təbliğatçısı kimi 
böyük şöhrət qazanmışdır.  
Azərbaycan-erməni teatr əlaqələri tarixində ər-arvad: Stepan 
və Alma Safrazyanların xidmətlərindən söz açmaq yerinə düşür. 
Onlar iki xalqın incəsənətinin, xüsusilə teatr sənətinin həm yaxın-
laşması, həm də ictimaiyyət arasında geniş yayılmasına bütün 
varlıqları ilə səy göstərmişlər. Onlar ölkədən-ölkəyə, şəhərdən-şə-


_________Milli Kitabxana_________ 
 
228
 
hərə dolaşaraq tamaşalar verməkdən doymaq bilməmişlər. Təqib-
lərə, hədə-qorxulara, din xadimlərinin basqılarına baxmayaraq, 
Azərbaycan dilini səlis bildiklərinə görə repertuarlarına Azərbay-
can pyeslərini daxil etmişlər. Hələ 1880-ci ildə bunun səbəbini 
aydınlaşdırmaqda “Azərbaycan teatrının salnaməsi”ndə  dərc 
olunmuş bir məktub bu suala daha düzgün cavab verir.  
M.F.Axundovun məşhur “Lənkəran xanının vəziri” komedi-
yası Azərbaycan teatrnın tarixində bəzi mənbələrdə “Sərab xanının 
vəziri” adı ilə verilmişdir. Əsərin iki ad daşımasının səbəbi vardır. 
Teatrşünas  Əli Vəkil özünün “Azərbaycan-erməni teatr əlaqələri” 
monoqrafiyasında göstərir ki, “Azərbaycan teatrının salnaməsi”ndə 
dərc olunmuş bir məktub bu məsələyə tam aydınlıq gətirir: 
“Azərbaycan teatrının salnaməsi” (Bakı, 1975, səh, 34) kita-
bında qeyd olunur ki, M.F.Axundov 1870-ci il dekabrın 7-də 
Tehranda Mirzə Yusif xana yazırdı: “Əziz tərcüməçiyə deyiniz 
ki, “Hekayəti-xani Sərab”ı  hər yerdə “Hekayəti-xani-Lənkəran” 
yazsın. Çünki mətbəədə mənim xəbərim olmadan Lənkəranı yan-
lış olaraq Sərab deyə çap etmişlər. Sərab yanlışdır, Lənkərandır. 
Sərabın yanında dəniz yoxdur”. Hələ 1880-ci ildə Şuşada on beş 
nəfərdən ibarət bir truppa təşkil edərək “Bacı  və qardaş” klu-
bunda M.F.Axundovun “Sərab xanının vəziri” pyesi tamaşaya 
qoyulmuşdur. 
1884-cü ildə Azərbaycan dilini erməni dilindən yaxşı bilən 
Stepan və Alma – bu sənət adamları Tiflisdə Arteruni teatrı bina-
sında yerli azərbaycanlı  həvəskar ziyalıların qarşısında bir sıra 
tamaşalar hazırlayıb səhnəyə çıxarmışlar. Həmin truppanın reper-
tuarına Vasaq Mədətovun azərbaycanca yazdığı “Fətəli  şah” və 
“Qırt-qırt” pyeslərini oynamışlar. Onlar qastrol tamaşalarını yal-
nız Zaqafqaziya çərçivəsində deyil, 1889-cu ildə  Təbrizdə  və 
Tehranda qastrol zamanı M.F.Axundovun “Hacı Qara” komedi-
yası, “Sərab xanının vəziri” və “Hacı Qara” komediyası, V.Mədə-
tovun “Qırt-qırt” və “İki qardaş” əsərlərini tamaşaya qoymuşdur. 
Bu əsərlərin tamaşalarına Təbriz hakimi Əmir Nizamla birgə xa-
rici dövlətlərin konsulları da baxmışlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə