Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   69   70   71   72   73   74   75   76   ...   102

_________Milli Kitabxana_________ 
 
220
 
rixdə yeni ifaçılarla oynanılmış,  əsas rollarda müəllim və  şagird-
lərdən Mirzə Xəlil Hacıyev (Məmmədqulu), Rüstəmxan Abbasqu-
luxanov (Fəzli Mirzə), Məşəri İsmayıl (Hacı Fərəc) çıxış etmişlər. 
Hər iki hadisə  İrəvanın mədəni həyatında mühüm hadisə kimi 
qəbul olunmuş  və ziyalıların çoxusu bu maarifçilik prosesinə qo-
şulmuşdur. Teatr prosesinin inkişafını diqqətdə saxlayan Məşədi 
İsmayıl 1883-cü il mart ayının 10-da Rzayevin bir pərdəli “Kö-
nülsüz nigah”didaktik pyesini tamaşaya qoymuşdur.[ 107- 465]  
İrəvan ziyalılarının ümumi Azərbaycan maarifi, elm və  mə-
dəniyyətinin inkişafında tarixi xidmətləri son dərəcə önəmli olmuş-
dur. Tiflis ədəbi mühitində formalaşan, Qori müəllimlər semi-
nariyasında ədəbi-mədəni həyata uyğunlaşan Azərbaycan ziyalıları 
Naxçıvanda,  Şuşada və digər  şəhərlərdə M.F.Axundovun “Xırs 
quldurbasan”, “Müsyo Jordan və dərviş Məstəli şah” komediyala-
rının teatr tamaşalarını səhnələşdirir, eyni zamanda bu tamaşalarda 
aktyor kimi çıxış edirdilər. Naxçıvanda təşkil olunan “Ziyalılar cə-
miyyəti”(1882) və “Müsəlman incəsənəti və dram cəmiyyəti” 
(1883) XIX yüzilliyin sonlarında bu qədim diyarın  ədəbi-mədəni 
həyatında irəliləyişlərə təkan verdi. Bu inkişaf quberniyanın aparıcı 
mədəniyyət mərkəzlərindən sayılan İrəvan şəhərindəki ziyalıları də 
hərəkətə  gətirir, teatr truppalarının yaradılmasına sövq edirdi. 
M.F.Axundovun adı  çəkilən komediyalarının, digər sənətkarların 
əsərlərinin tamaşaya qoyulmasına mühüm əhəmiyyət verilirdi. İrə-
van müəllimlər seminariyasında oxuyan tələbələr 1887-ci ildə ta-
nınmış maarifçi F.Köçərlinin rəhbərliyi ilə  bədii özfəaliyyətin bir 
forması kimi xalq teatrının canlandırılması yolu ilə qədim mərasim 
və ayinləri dirçəltmək üçün lazımi təşəbbüslər göstərilirdi. Sadə 
süjetə malik, dini motivlər üzərində qurulan “Şəbih”lər, “Kosa-ko-
sa”, “Tənbəl qardaş, “Usta-şagird”, “Xıdır Nəbi”, müsəlman alə-
mində islamçılığın, xüsusən də türkdilli etnosların təntənə ilə qeyd 
etdiyi ayin və bayramlardan Novruz, Qurban və Orucluq bayram-
ları kimi “Meydan tamaşaları”nın və s.xalq tamaşalarının, həmçi-
nin oxucu kütləsinə  bədii yaradıcılığı ilə tanınan peşəkar drama-
turqların  əsərlərinin, repertuarlarında kiçik səhnəciklər, vodevillər 


_________Milli Kitabxana_________ 
 
221
 
və meydana gələn yeni tipli xalq teatrlarının [27-806] göstərilmə-
sinə böyük diqqət yetirilməyə başlanılmışdır.  
XIX yüzilliyin 80-ci illərində İrəvanda yaranmış Azərbaycan 
teatrı maraqlı bir tarixə malikdir. Bu teatrın meydana gəlməsi və 
inkişafı görkəmli  ədəbiyyatşünas Firudin bəy Köçərlinin adı ilə 
bağlıdır. O, təkcə tamaşaların hazırlanmasında deyil, aktyor oyu-
nuna, teatr tənqidinə dair məqalələri ilə  də kollektivə yaxından 
köməklik göstərirdi. Onun ermənicə nəşr olunan “Yeni əsr”(“Nor 
dar”) qəzetinin 3 iyun 1895-ci il tarixli sayında erməni dilində 
dərc olunan “Tatar (Azərbaycan – Z.M.) komediyası” adlı məqa-
ləsində milli dramaturgiyamızın banisi Mirzə  Fətəli Axundovun 
komediyalarından və həmin əsərlərin teatrlarımızın inkişafındakı 
əvəzsiz rolundan söhbət açılırdı. Bu dövrün yaradıcı ziyalıların-
dan olan S.S.Axundovin təbirincə desək, xalqı  tərəqqiyə çatdır-
maq üçün, ilk növbədə “Əvam kütlənin gözünü açmaq gərəkdir, 
bunun üçün iki yol vardı: mətbuat və teatr”. H.Vəzirov hər iki 
yoldan bacarıqla istifadə etməklə bir mətbuat xadimi kimi xalqına 
xidmət göstərə bilmişdi. 
Qeyd olunmalıdır ki, “Murc” (Çəkic) məcmuəsi “Müxtəlif 
xəbərlər”  şöbəsində  dərc etdirdiyi “İrəvanda türk tamaşası” sər-
lövhəli məqalədə 1896-cı il dekabr ayının 8-də İrəvan şəhərində 
Azərbaycan dilində ilk teatr tamaşasının M.F.Axundovun “Misyö 
Jordan və Dərviş Məstəli şah” komediyası ilə başlanmasını xəbər 
verirdi. Azərbaycan qadın aktyorlar olmadığından səhnədə qadın 
rollarının kişilər tərəfindən ifa olunmasına təəssüf edilir. Tamaşa-
da  əsasən azərbaycanlılar və ermənilərin, bir neçə  nəfər də rus-
ların iştirak etdiyi göstərilir (“Murc”, 1896, № 12). “Nordar” 
(“Yeni  əsr”), (1896, 17 dekabr, № 233) qəzetinin “İncəsənət və 
ədəbiyyat” bölməsində  dərc olunan “İrəvanda ilk türk tamaşası” 
məqalədə bu mədəni hadisənin işıqlandırılmasına – İrəvanda 
Azərbaycan teatr həyatının canlanmasına həsr olunmuşdur: “De-
kabrın 8-də İrəvan türklərinin (Azərbaycanlılarının – Z.M.) teatr 
tamaşasının ümumi xeyriyyə  cəmiyyətinin başlanğıcı hesab et-
mək olar. Dünən ilk dəfə türk teatr həvəskarlarının kiçik çir qrupu 


_________Milli Kitabxana_________ 
 
222
 
şagirdlər arasında heç bir milli fərq nəzərdə tutmadan yerli gim-
naziyanın yoxsul şagirdlərinin mənafeyinə türk dilində  və türk 
həyatından götürülmüş ilk tamaşa verdilər. Tamaşaya qoyulan , 
afişada göstərildiyi kimi, M.F.Axundovun “Misyö Jordan” ko-
mediyası idi.” [174-a- 18] Daha sonra məqalədə qadın rollarının 
oğlanlar tərəfindən oynanıldığı, ümumən başqa obrazların necə 
təsir bağışlaması , səhnə mədəniyyəti barədə söhbət açılır.  
XIX  əsrin sonlarına doğru M.F.Axundov ədəbi məktəbini 
davam etdirən bir pleada istedadlı dramaturqların meydana gəl-
məsi, teatr həyatının canlanması və tərəqqisilə əlaqədar repertuara 
yeni-yeni  əsərlərin çıxması  İrəvan  ədəbi ictimaiyyətinin diqqətini 
cəlb edirdi. Səhnəyə qoyulan əsərlər dərhal əks-səda verir, barəsin-
də mülahizələr söyləyir, yaxşısını təqdir, pisini tənqid edirdilər. 
Tədqiqatçılar XIX əsrin sonu, XX əsrin  əvvəllərində Azər-
baycan  ədəbiyyatının realist istiqamətdə inkişafında dövri mət-
buatın rolunu dönə-dönə  təsdiq etmişlər. Akademik F.Qasımza-
dənin qeyd etdiyi kimi, “Əkinçi” və “Kəşkül”ün nəşri Azərbay-
can realist ədəbiyyatının inkişafına mühüm təsir göstərdi. “Əkin-
çi”nin nəşri ilə Azərbaycanda realist ədəbi hərəkat getdikcə yayıl-
mağa başladı. XIX əsrin 80-ci illərində bu ədəbi hərəkatın Rəşid-
bəy Əfəndiyev, Eynəli Sultanov, Vasaq Mədətov, 90-cı illərində 
isə  Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Mərimavov, Haşım 
bəy Vəzirov, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə 
kimi istedadlı nümayəndələri yetişdi.”[117-388] 
Azərbaycanın  ədəbiyyatından, mədəniyyətindən, incəsənə-
tindən bəhrələnə-bəhrələnə özlərinin mütərəqqi, inkişaf etmiş 
xalq olduğunu nümayiş etdirməyə  səy göstərən ermənilər fürsət 
düşdükcə öz namərdliklərindən  əl çəkməmişlər, üzdə özlərini 
dost, humanist insan kimi göstərmiş, arxadan vurduqları zərbə sa-
ğalmazlığı ilə yaddaşlara iz salmışdır.  
Bu  ədəbi mühitlərin jurnalist, naşir,  şair və publisistləri ilə 
sənət,  əqidə dostluğu edən beynəlmiləlçilərin sıraları  sıxlaşırdı. 
Belə sənətkarlardan biri də əsərlərini Azərbaycan və erməni dil-
lərində yazan, şair və dramaturq kimi tanınan V.H.Mədətov Nəz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə