Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   65   66   67   68   69   70   71   72   ...   102

_________Milli Kitabxana_________ 
 
208
 
olan və Rus qoşunlarının tərkibində vuruşan 120 mindən çox 
erməni  əsgəri və zabiti, hər biri on min silahlını birləşdirən 4 
erməni könüllü birliyi Cənubi Qafqazda cəmləşmiş[151], bunlarla 
birlikdə 200 min erməni qaçqını da yerləşdirilmişdir. Ermənilərin 
“Qərbi Ermənistan” adlandırdıqları “Qərbi Azərbaycan”da - İrə-
van quberniyasında azərbaycanlıların yaşadıqları dədə-baba yurd-
larını ələ keçirmək üçün zəmin yaratmışdılar.  
Rusiyada çarizmin devrilməsi, 1917-ci ildə boyük Oktyabr in-
qilabının qələbəsindən sonra iqtidara gələn bolşeviklər bu baxım-
dan özlərinin siyasi düşmənlərini, şübhəli saydıqları şəxsləri məhv 
etmək, sürgün edilməsinə, qovulmasına nail olmaq üçün dinc və 
günahsız insanları yurd-yuvasından silah gücünə deportasiyaya 
məruz qoymağa hər vasitə ilə nail olduğunu əks etdirən sənədlər, 
tarixi materiallar, dövri mətbuatda dərc olunan məqalə  və infor-
masiyalar, ədəbi-bədii əsərlərdə verilən təkzibolunmaz faktlar, öm-
rünü-gününü qürbətlərdə sürgündə keçirən yaşlı  nəslin yaddaş-
larında mühafizə edilən olmuş əhvalatlar xalqımızın taleyindən yan 
keçməyən məşəqqətlərin acı nəticələrindən xəbər verir. 
İrəvan quberniyasında inqilabın qələbəsindən bir neçə ay ke-
çəndən sonra ermənilər azərbaycanlıların yaşadıqları  ərazilərə si-
lahlı basqınları, xüsusən də Novruz bayramı günlərində davamlı 
basqınları olmuş, Pəmbək nahiyəsinin Arcut kəndində, Gözəldərə 
və digər kəndlərdə insanlığa yaraşmayan  şəkildə çoxsaylı müsəl-
man  əhali vəhşicəsinə  qətlə yetirilmişdir. Bu faktlar təfərrüatı ilə 
Türkiyənin arxivlərində saxlanılan sənədlərdə,  əsasən də Kazım 
Qarabəkir Paşanın “1917-1920-ci illər arasında Ərzincandan İrə-
vana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi 
qırğınlar barədə  sənədli faktlar ictimaiyyətə çatdırılmışdır: 
“29.04 1918-ci ildə Gümrüdə 500 araba ilə Akılkələyə köçürül-
məkdə olan 3000-ə  qədər qadın, qoca, uşaq və kişi öldürülərək 
yox edilmişdir; min əskər, iki pulemyot və iki topla silahlanmış 
ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan böl-
gəsindəki müsəlman kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri 
qırmışlar”. Bu cür dəhşətli qırğınlar həmin ilin müxtəlif aylarında 


_________Milli Kitabxana_________ 
 
209
 
ardıcıllıqla müxtəlif günlərdə Vedibasarın, Novo-Bayazetin, Göy-
çənin, Calaloğlunun, Dilicanın, Qırmızı nahiyənin müsəlmanlar 
yaşayan kəndlərində daşnak Andronikin qoşunları tərəfindən qəd-
darcasına həyata keçirilmişdir. Həmin bu ərazilərdə öldürülən və 
qırılan əhalinin yaşadığı kəndlər “ölü” kəndlərə çevrilmişdir. No-
vo-Bayazet qəzasının Göyçə rayonunun şərq və  şimal bölgəsinin 
müsəlman kəndlərinə edilən basqınlar nəticəsində onların 22-si da-
ğıdılmış, yandırılmış, demək olar ki, bu kəndlərdə müsəlman əhali 
qalmamışdır. Bu qəzanın müsəlmanlar yaşayan 84 kəndi məhv 
edilmişdir. Söyünquluağalı, Qayabaşı, Qoşabulaq, Daşkənd, Baş 
Şorca, Ayaq Şorca, Canəhməd, Sarıyaqub, Kiçik Qaraqoyunlu, 
Böyük Qaraqoyunlu, Ağkilsə, Zod, Zərzibil, Qaraiman, Kəsəmən, 
Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Hacı Qərib və digər kəndlərin 
əhalisinin malı-mülkü qarət edilmiş, dağıdılmışdır. Bu kəndlərin 
var-dövlətinin talan edilməsini daşnak könüllülər hərəkatının təkcə 
bir dəstəsi tərəfindən türklərə divan tutulması, onların məhv edil-
məsi barədə erməni müəllifi A.Lalayan qeyd edir və “mən Basar-
keçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım” – deyə, 
daşnak “başkəsəni” Vahramın dili ilə qələmə almışdır. Daşnak da-
vam edərək deyir: “Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə 
ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını 
su quyusuna doldurub, üstündən ağır daşlar tökəsən ki, onlardan 
əsər-əlamət qalmasın. Mən elə də etdim”...  
Sovet hakimiyyətinin quruculuq adlandırılan ilk illərində to-
talitar rejimə tabe olmaqdan imtina edən müxtəlif qurumlar və 
partiyalarla yanaşı bir çox xalqlar həm təqiblərə, həm işgəncələrə, 
həm sürgünlərə, yekun nəticədə isə zorla kütləvi surətdə doğma 
yurlarından deportasiyaya məcbur edilirdilər. Bu kütləvi aksiya-
lara məruz qalan xalqlar içərisində Azərbaycanlılara qarşı edilən 
haqsızlıqların, deportasiya tədbirlərinin miqyası daha geniş idi. 
İrəvan quberniyasının  əhatə etdiyi ərazilərdən azəri türklərinin 
qovulması, Orta Asiyanın, İranın, Türkiyənin müxtəlif ərazilərinə 
köçürülməsi, deportasiyası ermənilərin “Böyük Ermənisyan” ya-
ratmaq siyasətinin hansı  mənbələrdən qidalandığını açıq-aydın 


_________Milli Kitabxana_________ 
 
210
 
xatırladır. Bu barədə elmi araşdırmada yeri gəldikcə  məlumat-
qeydlər edilmişdir. Lakin Qərbi Azərbaycan  ərazisində azərbay-
canlılara qarşı törədilən qanlı qırğınlar, qətliamlar, soyqırımı, So-
vet dövlətinin “beynəlmiləlçilik” nümunəsi adı altında qəbul etdi-
yi qərarlar, verdiyi rəsmi, qeyri-rəsmi göstəriş  və  sərəncamlar, 
danılmaz tarixi faktlara söykənən sənədlər barədə daha müfəssəl, 
daha yığcam məlumatlardan bəhs etmək lazımdır. Bu sənədlər 
sırasında 1920-1940-cı illərdə  İttifaqın və Azərbaycanın bir çox 
rəhbərlərinin “səxavəti üzündən” yaşayış məskənlərimizin Ermə-
nistana verilməsinə dəstək olan sənədlərdəki faktlara lazımı əhə-
miyyət verilməmişdir.  
İstər 1920-ci illərdə, istərsə də ondan sonrakı dövrlərdə İrə-
van xanlığı ərazisində xalqımızım başına İttifaqın aparıcı rəhbər-
lərinin həm açıq, həm gizli göstərişləri əsasında həyata keçirilən 
ədalətsiz tədbirlər barədə  mətbuat səhifələrində verilən xəbər və 
korespondensiyalar kifayət qədər olsa da, bu aşkarlığı təmin edən 
məsələlər əksər hallarda sükutla qarşılanırdı. Ermənistanda azər-
baycanlılara qarşı yeridilən məkrli siyasətdən  əhalinin xəbərdar 
olması üçün ana dilində 1921-ci ildən etibarən “Kommunist”, 
sonralar “Rəcbər”, “Zəngi”, “Qızıl Şəfəq”, “Kommunist”, “Sovet 
Ermənistanı” adı ilə  nəşr olunan qəzet aşkarlığın təmin edilmə-
sində öz sözünü kütlələrə çatdıra bilirdi.  
Ermənistan rəhbərlərinin 1943-1945-ci illərdə Dağlıq Qara-
bağın Ermənistana birləşdirilmək üçün SSRİ  rəhbərliyinə müra-
ciətləri geniş xalq kütlələrindən gizlədilmiş, məhdud dairədə mü-
zakirə olunmuşdur. Lakin 1947-ci ilin 23 dekabrında “1948-
1953-cü illərdə yüz mindən çox azərbaycanlının Ermənistandan 
Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi tədbirlər haqqın-
da” SSRİ Nazirlər Sovetiinin 4083 nömrəli qərarı, həmin məz-
munda ikinci bir qərarla 1948-ci il mart ayının 10-da İosif Vissa-
rionoviç Stalinin (Cuqaşvili) imzası ilə məkrli, xəyanətkar siyasət 
xalqımızı hər cür dəhşət və fəlakətlərlə üzləşdirdi. İttifaq rəhbər-
liyinin bu mənfur qərar və göstərişlər yerlərdə icraçılar tərəfindən 
həyata keçirilməyə başlandı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə