Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

_________Milli Kitabxana_________ 
 
235
 
məktublar da sübut edir ki, “Lək-lək”mollanəsrəddinçilərə istinad 
etməyə və onun köməyinə arxalanmağa çalışmışdır. 
“Lək-lək” öz məzmunu və mündəricatına görə ideya-siyasi 
istiqaməti etibarı ilə xırda burjua demokratiyasına daha çox meyl-
li olmuşdur. Jurnalın ətrafında cəmləşən şəxslərin sinfi mənsubiy-
yətini, onların keçdiyi həyat yolunu, dərc etdirdikləri materialları, 
eləcə də başqa mətbu orqanlarda dərc olunan məqalə və xəbərlə-
rin məzmunundan aydın sezmək olur. Bu məcmuədə ictimai bəra-
bərsizliklərin mövcud vəziyyəti tənqid olunanın kimliyindən, 
nəçiliyindən asılı olmayaraq tənqid hədəfində olmuşdur. Yeni tip-
li maarif və  mədəniyyət uğrunda mübarizə jurnalın  əsas qayələ-
rindən biri olmuşdur. Burada xüsusən maarif məsələləri: yeni 
üsullu məktəblərdə təlim və tərbiyə metodlarının tətbiqi, tələbələ-
rin yaxşı oxuması, soydaşlarının maariflənməsi yolunda əlindən 
gələni  əsirgəməməyə sövq etmək kimi məsələlər öz əksini tap-
mışdır. Jurnalda həmçinin bəzən xalqın intibahını arzulayarkən 
millətçilik əhvali-ruhiyyəsinə də qapılırdı. “Kamil Paşanın ruhu-
na ithaf” [105-49] adlı şeirində “Yetim cücə” imzası ilə Əli Məh-
zun Rəhimov zamanın ictimai-siyasi hadisələrinin bəzi məqamla-
rına işarə etmək istəmişdir:  
Ha dinirəm? Ay itlaf
*
 firqəsinin qamandanı! 
Bircə qutardımı dəxi türklərin yazıq canı?! 
Varmı yenə de bir görüm, səndə rəyasət imkanı?! 
Ya satasan (çürük nara) bu vətənin şərafətin
Yadına düşmür demi məhkəməsi qiyamətin? 
 
Balkan o gözlərilə sən sahə yuvarlanan zaman, 
Aləmi basdı şəhvətin, qeyrətin oldu lap əyan, 
(Rus sözü, novremyalar) məddahın açdılar zəban, 
Raç da bağırdı Kamalın yaxşı kamallı vaxtıdır! 
Hər nə ki, istəsən verir danın duvəlli vaxtıdır! 
 
 
                                                 
*
 İtlaf – tələf etmək, öldürmək 


_________Milli Kitabxana_________ 
 
236
 
(Taimas )ın həp sütunları yazmadı mədhin nələr? 
(Pulitka) baş sütunda yazdı sənə ki, sərbəsər. 
(Mir)də Kamal əqlinə elədi etiraflar. 
Qoltuğuna cəridələr
*
 verdilər çoxlu qarpızı 
Noxdalayıb, palanlayıb qurşadılar sözün düzü. 
 
Qeyrətə gəldin onda sən hökm elədin, dayı oğlular; 
(Milli müşavirə) yapaq xalq da bilməsin nə var? 
Sən vətən müqəddəsi satmağa elədin qərar, 
Nail məqsəd olmadın bircə kağız uzatdılar, 
Qobruğuna ilişdirib dişrə hamandı atdılar. 
 
Heyf bilinmədi sənin qiymət qədr əyətin
Yanmadı axıra kimi şəmi misalı qeyrətin, 
Axırı qəbrə yolladı dərdiğmi bu millətin, 
Qorxma qiyamətə kimi baği qalar gözəl adın, 
Qalmadısa əgərçi bir xeyirlə yad olan zatın...  
“Yetim cücə” imzası ilə çap olunan bir şeirdə, “Bayquş” 
imzası ilə “Siyasi lüğət, yaxud gödən davası” adlı yazıda:  
“Hər kəsə  məlumdur ki, indi yer üzündə bir parça çörəkdən 
ötrü nə  qədər qanlar tökülür, nə  qədər evlər yıxılır, nə  qədər zir 
dəst millətlərin şərəf və heysiyyatı ayaq altında qalıb itir. Burası da 
məlumdur ki, nə  qədər allah, din, məzhəb və dini xudqarının 
çörəkə döymağında bilən millətlər varsa, (zərbinzən kerək)dən yağ 
çıxardan zamanı öz qarnını doydurmaq üçün din-məzhəb adına nə 
qədər, nə  qədər insanların qanını tökürlər və hal an ki, bunların 
hamısı andıra qalmış bu gödəndir, gödən olmasıdı, dünyadı heç bu 
qədər fırıldaqlar da çıxmazdı. Odur ki, Sədi deyir: 
  İn şekəmi bi hizir pıç-pıç, 
  Səbr nə darəd ke bisazəd be heç. (Dolanbadolan bu hünərsiz  
 qarın, Şəhriyoxdur ki, heç nəynən barışmaz) 
Bəli, bu gödənçi şeylər qayurub ki, onlardan bir neçəsini yaz-
mağı mənfəətli bildim. Məsələ: Həmin bu gödənin ucundan ki, hə-
                                                 
*
 Cəridələr – igidlər, cəsarətlilər 


_________Milli Kitabxana_________ 
 
237
 
mişə deyür ver yeyim, ört yatım, burnumun dəliklərindən də tökül-
sə, doymuyacağam: Manğol – ğalxub Kitaydan istiğlaliyyət istəyir
yəni ki, mən niyə görən, sən de, sən yi, yuyum, sən desən alçı dur! 
Durum, onbadur! Durum, xeyr mən onba dura bilmənim. Çünki, 
adamın yediyi burnunun dəliyindən gəlür. Götür Venqriyanı – Av-
stryadan nə istəyir; bu nə xəril görüldər? Hamısı gödən davası.... 
Kipir üsyanı, qırğını, Qreklərin inğilabçıları Albaniyadan nə 
istəyirlər? Demək istiqlaliyyət.  İstiqilaliyyət nə demək? Yəni 
adam öz keyfi istədiyi kimi işlər, yeyər, yatar, düzələr, qalxar, da-
ha heç kəsə dəyməz, cənab, bizim də məsləhətimizə ğarış, yaxud 
dəyməsə, deməzlər ki, oğlan sən öz başına degilsən ki! 
Hə!.. Bu istiqlaliyyətdən (Elzas Lotaringiya Germaniyadan, 
(İmam Yahya) Türkiyədən, Hindistan və İrlandiya isə İngilisdən 
istəyirlər... Hətta Ruset fəhlələri də bu gödənin ucundan hey tətil, 
hey ğışğırığ edürlər ki, gərək bizim də qarnımız Yevropa fəhlələ-
rinin qarnı kimi yesün. Bizim də hüğuqlarımız Ümumavropa fəh-
lələrinin hüququ kimi olsun; 
Ermənistan bu ğəzyəni yeridir nə üçün? Gərək Türkyə  Əb-
dülhəmidin sağlığına və Kamil Paşanın ehsanına onlara halva 
versin, halət ki, bu gödən şeməşlərin lap acı, lap arifini tərəziyə 
ğoyasan, Ruset fəhlələrinin yeddi-səkkizini çəkərlər intəha nəşü-
kürlik ucundan şadlığlarına şitlik ğatırlar... 
Yəni bunlara heç eyib deyil, xristiyanlar tamamən acdırlar. 
Mədənlərdən  ğazanırlar, heç doymurlar, dəmiryollardan, dərya-
lardan  ğazanırlar doymurlar. Xülasə yerlərdən, göylərdən, canlı-
lardan, cansızlardan, elə gedəndən, elə gələndən, hər şeydən ğa-
zanırlar, yenə doymurlar, gözləri acdır, acdır, acdır. Bəs böylı isə 
inğilabçılığ bunların peşəsidir. Hələ bu Şeyx Sinusi (İtaliyaya) 
niyə başağrısı verir? Axır hər necə olsa, bunlar allah tanıyırlar, 
oruc dutmağ başarırlar. Beş gün bu fani dünyada hökumət nə la-
zım, istiğlaliyyət nə lazım, hüğuğ nə lazım. Başıni ğuru yerə al-
lahına ibadət eylə. Bəlkə ğiyamətdə Hacı Molla Babanın səfağə-
tindən binəsib olmayasan. Bitəcək (Mabəd) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə