Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/102
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32156
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

_________Milli Kitabxana_________ 
 
174
 
də də qaçqınlıq ömrü yaşayan Qoşabulaq kəndinin yaşlı adamları 
yaxşı xatırlayırlar.  
Aşıq Behbudun altı övladı olmuşdur. Böyük оğlu Qurbаnın 
acı  tаlеyi, müharibədə  həlak olması onu sənətindən uzаqlаşdır-
mışdı. Cаvаn yаşlаrındа  vəfаt  еtmiş  qızı Dursunun Fəzаil  аdlı 
оğul yаdigаrı  hаzırdа  Sаnkt-Pеtеrburq  şəhərində  yаşаyır. Bu 
sənətkаrın qızı  Аqilə  Qаzах  rаyonundа,  оğlаnlаrındаn Bəhmən 
Gоrаnbоy rаyоnunun Qаrаdаğlı  kəndində, Tаvаriş Ismаyıllı 
rаyоnundаkı  Sоltаnkənd kəndində, saza-sözə  hədsiz maraq 
göstərən bir neçə ali məktəb qurtarmış Valehin ailəsi isə  Bаkı 
şəhərində yаşаyır... 
Təəssüflər olsun ki, Aşıq Behbudun qoşmaları onun həyat yol-
daşı Zərnişan qarının yaddaşından vaxtında yazıya alınmamışdır... 
Aşıq Behbud 1972-ci ilin dеkаbrındа dоğmа kəndində vəfаt 
еtmişdir. 
XIX  əsrin ikinci yarsında Ağbabada, Borçalıda, Dərələyəzdə, 
Göyçədə saz-söz sənətkarlarının yaradıcılığında dövrün olayları öz 
əksini göstərməkdə idi. 1874-cü ildə  Ağbaba mahalında dünyaya 
göz açan Nəsib məlahətli səsi olduğundan aşıq Şenliyin şəyirdi olur. 
Aşıq kimi püxtələşir, zamanının bir çox aşıqları ilə deyişmələri 
dillərdə  əzbər olur. Onun həssas qəlbli  şair olduğunu yəqin edən 
“Keçdi”rədifli gəraylısını nümunə kimi qeyd etmək yerinə düşər: 
Ağbabanın yaylağından 
Bir cüt gözəl gəldi, keçdi. 
Qızıl tənə qulağında 
Dərdlərimi bildi, keçdi. 
 
Biri eşq əlindən xəstə, 
Alma yanaq, boyu bəstə. 
Hər nə dedim, “gözüm üstə” 
Belə dedi, güldü keçdi. 
 
Mən Nəsibə zülüm oldu, 
Ağladım gözlərim doldu. 


_________Milli Kitabxana_________ 
 
175
 
Biri ürəyimi aldı, 
Qara günlər gəldi keçdi. 
Aşıq Nəsibin müasiri olan Məhəmməd Hüseynov 1887-ci 
ildə  Ağbabanın Mağarcıq kəndində doğulmuş, hazırcavab bir el 
şairi kimi tanınıb, sürgündə olub. Şeir həvəskarlarının yaddaşında 
qalan qoşma və təcnisləri aşıqların da repertuarını bəzəyib. Onun 
“Dəymə” təcnisi dilimizin incəliyinə həsr olunmuş poetik nümu-
nələrdəndir: 
Ay bimürvət, dərdin məni çürütdü, 
Müddətdir sızlayır, yarama dəymə. 
Deyim təmənnamı, son nəfəsdəyəm
Xəncərlə köksümü, yarama dəymə. 
 
...Həsrətindən yazıq yanşaq ha yana, 
Yoxdu canıyanan, verə hay ana. 
Ha yalvardım, bir yetmədin hayana, 
Dərdə yaramırsan, yarama dəymə. 
El şairi Niftali Qafarov da XX əsr Göyçə aşıq mühitində söz 
inciləri yaratmaqda ad çıxarmışdır. O, 1898-ci ildə Göyçənin Ağ-
bulaq kəndində anadan olmuş, kiçik yaşlarından poeziya onun ən 
yaxın sirdaşına çevrilmiş, sazla yaşamış, sözlə nəfəs almışdır. O, 
şeirlərini Göyçə mahalının xalq arasında tanınmış el şairi, dayısı 
şair Kazımın seçdiyi “Aqil” təxəllüsü ilə yazmışdır. Kazımın ya-
radıcılığı Niftalının yaradıcılığında böyük rol oynamışdır. O, da-
yısına oxşamaq, onun kimi yazıb-yaratmaq, şair olmaq arzusunu 
həmişə  qəlbində yaşatmışdi.  Şair Kazım bacısı  oğlunun fitri is-
tedada malik olduğnu hiss etmiş və onu mollaxanaya göndərmiş, 
lakin burada keçilən ilahiyyət dərsləri onun poeziyaya marağını 
daha da artırmış, Ağbulağın sazlı-sözlü adamlarının məclisləri, 
dayısı Kazımın qaranlıq daxması ilk şeir məktəbinə, doğma kən-
dinin toy məclisləri yaradıcılıq auditoriyasına çevrilir. 
Aqil (Niftalı Qafarov) inqilaba qədər müəyyən yaradıcılıq təc-
rübəsi keçsə də, onun əsl sənət yolu Ermənistanda Sovet hakimiy-
yəti qurulduqdan sonra başlamışdir. Yoxsulluğun , zülm və istibda-
dın əzablarını müşahidə etmiş və bu ağrıları bilavasitə yaşamışdır.  


_________Milli Kitabxana_________ 
 
176
 
Niftalı doğma kəndinin ilk müəllimlərindən biri olmuş, 1937-
ci ilin yazında Gədəbəy rayonunun Ağkilsə (indiki İvanovka) kən-
dinə köçmüş  və müəllimlik fəaliyyətini orada davam etdirmişdi 
[165]. El arasında böyük şöhrət qazanmış  şairin bir sıra  şeirləri 
müxtəlif məcmuə  və  qəzetlərdə, “El aşıqları  rəhbərlər haqqında” 
kitabında dərc edilmişdir. 1939-cu ildə Bakıda keçirilmiş el ədə-
biyyatı nümayəndələrinin müşavirəsində Aqil də  iştirak etmiş  və 
xalq şairi S.Vurğunun təqdimi ilə SSRİ Yazıçılar İttifaqının üzvlü-
yünə qəbul edilmişdir. Yazıçı Nəsib Əfəndiyev “Azərbaycan” jur-
nalının 9-cu sayında (1976) çap etdirdiyi “Alovlu şairi xatırlayar-
kən“ adlı yazısında S.Vurğunla bağlı xatirələrindən söhbət açır, 
Aqilin adını böyük hörmət və ehtiramla çəkir. Görkəmli şairimizin 
onun yaradıcılığını yüksək qiymətləndirdiyini və onları çap etdir-
mək üçün təşəbbüs göstərdiyini qeyd edir.  
Gədəbəy rayonunun İvanovka kəndində yaşadığı və İnəkbo-
ğan kəndində müəllim işlədiyi illərdə ölməz şairimiz S.Vurğunun 
Aqilin müxtəlif ədəbi almanaxlarda silsilə şeirlərinin dərcinə bö-
yük köməkliyi olmuşdur. N.Qafarovun yaradıcılığında sevgi-mə-
həbbət motivləri, vətənin tərənnümü əsas yer tutmuşdu. O, 1942-
ci ildə könüllü olaraq orduya getmiş, qələmini süngüyə çevirmiş, 
ümumi düşmənə qarşı  mərdliklə vuruşmuş, 1943-cü ilin qızğın 
döyüşlərinin birində Ukrayna torpağında həlak olmuşdur. Onun 
“Qalmaz”, “Xəngəl”, “Yaxşıdı” və s. şeirləri vardır. 
Aqil sözün, sənətin qədrini bilən, onun şərəfini qorumağa 
çalışan həssas bir şair olmuşdur. Yaşadığı dövrün sosial-mənəvi 
həyatına qəlbən bağlanmışdır. Mühüm tarixi hadisələrlə dolu olan 
ictimai-siyasi prosesləri yaradıcılığında əks etdirməyi, bədii əksi-
ni verməyi diqqətindən yayındırmamışdır. 
Ərəb və fars dillərindən diqqətini cəıb edən klassik ədəbiyya-
tın Nəsimi, Füzuli, Xəqani, Xətai, Vaqif kimi ölməz sənətkarları-
mızın yaradıcılığına dərin maraq göstərmiş, hətta onların bəzi şeir-
lərinə  nəzirələr yazmışdır. Yaradıcılığında aşıq  şeiri ilə klassik 
poeziya ənənələrini üzvi surətdə birləşdirməyin zəruriliyini xüsusi 
olaraq vurğulamış, onların vəhdətini poetik nümunələrdə göstərə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə