Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   64   65   66   67   68   69   70   71   ...   102

_________Milli Kitabxana_________ 
 
205
 
diqlik nümunəsi kimi qədim Azərbaycan torpağı  İrəvanda nəşr 
olunan “Lək-lək” məcmuəsinin indi nəzərdə tutulan nəşri Azər-
baycanın ictimai-siyasi durumu baxımından bir mətbuat orqanı 
kimi mühüm əhəmiyyət kəsb edir.  
İnqilabdan  əvvəl, həmçinin ondan bir az sonra İrəvan  ədəbi 
mühitinin ziyalıları Zaqafqaziyada nəşr edilən rus və Azərbaycan 
dilli mətbuatla tanış idilər. Qəzet və jurnallarda oxuduqları məqalə 
və korraspadensiyalarda ictimai-siyasi, ədəbi-mədəni, sosial-iq-
tisadi yazılara yaxından maraq göstərirdilər. Xüsusən də Azər-
baycanda baş verən hadisələrin analoji cəhətlərini müqayisə edərək 
İrəvan mühitinə də aid edirdilər. “Cavanlar  Şurası” adlı qəzetin 
azərbaycanlı ziyalıların milli şurası  tərəfindən 1920-ci ildə  nəşrə 
başlaması mühüm hadisə kimi qarşılanmışdı. Qəzet milli mövqe-
dən çıxış etdiyindən onun fəaliyyəti dayandırılmışdı. Ermənistanda 
sovet hakimiyyəti qurulduqdan sonra hakimiyyət başına gələn 
kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklar ölkədə kommu-
nist-bolşevik mətbuat yaratmaq məsələsini gündəlikdə saxlayır-
dılar. Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə 1922-ci ildə EK(b)P 
MK-nın nəzdində azsaylı xalqlar şöbəsi yaradılmışdı. Öz millətinin 
hüquqlarının və mənafeyinin qorunub saxlanması üçün rəhbər or-
qanlar qarşısında Azərbaycan dilində  mətbu orqanın yaradılması 
məsələsini qaldırmaq zərurəti 1921-ci ildə  “Kommunist”  (azər-
baycanca, redaktoru Həmid Qənizadə idi) qəzetinin nəşrinə zəmin 
yaratdı. Lakin Irəvanda tüğyan edən qətliamlar, terror, total qırğın-
lar, dağıntılar nəticəsində Azərbaycan dilində  nəşr olunan “Kom-
munist” qəzeti həmin ilin yanvarında işıq üzü görsə də, fevralın 8-
də onun redaksiyası yandırıldı, nəşri dayandırıldı.  
1922-ci ildə Bala Əfəndiyevin təşəbbüsü və redaktorluğu ilə 
“Rəncbər” qəzeti həftədə bir dəfə nəşr edilməyə başladı, lakin da-
vamlı  nəşrinə  qəsdən  şərait yaradılmadı. Ermənistanın ilk Maarif 
Komissarı, sonralar EK(b) P MK-nın katibi Aşot Ohanesyan heç 
bir obyektiv səbəb olmadan qəzetin 52 nömrəsindən sonra bağlan-
masına 1922-ci ilin dekabrında sərəncam vermişdir. Sonralar 
H.Hüseynov “Qızıl  Şəfəq”qəzeti, 25 aprel,1934-cü il nömrəsində 


_________Milli Kitabxana_________ 
 
206
 
“On illik qalibiyyət bayramı” məqaləsində “Zəngi ” qəzetinin nəş-
ri [122] məsəlsinə nail olunması barədə təfərrüat vermişdir. Qəze-
tin ilk nömrəsi 29 noyabr 1924-cü ildə 2 səhifədən ibarət həmin 
tarixdən 15 oktyabr 1927-ci ilə  qədər həftədə bir dəfə  nəşr olun-
muş, onun ilk nömrələri Bala Əfəndiyevin siyasi iradəsi, qətiyyəti, 
uzun müddətli gərgin mübarizəsi sayəsində, həmçinin Mustafa Hü-
seynovun və Murtuza Muradovun gərgin zəhmətləri nəticəsində 
nəşr edilmişdir. “Zəngi” qəzetinin 47-ci nömrəsinin nəşrinin üç il-
liyi münasibətilə 1927-ci ildə “İki bayram” başlıqlı  məqalədə ya-
zılmışdı: “Ermənistanda şura hökuməti qurulduqdan sonra İrəvan-
da türkcə həftəlik “Kommunist” qəzetəsi nəşrinə başlandı. Qəzetə 
bir neçə ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı 
və bir neçə ay sonra “Rəncbər” qəzetəsi nəşrinə başladı. O da bir 
neçə ay davam etdikdən sonra qapandı”. Erməni millətçilərinin İrə-
van azərbaycanlılarının qəzet nəşr etdirmək iqtidarında olmaması 
barədə cəfəng təsəvvürləri uzun müddət azərbaycanlı oxucuları öz 
ana dilində  mətbuat orqanından məhrum etmiş, bu iş erməni mə-
murlarının inhisarında olmuşdur. Azərbaycanlılara qarşı edilən bu 
siyasi-mənəvi terror ardıcıl davam etdirildiyindən həm kitab nəşri, 
həm də  qəzet nəşri sahəsində  mədəniyyətimizə  ağır zərbələr vur-
muşdur. Ümumiyyətlə, qəzet nəşrinin çətinliklərini, maddi imkanın 
məhdudluğunu bəhanə gətirən Ermənistanın şovinist rəhbərlərinin 
cəhdləri “Zəngi” qəzetinin bağlanması fikirlərinin təşkilatçılarını, 
xüsusən də Aşot Ohanesyanı açıq-saçıq tənqid edə bilmirdi. “Zən-
gi”nin xələfi olan “Qızıl şəfəq” qəzeti 1937-ci ildə yazırdı: “Ölkə-
nin siyasi-iqtisadi inkişafı, kütlələrin və o cümlədən azərbaycanlı 
kütlələrin siyasi aktivliyinin yüksəldilməsi türk dilində qəzet nəşr 
etmək məsələsini yenidən irəli sürmüşdür. ÜİK(b)P Zaqafqaziya 
Ölkə Komitəsi millətçi Konturrevvolyusioner Aşot Ohanesyanın 
millətçi fikirlərini rədd edərək 1924-cü ildə “Zəngi” qəzetini nəşr 
etməyi qərara aldı”[151]. Qəzetin 1927-ci ildən 1937-ci ilədək 
“Qızıl  şəfəq”, 1937-1939-cu illərdə  “Kommunist”, 26 sentyabr 
1939-cu ildən 1989-cu ilədək isə “Sovet Ermənistanı” adı ilə nəşr 
olunduğu göstərilir.  


_________Milli Kitabxana_________ 
 
207
 
3.3.Ermənistandan azərbaycanlıların deportasiyası  və 
represiyasının mətbuatda əksi  
 
Deportasiya latın sözüdür, ölkə daxilindən zorla çıxarılma, qo-
vulma, sürgün mənalarını verir. Hüquqda ilk dəfə Fransada sürgü-
nün xüsusi növləri kimi nəzərdə tutulmuş və şübhəli şəxslər haq-
qında 1791-ci il qanunu ilə tətbiqinə başlanılmışdır. Həmin qanuna 
əsasən siyasi cəhətdən səbatsız sayılan  şəxslər Qviana yaylasına 
sürgün olunurdular. Deportasiya haqqında maddə 1810-cu ildə 
Fransanın cinayət məcəlləsinə daxil edilmişdir. Qitə hüdudlarından 
kənarda olmağı və ömürlük orada qalmağı nəzərdə tutan 23 mart 
1872-ci il tarixli Fransa qanununa görə isə yaşayış üçün yararlı ol-
mayan ucqar müstəmləkə ərazilərində deportasiya olunanlar üçün 
möhkəmləndirilmiş düşərgələrin yaradılması zərurət sayılmışdı. 
İlk deportasiyalar daha çox siyasi cəhətdən səbatsız (sabit və 
bərqərar olma, sözündən və iqrarından dönməmə, mətanət ) sayı-
lanlara və qatı cinayətkarlara qarşı tətbiq edilmiş, sonralar depor-
tasiya təhlükəli cinayətkarlığa qarşı cəza növü kimi aradan götü-
rülıüş, 1880-ci ildən isə onun tətbiqi dayandılılmışdır.  
Ədalətsizliyə mətanətlə sinə gərən , milli mənliyini ən çətin 
anlarda qoruyub saxlamaq üçün müsibətlərə dözən Azərbaycan 
xalqı erməni millətçilərinə və onlara dəsdək verən Rus müstəm-
ləkəçilərinə qarşı qeyri-bərabər mübarizədə son dərəcə ağır işgən-
cələrlə üzləşmişdir. Talelərinə yazılan deportasiya və soyqırımı 
onların tarixi-etnik torpaqlarından birdəfəlik uzaqlaşdırılmalarına 
səbəb olmuşdur. 
Hələ 1905-1906- cı illərdə ermənilər Qarabağın, Zəngəzurun 
və başqa yaşayış  məntəqələrini viran qoymuşdular. Bu işlərin 
davamını Birinci Dünya müharibəsi dövründə  həyata keçirmək 
planları özünü büruzə verirdi. Müharibənin gedişində baş verən 
hadisələr ermənilərin və onların havadarlarının  Şərqi Anadoluda 
müstəqil erməni dövləti yaratmaq barədəki planlarının həyata 
keçməsinə mane oldu. Rus qoşunları Türkiyə torpqalarından geri 
çəkildi. Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə