Nəzarət
Departmenti
ÇPY/TM
ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- Monitorinq sistemlərinin əsasını təşkil edən
qaydalar müvafiq işçilər tərəfindən başa düşülür
və yeni tendensiyaları əks etdirməsi üçün
yenilənir.
- Maliyyə təşkilatı Müştərinin Araşdırılması
prosesinin adekvatlığını nəzərdən keçirmək
üçün
monitorinqin nəticələrindən istifadə edir.
- Maliyyə təşkilatı araşdırma zamanı əldə
edilmiş məlumatı təzələmək üçün
müştəri
əlaqələrindən istifadə edir.
-
Müştərilərə xidmət göstərən işçilər
əlaqələrin davamlı monitorinqinə cəlb olunur,
lakin ona nəzarət etmir.
- Maliyyə təşkilatı müştərilərin aradırılmasından
əldə edilən məlumatı təzələyir və monitorinq
zamanı
müştərinin
profilində
mühüm
dəyişikliklər aşkarlandıqda həmin müştəri ilə
bağlı risklərin yenidən qiymətləndirilməsini
aparır.
- İşçilər müştərinin nominal qiymətlə həyata
keçirilən
qeyri-adi əməliyyatlarla bağlı izahını
hər zaman qəbul edir və əlavə araşdırma
aparmır.
- Maliyyə təşkilatı müştərinin araşdırılması
zamanı əldə edilmiş məlumatın
köhnəlmədiyinə
əmin olmaq üçün risk-əsaslı tədbirlər görmür.
Bu ÇPY üzrə Qaydalara ziddir.
YAXŞI təcrübə
2
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- ÇPYM (və onun komandası) bütün yüksək
riskli əlaqələrə
adekvat nəzarət edir.
- Maliyyə təşkilatı yüksək riskli əlaqələrdə
istifadə edilən
gəlirlərin və vəsaitlərin
mənbələrinin qanuniliyini müəyyən edir və
sənədləşdirir.
- Çirkli pulların yuyulması riski çox yüksək
olduqda, maliyyə təşkilatı
müstəqil daxili və ya
kənar araşdırma (kəşfiyyat) orqanlarından
hesabatlar alır.
- Geniş araşdırma tədbirlərini həyata keçirdikdə,
maliyyə təşkilatı
işçilərin müştəri və ya
benefisiar mülkiyyətçi barədə
biliklərini
obyektiv məlumatlarla
artırır.
- Baş menecment yüksək riskli müştərilərlə
əlaqələri
təsdiq etmir.
Müştəri SƏŞ və ya EEA
olmayan müxbir bankdırsa, bu ÇPY üzrə
Qaydalara ziddir.
-Maliyyə təşkilatı müştərinin ÇPY üzrə
Qaydaların SƏŞ anlayışına uyğun gəlməməsinə
baxmayaraq, onun
siyasi əlaqələrinin yüksək
risk daşımasını nəzərə almır.
- Maliyyə təşkilatı müştərinin vəsaitlərinin
mənbəyi ilə gəlir mənbəyi arasında
fərq
görmür/qoymur.
YAXŞI təcrübə
2
Müştərinin eyniləşdirilməsi ilə bağlı yüksək riskli vəziyyətlərin həlli
Maliyyə təşkilatları çirkli pulların yuyulması baxımından yüksək risk daşıyan vəziyyətlərdə Geniş
Araşdırma tədbirlərini həyata keçirməlidir.
Geniş Araşdırma maliyyə təşkilatlarına müştəri və ona aidiyyatı olan şəxslərlə bağlı riskləri daha yaxşı başa
düşmək üçün standart araşdırmadan daha çox imkan verir. Bu araşdırma müştərinin və/və ya benefisiar
mülkiyyətçinin özü barədə verdiyi məlumatın həqiqətə uyğun olmasına və biznes əlaqələrinin qulluq etdiyi
məqsədlərin qanuniniliyinə daha böyük əminlik yaratmalı; və bu məsələlərlə bağlı hər hansı uyğunsuzluğu
müəyyən etmək və aradan qaldırmaq imkanlarını artırmalıdır.
Özünü qiymətləndirmək üçün suallar:
1) Geniş araşdırma standart araşdırmadan necə fərqlənir? Araşdırma prosesi zamanı aşkarlanan məsələlər
necə həll edilir? Bunlar adekvat şəkildə sənədləşdirilirmi?
2) Geniş araşdırma zamanı məlumat necə toplanır, təhlil edilir, istifa edilir və saxlanılır?
3) Yüksək riskli müştərilərlə əlaqələrin təsdiqlənməsində baş menecmentin və ya komitələrin iştirakı nədən
ibarətdir?
4) İştirak etdikləri məsələlərə dair məlumatlı qərar qəbul etmək üçün onlara hansı məlumatlar verilir?
PİS təcrübə
Nəzarət Departmenti
ÇPY/TM ilə mübarizəyə dair Təlim
Müştərinin Riskinin Qiymətləndirilməsi
- Maliyyə təşkilatı müştəri və ya benefisiar
haqqında işçilərdə olan müvafiq məlumatın
sənədləşdirildiyinə və araşdırıldığına dair
sübutlar təqdim etmək imkanındadır.
-
Qrupun üzvü eyni qrupda
digər təşkilatların
həyata keçirdiyi araşdırmalara etibar etməyin
mümkünlüyünü qiymətləndirmişdir.
- Maliyyə təşkilatı yüksək riskli müştərilərin
araşdırılmasındakı
boşluqları və yenilkləri
izləyir.
-
Müxbir bank öz respondentləri ilə əlaqəli
SƏŞ-ləri müəyyənləşdirməyə çalışır.
-
Müxbir bank respondent, xarici tənzimləyicilər
və digər müvafiq orqanlarla müzakirələr
aparmaqla respondent bankın ölkəsində
ÇPY-
na qarşı rejimin gücünü nəzərdən keçirir.
-
Müxbir
bank
respondent
bankın
sanksiyaların
yoxlanması,
SƏŞ
müəyyənləşdirilməsi
və
idarə
edilməsi,
hesabların monitorinqi və şübhəli əməliyyatlar
haqqında hesabatın verilməsi
prosedurları
barədə məlumat toplayır.
- Maliyyə təşkilatı geniş araşdırma apardığı
zaman yalnız
bir məlumat mənbəyinə
əsaslanır.
- Maliyyə təşkilatı üzv
ölkələrinin standartları
eyni olmayan və ya qanunvericiliklərinə görə
məlumatlara
çıxış imkanları məhdud olan
qrupun verdiyi məlumatlara əsaslanır.
- Maliyyə təşkilatı müştərinin
kredit riskini
nəzərə alır, amma
çirkli pulların yuyulması
riskini nəzərə almır.
- Maliyyə
təşkilatı
mötəbər
mənbədən
müştərinin və ya benefisiarın
cinayət fəaliyyəti
haqqında davamlı olaraq edilən bəyanatları
(verilən məlumatları)
nəzərə almır.
- Maliyyə təşkilatı müştərinin sadəcə
investor
olduğu üçün onun barəsində verilən mənfi
məlumatları ciddi qəbul etmir.
- Maliyyə təşkilatı heç bir əsaslı səbəb olmadan
müştərini vəsait və gəlir mənbələrinin müəyyən
edilməsi
və
ya
digər
araşdırmaların
aparılmasından
azad etmişdir.
-
Müxbir bank respondentlərin
ana şirkətləri və
aidiyyatı təşkilatlarına dair qeyri adekvat
araşdırma aparır.
-
Müxbir bank yalnız Volfsberq Qrupun ÇPY
üzrə Sorğu vərəqəsinə əsaslanır.
YAXŞI təcrübə
2
PİS təcrübə