Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   75   76   77   78   79   80   81   82   ...   102

_________Milli Kitabxana_________ 
 
238
 
Di gəl İranə: götür Məşhədin mətuli başını öz xəddamlərin-
dən ötri hüğuğ şəkm tabedir Həzrət Rza (H...)dən böyündə səbəbi 
odur ki, qənbidşəriği təmir ütməkdən ötəri boynu nazik xəddam-
lar iş görə bilməzlər, valla bu da hüğuğ şəkm tab etməzdi. Bilir 
ki, bu dutya ənadır. 
Qaldı Azərbaycan: hökumətin hökdarı Həzrət Neğdərt əlamər-
təbət hafiz məmləkət Azərbaycan pəşti pənayə firqəyə ğandıran və 
dərvişan hami firğəyə  rəmalən və tiryakiyan və  məhafiz falçiyan 
və ruzə xuvanan ağini sahib və tac sər əyal və öylad pəxlə xurdən-
dəqan Hacı Səməd xan da istiğlaliyyət istəyür Əhməd Şahdan ki, 
bu hökmdarın təht həmayətində pəxləsöviylə tiryəki rahət içsünlər 
ki, dərvişlərin nəşiyyəsi təxt olub. Həmişə  Təbriz bazarında məş-
rutəni pisləsünlər ki, daha intixab işlərinə heç kəs ğaruşmasın. 
Xoyun möminləri, Mərəndin hənirməndləri, Həmədanın ğey-
rətliləri istiğlaliyyət istəyürlər ki, onların imanları amanda olub, 
bunların hənrləri dünyada, axırqilər bəndə ğeyrətləri saləmat ğa-
lub sədəmə yetişməsin. 
Bu kəmran seyidləri və ümumən  İranın müxtəlif yerlərinin 
mollaları aftanomiya istəyiblər ki, bunların əmamələri küçükləş-
məyib və onların  şəcərələri müctehidlərin mübadək  əmizalərilə 
bərəbər xalidar olmasun. Azan cümlə istiğlaliyyət axtaranlardan 
Maku Sərdarıdır ki, bu nitqində istiğlaliyyət yolində böyük səy və 
təlaşlari var. Allah əcr versin. Ama bu cənabın özi ac degil. Bu-
nun istiğlaliyyət axtarması rəyyətin ğarnıni doyurmağ üçün degil. 
Çün ki, Makuda heç aclığ bilməzlər ki, nədiyə deyirlər, ancağ 
bunun istiğlaliyyətə çalışmağı ondan ötridir ki, İrəvandakı acların 
ğarnini doyuzdurmağdən ötri makulilərin şişəyə dutulmaş ğanla-
rından bir az suya ğatıb göndərsin ki, zəfəran əvəzinə hər il palav 
rəngini saraltsun. 
Ğarəz bu saət dünyanın hər yerində bu muxtariyyat, istiqla-
liyyət, hüğuğ, çörək məsələsindən ötəri davadır. Hər kəs çalışır 
ki,  ğapdırdıği çörəyini saldırsın, ancağ burası  məlum olsun ki, 
məzlum zalımdən, ac toxdan həmişə  tələbkardir. Ama İran  Şahı 
Cuvan Əhməd də allahdan istiğilaliyyət istəyir ki, allah oni sağ-


_________Milli Kitabxana_________ 
 
239
 
salamat hədibuluğa yetirsün ki, daha abiğonladi onun işinə bax-
mayıb, xeyir-şərinə  ğarışmasınlar. Vallah allaha şükür,  İranda 
ümumən pəpə deyəndən məmə yeyənə ğədər aclığ ədası və tərəq-
qi tələb edənlər yoxdur. Çünki İrandan xəzinələr dolusu kitablar 
çıxartmağ olar ki, hamısının  əhadiş  və  əxbarındə dünyanın fani 
olduği məlum edilir. 
Həğği İranın fəhlələri də belə bir ixtiyar tələb edirlər ki, bo-
yunlarına bir sənəki degəndə deməsün, bax bu səxəki mənim boy-
numa dəgdi. Bu səxəki məndən suvayı heç kəs dözməz , mən ki, 
dözürəm. Indi ğarğalar  İran  ənğalından hər nəki öyrəndilər buni 
yaxşi yadlarində saxlasunlar ki, onların çörək davası olmayıb, 
məhz mənmək üçündür.”  
Bu yazıların mahiyyətində Yaxın Şərqdə və Balkanda baş ve-
rən siyasi hadisələr birtərəfli işıqlandırılsa da, milli-azadlıq, dövlət 
istiqlaliyyəti uğrunda mübarizə aparan balkan xalqlarının hüququna 
layiqincə qiymət verilmədiyi təsvir olunur. “Lək-lək” jurnalının 
məhdud cəhətlərinə baxmayaraq, bu məcmuənin əməkdaşlarının qa-
baqcıl satirik jurnalistika ənənələrinə  əsaslandığı oxucu marağına 
səbəb olmuşdur. Jurnalda çap olunan materialların çox hissəsini 
bədii əsərlər təşkil etsə də, burada verilən şeir parçalarını məfkurə və 
formaca M.Ə.Sabir ənənələrinin davamı hesab etmək mümkündür.  
“Dil məsələsi” (Beşinci nömrədən mabəd) adlı yazı da maraq 
doğurur: “Danışığımızın, dilimizin islahi intilegentlərimizə, yarım-
çıxlarımıza yaramadıği kimi, ha eylə  də mollalarımız, vaizlərimiz, 
həpi kəndlərimiz, xanəndələrimiz üçün də əlverişli degil. Bizim kən 
ərafələrindən bir nəfər məşhədi ibrətən malədinə o ğədər ğəziəl kö-
çürüb ki, lap layiğ  təmərif olduği kimi ovləsə  də danişiğinə  təğyir 
verə bilməz. Bu çün ğavun meydanda arabaçılara xitab olaraq bu-
yurdu arabələri ahəstə-ahəstə çəkən, tain ki, xeymələrin tənanlərini 
kəsixtə etməsünlər. Yenə bir günləri məhalədən bir nir nəfər kəndli 
işləri üçün suda dəvət olunur. Müəyyən vaxtında qələ bilməyur. 
Axırıncı  dəvətdə suda gələrkən sud deyir, bununla üç dəfədir ki, 
dəvətnamə göndərirəm, niyə gəlmirsən? Kəndli deyir cənab sudya, 
(Arpa çayının ğır-ğır abədindən əbur etmək məhal məmmətinəh ol-


_________Milli Kitabxana_________ 
 
240
 
duği üçün xidmətinizə cec şərəfyab olduğ). Sud başa düşməyir, 
dilmanc qalır məəttəl. Axır, o-bu yığışıb əhvəlati sudyaya bildirirlər. 
Sud deyir get, daha bir də  ğoz  ğırıb məniylə beylə dilləriylə 
danışma. Vaizlərimiz isə (ələldət kaltəboət janiyə) buyurduğləri kimi 
nar, alma, heyva və gögərçin  əvəzinə ənar, sib, nedanə  və kəbutər 
adət ediblər. Əgər dilimiz türkləşib islah olunarsa, o zaman onların 
fəzilətləri məhv olduğu kimi fəsahət bəlağətlərinə  də böyük ziyan 
yetirər. Qiraət, ərbiyə kimi də hürufatın hankı məxrəciylə deyiləcəyi 
itib gedər. Xanəndələrimiz üçün bu iş heç yaramaz (Dəşti) və 
(Gəlayi) mahnılarında oxunmağ üçün türk ğəzəllərinin abda qalıtları 
yoxdur. Xanəndələrimiz də fars ğəzəllərini səhih və boğazda 
oxuduqlari üçün dil məsələsinin ziddinə olduğləri məlumdur.  
(Nist dər oh həlm cəz hədrən, ya pedərən çe qənm şər degümi 
nətəvanəm xuanim)belə  səhih oxuduqları  ğəzəlləri də türk ğəzəl-
ləriylə dəgişəcəkləri aşkar bir işdir. Bu səbəblərə görə də mən öz 
tərəfimdən dil məsələsi ətrafında yunbalanan ağalarımıza məsləhət 
görürəm ki, əbdə şınğırlarını da çəkməsinlər. Çünki bu məsələ in-
tiligentlərin gözəl ləhcələrinə, molla və vaizlərimizin fəsahət və bə-
lağətlərinə, mənim kimi yarımçığların baədıb və pər məna danişığ-
lərinə  və xanəndələrin duzlu ssariylə oxudiğləri səhih  ğəzəllərinə 
buyük zərər yetirər, o zaman da hamu bəhanəçilər əlbir olub bizim 
keçəl molla demişki( və əli əlsan balsalam) deyərlər. Biz də qalarıq 
lal, kar, lat, ut, zəvvar imam Rza. Iltimas dua: dul toyuğ” 
“Lək-lək” jurnalının 8 və 12-ci nömrəsində “Millət düşməninin 
təğriratı” adlı  təxmis, “Sancı”  şeiri “Mələk Naqqal” imzası ilə 
verilmişdir. Bu şerin “Millət düşməninin təğriratı” sərlövhəsi şifahi 
etirafdır, şeir konkret bir adama qarşı yazılmamışdır. Məzmunundan 
uzun illər ruhani təhsili alan din xadiminin təsəvvürünü yaradır: 
Dudman əmadən şayyadəm, 
Vətən övladini cəhlə yürüdən ustadəm, 
İndi bu əmrdə məndə əvz şəddadəm
*
,  
Ğaş söyküyüm baz kəftəyə xud dilşadəm 
Yandır cəhlim o az əlm edib aradən. 
                                                 
*
 şəddad- zalım, sərt hökümdar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə