Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   78   79   80   81   82   83   84   85   ...   102

_________Milli Kitabxana_________ 
 
248
 
Qanun sizə də, bizlərə də verdi musavat
Get ğoçularıvi rahət özət, rahət uzan, yat , 
Pulsuzluğa tab et, maralım, etmə xəyalat, 
Qarpız nübarı bekara gəlməz, dəxi heyhat, 
Keşdi ozaman sahib bostan idin, ay bəy! 
Bağda ğoş olub sərvi-xuraman idin, ay bəy! 
Şair müharibə ərəfəsində ölkənin aclıq və səfalət içində oldu-
ğunu bildirir, xalqın dözülməz vəziyyətinə acıyırdı.[129] Müəllif 
əhalinin yaşayışındakı  çətinlikləri, dünyagörüşlərindəki məhdu-
diyyətləri, gözəgörünməz ilahi qüvvələrdən imdad gözləmək kimi 
məsələlərin insan şüurunda kök saldığını, elmə , məktəbə marağın 
istənilən səviyyədə olmadığını vurğulayır, bütün bunlar da demək 
olar ki, şeirin ümumi məzmun və ideyasını təşkil edir. 
  
4. 2. “Bürhani-həqiqət” ədəbi, siyasi, tarixi, elmi və fənni 
jurnalıdır 
 
“Bürhani-həqiqət”  İrəvanda ayda iki dəfə  nəşr olunan ədəbi
siyasi, tarixi, elmi və fənn jurnaldır. “Bürhani-həqiqət”jurnalın İrə-
van şəhərindəki “Luys” (erməni dilində “İşıq” deməkdir) mətbəə-
sində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə 
həmin ilin iyununda çapdan buraxılmışdır. Sərlövhə altında “Eti-
raf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siya-
si, tarixi, elmi və fənni məcmuəsidir”. Müdiri və mühərriri Əli Ha-
cı Zeynalabdınzadə  Rəhimov (Məhzun), naşiri Həsən Mirzəzadə 
(Əliyev)dir. “Bürhani-həqiqət” jurnalının həftədə iki dəfə bədii tər-
tibatla və şəkilli nəşri nəzərdə tutulmuşdur. Illik qiyməti İrəvanda 
və digər şəhərlərdə 7 manat, hər nüsxəsinin isə 15 qəpik olması ba-
rədə  hər sayındakı elanında öz əksini tapırdı.İrəvanda tanınmış 
mollanəsrəddinçi maarifpərvərlərdən  şair Cabbar Əsgərzadə 
(Aciz), fars və rus dillərində  dərsliklərin müəllifi Mirzə Cabbar 
Məmmədov, şairə Səriyyə xatun, irəvanlı ziyalılardan Muğanlı Va-
hid, Rəhim Hacı, Təhvil İrəvani məcmuə ilə yaxından bağlı olmuş 
və onun səhifələrində dönə-dönə sanballı, insan yaddaşında silin-


_________Milli Kitabxana_________ 
 
249
 
məz izlər buraxan məqalələrlə oxucu marağına səbəb olmuşlar. Cə-
mi 9 nömrəsi işıq üzü görən “Bürhani-həqiqət”in həmin nömrələr-
də əsasən bədii və publisistik materiallar dərc edilmiş, səhifələrin-
də Əli Məhzun, Cabbar Əsgərzadə (Aciz) İrəvani, Əbdülhəq Meh-
rülnisa, Səriyyə Xatın, T.Fikrət,  Ə.Sədi, Təhsin Nahid, H.Rəmzi, 
Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin orijinal, 
iqtibas və tərcümə əsərləri çap olunmuşdur. Jurnal əsasən maarifçi-
realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 
“Bürhani-həqiqət” jurnalını  nəşr etmək barədə  Ə.H.Zeyna-
labdınzadəyə icazə verilməsi haqqında Gürcüstan SSR MDTA-də 
xüsusi qeyd də yazılmışdır.[90] Jurnal ilk nömrəsində oxucuları-
na “Həqiqət” adlı redaksiya məqaləsində seçdiyi yolu, , məqsədi-
ni, məramını yığcam şəkildə aşağıdakı kimi şərh etmişdir: “Bür-
hani lüğətdə dəlil və isbat yerinə istemar olunur. Bürhan həqiqət 
isə həqiqətin dili və isbatı deməkdir”. Həqiqəti bir nura bənzədən 
məqalə müəllifi belə hesab edir ki. Bu qadir nur ona yaxınlaşan-
ları  cəhalət və  zəlalət zülmündən uzaqlaşdırıb  şəhri nicata çat-
dırır həqiqətşünas növbənöv pərdələrin dalında gizlənən sirləri 
aşkara çıxarır. Məcmuəmizə “Bürhani həqiqət” adı verməklə , 
əminik ki, onun adı ilə əməlinin bir-birinə uyğun gəldiyini gələcək 
nömrələrimizdə oxucularımıza sübut edəcəyik”[51]. 
“Bürhani-həqiqət”in nəşr edildiyi dövrdə  Qərbi Azərbaycan 
ictimai-siyasi və ədəbi mühitində baş verən mahiyyətini, səbəb və 
nəticələrini həqiqətin dili ilə  təsvir etmək üçün bütün yaradıcılıq 
imkanları  nəzərə alınmış, oxucularını  cəhalətdən xilas eməyin 
ədəbi-bədii, ideoloji istiqamətlərini öz mündərəcəsində verməyə 
çalışmışdır. Cənubi Qafqazda, İrəvan quberniyasının  əsas yaşayış 
məntəqələrində, xüsusən də İrəvan mühitində geniş vüsət alan si-
yasi vəziyyətin, sosial problemlərin, açıq və ya gizli fəaliyyətdə 
olan partiyaların, qruplaşmaların yeritdiyi siyasətin məqsədini hə-
qiqətin dili ilə xalq kütlələrinə çatdırmağın zəruriliyini nəzərə al-
mışdır. Jurnalda ədəbiyyata dair verilən silsilə məqalələrin müəllifi 
Əli Məhzun, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinə həsr olunan 
elmi və bədii cəhətdən əhəmiyyət daşıyan konkret materiallar əhə-


_________Milli Kitabxana_________ 
 
250
 
miyyətlidir.Məcmuənin 20 yanvar 1917-ci il tarixli 2-ci nömrə-
sində Cabbar Əsgərzadənin(Aciz) “Məni aldatdı bir mələk sima” 
misrası ilə başlanan  şeirində çar hökumətinin devrilməsini, yeni 
həyatın başlayacağını, sülhün, səadətin, əmin-amanlığın insanların 
üzünə güləcəyini, dünyaya bahar gəldiyini pafosla tərənnüm edir: 
Edər piş çeşmimdə dəm-dəm təcəlli, 
Binəm-bir fərəxbəxş, nəzhətli sevda... 
Nə saatlı təsvir, nə ləzzətli xülya. 
Məcal, mönətən məzumu qəbra, 
Gülümsər məna sanki oxuyan sərəpa. 
 
Üfüqlər, şəfəqlər, məşuş, mənur, 
Havalar, səbalar, dilavüz, dilbər, 
Fələklər, mələklər, səfabiz, pərvər. 
Çəmənlər, səmənlərimizin mənbir, 
Dilara, Fərhaza , Ziba və Həmra... 
 
Yapıp şax güllərdən özünə bir örnək, 
Olub musiqilərlə şeyda həmahəng. 
Çalar bağça-bağlarda ney, dəf, cəng, 
Çocuqlar geyinmiş həp olulanı və hər rəng, 
Olub şad xəndan hamı bir-birinə... 
 
Fyuzata qərq eyləmiş ərzi bari, 
Edib şad, şən hər şəhəri, hər diyarı, 
Bəşarət beşaşət bütün yerdə carı, 
Müdət məhəbbət olub hər cuvarı, 
Olub bizim asayiş , əmin bərpa. 
 
Qurulmuş hamı yerdə bir bəzmi işrət, 
Öpüşlər, görüşlər verər ceşnə zinət, 
Hami eyliyər sülhdən bəş söhbət, 
Zərif bulurun həp alqış və behcət, 
Edər bir-birinə uyuşduqca guya. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə