Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   72   73   74   75   76   77   78   79   ...   102

_________Milli Kitabxana_________ 
 
229
 
Firudin bəy Köçərlinin rəhbərliyi və rejissorluğu sayəsində 
Sultanməcid Qənizadənin “Dursunəli və Ballıbadı” (7 mart 
1885), M.F.Axundovun 1888-ci ilin 21 martında təkrar quruluşda 
“Sərgüzəşti-vəziri xani-Lənkəran”, “Müsyö Jordan və  dərviş 
Məstəli şah” (4 aprel 1890), “Hacı Qara” (20 oktyabr 1894) əsər-
ləri səhnəyə qoyulmuşdur. 
Teatr tamaşalarına artan maraq İrəvan ziyalılarının diqqətin-
dən yayınmır.  İrəvanskilər, Pənah xan Makinski, Qazıyevlər və 
başqalarının maddi-mənəvi dəstəyi ilə bu sahəyə meyl göstərən-
lərin sayı artır. Səhnədə 1890-cı ildən rejissor və aktyorluq edən, 
aparıcılığı ilə əlaqədar olaraq istedadı ilə başqalarından fərqlənən 
Yunis Nuri ilk dəfə 1897-ci ildə səhnəyə çıxaraq teatrın canlan-
masını, göstərilən tamaşaların il ərzində əvvəlkilərlə müqayisədə 
sayının daha çox olmasına müvəffəq olur. Dini xurafatın, nadan-
lığın, fitnəkarlığın mövcud olduğu bir şəraitdə  İrəvan ziyalıları, 
xüsusən də Pənah xan Makinski səhnədə oynayanları gözlənilən 
hər cür təhlükədən qorumaq üçün tamaşaların oynanılmasını öz 
sarayında təşkil edir.  
XX əsrin əvvəllərində Irəvanda teatr tamaşaları “İctimai yığ-
naq” şəklində “Ziyalılar klubu” adlandırılan Canpoladov qardaş-
larının teatr binalarnda göstərlirdi. Burada nümayiş etdirilən 
tamaşaların elanları İrəvanda nəşr olunan “Lək-lək” satirik jurna-
lının 22 fevral 1914-cü il tarixdə çapdan çıxan 1-ci sayının elanlar 
bölməsində şəhər əhalisinə bildirilirdi ki“Fevralın 27-də İrəvan 
İslam Dram şirkəti aktyorları tərəfindən müdiri (Təhvil) Əli Məh-
zun cənablarının şərğə olaraq 5 pərdəli “Ğayıt nər” bir faciə əsəri 
tamaşaya qoyulacaq. Biletlər indidən “Tofiq” mehmanxanasında 
və “Ülfət” qəhvəxanasında satılır. Təfsilat afişalardan məlum 
olar”. Burada formalaşan truppada Hüseyn Salmanov, Məmmə-
dağa Şahtaxtlı, Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəf bəy 
Şəfibəyov, Kərim  Əhmədov,  Əli Məhzun Rəhimov, Mir Abbas 
kimi həvəskar aktyorlar vardı. 
1900-1917-ci illərdə İrəvanda Azərbaycan teatrı aktyor ifala-
rı, rejissor işləri və repertuar tərtibi baxımından ciddi nailiyyətlər 


_________Milli Kitabxana_________ 
 
230
 
əldə etmişdir. Bakının müxtəlif teatr truppalarının Qafqazın ayrı-
ayrı  şəhərlərinə qastrol səfərlərinə ezam olunması, xüsusən də 
İrəvanda qastrol səfərləri zamanı tamaşalar göstərmələri, Sidqi 
Ruhullanın, Hüseyn Ərəblinskinin, Mirzağa Əliyevin, Cəlil Bağ-
dadbəyovun,  Əbülfət Vəlinin, bəstəkar Zülfüqar bəy Hacıbəyo-
vun  İrəvandakı qastrolları yerli həvəskarların yaradıcılıqla işlə-
mələrinə, sənətdə püxtələşmələrinə geniş stimul verirdi.  
İrəvan Azərbaycan Dövlət Dram Teatrının həvəskar aktyor-
larının repertuarlarının yanr, əlvanlıq və  zənginlik baxımından 
diqqəti cəlb edən səciyyəvi xüsusiyyətləri daha boyük, tarixi 
mövzuları  əks etdirən  əsərlərin səhnəyə  çıxarılmasına  şərait ya-
ratmışdır. Yunis Nurinin yaradıcılıq təşkilatçılığı  və rejissorluğu 
ilə  Nəriman Nərimanovun “Nadir şah”, Yevgeni Çırkovun “Ya-
hudilər”, Jan Batist Molyerin “Zorən təbib”, Mirzə Fətəli Axun-
dovun “Molla İbrahimxəlil kimyagər”, Aleksandr Ostrovskinin 
“Kimdir müqəssir?”,  Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz 
cavan” (1910), Hüseyn Ərəblinskinin rejissorluğu ilə Əbdürrəhim 
bəy Haqverdiyevin “Dağılan tifaq”, Sidqi Ruhullanın rejissorluğu 
ilə Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”, Zülfüqar bəy Ha-
cıbəyovun (rejissoru özü olub) “Əlli yaşında cavan” (1910-1913-
cü illərdə), Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”(1916-ci ildə, 
rejissor Rza Şeyxzadə) və digər səhə əsərlərinin tamaşaçılar tərə-
findən maraqla qarşılanması teatrın tarixinə bir əlvanlıq gətirmiş-
dir. Başqa yerlərdən fərqli olaraq İrəvan teatrında qızların səh-
nəyə çıxması daha erkən özünü göstərmiş. Üzeyir bəy Hacıbəyo-
vun “Arşın mal alan” operettasında Gülcöhrə rolunu oynayan Ta-
mara Əsəd qızının cəsarəti xüsusilə maraq doğurur. Ümumən bu 
teatrın fəaliyyəti 1918-1927-ci illərdə xüsusən maraq doğurur, 
səhnədə  sənətkar kimi tanınanların peşəkarlıqları kamillik baxı-
mından tamaşaçı rəğbətini qazanmışdır. Sonrakı dövrlərdə reper-
tuar baxımından çoxsaylı ədiblərin əsərlərinin tamaşaya hazırlan-
ması geniş vüsət almış, bu hal 1950-ci ilədək davam etmişdir. 
Teatrın fəaliyyəti azərbaycanlıların deportasiya edilməsi ilə  əla-
qədar dayandırılmış, nəhayət, 1967-ci ildə  İrəvanda çalışan rəh-


_________Milli Kitabxana_________ 
 
231
 
bər azərbaycanlı ziyalıların təşəbbüsü ilə Ermənistan hökuməti 
qarşısında qaldırılan məsələ nəticəsində İrəvan Azərbaycan Döv-
lət Dram Teatrının bərpası öz həllini tapmış, adını daşıdığı şəhər-
də 1988-ci ilədək yaradıcılıq axtarışlarını davam etdirmişdır. 
Qaçqınlıq  şəraitində yaradıcılıq fəaliyyətini davam etdirən 
Cəfər Cabbarlı adına  İrəvan Dövlət Azərbaycan Dram Teatrının 
125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respub-
likasının Prezidenti İlham  Əliyevin 30 avqust 2006-cı il tarixli 
sərəncamı ilə tədbirlər hazırlanıb həyata keçirimişdir. Prezidentin 
16 oktyabr 2007-ci il il tarixli Sədəncamı ilə teatrın  əməkdaş-
larından Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə 
görə Abdullayeva Tamella İslam Qızının,  İsmayılova Elmira 
Məhərrəm qızının, Nəcəfov Süleyman Paşa oğlunun “Azərbaycan 
Respublikasının xalq artisti”, Əliyeva Dilarə Hasil qızının,  Əli-
yeva Tünzalə  Məcid qızının, Kərimov Vaqif Məhəmməd oğlu-
nun“Azərbaycan Respublikasının  əməkdar artisti” və Piriyev İf-
tixar Fərhad oğlunun “Azərbaycan Respublikasının Əməkdar mə-
dəniyyət işçisi” fəxri adları ilə təltif olunmuşdur.  
Teatrın sovet dövründəki fəaliyyətini hərtərəfli öyrənmək 
istəyənlər  İsrafil Məmmədovun “İrəvan dəftəri III Teatr tarixi-
mizdən səhifələr” (Bakı 2009), Cəlal Allahvtrdiyebin “İrəvan 
ədəbi mühiti (1920-1950-ci illər)” (Bakı, 2010) kitablarından da-
ha geniş məlumat əldə edə bilərlər. 
 
 
 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə