Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

_________Milli Kitabxana_________ 
 
232
 
IV FƏSİL 
 
ƏDƏBİ PROSES VƏ İDEYA-BƏDİİ AXTARIŞLAR 
 
4.1.“Lək-lək” jurnalının ictimai və mədəni həyata təsiri 
 
“XIX-XX  əsrlərdə  İrəvan  ədəbi mühiti (1800-1920-ci illər)” 
mövzusunda elmi-tədqiqat işinin ərsəyə gətirilməsi üçün filologiya 
elmləri doktorları, professorlar – T.Əhmədov, Q.Namazov, İ.Ab-
basov, İ.Vəliyev və Ş.Vəliyevin məsləhətlərinə əsaslanaraq, lazım 
olan əsas ədəbi abidələr sırasında qədim İrəvan şəhərində 1914-cü 
ildə “Luys” mətbəəsində Türk dilində nəşr olunan “Lək-lək” məc-
muəsinin transliterasiya edilməsi kimi nəcib, həm də olduqca gə-
rəkli bir işin icrasına  əməli təşəbbüs edildi. Həmin məcmuənin 
nömrələrini olduğu kimi əski əlifbalı qrafikadan müasir latın qrafi-
kasına transliterasiya edildiyini nəzərə alaraq, onun nəşrə hazırlan-
ması  məqsədə müvafiq sayılmışdır. Qeyd edilməlidir ki, “Lək-
lək”in nəşr olunduğu dövrün ədəbi dil normalarına, üslubuna, ya-
zılış qaydalarına xələl gətirilmədən verilməsinə böyük əhəmiyyət 
verilmişdir. Çünki bu mətnlərin bir çoxunun yazılışında o zamanın 
dialekt və şivələrinin əks olunmasını nəzərə alaraq, onlara heç bir 
düzəliş edilmədən, gələcəkdə tədqiqatçı araşdırmalarına zərurət ya-
rana biləcəyi ehtimalının da daha çox olduğuna görə ifadə və cüm-
lələrə toxunulmamış, olduğu kimi saxlanılmışdır. Lakin demək 
olar ki, bəzi məqamlar istisna edilməklə, mətnlərin əksəriyyəti və 
şeir nümunələri oxucular üçün həm yenidir, həm də müasirlik ba-
xımından zamanla səsləşir. Məcmuənin nömrələrindəki mətnlərdə 
oxucular üçün anlaşılması çətinlik törədə biləcək sözlərin lüğətinin 
hazırlanmasını müsbət hal hesab etmək olar [105-3].  
Onlar ictimai-siyasi və mədəni həyatda baş verən hadisələrə 
həssaslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqi-
qətlərini əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, 
İrəvan, Ordubad, Gəncə, Mərənd, İstambul, Təbriz, Tiflis və di-
gər  şəhərlərdən  əldə olunan xəbərləri və felyeton əvəzi yazıları 


_________Milli Kitabxana_________ 
 
233
 
maraq dairəsində saxlamaqla məcmuənin səhifələrini daha oxu-
naqlı etməkdə bütün imkanlardan istifadə edirdilər.  
Bədii cəhətdən müəyyən mənada bir qədər zəif çıxmasına bax-
mayaraq, “Lək-lək” oxucuların rəğbətini qazanmışdır. Sonuncu on 
ikinci nömrədə mündəricat verilməsə  də, “Axtar” başlığı ilə “Lək-
lək”in aqibəti barədə oxucular məlumatlandırılır. Qeyd olunur ki, 
bəzi səbəblərə görə  məcmuənin bağlanacağı, müştərilərinə onun 
əvəzinə daha mükəmməl, daha nəfis, daha parlaq və oxunaqlı “Çın-
qı” adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr olunacaq “Çınqı” 
Əli Məhzun Hacı Zeynəlabdinzadə və “Lək-lək” müdirlərindən Ha-
cı Əsgərzadənin təht müdiriyyətlərində olub, İrəvanın maarifpərvər 
cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaqdır. An-
caq Marksizm-Leninizm İnstitutunun Ermənistan filialının partiya 
arxivindəki 4 nömrəli fondun 26-cı siyahısının 172 saylı işinin 10-13 
vərəqlərində “Çınqı” adlı jurnalın nəşr edilmədiyi göstərilmişdir. 
“Lək-lək”in 10-cu nömrəsinə  əlavə  şəklində “Lək-lək” can 
verir” adlı uşaqlar üçün nəzmlə yazılmış alleqorik bir kitabça çap 
edilmişdir. Həmin əsərdə müxtəlif sinif və təbəqələrin həyatına is-
tehzalı nəzər salınmışdır. [24] Yeri gəlmişkən qeyd olunmalıdır ki, 
mərhum alimimiz, professor Nazim Axundov “Azərbaycan satira 
jurnalları (1906-1920-ci illər)” monoqrafiyasında “Lək-lək”in 1-ci 
nömrəsinə  əlavə  şəklində “Lək-lək” can verir” adlı  uşaqlar üçün 
nəzmlə yazılmış alleqorik bir kitabça çap edildiyini göstərir. Jur-
nalın başqa nömrələrinə belə əlavələrin olub-olmadı-ğını müəyyən 
edə bilmədiyini qeyd etmişdir [15-89]. Əslində müəllifin fikri 
həqiqətə uyğundur. Başqa belə əlavələr jurnalın digər nömrələrində 
də yoxdur. Lakin bir məsələyə aydınlıq üçün bildirilməlidir ki, 
“Lək-lək”in ilk nömrəsi işıq üzü görən kimi “Lək-lək” can verir” 
əlavəsinin nəşri bir az yerinə düşmür. Bu fakt jurnalın onuncu 
nömrəsinə aiddir. Burada, yəni “Lək-lək”in 10-cu nömrəsinin 
mündəricatında “Axtar” adlı başlıqda “İttifaqi səbəblərdən tullantı 
bu nömrə vaxtından gec nəşr edildi” sözləri yazılmışdır. Deməyə 
əsas verir ki, “Lək-lək” can verir” kitabçası jurnal nəşrə başlayan 
kimi ilk nömrəsiylə eyni vaxtda çıxa bilməzdi.  


_________Milli Kitabxana_________ 
 
234
 
Oğrular, damdələnlər, şərab içənlər, nəşəxorlar, qumarbazlar, 
yolkəsənlər, rəzalət bataqlığında çabalayanlar, zəhmətkeş insanla-
rın imkanlarını öz mənafeləri üçün hər an yararlananlar, ictimai-
siyasi hadisələrin cəmiyyətdə doğurduğu əks-səda məcmuənin əsas 
mövzularındandır. “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq 
qalmaq yolunda mövcud imkanlarından qədərincə istifadə edən 
“Lək-lək”çilər sosial mənşəcə  aşağı  təbəqəyə  mənsub olan sadə, 
kasıb, yoxsul, məzlum kütlələrə rəğbət bəsləməyin, tüfeylilərə qar-
şı barışmaz mövqedə dayanmağın mahiyyətini geniş xalq kütlə-
lərinə çatdıran mütərəqqi ziyalılar olduğunu nümayiş etdirə bilmiş-
lər. “Molla Nəsrəddin”də olduğu kimi, “Lək-lək”də də ən çox bö-
yük əhəmiyyət və diqqət verilən məsələlər, ilk növbədə, müsəlman 
-islam dünyasındakı vəziyyət, çatışmazlıqlar, dövlətçilik sahəsinəki 
uyğunsuzluqlar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə ve-
rilən rəvac, milli münasibətlərin kəskinləşməsi istiqamətində yeri-
diən siyasət, xeyriyyəçilik, maarif, ədəbiyyat, qadınlara münasibət 
və bu kimi məsələlər öz həllini əsasən tapmışdı. 
“Molla Nəsrəddin” jurnalının müvəqqəti redaktoru olmuş 
Məmmədəli Sidqinin (1888-1956) arxivində “Lək-lək”satira jur-
nalının redaktoru Cabbar Əsgərzadənin bir sıra  şəxsi məktubları 
mühafizə olunur. Bu məktublar [133] “Lək-lək” jurnalının nəşri-
nə hazırlıq və onun redaksiya işinin təşkilinə dair məsələlərin bə-
zilərini aydınlaşdırmağa kömək edir. C.Əsgərzadə öz məktubla-
rında “Ə”, “Eşşək dağlayan”, “Məhkəmə pişiyi”, “M.P.” imzaları 
ilə yazdığını, “Molla Nəsrəddin”, “Kəlniyyət” və başqa mətbuat 
orqanlarında iştirak etdiyini bildirir. O, İrəvandan göndərdiyi 4 
dekabr 1913-cü il tarixli məktubunda “Lək-lək” jurnalını  çıxar-
maq üçün qəti qərara gəldiyini xəbər verib, bu münasibətlə bir 
çox “Molla Nəsrəddin” yazıçılarını jurnalda iştiraka cəlb etmək 
istədiyini bildirib, onlardan bəzilərinin ünvanını xəbər alır. O, bu 
işdə  çətinlik çəkdiyini etiraf edərək, 18 fevral 1914-cü il tarixli 
məktubunda yenə də təkrarən M.Ə.Sidqidən xahiş edir ki, “Molla 
Nəsrəddin”in müxbir və  şairlərinin ünvanını bildirsin... Başqa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə