Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

_________Milli Kitabxana_________ 
 
180
 
ğıdılmış, qarət edilmiş, yandırılmış,  əhalisi qəddarlıqla qətlə ye-
tirilmiş, sağ qalanlar birtəhər qaçıb canlarını qurtarmışlar. Elə o 
vaxtdan da kənddə ermənilər məskunlaşmağa başlamışlar. 1919-
cu ilin yanvarında Andranikin “Van” və “Sasun” polklarının tö-
rətdiyi vəhşiliyə, müsəlmanların kütləvi soyqırımına məruz qalan 
kəndlərdən biri də Şahablı olmuşdur. Daşnaqlar əmin-amanlıq ya-
ratmaq adı altında iclas bəhanəsi ilə azərbaycanlıları iri damlara 
yığıb, od vurmuşlar, uşaqları süngünün ucunda qaldırıb tonqalla-
rın içinə tullamış, qoca və qadınları ot tayaları içərisində diri-diri 
yandırmışdılar. Həmin soyqırım zamanı daşnaqlar  Şahablı  Aşıq 
Cəlili də vəhşicəsinə qətlə yetirmişlər. Əsir götürdükləri aşığa əv-
vəl Andranikin şərəfinə bir qoşma deməyi təklif etmişlər. O isə, 
əksinə, üzünü Böyük Vediyə tərəf tutub, Abbasqulu bəyi haraya 
çağıran məşhur şeirini söyləmişdir: 
...Vedinin dağları batıbdı yasa,  
Daşnaqlar istəyir Vedini basa. 
Bir məktub yazmışam o xan Abbasa, 
Yazmışam, durmasın, haraya gəlsin, 
Yağı salıb bizi araya, gəlsin! 
Çat haraya, bəyim, nicat günüdü, 
Vedinin davası, qeyrət günüdür!.. [28-402] 
Bundan qəzəblənən ermənilər elə oradaca aşığı yerə  yıxıb, 
dilini dibindən qopardaraq, üstünə neft töküb, sazı ilə birlikdə 
kərmə qalağı içərisində diri-diri yandırmışlar. [77-529]  
Aşıq Xudayar Vedibasar mahalının Qarabağlar kəndində 
anadan olmuşdur. 1826-1829-cu illər Rusiya-İran, Rusiya-Os-
manlı müharibələri zamanı böyük dağıntılara məruz qalan Qara-
bağlar-Sufla, yəni Aşağı Qarabağlar kəndinin adı İ.Şopenin 1831-
ci ilə aid məlumatlarında artıq Vedibasar mahalının xaraba kənd-
ləri sıyahısında vermilmiş və bu bölgədə köçəri tayfalar sırasında 
Qarabağlı tayfasının da adını çəkmişdir. Bu kəndin ev-eşiyindən 
didərgin düşmüş əhalisi sonralar həm Aşağı Qarabağlar, həm də 
Yuxarı Qarabağlar kəndlərində yenidən məskunlaşmışlar. Bu 
kəndi sonradan Çimən adlandırmışlar. Bu kəndin keçmişdə  də, 


_________Milli Kitabxana_________ 
 
181
 
indi də çoxsaylı tayfaları içərisində Şərəflilər, Oruclular və digər 
tayfalar olmuş, onların Orta Asiya və Azərbaycanın bir çox ərazi-
lərində məcburiyyət üzündən məskunlaşanları içərisindən bir çox 
görkəmli şəxsiyyəylər çıxmışdır. Sonradan geri qayıdan kənd ca-
maatı dağılmış  kəndin yaxınlığında yeni kənd salmış, “Zaqafqa-
ziya diyarının dövlət kəndlərinin iqtisadi vəziyyətinin öyrənilmə-
sinə dair materiallar” kitabında (1886) Çimən adlandırılan bu 
kənddə 1886-cı illərdə 85 ailədə 853 nəfər azərbaycanlı yaşamış-
dır. 1914-1922-ci illərdə bu kəndin  əhalisi xaricdən gəlmiş 210 
erməni mühacirinin yerləşdirilməsi hesabına 110 nəfər olmuşdur. 
Dövrün haqsızlıqlarını, törədilən qırğınları öz gözləri ilə görən 
Aşıq Xudayar millətinin, dədə-baba yurdunun keşiyində duran 
Abbasqulu bəy  Şadlınskini sazla-sözlə dillər  əzbəri etmiş, “Ab-
basqulu bəy”ə şeirində onun dəstəsindəki mərd mübariz igidlərin 
adını poetikləşdirmişdir: 
...Vedibasar yeriyibdi, bir qanlı davadan deyim. 
Dəstəsində şir oğullar, bu eldən, obadan deyim. 
Məhərrəmnən İbrahimnən, Xəlilnən Nəbodan deyim. 
Andranikin bağrını yarıbdı Abbasqulu bəy! 
 
Tanrı ona rüsxət versin, müsəlmanın dayağıdı! 
Yoxsulların, fağırların evlərinin çırağıdı! 
Ay Xudayar, bu mərd oğul qoçaxların qoçağıdı! 
Bu millətin xilasına durubdu Abbasqulu bəy! 
Aşıq Xudayar başqa bir qoşmasında onun şücaətini, döyüşdə 
düşməni məğlubiyyətə uğratdığını faktlarla təsvir edir: 
Abbasqulu bəy dönüb aslana , şirə, 
Qoymayır ki, yağılar Vediyə girə. 
Tağı bəy göndərmir qoşuna cirə, 
Zeyvə-Düdəngini eyləyib Şürə. 
   
Qılıncı əlində Xan Abbasqulu, 
  
Xalqının ümüdü can Abbasqulu...  
Yaqub Mustafa oğlu (1881-1920). 1881-ci ildə İrəvan mahalı-
nın Sürməli qəzasının Hüseyn kəndində doğulub. Uşaq vaxtından 
varlılara nökərçilik edib, 1905-ci ilin erməni qırğını nəticəsində ailə-


_________Milli Kitabxana_________ 
 
182
 
likcə bu kənddən o kəndə köçüb, nəhayət, 1920-ci ildə Gəncə qəza-
sının Qızılhacılı kəndində yurd salıb, üç il sonra isə Ağdam qəzasına 
köçüb. Sonrakı taleyi barədə maraq göstərilsə  də, hələlik müfəssəl 
bir məlumat əldə edilməmişdir. Ancaq onun dillərdə gəzən “Qaçqı-
nı” [28-405] rədifli qoşması yaşlı nəslin yaddaşından yazıya alınmış-
dır. Həmin qoşmanın bütövlüklə verilməsi məqsədəuyğundur: 
Şikayət eylərəm parlamanlara, 
 Bir yol bulub, böylə qoyma qaçqını. 
Qanlı göz yaşları göllərə dönüb, 
Yazıqdı, incidib söymə qaçqını. 
 
Yandırır aləmi qaçqının günü, 
Öyündə tapılmır bir ponza unu. 
Zəlalət çoxalır, unudur dini, 
Təqsirkar eyləyib döymə qaçqını. 
 
 
 
 
Kim cavab verəcək bu qaçqınlara? 
Hamı hörmət edir dövlətə, vara, 
Bir üzü möhtacdır, bir üzü qara, 
Alıb dərisini soyma qaçqının. 
 
Varrı olan öz varıynan ucalar, 
Yaqub da danışar, dildən bac alar. 
Yoxsul oğlan iyirmi beşdən qocalar, 
Gəncə mahalında əymə qaçqını. 
Aşıq Adıgözəl oğlu Məhəmməd Kotuzlu. Təqridən XIX əs-
rin 70-80-ci illərində Vedibasar mahalının Kotuz kəndində ana-
dan olmuşdur. Şəbəndə nəslinin övladıdır. Nəslin ağsaqqalları ta-
rixən ağqoyunlular nəslindən olduqlarını söyləyirlər. Gənc yaşla-
rında ona vergi verilmiş, Haqq yuxusundan ayılandan sonra onun 
qab-qacağıni ayrı saxlayaraq, yad əllərdən qoruyurlar... Aşıq Mə-
həmməd  əmisi qızı Gülzarla ailə qurmuş, Xatın adlı  qızları ol-
muşdur. Xatın Çatma kəndindən olan həmyerlisi Ələsgərlə evlən-
miş, onların Rəcəb, Nəcəf, Müstəcəb, Firəngiz, Göyərçin adlı öv-
ladları olmuşdur. Ağstafa rayonunun Xətai kəndində yaşamışlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə