Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə22/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
m
ədəni  elita  mentaliteti,  hakim  elita  mentaliteti.  Qeyd  olunan  qrupların  ifadə 
etdikl
əri mentallığın hər birinin özünəməxsus xüsisiyyətləri mövcuddur. Mədəni 
elita kütl
əvi şüur dəyərlərini təhlil edərək, nəzərdən keçirərək yüksək mədəniyyəti 
inkişaf  etdirir  və  bu dəyərləri yenidən  xalqa  qaytarır.  Bununla  da  kütləvi 
mentaliteti z
ənginləşdirir. İntellektual elitanın əldə etdiyi yeni mahiyyətlər hakim 
elita t
ərəfindən gündəlik həyata tətbiq edilir və bununla da cəmiyytin inteqrasiyası 
t
əmin olunur, onda baş verə biləcək nizamsızlığın qarşısı alınır. Buradan belə bir 
q
ənaət yaranır ki, hakim elita daim həm xalqla, həm də mədəni elita ilə əlaqədə 
olmalıdır.  Qeyd  olunan  münasibətlərdə  cəmiyyətin  inkişafını  təmin edə  biləcək 
müvafiq g
ərginlik  balansının  qorunub  saxlanması  bu prosesin çox mühüm 
m
əqamıdır  və  uğurlu  inkişafın  əldə  edilməsinin zəruri cəhətlərindəndir.  Başqa 
sözl
ə,  sosial  qruplar  arasında  mental  müxtəlifliyin müvafiq  ölçüdə  olması  məq-
s
ədə uyğundur. Sosiumda həmrəyliyin qorunub saxlanması üçün sosial qrupların 
mentallığı müəyyən ümumi xüsisiyyətləri özündə ehtiva etməlidir. Burada mental 
f
ərqliliyin və oxşarlığın səmərəli, optimal nisbəti nəzərdən qaçırılmamalıdır. Bu, 
bir t
ərəfdən qarşılıqlı əlaqə və ünsiyyət prosesində mədəni innovasiyaların həyata 
keçirilm
əsi üçün konstruktiv gərginliyin  saxlanmasına  hədəflənməlidir. Digər 
t
ərəfdən də mövcud durum qarşıdurmaya səbəb olmamalıdır. Bir fikir də xüsusilə 
qeyd olunmalıdır ki, hədsiz mental müxtəliflik yalnız ayrı-ayrı ölkələr üçün deyil, 
bütövlükd
ə, bəşəriyyət üçün də  qorxuludur. Qloballaşma  şərаиtndə  dünyada 
c
əmiyyətlər  arasında  artan  qarşılıqlı  münasibətlər  fonunda  mentallıqlar  arasında 
mövcud f
ərqliliklərin  əhəmiyyətinin  qabardılması  konfliktlərin kəskinləşməsinə 
s
əbəb olur. Ona görə də mövcud mentallıqlarda ayırıcılıq xüsusiyyətlərinin deyil, 
birl
əşdiricilik  məqamlarının  vurğulanması,  məhz bu əsaslardan  çıxış  edilərək 
əlaqələrin formalaşmasının  təmin edilməsi  bu gün dünyada insanlar, xalqlar, 
dövl
ətlər və  hətta kontinentlər  arasında  hökm  sürən gərgin  situasiyanı  aradan 
götür
ə, hadisələri müvafiq məcraya yönəldə bilər. 
Müasir dövrd
ə qloballaşma hər bir insanın həyatını əhatə etməyə başlayıb. 
Bu şərait müxtəlif dil və mədəniyyət daşıyıcıları ilə çox sıx əlaqələrin, ünsiyyətin 
yara
dılması zərurətini aktuallaşdırıb. Dövrümüzün bu mühüm və qaçılmaz məqa-
mının  həyata keçirilməsində  isə  qarşıya  mürəkkəb xarakterli maneələr  çıxır.  Bu 
mane
ələr  reallaşdırılması  nəzərdə  tutulan fəaliyyətin mahiyyətindən  doğur.  Belə 
ki, mill
ətlərarası  kommunikasiyanın  ən çətin cəhəti ondan ibarətdir ki, ünsiyyət 
prosesind
ə hər kəs digərinin mədəniyyətini öz mədəniyyəti kontekstindən dəyər-
l
əndirməyə çalışır. Sözsüz ki, bu tərz şəraiti düzgün müəyyənləşdirməyə vəsilə ola 
bilm
əz. Nə qədər çətin olsa da, bu sırada düzgün yol digərinin dilinin, mədəniyyə-
ti
nin, dünyagörüşünün əsasını təşkil edən elementlərin dərindən dərk edilməsidir. 
Çünki m
əhz bu təqdirdə insanda gündəlik həyatda hadisələrə müəyyən kommuni-
ka
tiv davranış və emosional reaksiyalar formalaşır. Görünür, məhz elə bu cəhətlər 
mentalitetin mahiyy
ətini əhatə edir. 
 
51 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
M
əlumdur ki, müasir dövrdə dünyanın dərk edilməsində iqtisadi proseslər 
güclü  t
əsirə  malikdir. Bir çox ölkələrdə  bu gün iqtisadiyyat çox böyük sürətlə, 
yüks
ək nəticəyə  istiqamətlənərək  inkişaf  edir  və  bu  yeni  şəraitdə  insan, sanki, 

əyyən  bir  mentallığa  aid  olduğunu  unudur.  Bu  məqamda Martin Hadeggerin 
bir fikfi mövcuddur: “... texnika getdikc
ə  daha  çox  insanı  torpaqdan  qoparır  və 
bununla da onu kökünd
ən ayırır. Bu  yaxınlarda mən Yerin kosmosdan çəkilmiş 
foto şəkillərinə baxanda qorxdum. Bizə atom bombası lazım deyil, insanın kökü-
nün k
əsilməsi göz qabağındadır.” (1) Fikrin davamı olaraq alim bildirir: “Bəşəriy-
y
ət haqqında bizim təcrübələrimizə və tarixə əsaslanaraq deyə bilərəm ki, mühüm 
əhəmiyyətə malik və dəyərli nə varsa, insanın vətəninin olmasından və ənənələrə 
kökl
ənməsindən yaranmışdır”. (2) Belə bir fikir mövcuddur ki, dil birliyi ümumi 
mentallığın formalaşmasında mühüm amildir. Lakin o da məlumdur ki, ingilislər 
v
ə amerikanlar eyni dildə danışsalar da, müxtəlif mentallığa malikdirlər. Əksinə, 
eyni 
ərazidə  yaşayan,  lakin  müxtəlif dillərdən istifadə  edən  xalqları  birləşdirən 
tarixi tale v
ə vahid dövlət ümumi mentallığın formalaşmasına və inkişaf etməsinə 
çox münbit z
əmin yarada bilir. Buna bariz nümunə Azərbaycanda  yaşayan 100-
d
ən artıq millət, milli azlıq və azsaylı xalqdır. Bu xalqlar müxtəlif geneoloji mən-
şəyə malik, fərqli funksional və struktur inkişaf səviyyəsində olan 20-yə qədər dil-
l
ərdən istifadə edirlər. Bununla belə, burada yaşayan xalqlar bu və ya digər cəhət-
d
ən müxtəlif xüsusiyyətlər daşısalar da, bütövlükdə, ümumi mentallığa malikdir-
l
ər. Sözsüz ki, burada xalqlar arasında ümumi mentallığın formalaşmasında digər 
amill
ərlə yanaşı (ümumi tarixi tale, adət, ənənələr, inanclar, davranış stereotipləri 
v
ə s.) Azərbaycan dilinin müstəsna rolu vardır. 
 
Ədəbiyyat 
 
1. Философия Мартина Хайдеггера и современность. М., Наука, 1991, с.242. 
2. Yen
ə orada, s.243. 
 
 
52 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə