Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

_________Milli Kitabxana_________ 
 
177
 
bilmişdir. Onun heca vəznində yazdığı şeirləri ilə yanaşı qəzəlləri 
daha çox diqqəti cəlb edir. Qəzəllər həm mənasına , həm də poetik 
siqlətinə görə klassik Azərbaycan poeziyası ilə nə qədər səsləşirsə, 
dilinə, obrazlılığına görə  də  aşıq porziyasını xatırladır. Aqilin 
“Oxusun” rədifli qəzəlini bu baxımdan nümunə çəkmək olar: 
Ey qələm, yaz halım, qaşları kaman oxusun,  
Məni bu dərdə salan sərvi-xuraman oxusun. 
 
Eşqinin xəstəsiyəm davamı bilən bir odur, 
Yalvarıb istəyirəm, canıma dərman oxusun. 
 
Indidən qoy dinləyib qoy eşitsin qəlbim deyəni 
Axırda etdiyinə olar peşiman oxusun. 
 
Yar, sənin hər söhbətin xoşdur mənə nəğmə kimi, 
Istərsə o dillərin qətlimə fərman oxusun. 
 
Sənsiz ey can sirdaşım, baharda kim görsə məni, 
Üzümdə boranlı qış, gözümdə duman oxusun. 
 
Ömrümün dəftərini kim açacaq səndən qeyri, 
Orda sağ qalmasına min şübhə, güman oxusun . 
 
Həyatın şirin çağıdır, gül, danış, ey sevgilim, 
Eşqinə qoy dastanı Aqil tək qanan oxusun. 
Özünün dolğun bədii-estetik dəyəri ilə seçilən poeziyasında , 
xüsusən də gözəlliyin tərənnümünə  həsr olunmuş müxəmməslər 
Aqilin yaradıcılığında yüksək bədii-estetik keyfiyyətlər qazanır 
və yeni məzmun kəsb edir. Bu şeirlərdə elin, obanın, zəhmətkeş 
insanların sevinci, qəlbinin səsi eşidilir.  
Göyçə el şairliyində  dəyərli yeri olan Şair Kazim 1842-ci 
ildə Göyçənin Ağbulaq kəndində anadan olmuş  və 1929-cu ildə 
vəfat etmişdir. Kasıb güzəran keçirən bu el şairinə Aşıq Ələsgər 
həmişə maddi cəhətdən kömək göstərərmiş. Kazım həcv yazmağa 
daha çox meyl edərmiş. Onun “Nazlı xanımla deyişmə”si və 
“Çıxar”, “Olu”, “İnciyər” kimi şeirləri məlumdur.  


_________Milli Kitabxana_________ 
 
178
 
El sənətkarı  Əli Mazanoğlu Namazov (1890-1974) qədim 
Göyçənin sazlı-sözlü Cil kəndindəndir.Yaşadığı dövrün aşıq və el 
şairlərinin yaradıcılığı onun həyatında təsirsiz qalmamış, Kazım, 
Aqil, Müseyib kimi sənətkarlarla ünsiyyətdə olması onda aşıq sə-
nətinə böyük maraq oyatmışdı.O, həm saz, balaban çalmağı öyrən-
miş, həm də aşıq poeziyasının müxtəlif janrlarında yazdığı şeirləri 
ilə tanınmışdır. Əli Mazanoğlu XX əsrin əvvəllərində erməni daş-
naqlarının törətdiyi vəhşiliklərə qarşı aparılan mübarizənin fəal iş-
tirakçısı olmuş, tökülən qanları, törədilən qırğını gözləri ilə 
gördüyündən şeirlərinin birində giley-güzarını belə bildirmişdi: 
Əli deyər bəd zamanlar, 
Əbəs verdin nahaq qanlar. 
Gədiklərdə çox insanlar 
Sən saldın borana, dağlar!  
Əli Mazanoğlunun aşıq şeiri üslubunda yazdığı bir qıfılbəndi 
maraq doğurur: 
Aşıq, məni halı eylə, 
Ustad kimdir, dərsi nə? 
Üç səyyahın yolçusuyam, 
Nuru çıraq, birisi nə? 
 
 
Simsar bilib dada gəldik
Yıxma viranə könlümü 
Hansı pəhlivan axtarır 
Sığınmağa bir sinə?! [140-38] 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Göyçə aşıqlar mü-
hitində tanınmış sənətkarlardan biri də Aşıq Vəlidir. O, Basarke-
çərin Yarpızlı kəndində anadan olmuş, dövrünün ustad aşıqların-
dan dərs almış, təkcə Göyçə mahalında deyil, Azərbaycanın əksər 
bölgələrində keçirdiyi toylarda oxuduğu saz havaları, söylədiyi 
dastanlarla xalqın hörmətini qazanmışdır. Xalq yazıçısı  İlyas 
Əfəndiyevin “Geriyə baxma, qoca” romanında göstərildiyi kimi
...Qarabağın ən hörmətli, sənətə, sənətkara qiymət verən adamları 
Aşıq Vəlini öz dəstəsi ilə Göyçə mahalından toylar yola salmağa 


_________Milli Kitabxana_________ 
 
179
 
çağırardılar. Göyçənin müxtəlif kəndlərində yaşamış el ağsaqqal-
ları onun “Misri”, “Koroğlu cəngisi”, “Ayaq divani” və s. saz 
havaları üstə zil səslə oxuduğu mahnılardan çıraq və lampaların 
“nəfəs”inin qaraldığını böyük maraqla söyləyərdilər. 
Aşıq Vəlinin yaradıcılığı inqilabdan əvvəlki illərə təsadüf et-
diyindən onun ədəbi irsinə aid nümunə göstəriləsi tutarlı faktlar 
yoxdur. Anadan olduğu tarix məlum olmasa da o, 1929-cu ildə 
doğma kəndində vəfat etmişdir. Onun vəfatından sonra bu ailədə 
aşıq sənətinə olan maraq daha da artmışdır. Oğlu Aşıq Oruc Əh-
mədov (1920-1976) Göyçənin adlı-sanlı  sənətkarlarından aşıqlıq 
sənətini öyrənmiş, yazdığı qoşma, gəraylı və təcnisləri ilə şöhrət-
lənmişdir. Azərbaycan türklərinin deportasiyası zamanı Gədəbəy 
rayonundakı Zəhmət kəndinə pənah gətirmiş, burada aşıqlıq sənə-
tini yaşatmış, 1953-1970-ci illərdə rayon mərkəzində  fəaliyyət 
göstərən aşıqlar ansamblına rəhbərlik etmişdir. Aşıq Oruc gənc 
aşıqların yetişməsinə qayğı göstərmiş, Gədəbəy aşıqlarından  İs-
fəndiyar Rüstəmov,  Şahsuvar Fərzəliyev, Zahid Aslanoğlu kimi 
aşıqların həyata vəsiqə almasında əlindən gələni əsirgəməmişdir. 
“Qurbani” dastanının  ən dolğun və  əhatəli olan variantı  Aşıq 
Orucdan yazıya alınmışdır [118-136].  
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Aşıq Oruc Əhmədovun 
həyat və  fəaliyyəti barədə “XX əsr Göyçə  aşıq mühiti (1920-
1950-ci illər)” monoqrafiyasında kifayət qədər məlumat verilmiş-
di. [140-40, 41]  
Şahablı Aşıq Cəlil ( - 1918) O, Vedibasar mahalının Çanax-
çıdərə bölgəsində, Vedi rayonunun 13 km cənub-şərqində, Ça-
pançay qolunun kənarında,  Şahablı  kəndində anadan olmuşdu. 
1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanl müharibələri za-
manı böyük dağıntılara məruz qalan bu kəndi İ.Şopen (1831) xa-
raba kəndlər sırasında vermişdir. Sonradan geri qayıdan kənd ca-
maatı dağılmış  kəndin yaxınlığında yeni kənd salmış, bu kəndi 
Yeni Şahablı adlandırmışlar. 1887-1914-cü illərdə bu kənddə mü-
vafiq olaraq 853-840 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə 
kənd Andranikin quldur dəstələrinin hücumuna məruz qalmış, da-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə