Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   67   68   69   70   71   72   73   74   ...   102

_________Milli Kitabxana_________ 
 
214
 
ni rəhbərlərin qaçqınlıqdan qayıdan soydaşlarımızın təqiblərə  və 
təzyiqlərə məruz qalması, kollektivləşmənin azərbaycanlılara Er-
mənistanda yeni bəlalar gətirməsi, erməni rəhbərlərin azərbay-
canlılar yaşayan kəndlərində kolxozlardakı  əmlakını necə tala-
ması və bu kimi hadisələr həm Dağlıq Qarabağ məsələsinə qədər, 
həm də ondan sonrakı dövrədək xronoloji ardıcıllıqla təsvir olun-
muşdur. Talıb Musayevin azərbaycan oxucusuna çatdırmaq istə-
diyi bir fakt düşündürücüdür: Azərbaycanda Avetik İsahakyanın 
həmişə böyük fəxrlə adını çəkdiyimiz, Səməd Vurğunla dostluğu-
nu vurğuladığımız bu erməni “ziyalısının” Ermənistan SSR Ali 
Sovetinin 1951-ci ildə keçirilən ilk sessiyasında adı, soyadı əlin-
dəki siyahıda olan azərbaycanlını Ali Sovetin Sədrinin müavini 
vəzifəsinə təqdimatı zamanı “mi türk, mi türk”, yəni “bir türk, bir 
türk” sözlərini söyləmiş, özünün məkirli iç üzünü göstərmişdir...  
Əslən Qərbi Azərbaycan vətəndaşları yazarlarından Allah-
verdi rayonunun Böyük Ayrım kəndinin sakini Bayram Həsənov
Vedi rayonunun Bayburt kənd sakini İsa Hümmətov, Kalinino 
rayonunun Qızıl Şəfəq kənd sakini Mövlud Süleymanlı, Vedi ra-
yonunun Böyük Vedi kəndindən Məmməd Oruc və başqaları 
“Köçürmə”lərin acı və dəhşətli nəticələrini öz bədii yaradıcılıqla-
rında qələmə almaqla onları narahat edən faktları sənədli bədiiləş-
dirmələrlə  gənc nəslə çatdırmışlar.  İsa Hümmətovun “Yazıçı” 
nəşriyyatıda 1981-ci ildə  nəşr etdirdiyi “İki məhəbbət”, “Araz 
çağlayan yerdə” (1976), Mövlud Süleymanlının “Köç” (1984), 
Bayram Həsənovun hekayə və povestləri (1979, 1986) və s. əsər-
lərdə deportasiya siyasəti barədə fikirlər verilmişdir. 
Bu hadisələrin üçüncü mərhələsinin uşaqlıq illərində müşa-
hidəçisi və iştirakçısı olmuşam. Göyçə mahalının kəndlərində bu 
mərhələnin İ.V.Stalinin verdiyi qərarların yerinə yetirilməsi üçün 
göstərilən səylərin  şahidi olmuşam. Kəndimizdə “Köçürülmə”si 
nəzərdə tutulan ailələrə  əmlak payının verilməsi istiqamətində 
aparılan bölgülər, ev-eşik  əşyalarının maşınlara yüklənərək,  İrə-
van dəmir yol vağzalına aparılması, həftələrlə orada köç vaqonla-
rının ailələr tərəfindən yolunun gözlənilməsi, nəhayət qatarla 


_________Milli Kitabxana_________ 
 
215
 
Naxçıvandan keçməklə Azərbaycanın təyin olunmuş bölgəsinə 
yola salınması, adamların yolda-izdə, vağzallarda ac-yalavac çək-
diyi min bir əziyyət, dağlıq ərazidən köçürülən adamların, xüsu-
sən də qoca və uşaqların qızdırma xəstəliyinə tutulması, çox za-
man xəstələnənlərin dünyasını dəyişməsi yaddan çıxan deyil. Bu 
gün də bu yaddaşdadır... Basarkeçər rayonunun kəndlərininin 
köçgünləri əsasən Yevlax, Xanlar, Bərdə, Mirbəşir rayonlarının-
dakı  kəndlərdə yerləşdirilmişdi. Qoşabulaq camaatı Mirbəşirin 
Borsunlu kəndində, bizim ailəmiz isə Qasım kişinin ailəsində sı-
ğınacaq tapmışdı. Ailənin üzvləri bizə hədsiz qayğı göstərirdilər. 
Ailənin xanımı Maral xala olduğca həssas bir insan idi. Onun mü-
haribədən qayıtmayan qaynının oğlu Mahmuda, qızı Zaftya doğ-
ma ana kimi nəvaziş göstərməsi bizi çox məmnun edirdi. Bişir-
diyi çörəyin, hazırladığı xörəyin bir loxmasını da biz süfrə başına 
yığışmayınca öz ailə üzvlərinin yeməsinə icazə verməzdi. Beləcə 
qəribçilikdə günlərimiz keçirdi. Gündə bir hadisənin şahidi olur-
duq. Köçgünlər aranın iqliminə uyğunlaşa bilmirdilər, gündə ailə-
də kiminsə ağır xəstələnib rayon mərkəzinə aparıldığı, kimin qız-
dırmadan dünyasını dəyişdiyini, kimin isə ailə üzvlərindən xəbər-
siz dədə-baba yurduna qayıtması barədə söhbətlər adi hal almışdı. 
Anam və qardaşım yeni düşdüyümüz şəraitin, nə qədər qayğı ilə 
əhatə olunsaq da, məişət və özəlliklərindən xəstəliyə düşmüşdü-
lər. Bu kənddə yenicə anadan olan bacıma qulluq və xidmət gös-
tərən Maral xala idi. Onu qeyd edim ki, kəndimizin adamları Bor-
sunlu Mazahirin kəndinə düşdüyümüzdən  şerə-sənətə daha çox 
həvəskar olduqlarını da gizlətmirdilər. Şair Məzahirin şeirlərinin 
qardaşı Aşıq Hilaldan və Məzahirin əmisinin yanında qalan trak-
toçu oğlu Elmandan alıb oxumaq üçün hamı təşəbbüs göstərirdi, 
biz də həmin təşəbbüsçülər sırasında idik... Iki ildən artıq idi ki, 
burada yaşayırdıq, Qiyas müəllimin sinfindı  təhsil alırdım. Vaxt 
gəlib çatdı, yenidən 1955-ci ildə Qoşabulaq kəndinə qayıtdıq... 
Bir müddət ermənilərin  əhatəsində müəyyən təzyiqlərə  məruz 
qalsaq da, dözdük, yaşadıq. Ermənilərin müsəlmanlara qarşı mü-
nasibətlərində gizli saxlanılan bir məkr qalmaqda idi. Bu məkr 


_________Milli Kitabxana_________ 
 
216
 
M.S.Qorbaçov hakimiyyətə  gələndən sonra açıq-aydın hiss olu-
nurdu. Z.Balayanın “Ocaq” kitabı sanki bu işlərin “bir təşkiledi-
ci” qüvvəsi rolunu oynayırdı. Dağlıq Qarabağda və onun ətrafın-
da baş verən hadisələr, qırğınlar... Dəhşətlər, sıxışdırmalar, milli 
zəmində təxribatlar, qətillər yenidən başlandı, ermənilər vətənsiz-
ləşmənin – məcburi köçürülmənin bünövrəsini qoydular... Qaç-
qınlıq, köçgünlük... Sonra da xalqımızın ermənlər tərəfindən zor-
la cəlb olunduğu Qarabağ müharibəsi. 
Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin 18 dekabr 
tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci 
iltarixli Fərmanlarında rəsmi tarixi faktlar baxımından sadalanların 
məşəqqətlər içərisində yaşanıldığını “Respublika” qəzetinin 1998-
ci il mart, aprel saylarında “deportasiya” və köçürmələrin acı nəti-
cələrini yaşayan adamlardan rəhbər partiya, təsərrüfat orqanlarında 
işləmiş, elmi tədqiqatla məşğul olmuş alimlərin, əmək cəbhəsində 
çalışmış müxtəlif peşə sahibllərinin,  şahidi, iştirakçısı olduqları 
hadisələrin xronologiyasını özündə ehtiva edən yazılarını oxuyan-
da ermənilərin xalqımızın başına gətirdiyi tarixi müsibətlərin ma-
hiyyətinin təfərrüatı ilə öz əksini tapdığını görürsən. Məqalə müəl-
liflərindən Talıb Musayevin, Həbib Həsənovun (Rəhimoğlu),  İs-
mayıl Vəliyevin, Səfiyar Musayevin, Vaqif Arzumanlının, Qadir 
İsmayılzadənin, Zeynal Vəfanın, Vəli Ələkbərovun, Məşədixanım 
Nemətin, Həcər Verdiyevanın, Zakir Sərdarovun, Nazim Mustafa-
nın və başqalarının adını çəkmək yerinə düşər. 
Qərbi Azərbaycanın sonradan Ermənistan adlandırılması, hə-
min ərazidə yaşayan azərbaycanlıların öz dədə-baba torpaqların-
dan zor gücünə sıxışdırılıb-çıxarılması, iyrənc “türksüz Ermənis-
tan” yaratmaq siyasəti azərbaycanlılara məxsus tarix və mədəniy-
yət abidələrinin ermənilər tərəfindən məhvinə  və buradakı yaşa-
yış məskənlərinin adlarının erməniləşdirilməsinə şərait yaratmış-
dı. Tarixi faktlarıın olduğu kimi qələmə alınması, ermənilərin uy-
durma və böhtanlarını ifşa edən sanballı monoqrafiyaların və tari-
xi faktlara söykənən əsərlərin yazılması sahəsində Prezident Fər-
manları yaradıcı ziyalılara ürəklərində onilliklərlə dolandırdıqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə