Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
la bil
ər. Bu proses tədricən baş verəcək, yəni burada qəfil inqilabi sıçrayışdan söh-
b
ət gedə bilməz. Qloballaşmanın bu mənada təsiri artıq hiss olunmaqdadır. Şadlıq 
evl
ərinin, restoran və kafelərin adlarına diqqət yetirsək, dövlət dilimizə etinasızlı-
ğın şahidi olarıq. 
Televiziya verilişlərində, mətbuatda da belə hallar kütləvi şəkil almaqdadır. 
Adı  ingiliscə  olan və  ingilis tələffüzü  ilə  deyilən  “Space”  kanalında  görkəmli 
inc
əsənət xadimlərinin  şair,  bəstəkar,  müğənnilərin yubileyləri, ad günləri qeyd 
olunur. Tortun üz
ərində şamlar  yandırılır,  “səbəbkar”  üfürüb  onları  söndürür  və 
hamı bir yerdə ingilis dilində “Ad günün mübarək” mahnısını oxumağa başlayırlar. 
Halbuki, Az
ərbaycan dilində də ad günü ilə bağlı gözəl bir mahnımız var və onu 
da oxumaq olardı. 
Qloballaşmanın nəticəsi nə ola bilər? Dünyada vahid dil, vahid əlifba, vahid 
ad
ət-ənənənə, vahid qayda-qanun bərqərar olacaq. Əslində, bəşəriyyət həmişə belə 
vahidliy
ə meyilli olub. Beynəlxalq hüquq normaları hər bir konkret ölkənin hüquq 
normalarından üstün sayılır. Bəşəriyyət həmişə beynəlxalq ünsiyyət vasitəsi kimi 
vahid  dil  yaratmaq  arzusunda  olub.  Esperantonun  yaradılması  və  rəsmən  bey-
n
əlxalq dil kimi təqdim olunması təşəbbüsü təsadüfi deyil. Axı, vaxtilə yer üzündə 
bir dilin mövcud olması, sonradan həmin dilin diferensiasiyası nəticəsində milli 
dill
ərin yaranması fikri də məlumdur. Bu, obyektiv olaraq baş verən inteqrasiya 
v
ə diferensiasiya prosesidir və onun nəticəsində nə vaxtsa parçalanmış xalqların 
yenid
ən  yaxınlaşması  baş  verə  bilər. Yenidən  yaxınlaşma,  birləşmə, inteqrasiya 
n
əticəsində  vahid dil, vahid əlifba məsələsi  aktuallaşa  bilər.  Riyaziyyatçılar  de-
mişkən, fərz edək ki, dünyada bir dil olacaq və bir vahid əlifbadan istifadə olu-
nacaq. Bu halda bizi n
ə kimi fəlakət gözləyir. Bütün dünya bir dildə danışacaqsa, 
bir 
əlifbadan istifadə edəcəksə, planetin sakinləri bir-birlərini daha yaxşı anlayar, 
konfliktl
ərə, müharibələrə son qoyulacaq. Bunun nəyi pisdir? Bəlkə, qloballaşma 
ya
xınlaşan fəlakət deyil! 
Qloballaşma  əks  prosesi  doğurur  –  fərdiləşmə, xüsusiləşmə,  regionlaşma, 
m
ərkəzdənqaçma və s. Ana dili müqavimət göstərir, yox olmaq istəmir, xalq öz 
ad
ət-ənənələrini, milli mentalitetini,  varlığını  qoruyub  saxlamaq  üçün  mübarizə 
apa
rır. 
M
ənə  elə  gəlir ki, bəlkə  də  qloballaşma  olmasaydı,  ana  dilinin  qorunması 
m
əsələsi bu qədər qabardılmazdı, aktuallaşmazdı. 
Paradoksal bir v
əziyyət – ana dilinin qorunması uğrunda mübarizəyə görə, 
biz haradasa h
əm də qloballaşmaya borcluyuq. Əksliklərin vəhdəti və mübarizəsi 
f
əlsəfi qanununun inikaslarından biri də buna aid edilə bilər. 
Ortaq dil, ortaq terminologiya, ortaq 
əlifba sahəsində gedən müzakirələri də 
qlo
ballaşmanın təsiri hesab etmək olar. Konkret dil beynəlxalq səviyyəyə çıxmaq-
da ç
ətinlik çəkir, təkbaşına özünü qorumaq iqtidarında deyil. Dil ailəsi toplumun-
da vahid dil funksiyasında müqavimət daha effektli olardı. Ortaq türk dili, ortaq 
türk 
əlifbası və ortaq türk terminologiyası və s. bu qəbildən olan məsələləri “ya-
 
36 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
rımqloballaşma meyli” kimi səciyyələndirmək olar. Ortaq türk əlifbasına keçidin 
real
laşmadığı bir vaxtda ortaq türk dili ideyası nə dərəcədə realdır? 2012-ci ilin 
no
yabrında Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq konfransda ortaq 
türk dili kimi, leksik t
ərkibcə Abayın dilinə yaxın olan qazax türkcəsi təklif olun-
du. 
Çox q
əribədir, nədənsə, ortaq slavyan dili, ortaq german dili problemi 
günd
əmdə  deyil. Görəsən, digər dil ailələrinin nümayəndələri, məsələn, slavyan 
dill
əri ailəsi niyə ortaq dil yaratmaq məsələsini qaldırmır? 
Ana dilinin, dövl
ət dili olan Azərbaycan  dilinin  yox  olmasından  söz  gedə 
bilm
əz. Söhbət  onun  işləklik dərəcəsinin  azalmasından  gedə  bilər. Səylərimiz 
onun kütl
əvi informasiya vasitələrində, internet məkanında  daha  çox  işlənməsi, 
daha çox t
əmsil olunması ilə bağlı ola bilər. Burada bir məqama da diqqət yetir-
m
ək lazımdır. Bu və ya digər dil internetdə böyük həcmdə, geniş şəkildə təmsil 
oluna bil
ər. Bu, heç də həmin dilin aparıcı olmasından irəli gəlmir. Məsələn, əha-
lisinin v
ə internet istifadəçilərinin sayına görə çin dili hətta ingilis dili ilə rəqabətə 
gir
ə bilər. Bu o demək deyil ki, çin dili ingilis dilindən daha çox yayılmış, daha 
ge
niş istifadə dairəsinə malikdir. İngilis dilindən bir ünsiyyət vasitəsi, informasiya 
ötürücüsü kimi bütün dünya istifad
ə edirsə, bu sahədə çin dilinin imkanları məh-
duddur. Çin dilind
ən daha çox çin dilini və əlifbasını bilən yerli istifadəçilər istifa-
d
ə  edirlər.  İnternet  istifadəçilərinin  sayının  çox  olması  başqa  bir  müzakirənin 
mövzusu ola bil
ər. 
Az
ərbaycan  dili  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  şəkildə 
inkişaf etdirilir, öyrənilir və tətbiq olunur. 
Qeyd etm
ək  lazımdır  ki,  respublikamızda  Azərbaycan dilinin inkişafına 
dövl
ət səviyyəsində  qayğı  göstərilir.  Qısa  müddət  ərzində  Azərbaycan dilinin 
inkişafı və qorunması ilə bağlı verilmiş fərman və sərəncamların xronologiyasının 
n
əzərdən keçirək: 
1.
 
“Dövl
ət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Preziden-
tinin 18 iyun 2001-ci il tarixli f
ərmanı; 
2.
 
Az
ərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi ilə bağlı 
AR Prezidentinin 09 avqust 2001-ci il il tarixli f
ərmanı; 
3.
 
“Az
ərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun (30 sentyabr 
2003-cü il); 
4.
 
“Az
ərbaycan  Respublikasında  Dövlət  dili  haqqında”  Qanunun  tətbiq 
edilm
əsi barədə fərman (02 yanvar 2003-cü il); 
5.
 
“Az
ərbaycan dilində  latın  qrafikası  ilə  kütləvi nəşrlərin həyata 
keçirilm
əsi barədə” (12 yanvar 2004-cü il tarixli sərəncam); 
6.
 
“Az
ərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-
cü il tarixli S
ərəncam). 
N
əhayət, Azərbaycan dilinə dövlət səviyyəsində qayğının, sonsuz sevginin 
da
vamı olaraq 2012-ci ildə AR Prezidentinin daha iki sərəncamı oldu. “Azərbay-
 
37 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə