Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə23/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Y.Ə. SÜLEYMANOV  
 
İNTERFERENSİYA DİL HADİSƏSİ KİMİ 
 
Açar sözl
ər: interfernsiya, dil sistemi, dillərarası əlaqə 
Ключевые слова: интерференция, языковые системы, межязыковые 
Key words: interference, the communication of interlanguages, language system 
 
Xarici dill
ərin öyrənilməsinə təlabat durmadan artir. Bu da özünü həyatımı-
zın bütün sahələrində xüsusilə də elmi texniki, iqtisadi və mədəni sahələrində da-
ha parlaq biruz
ə verir. Müstəqillik əldə etmiş Azərbaycan digər ölkələrlə əlaqələ-
rini günd
ən-günə genişləndirməkdədir. Xüsusilə yetişməkdə olan gənc nəslin in-
tel
lekt kimi formalaşmasında beynəlxalq aləmə çıxış, dünya mədəniyyəti ilə elmin 
müxt
əlif sahələrinin inkisafı ilə tanisliq, təhsildə kompyuter texnologiyası imka-
nından geniş istifadə olunması, Avropaya inteqrasiya cəhdi, dünya təlim-tərbiyə
t
əhsil və tədris təcrübəsindən faydalanma müstəsna əhəmiyyət kəsb edir. 
Bildiyiniz kimi, İngilis dili beynəlxalq aləmdə, eləcə də bütün dünyada bö-
yük nüfuza malikdir. M
əhz, bu baxımdan ölkəmizdə də xarici dillərin, xüsusilə də 
ingilis dilimin öyr
ənilməsinə maraq artmaqdadır. Ona görə də ingilis dilinin hərtə-
r
əfli öyrənilməsi üçün onun Azərbaycan dili ilə müqayisəli şəkildə öyrənilməsi ol-
duqca  z
əruridir.  Bu  baxımdan  Azərbaycan dilçiliyində  müxtəlifsistemli dillərin 
t
ədqiqinə  son dövrlərdə  maraq  xeyli  artmışdır.  Dilçi  alimlərimiz xarici dillərin 
Az
ərbaycan dili ilə tutuşdurulması və muqayisəli öyrənilməsi istiqamətində xeyli 
işlər görmüşlər. 
Bütün dünyada 3000-
ə yaxın dil mövcuddur. Onlar müxtəlif dil qruplarına 
daxildir v
ə onlar arasında coxlu fərqlər olduğu halda, oxşar cəhətlər də az deyil. 
H
ər bir dil bir xalqın nemətidir. Elə xalqlar vardır ki, onların yazı dili yoxdur, la-
kin şifahi dil insanlar arasında ünsiyyət vasitəsi kimi qalmaqdadır. Dillər – istəni-
l
ən fikri səslərlə ifadə etmək üçün insanların istifadə etdikləri ünsiyyət vasitəsidir. 
Əgər insan öz nitq fəaliyyətində bir neçə dildən istifadə edirsə, deməli həmin dil-
l
ərlə əlaqədə olur. Dillərarası əlaqələrin baş verməsi vəziyyəti iki və daha cox dil-
l
ərin kontaktı əsasında olur. Bu əlaqələr zaman dillərin interferensiyası baş verir 
ki, o da dill
ərin bütün sferalarına təsir göstərir. 
İlk dəfə olaraq Praqa dilçilik məktəbində interferensiya hadisələri haqqında 
fikir söyl
ənilmişdir. Onlar belə bir fikir söyləmişlər ki, interferensiya prosesi za-
ma
nı dillər arasında dil normalarının pozulması baş verir. Bu zaman həm mənfi, 
h
əm də müsbət nəticələr əldə edilə bilər. Belə interferensiya anlayışı daha geniş 
yay
ılmışdır. 
İki müxtəlif dil sistemlərindən-(məsələn Azərbaycan və ingilis dilləri) insan 
nitqin
ə  əlaqəli təsir göstərən amillərdən biri ana dilinin xarici dilə  təsiridir. Biz 
 
53 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
əsas dil sistemi kimi Azərbaycan dilini interferensiyanın bir mənbəyi kimi, ingilis 
dilini is
ə interferensiyanın bir obyekti kimi götürə bilərik. Lakin bu o demək de-
yildir ki, 
əsas sistemi biz Azərbaycan dili götürək. Bunun əksi də ola bilər, yəni 
əvvəllər öyrənilmiş xarici dil də götürülə bilər. Bu da belə bir fikir söyləməyə əsas 
verir ki, 
əgər ana dili bütün sahələrdə dəqiq dil normaları əsasında öyrənilirsə, o 
hal
da ana dili interferensiyanın əsas mənbəyi ola bilir. Əks halda isə öyrənilən in-
gilis dili Az
ərbaycan dilinə təsir göstərməklə gündəlik nitqimizə daxil ola bilir. İn-
terferensiya m
əsələsi dilçilikdə əsas problemlərdən biridir. Bu məsələnin öyrənil-
m
əsində biz Azərbaycan və ingilis dillərinin bütün səviyyələrinə müraciət etməli-
yik. Bu m
əsələnin  araşdırılmasını  hər  iki  dili  qarşılaşdırmaqla,  onların  müxtəlif 
s
əviyyələrini öyrənməklə həll etmək olar. İstər şifahi nitqdə, istərsə də digər ya-
rus
larda buna şahid olmaqla müxtəlifliyi görmək olar. 
İnterferensiya  hadisəsi  əsasən bir dilin digərinə  təzahür etməsi və  təsir 
göst
ərməsidir. Bu hadisə iki dilin qarşılıqlı əlaqəsi zamanı gedən bir prosesdir ki
bu zaman dil normaları pozulur və digər dil təsirinə məruz qala bilir. Müşahidələr 
göst
ərir ki, interferensiyanın müxtəlif növləri mövcuddur. 
Xarici dilin öyr
ənilməsində yeni dil materialının mənimsənilməsi və xarici 
dilin müxt
əlif elementlərinin öyrənilməsi həmin dilin fonetik, leksik və qrammatik 
normalarının dəyişməsi əsasında baş verir. İlk öncə xarici dili öyrənən həmin dilin 
xüsusiyy
ətlərini doğma dil normalarına uyğun öyrənməyə çalışır. Bu zaman hər 
iki dil h
əm fonetik, leksik və qrammatik müqayisə olunmalıdır. 
Müasir dövrd
ə  ingilis dili beynəlxalq dil səviyyəsində  öyrənilir və  biz də 
bunu günd
əlik həyatımızda  hiss  edirik.  Beynəlxalq  əlaqələrin  inkişafı  və  onlar 
ara
sında xarici dilin funksiyasının artması, dünya mədəniyyətlərinin ingilis dilində 
öyr
ənilməsi Azərbaycan və ingilis dillərinin interferensiyası prosesində də özünü 
göst
ərir. Məhz, bu əlaqələr özünü ən çox xarici şirkətlər,firmalar və təşkilatların 
f
əaliyyət sahəsində biruzə verir. Məsələn: internet, compyuter, marketing, server, 
pleyer,  reyting,  limit,  market,  şou,  şoumən,  şoubizness,  klip, kontur, broker, 
biznes, brifinq, bos, kontrol, konflikt v
ə s. 
Dilimiz
ə daxil olan bu sözlər bəzən dil normalarını pozur,bəzən də olduğu 
kimi q
əbul edilir. Bu zaman iki dil arasında interferensiya hadisəsi baş verir, yəni 
bir dil dig
ərinə müdaxilə etməklə ona təsir gəstərir. Ona görə də interferensiyanın 
t
ədqiqi xarici dillərin öyrənilməsində  mühüm rol oynaya bilir. Bu mənada 
interferensiya 
əlaqədə  olan dillərin  daxili  mexanizmini  açmaqla  onların  həm 
m
ənfi, həm də  müsbət nəticələrini üzə  çıxarır.  Bir  məsələyə  diqqət yetirmək 
lazımdır ki, mənfi nəticəli interferensiya sanki bir xəbərdarlıq edirmiş kimi nitqdə 
t
əzahür etməklə dil  əlaqələrinin inkişafına maneə  yaradır. Dil sistemlərinin belə 
pozulması  interferensiyanın  təsir nəticəsi kimi xarici dildə  nitqin  qurulmasının 
bütün s
əviyyələrində aşkar edilir. 
 
54 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə