Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   70   71   72   73   74   75   76   77   ...   102

_________Milli Kitabxana_________ 
 
223
 
mi (1845-1914) idi. O, M.F.Axundovun təsiri altında erməni hərf-
ləri ilə Azərbaycan dilində yazdığı “Qırt-qırt”, “Tamahkarlıq düş-
mən qazanır” və “Gözə görünməyən şal” adlı pyeslərini yazıb çap 
etdirmişdir. Şair və dramaturq kimi tanınan V.H. Mədətov “Molla 
Nəsrəddinin lətifələri”ndən doxsan dördünü erməni dilinə çevir-
mişdir. Azərbaycan müəllimləri və erməni ziyalı qadınlarının kö-
məyi ilə “Qırt-qırt”  əsəri Dilicanda oynanılmış  və toplanan pul 
M.Ə.Sabirin əsərlərinin nəşrinin yardımına yönəldilmişdir. 
Ermənistanın  əməkdar incəsənət adamları  İrəvan Dövlət 
Azərbaycan Dram Teatrının tarixinə  həsr edilən “Ermənistanda 
Azərbaycan teatrı tarixindən səhifələr” məqalələrində “Teatr şə-
hər müəllimlərini maraqlandırır. Onlar Azərbaycanın müxtəlif 
yerlərində ana dilində göstərilən pyeslər haqqında tez-tez xəbər 
tutur, ruhlanır və öz qüvvələri ilə tamaşa verməyi qərara alırlar. 
1884-cü ildə İrəvan gimnaziyasının müəllimi, məşhur maarifçi və 
ədəbiyyatşünas Firudin bəy Köçərlinin rəhbərliyi altında Irəvanda 
birinci dəfə olaraq Azərbaycan dilində tamaşa verilir”. 
Sonralar 1898-1903-cü illərdə İrəvanda yaşayan ölməz yazı-
çı, böyük inqilabçı-demokrat Cəlil Məmmədquluzadə azərbay-
canlı teatr həvəskarlarını çox ruhlandırırdı”.[68] [121] Həmin 
sözlərin müəllifi öz tədqiqatında 1896-cı ildə M.F.Axundovun 
Irəvanda göstərilən “Müsyö Jordan və dərviş Məstəli şah” kome-
diyası haqqında da oxuculara məlumat verir: “M.F.Axundovun 
dramaturgiyası istər Azərbaycanda(1873), istərsə də Ermənistan-
da (1896) Azərbaycan teatrının yaranması  işində  əsas olmuşdur. 
[67-52] ”Əslində  həmin komediya on il əvvəl İrəvanda oynanıl-
mışdır. Müsyo Jordan və dərviş Məstəli Şahın 1825-ci ildə Peter-
burqda ev tamaşalarından birində tamaşaya qoyulması, 1877-ci 
ildə  İranda, 1883-cü ildə Naxçıvanda, 1885-ci ildə Tiflisdə oy-
nanılması[137-13]məlum faktdır. 
M.F.Axundovun anadan olmasının 150 illiyi ilə əlaqədar ola-
raq yubiley təntənələri keçirildiyi bir vaxtda 1962-ci ildə Ermənis-
tanda da “Bilik” Cəmiyyəti tərəfindən “M.F.Axundov və erməni-
lər” adlı bir monoqrafiya çap edilmişdir.  Əsərin müəllifi, filoloq 


_________Milli Kitabxana_________ 
 
224
 
alim Avetis Şahsuvaryan qeyd edir ki, “Təəccüblü də olsa, hələ in-
diyədək 1850-ci ildə Peterburq universitetini bitirib Tiflisə qayıdan 
və M.S.Voronsovun dəftərxanasında tərcüməçi vəzifəsində çalışan 
görkəmli erməni dramaturqu Qabriel eyni dəftərxanada tərcüməçi 
işləyən Mirzə Fətəli Axundovun qardaşlıq və dostluq münasibətləri 
barədə istedadlı dramaturqların həyat və yaradıcılığından  ətraflı 
söhbət açılmır. M.F.Axundov Q. Sundukyanla birlikdə, həm də 
Stepanos Nersesyan Tiflisdəki erməni seminariyasında müəllim 
işləyirdilər. Müəllif bunların dostluğu barədə digər erməni ədəbiy-
yatşünaslarının əsərlərində də söhbət açılmadığını qeyd edir. Gös-
tərir ki, Mirzə  Fətəlinin komediyalarını Q.Sundukyan “Qafqaz” 
qəzetinin səhifələrində rus və Azərbaycan dillərində oxumuş, bu 
səhnə əsərləri erməni dramaturquna ilham vermiş, onu yeni səhnə 
əsərləri yaratmağa ruhlandırmışdır. Bu erməni sənətkarının hər bir 
əsəri Azərbaycan yazıçılarının diqqətini cəlb etmişdir. Ədibin ko-
medialarından “Axşam səbri xeyir olar” Sultanməcid Qənizadə tə-
rəfindən, “Pepo” isə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən tər-
cümə edilmiş və uzun müddət Azərbayan teatrlarının səhnələrində 
oynanılmışdır. Bu əsərlərdəki əsas rolları – Məşədi Şəban rolunda 
səhnəmizin peşəkar aktyoru Cahangir Zeynalov çıxış etmişdir. 
“Xatabala” əsərinin əsas rolunu – İsa rolunu Ermənistanın əməkdar 
artisti Yunis Nuri məharətlə oynamışdır. 
“Sovet Ermənistanı” qəzetinin 6 avqust 1981-ci il sayında 
görkəmli filoloq alim və tanınmış tədqiqatçı Sadıq Şükürov Firu-
din bəy Köçərli ilə Qabriel Sundukyan arasındakı münasibətlər-
dən söhbət açarkən onun Azərbaycan xalqına bəslədiyi səmimi 
münasibəti vurğulamaqla, uzun müddət “ədəbi ictimaiyyətin diq-
qətindən yayınan  əhəmiyyətli bir məsələnin aydınlaşdırılmasın-
dan – “Qabriel Sundukyanın Firudin bəy Köçərliyə  məktubu” 
cavab olaraq yazırdı: “Puşkin, Lermantov, Şevçenko və başqa rus 
şairləri ilə yanaşı Mirzə  Şəfinin də alman dilinə  tərcümə edən 
Fridrix Fon Bodenştet 1871-ci ildən başlayaraq Mirzə Şəfi Vaze-
hin şeirlərini öz adına çıxdı. Avropa ədəbiyyatşünasları arasında 
ikitirəlik yaratdı. Fransız F. Makler bu məsələni aydınlaşdırmaq 


_________Milli Kitabxana_________ 
 
225
 
üçün 1912-ci ilin fevral ayının 15-də dostu Sundukyana aşağıdakı 
məzmunda bir məktub göndərdi: “Mənim  əziz və hörmətli usta-
dım, icazə verin Sizdən  ədəbi mühitdə olan bir məlumat xahiş 
edim. Şübhəsiz, almaniyalı F.Bodenştet və onun ...“Mirzə Şəfinin 
nəğmələri adlandırdığı poemalar haqqında eşitmisiniz? 1840-
1850-ci illərdə Tiflisdə Mirzə Şəfi adlı bir şair həqiqətən olmuş-
durmu? Yaxud onun haqqında eşitmisinizmi? Bizim burada onun 
haqqında çox az məlumatımız var. Ondan bəhs edən müəlliflər-
dən bəziləri deyirlər ki, Bodenşdet Mirzə  Şəfinin  şeirlərini tər-
cümə etmişdir. Bəziləri isə bildirirlər ki, bu şeirlərin hamısını 
Bodenştedin özü yazmışdır. Mirzə Şəfi adı isə tamamilə xəyaldır. 
Mən çox tərəddüd içərisindəyəm, bu qaranlıq məsələnin işıq-
landırılması üçün Sizin böyük xeyirxahlığınızdan bir az kömək 
gözləyirəm. 
Əziz və hörmətli ustad, mənim səmimi hörmət və  hərarətli 
təşəkkürümü lütfən qəbul edin” [164]. 
1937-ci ildən indiyədək ədəbiyyatşünaslarln dönə-dönə xatır-
ladıqları bu məktuba cavab verib-vermədiyi aydın deyildir. Lakin 
F.Köçərlinin yeni tipli məktubu bu mühüm məsələni aydınlaşdırır. 
Bu barədə F.Köçərli “Tiflisski listok” qəzetinin 1912-ci il 29 mart 
tarixli 72-ci nömrəsində “Redaksiyaya məktub” rubrikası altında 
gedən bir məqalədə Q.Sundukyanın ona göndərdiyi məktubu çap 
etdirmişdir. F.Köçərli yazır: “Martın 10-da mərhum Sundukyandan 
aşağıdakı  məzmunda məktub aldım: hörmətli cənab Firidun bəy, 
icazə verin. Sizi bir iş üçün narahat edim.əziyyət olsa da mənə 
bildirin görüm, Sizə Mirzə Şəfi adlı şair məlumdurmu? Onun çap 
olunmuş şeirlər kitabı varmı? Əgər varsa həmin kitabı haradan əldə 
etmək olar? Bu məlumatı parisli professor bilmək istəyir. Çalışı-
ram onun xahişini yerinə yetirim və bu sahədə Sizə borclu olaram” 
[164]... Firudin bəy dövrünün ən istedadlı, ən bacarıqlı ədəbiyyat-
şünası tanındığı üçün ona müraciət edilmişdir. 
Mirzə  Şəfi Vazehin tədqiqatçısı Akif Bayramov “Mirzə  Şəfi 
Vazehin ədəbi irsi”monoqrafiyasında XIX əsrin 40-cı illərində Mir-
zə Şəfinin Tiflisdə keçmiş tələbəsi M.F.Axundovun köməyi ilə Tif-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə