Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   66   67   68   69   70   71   72   73   ...   102

_________Milli Kitabxana_________ 
 
211
 
Fransada vaxtıilə  tətbiq olunan sürgünlərin davamı olaraq 
son yüzillik ərzində erməni şovinistlərinin və onların əbədi hima-
yədarı olan böyük dövlətlərin Qafqazda azərbaycanlılara qarşı ye-
ritdiyi məqsədyönlü cinayətkar siyasət: etnik təmizləmə, soyqırı-
mı, mərhələ-mərhələ gerçəkləşdirdikləri qeyri-insani siyasət barə-
də yaddaşlarda donub-qalan tarixi faktların tam aşkarlığını təmin 
etmək üçün yerli mətbuatda bir sıra maraq doğuran məlumatlar, 
xəbərlər verilsə də, bunlar geniş oxucu kütləsini kifayətləndirmir-
di. Xalqımızın başına gətirilən müsibətlərin siyasi cəhətdən qiy-
mətləndirilməsi, beynəlxalq aləmdə  aşkarlığının təmin edilməsi 
sahəsində cəsarətli addımlar atılması sanki bir yasağa çevrilmişdi.  
Özlərini “cəfakeş”, “məzlum” adlandıran ermənilər tarixi fakt-
ları öz xeyirlırinə saxtalaşdırmaq və uydurduqları ağ yalanları bütün 
dünyada yaymaq üçün qalaq-qalaq kitabların yazılmasına hər vəchlə 
nail olmaqdan çəkinməmiş, Azərbaycanın başına gətirilənlər barədə 
tarix boyu beynəlxalq ictimaiyyətə yanlış məlumat vermək üçün hər 
vasitəyə  əl atmışlar. Bu prosesin indinin özündə  də ermənilər 
tərəfindən hayasızcasına davam etdirildiyi, əlbəttə, inkarolunmazdır. 
Xüsusən XIX və XX əsrlərdə xalqımızın başına gətirilən bəlaların 
müstəqillik əldə etdikdən sonra da geniş ictimaiyyətə açıq-saçıqlığı 
ilə çatdırılması sahəsində  cəsarətli addımlar atmaq imperiyanın 
vahiməsindən nə tarixçilərimizi, nə də aparıcı rəhbər şəxsləri o qədər 
də narahat etmirdi, hamı sanki qorxub-çəkinirdi. Lakin ulu öndə-
rimiz, türk xalqının ikinci Atatürkü, ümummilli liderimiz H.Ə.Əli-
yev cənabları Qanlı 20 Yanvar faciəsi zamanı öz ailə üzvləri ilə 
birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə  gəlməklə 
xalqına qarşı Sovet rəhbərliyinin, şəxsən M.Qorbaçovun göstərişi ilə 
edilən bu qanlı  qırğına görə bu işdə bilavasitə  əli olanları  tənqid 
etməsi, o ağır, hüznlü günlərdə xalqını birliyə, həmrəylik mübari-
zəsinə çağırması soydaşlarımızı ruh düşgünlüyündən xilas etdi, 
onlara meydanlarda, yüksək tribunalarda imperiyanın ermənipərəst 
siyasət yeritdiyini tarixi faktlarla ifşa etmək imkanı verdi. 
Xalqımızın başına gətirilən məşəqqət və faciələri özündə eh-
tiva edən çoxsaylı  sənədlərin, xüsusən də iki mühüm sənədin 


_________Milli Kitabxana_________ 
 
212
 
H.Əliyev cənablarının bilavasitə öz təşəbbüsü ilə hazırlanması – 
“1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazi-
sindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası 
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin 18 
dekabr tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” Azər-
baycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fər-
manları Azərbaycan cəmiyyətində böyük razılıq hissi ilə qarşılan-
mışdır. Yaddaşlarda mürgüləyib qalan xatirələr mətbuat səhifələ-
rində öz aşkarlığını tapmışdır. “Respublika”, “Xalq qəzeti”, 
“Azərbaycan”, “Səs” və bir çox başqa qəzetlərin səhifələrində 
ailəlikcə soyqırımının, köçürmələrin, deportasiyaların qurbanı, 
canlı şahidi, iştirakçısı olanların yaddaşlarında uzun illər asılı qa-
lan acı xatirələr sənədli publisistika materialları kimi qələmə alın-
mışdır. Akademik Ramiz Mehdiyevin bilavasitə  səmərəli fəaliy-
yəti və tələbkar münasibəti sayəsində 80 ildən artıq bir zaman kə-
siyində üstündən sükutla keçilən, açılıb-ağardılmayan qaranlıq 
məsələlər aydınlıq tapmış, kütləvi informasiya vasitələrində veri-
lən tarixi faktların iştirakçısı tanınmış şəxsiyyətlərin xatirə-məqa-
lələri cəmləşdirilmiş, “Azərbaycanlıların Ermənistan ərazisindəki 
tarixi-etnik torpaqlarından deportasiyası” toplusu nəşr olunmuş-
dur. [34] Görkəmli filosof R.Mehdiyevin ön sözü ilə işıq üzü gö-
rən “Deportasiya” toplusunun bütün xalqa çatdırılması qaranlıq 
məqamlara aydınlıq gətirmişdir. 
Azərbaycanlıların Ermənistandan deportasiyası, soyqırımı, 
köçürülməsi barədə  ədalətsiz qərarlar Azərbaycan vətəndaşlarına 
məlumdur. Azərbaycanlılara qarşı  dəfələrlə soyqırımı  və deporta-
siyalar həyata keçirən erməni millətçiləri İrəvan xanlığı ərazisində 
olan minlərlə tarixi abidəni, nadir maddi və  mənəvi mədəniyyət 
əsərlərini, məscidləri, minarələri, qəbristanlıqları yerlə yeksan et-
miş, tarixi adlara qarşı da soyqırım törətmişlər. 1935-1988-ci illər 
arasında Ermənistanda rəsmi “addəyişmə əməliyyatları” Ermənis-
tan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmiş, min-
lərlə Azərbaycan toponimləri soyqırıma məruz qalmış, 521 türk-
mənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir [106-462.464].  


_________Milli Kitabxana_________ 
 
213
 
Köçürmə, departasiya və represiyaların 1905-1906-ci illər bi-
rinci mərhələsi, 1918-1920-ci illər ikinci mərhələsi, 1948-1953-cü 
illər üçüncü mərhələsi barədə Azərbaycan xalqının yaddaşında 
unudulmaz hadisələri əks etdirən, ömrü boyu yaddaşlardan silinib-
pozulmayan dəhşətli faktlar tarixə çevirilsə də, bu hadisələrin canlı 
şahidi olan yaşlı  nəslin nümayəndələrinin  əksər hissəsi dünyasını 
dəyişmişdir. Ötən əsrin 30-cu illərində doğulanların uşaqlıq xatirə-
lərində arxiv materialı kimi qorunub-saxlanan və həm böyüklərdən 
dinlədikləri, həm öz gözləri ilə gördükləri və qulaqları ilə eşitdik-
ləri iyrənc təzadlı faktlar yada düşəndə xalqımıza qarşı edilən da-
vamlı tarixi ədalətsizliklərin unudulmazlığından daxili narahatçılıq 
keçirirsən. Bu olayları Mir Möhsün Nəvvabın “1905-1906-cı illər-
də erməni-müsəlman davası” (Bakı, “Azərbaycan” nəşriyyatı, 
1993) [146], Məmməd Səid Ordubadinin “Qanlı illər” (1905-1906-
cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. 
Bakı, 1991) [147], İsrafil Məmmədov və Sabir Əsədovun “Ermə-
nistan azərbaycanlıları  və onların acı taleyi” Bakı, “Azərbaycan” 
nəşriyyatı, 1992) [137-a], Əziz  Ələkbərlinin “Qədim Türk-Oğuz 
yurdu – “Ermənistan” (Bakı, “Sabah” nəşriyyatı, 1994) [74-a], 
Əziz Ələkbərlinin “Abbasqulu bəy Şadlinski”, (Bakı, “Sabah” nəş-
riyyatı, 1996) [75-a], Həbib Rəhimoğlunun “Silinməz izlər, sağal-
maz yaralar” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997) [94-a], 
uzun illər Ermənistanda rəhbər vəzifələrdə işləmiş Talıb Musaye-
vin “Ermənilər və faciələrimiz” (XX əsrdə ermənilər tərəfindən 
xalqımızın başına gətirilən faciələr). (Bakı, “Nurlar” Nəşriyyat-Po-
liqrafiya Mərkəzi, 2008) [150] kitabları tarixi həqiqətlər və ger-
çəkliklər haqqında kifayət qədər məlumatlarla zəngindir. 
T.Musayevin çoxsaylı tarixi sənədlərlə və yaşanılmış hadisə-
lərlə zəngin olan “Ermənilər və faciələrimiz” kitabını həyəcansız 
oxumaq mümkün deyil. Burada 1918-1919-cu illərdə Vedivasar 
ərazisindəki Millidərədə ermənilərin törətdiyi vəhşiliklərdən, Qə-
dili, Qaraxaç, Birəli, Şahablı kəndlərində edilən soyqırımı, Qars-
da törədilən faciələr, Abbasqulu bəy Şadlinskinin erməni hiyləsi-
nin qurbanı olması, bolşevik maskasında fəaliyyət göstərən ermə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə