Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

123 
 
b)  Aytən  bir  işi  10  günə,  Nərmin  eyni  işi  15  günə  yerinə  yetirir.  Qızlar  birlikdə  3  gün 
işlədikdən  sonra  Almaz  da  onlara  qoşulur.  İki  gün  birlikdə  işlədikdən  sonra  iş  tamamilə 
yerinə yetirilir. Bu işi Almaz təklikdə neçə günə bititər? 
21. 
a) Tərlan əlindəki şarları dostlarına 5-5 paylasa özündə 3 şar, 6-6 paylasa özündə 4 şar qalar. 
Tərlanın şarlarının sayı üçrəqəmli ədəddirsə, onun ən azı neçə şarı var? 
b)  Motorlu  qayıq  A-dan  B-yə  qədər  məsafəni  çay  axını  ilə  3  sutkaya,  B-dən  A-ya  qədər 
məsafəni  (axına  qarşı)  4  sutkaya  qət  etmişdir.  A-dan  B-yə  qədər  məsafəni  sal  neçə  sutkaya 
qət edər? 
22. 
a)  Bir  işi  Elşən  9  günə,  Vüqar  isə  15  günə  yerinə  yetirir.  Bərabər  5  gün  işlədikdən  sonra 
Elşən işi tərk etməli olur. Buna görə qalan işi Vüqar neçə gündə başa çatdırar? 
b) Yağlılıq  faizi 6 % olan 3 litr süd  ilə  yağlılıq  faizi 3,5 % olan 2  litr süd qarşıdırılmışdır. 
Alınan süd qarışığının yağlılıq faizini tapın. 
23. 
a)  Uzunluğu  200  m  olan  bir  qatar  1300  m  uzunluğunda  bir  tunelə  girir.  Qatarın  son 
vaqonunun tunelə girişi və çıxışı arasında 30 saniyə keçir. Qatarın sürəti neçə km/saat-dır? 
b)  Murad  bir  işin 
4
1
-ni  3  gündə,  Cavid  isə  eyni  işin 
6
1
-ni  3  gündə  yerinə  yetirir.  Onlar 
birlikdə 6 gün işlədikdən sonra Murad işi buraxir. Cavid qalan işi neçə gündə bititər? 
24. 
a) Bir qayıq su aşağı iki körpü arasındakı məsafəni 6 saata, geriyə isə 8 saata g etmişdir. Su 
aşağı buraxılan sal həmin yolu nə qədər vaxta gedər? 
b)  300  q  50  %-li  turşuya  100  q  30 %-li  turşu  qatışdırdıqda  alınan  qarışığın  turşuluq  faizini 
tapın. 
25. 
a) Üç fəhlə bir işi görməli idi. Bunlardan 1-ci və 2-ci fəhlə birlikdə bu işi 6 günə, 1-ci və 3-
cü  fəhlə 8 günə, 2-ci  və 3-cü  fəhlə  isə 12 günə görür. Onlar  üçü birlikdə  bu  işi  neçə günə 
görər? 
b) Maşın iki şəhər arasındakı məsafənin birinci yarısını 45 km/saat sürətlə, ikinci yarısını isə 
55 km/saat sürətlə getmişdir. Bu maşının bütün yoldakı orta sürətini tapın. 
26. 
a) İki qatar bərabər gol gedir. Bunlardan birici qatar bir saatda ikincidən orta hesabla 9 km 
artıq gedir. Birinci qatar 10 saat, ikinci qatar isə 12 saat yolda olmuşsa, onların getdiyi yolun 
uzunluğunu və hər birinin sürətini tapın. 
b) Birinci fəhlə bir işi 12 gündə, ikinci fəhlə eyni işi 24 gündə görür. Onlar birlikdə işləsələr 
bu işin 
4
3
–ni neçə gün ərzində görərlər? 
27 
a)  İkinci  rəfdə  birincidəkidən  16  ədəd  az  kitab  var.  Hər  rəfdən  3  kitab  götürdükdə  birinci 
rəfdə ikincidə olandan 
2
3
 dəfə çox kitab qalar. Hər rəfdə neçə kitab var? 
b) Dəniz suyunun tərkibində 5 % duz var. 40 l dəniz suyunun üzərinə neçə litr şirin su əlavə 
etmək lazımdır ki, alınan suyun duzluluğu 2 % olsun? 
28 
a)  İki  bağlamada  36  dəftər  var.  Birincidən  iki  dəftər  götürüb,  ikinciyə  əlavə  etdikdə, 
birincidə 2 dəfə çox dəftər qalar. Hər bağlamada neçə kitab var? 
b)  300  q  50  %-li  turşuya  100  q  30 %-li  turşu  qatışdırdıqda  alınan  qarışığın  turşuluq  faizini 
tapın. 
29 
a) Motorlu qayıq çayın axarı ilə 9 km, çayın axarına qarşı isə 8 km getdi. Qayıq çayın axarı 
ilə yola axarına qarşı yoldan 15 dəqiqə az vaxt sərf etdi. Çayın axma sürəti saatda 2 km-dir. 
Qayığın sakit sudakı sürətini tapın. 
b)  Yağlılıq  faizi  6  %  olan  3  litr  süd  ilə  yağlılıq  faizi  3,5  %  olan  2  litr  süd 
qarışdırılmışdır.Alınan süd qarışığının yağlılıq faizini tapın. 
30 
a) İki şagirdin birlikdə 5,4 man. pulu vardı. Onların biri öz pulunun 0,75 hissəsini, o biri isə 
0,8 hissəsini xərclədikdən sonra onların bərabər miqdarda pulu qaldı. Hər şagirdin nə qədər 


124 
 
pulu vardı? 
b) İki traktorçu sahəni birlikdə 6 saata şumlamalı idi. Onlar birlikdə işləyərək biri sahənin 
4
1
-ni,  o  biri  isə 
6
1
-ni  şumladıqdan  sonra  birinci  traktor  xarab  oldu.  Qalan  sahəni  şumlamaq 
üçün ikinci traktorçuya nə qədər vaxt lazımdır? 
 
XI. Imtahan sualları 

Riyaziyyatın tədrisi metodikası bir elm kimi. 

RTM-nin məqsəd və vəzifələri. 

RTM-nin elmi-tədqiqat metodları. 

RTM-nin başqa elmlərlə əlaqəsi. 

Tədris prosesində forma və məzmun. 

Riyaziyyatın ibtidai məktəb kursu tədris fənni kimi. 

I-IV siniflərdə riyaziyyat təliminin vəzifələri.  

Riyaziyyatın ibtidai məktəb kursunun məzmunu və quruluşu. 

I-IV siniflərdə riyaziyyat proqramı haqqında. 
10 
Riyaziyyatdan tədris proqramıtəhlilinin təxmini sxemi. 
11 
I-IV sinif üçün Riyaziyyat kurikulumu və ibtidai sinif riyaziyyatının əsas xüsusiyyətləri. 
12 
Riyaziyyat təliminin vasitələri. 
13 
I-IV siniflərin riyaziyyat dərsliklərivə tədris vəsaitləri. 
14 
İbtidai məktəbin riyaziyyat kursu üzrə əyanilik və əyani vasitələr. 
15 
Əyani vasitələrin təsnifi. 
16 
Riyaziyyat dərslərində əyaniliyin tətbiqi və ona verilən tələblər. 
17 
Riyaziyyat təlimində tətbiq olunan didaktik prinsiplər. 
18 
Riyaziyyat təlimində elmilik və müyəssərlik prinsipi.  
19 
Riyaziyyat təlimində tərbiyə prinsipi. 
20 
Riyaziyyat təlimində əyanilik prinsipi. 
21 
Riyaziyyat təlimində şüurluluq və fəallıq prinsipi. 
22 
Riyaziyyat təlimində biliklərin möhkəmliyi prinsipi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə