Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   68   69   70   71   72   73   74   75   ...   102

_________Milli Kitabxana_________ 
 
217
 
faktların aşkarlığını  təmin etməyə imkan verdi. Tədqiqatçıların, 
tarixçilərin bilavasitə təşəbbüskarlığını bir daha artırdı, Azərbay-
canın əsl tarixini əks etdirən elmi nəşirlər yarandı.  
Bu fərmanların mahiyyətini təbliğ və təşviq etmək, əməli nə-
ticələrə nail olmaq məqsədilə bir sıra mətbu orqanlar öz səhifələ-
rində xüsusi rubrikalar altında kəsərli yazılar verdilər, qəzet və 
məcmuələr təsis olundu. Vaxtıilə  Qərbi Azərbaycanda yaşayan 
yaradıcı qüvvələrin  əsərlərinin işıq üzü gördüyü “Ədəbi Ermə-
nistan” ədəbi-bədii məcmuəsi “Ədəbi İrəvan” adı ilə yenidən öz 
işinə başlamaqla  ətrafında ürəyi sözlə dolu çoxsaylı yaradıcı 
ziyalıların cəmləşməsinə şərait yaratdı. 
Vətənin sinəsində Xocalı dərdi, Laçın dərdi, Şuşa dərdi, Kəl-
bəcər dərdi, habelə itirilmiş, düşmən işğalında olan çoxsaylı el, 
oba, yurd və mahallarımızın dərdinin olduğunu, bu dərdlərə son 
qoymaq üçün möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbay-
canın  ərazi bütövlüyünün sözsüz təmin edilməsi istiqamətindəki 
yorulmaz fəaliyyətinin bəhrə verəcəyinin danılmazlığını, döyüş 
yolu ilə ermənilərin işğal altındakı torpaqlarımızdan çıxarılaçağı-
na əmin olan xalqımızın nikbinliyinə heç zərrə qədər şübhə yox-
dur. Əlbəttə, bu tarixi ədalətsizliklərin elmi cəhətdən araşdırılma-
sı öz bəhrəsini verəcəkdir.  
2009-cu ildə Azərbaycan ictimaiyyətinin mütaliəsinə verilən 
“İrəvan xanlığı” kitabının hazırlanmasının ideoloqu olan Azər-
baycan Respublikasının Prezidenti İlham Əliyev cənabları demiş-
dir: “İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yaradı-
landa, məhz Azərbaycan Cümhuriyyəti tərəfindən verilmişdir. 
İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. 
Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona 
görə, tarixi baxımdan da bu, bizim torpağımızdır” (“Yeni Azər-
baycan” qəzeti,  №056(3236) 03 aprel, “Xalqımızın fədakarlıq 
salnaməsi” məqaləsindən). 
Əsrlərlə  dədə-babalarımızın yaşadığı  məskənlərinin, yurd-
yuvalarının indi erməni oylağına çevrildiyini düşünən hər kəsin 
keçirdiyi narahatçılığı qaçqınlıq, məcburi köçkünlük həyatı keçi-


_________Milli Kitabxana_________ 
 
218
 
rən bizlərin hər birimiz yaşayırıq. Erməni vandalizminə  məruz 
qalan soydaşlarımızın başına gətirilənləri əks etdirən illüstrasiya-
ların, daşnaqlar tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəyovun, 
şairə Xurşudbanu Natəvanın, dünya şöhrətli Azərbaycan müğən-
nisi Bülbülün (Murtuza Məmmədov) heykəllərinin gülləboran 
edilməsi, Xocalı soyqırımına dair mavi ekranlarda göstərilən sə-
nədli süjetlər, fotoşəkillər və onların doğurduğu acı təsuratlar bir 
daha bizləri bir yumruq kimi birləşməyi, erməniləri talan etdik-
ləri, viranə qoyduqları dədə-baba yurdlarımızdan birdəfəlik çıxar-
mağı, düşmənə sarsıdıcı  zərbələr endirməyi,  şəhidlərin qanını 
yerdə qoymamaği tələb edir. Bu fikirlər “Ədəbiyyat qəzeti”nin 26 
yanvar və “Ekspress”qəzetinin 3-5 fevral 2007-ci il tarixli sayla-
rında və “Ədəbi İrəvan” almanaxında əks etdirilmişdir. 
Hamizədlik mövzumun “XX əsr Göyçə  aşıq mühiti (1920-
1950-ci illər)” olması məni vadar etdi ki, yenidən həmin mövzuya 
qayıdım, İrəvan xanlığı ərazisində ədəbi mühitin araşdırılmasına 
bir qədər geniş aspektdə yanaşılsın. Maarifçilik, məktəbdarlıq, 
teatr truppalarının yaradılması, mühitdə yetişən ünlü adamlarım, 
işıqlı ziyalıların həyat və  fəaliyyətlərinin hamıya tam məlum 
olmayan məqamlarını olmuş tarixi hadisələrin timsalında  əks 
etdirməyin zəruriliynə daha çox yer ayrılmıdır. 
İrəvan xanlığında və onun yaşayış  məntəqələrində böyük 
dövlətlərin bilavasitə təhriki və iştirakları ilə törədilən hadisələr, 
qırğınlar, talanlar, köçürmələr barədə açıq danışmaq ağır fəsad-
lara, işgəncələrə, təqiblərə səbəb olurdu. Bütün bunların acı nəti-
cələrini dadan, ictimai qurluşun diqtə etdiyi qanunlara tabe olan-
ların gördükləri və eşitdiuklərinin təsəvvürlərdə iz salan əsl hadi-
sələrin bədii ədəbiyyatdakı əksini tarixi mənbələrdən elmi-tədqi-
qata cəlb etmək indiki zamanda olduqca gərəklidir. Odur ki, İrə-
van  ədəbi mühitinə kifayət qədər bələd olan filoloq alimlərdən 
Teymur Əhmədov, İsrafil Abbasov, Qara Namazov, Kövsər Tar-
verdiyeva, Bağır Bağırov, Hüseyn İsmayılov,  İsmayıl Vəliyev, 
Şamil Vəliyev, Akif Bayramov, Himalay Qasımov, Alxan Bayra-
mov və Əziz Ələkbərlinin tövsiyə və məsləhətləri əsasında bir sı-


_________Milli Kitabxana_________ 
 
219
 
ra araşdırmalar aparılmışdır.  Ədəbi mühitin tarixi və regional 
özünəməxsusluğuna diqqət yetirilmiş, maarifçilik, məktəbdarlıq, 
kitab nəşri,  İrəvan türklərinin ilk yazılı  mətbuat abidəsi olan və 
İrəvanda 1914-cü ildə nəşr olunan “Lək-lək”jurnalı transliterasiya 
edilmişdir.  İrəvanda nəşr olunan “Sovet Ermənistanı” və digər 
qəzetlərin, “Ədəbi Ermənistan” məcmuəsinin səhifələrində azər-
baycanlılara qarşı edilən soyqırımı faktlarınım xülasə şəklində ic-
timaiyyətə çatdırılması ədəbi qələm sahiblərinin bir nömrəli vəzi-
fəsi olmuşdur.  
 
3.4. İrəvanda teatr truppalarının formalaşması üçün gös-
tərilən təşəbbüslər.  İrəvan Dövlət Azərbaycan Dram Teatrı-
nın yaranması 
 
İrəvan Müəllimlər Seminariyasının tələbələri elmi biliklərə 
dərindən yiyələnməklə yanaşı, ədəbi yaradıcılıqla məşğul olmağa 
da hədsiz üstünlük verirdilər. Haşım bəy Vəzirovun “Cəfər, Əh-
məd və Karapet” mənzuməsi və “İnildəmə, əzizim!” adlı birpər-
dəli pyesi, irəvanlı Rzayev soyadlı bir tələbənin “Günahsız ni-
gah” (bəzi mənbələrdə “Könülsüz nigah” kimi qeyd olunur – 
Z.M.) vodevili, digər seminaristlərin  şeir və hekayələri  İrəvan 
Müəllimlər Seminariyasının görkəmli pedaqoq və alimi Firudin-
bəy Köçərlinin bilavasitə tövsiyələri  əsasında qələmə alınmışdı. 
Haşımbəy Vəzirovun “Kəşkül”də kiçik müxbir məqalələri də çap 
olunurdu. Onun İrəvan Müəllimlər Seminariyasının üçüncü sin-
fində oxuyarkən rus dilində  qələmə aldığı  “О  tаtаrskiх  şkоlах” 
adlı  məqaləsini Qafqaz Təhsil  İdarəsinin orqanı “Sbоrnik 
mаtеriаlоv dlə  оpisаniyа  mеstnоstеy i plеmеn Kаfkаzа” top-
lusunda çap edilmişdi. 
1882-ci ilin əvvəllərində İrəvan gimnaziyasının müəllimi, ta-
nınmış maarifpərvər Məşədi  İsmayıl özünün şagirdləri ilə V.Mə-
dətovun “Tamahkarlıq düşmən qazanır” pyesini tamaşaya hazır-
layır. Bununla da İrəvanda peşəkar Azərbaycan teatrının təməli 
qoyulur. Həmin əsər ikinci dəfə üç ay sonra 2 aprel 1882-ci il ta-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə