Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

111 
 
formalaşdırılması.Öyrənən  tanış  olur:-Riyaziyyatın  ibtidai  kursunun  nəzəri  əsasları 
fənninin  inkişafının  aktual  istiqamət  və  problemləri  ilə;-Riyaziyyatın  ibtidai  kursunun 
nəzəri  əsasları  fənninin  yeri,  rolu  və  mövqeyi  ilə;-Riyaziyyatın  ibtidai  kursunun  nəzəri 
əsasları fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi ilə. 
 
XIII. Tələbələrin fənn haqqında fikirlərinin öyrənilməsi: 
 
 
Sillabus  İbtidai  təhsil  və  məktəbəqədər  təlim  kafedrasında  müzakirə  edilərək, 
təsdiq edilmişdir ( 13 sentyabr 2017-ci il, protokol № 1). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


112 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Lənkəran Dövlət Universiteti 
«Təsdiq edirəm:» 
Tədrisin təşkili və təlim texnologiyaları 
  üzrə prorektor:_______________dos.İ.Əsgərov 
“      ”                         2017-ci il 
 
 
Fənn sillabusu 
İxtisasın şifri və adı: 050118, İbtidai sinif müəllimliyi  
Fakültə: Humanitar 
Kafedra: İbtidai təhsil və məktəbəqədər təlim 
 
I. Fənn haqqında məlumat
Fənnin  adı:  Riyaziyyatın  ibtidai  kursunun  tədrisi  metodikası-1.  Proqram  Azərbaycan 
Dövlət pedaqoji Universitetinin Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası 
kafedrasında hazırlanmışdır. Proqram Pedaqoji Fakültə Elmi Şurasının 26 dekabr 2012-
ci il tarixli qərarı ilə çap olunmuşdur. 
Kodu:  İPF–B08 
Tədris ili və semestri: III tədris ili, (2017/2018) Semestr: V 
Tədris yükü: cəmi: 120 saat. Auditoriya saatı-45 (30 saat mühazirə, 15saat seminar)  
Tədris forması: Əyani 
Tədris dili: Azərbaycan dili 
AKTS üzrə kredit: 4 kredit 
Auditoriya № 406 
Saat:  


113 
 
 
II. Müəllim haqqında məlumat: 
Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Qasımov Rəşid Ataxan oğlu, baş müəllim 
Məsləhət günləri və saatı: III gün saat 12
20
-13
55

E-mail ünvanı: resid5757@mail.ru 
Kafedranın ünvanı: Lənkəran ş., LDU-nun 2 saylı korpusu, 5-ci mərtəbə otaq № 502 
 
III. Tövsiyyə olunan dərslilklər və dərs vəsaitləri: 
Əsas: 
01. 
S.S.Həmidov Məktəbin ibtidai siniflərində riyaziyyatın tədrisi metodikası. Bakı, ADPU,  
02. 
A.S. Adıgözəlov, İ.Q.Əhmədov İbtidai siniflərdə təlimin xüsusi metodikası. Bakı-2001 
03. 
S.S.Həmidov Məktəbin ibtidai siniflərində məsələ həllinin təlimi metodikası.Bakı, 2003,  
04. 
S.Səfərəliyev,  Z.Məmmədov  Riyaziyyatdan  ibtidai  sinif  müəlliminə  kömək  (metodik 
vəsait).Bakı, 2003, 176 səh. 
05. 
I-IV  siniflərin  riyaziyyat  kurikulimuÜmumtəhsil  məktəblərinin  I-IV  sinifləri  üçün  fənn 
kurikulumları B.“Təhsil”-2008, səh. 53-104. 
06. 
S.A.Feyziyev,  N.D.Hacıyev,  O.Q.Nəbiyev.  Riyaziyyatın  ibtidai  kursunun  nəzəri  əsasları 
məsələ və misallarda (nəzəri məlumatlar, həllər, göstərişlər). Bakı, Nərgiz nəşriyyatı,.  
 
Əlavə: 
01. 
Z.Qaralov, Ə.Osmanov, V.Məmmədov, N.Abbasov 1-ci sinifdə riyaziyyat. 
02. 
Müəllimlər və valideynlər üçün. I hissə. B., “Elm”, 1999, 136 səh. 
03. 
Z.F.Kazımov, A.F.İsrafilova. Tənlik qurmaqla məsələlərin həlli metodikası. Bakı, 2009.  
04. 
Riyaziyyat-1. İbtidai siniflərin 1-ci sinfi üçün dərslik komplekti. Bakı, 2008. 
05. 
Riyaziyyat-2. İbtidai siniflərin 2-ci sinfi üçün dərslik komplekti. Bakı, 2009. 
 
IV. Fənnin təsviri və məqsədi:İbtidai siniflərdə şagirdlərə verilən bilik ,bacarıq 
və  vərdişlər  riyazi təhsilin sonrakı mərhələlərinin əsasın təşkil edir.Ona görə də  ibtidai 
məktəbdə  riyaziyyat  tədrisinin  optimal  təşkilinə  nail  olmaq  müəllimdən  nəinki  yüksək 
pedaqoji ustalıq,həm də riyazi anlayış və qaydaları praktik tələblər baxımından dərindən 
başa  düşməyi  tələb  edir.Riyaziyyatın  ibtidai  kursunun  tədrisi  metodikası-1  fənni  tədris 
prosesini həyatın tələblərinə, pratik reallığa uyğunlaşdırır.Müasir təhsil konsepsiyasında 
şagirdlərin düşünmə və idrak fəaliyyətlərinin maksimum inkişaf etdirilməsi prinsipi irəli 
sürülür.Gələcək ibtidai sinif müəlliminin riyaziyyatdan elmi-metodiki hazırlığına xidmət 
edən bu fənndə riyaziyyatın ibtidai məktəb kursu tədrisi metodikasının əsas ideyaları və 
istiqamətlərinin  aşkar  edilməsinə  cəhd  göstərmiş,riyaziyyat  elminin  pedaqoji 
psixologiyasının,didaktikanın  və  riyaziyyatın  tədrisi  metodikasının  son  nailiyyətlərinə 


114 
 
qabaqcıl  müəllimlərin  iş  təcrübəsinə  və  ümumilləşdirilmiş  pedaqoji    təcrübəyə  istinad 
edilmişdir.Fənnin  tədrisi  orta  məktəbin  ibtidai  sinif  müəllimləri  üçün  riyaziyyatdan 
zəruri  olan  biliklərin  həcmini  müəyyən  edir.Bütün  bunlar  fənnin  tədrisinin  ali 
məktəblərin  “İbtidai  sinif  müəllimliyi“  ixtisasınin  tələbləri  üçün  vacib  olduğunu  təsdiq 
edir. 
 
V.  Davamiyyətə  verilən  tələblər:Dərsdə  davamiyyətə  görə  verilən  maksimum 
bal  10-dur.  Balın  miqdarı  aşağıdakı  kimi  müəyyənləşdirilir.Tələbəyə  semestr  ərzində 
fənn  üzrə  bütün  dərslərdə  iştirak  etdiyi  halda  10  bal  verilir.  Semestr  ərzində  fənnin 
tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə görə verilən maksimum 10 baldan 1 bal 
çıxılır.  Fənn  üzrə  ayrılmış  bütün  saatların  25  ℅-dən  çoxunda  iştirak  etməyən  tələbə 
həmin fəndən imtahana buraxılmır.  
 
VI.Qiymətləndirmə:  Tələbələrin  biliyi  100  ballı  sistemlə  qiymətləndirilir. 
Bundan 50 balı tələbə semestr ərzində , 50 balı isə imtahanda toplayır. Semestr ərzində 
toplanan 50 bala aşağıdakılar aiddir:  10 bal  sərbəst işlərin  tərtib olunmasına görə , 10 
bal seminar və laboratoriya dərslərində  fəaliyyətinə görə,10 bal dərslərə davamiyyətinə 
görə və 20 bal kollokviumların nəticələrinə görə. İmtahan biletinə bir qayda olaraq fənni 
əhatə edən 5 sual daxil edilir. 
Qiymət meyarları aşağıdakılardır: 
 
10  bal-tələbə  keçilmiş  materialı  dərindən  başa  düşür,  cavabı  dəqiq  və 
hərtərəflidir. 
 
9  bal-tələbə  keçilmiş  material  tam  başa  düşür,  cavabı  dəqiqdir  və  mövzunun 
mətnini tam aça bilir. 
 
8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir; 
 
7  bal-tələbə  keçilmiş  material  başa  düşür,  lakin  nəzəri  cəhətdən  bəzi  məsələləri 
əsaslandıra bilmir 
 
6 bal-tələbənin cavabı əsasən düzgündür. 
 
5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir. 
 
4  bal-tələbənin  cavabı  qismən  doğrudur,  lakin  mövzunu  izah  edərkən  bəzi 
səhvlərə yol verir; 
 
3 bal-tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir; 
 
1-2 bal-tələbənin mövzudan qismən xəbəri var. 
 
0 bal-suala cavab yoxdur. 
Tələbənin  imtahanda  topladığı  balın  miqdarı  17-dən  az  olduqda  onun  imtahan  balı 
semester  balı  ilə  toplanmır.  Əks  təqdirdə  tələbənin  imtahan  göstəriciləri  semester 
ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə