Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/74
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19549
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

121 
 
7. 
a) 1-ci boru hovuzu 8 saata doldurur. 2-ci boru isə hovuzu 10 saata boşaldır. Bu iki boru eyni 
anda açılarsa, boş hovuz neçə saata dolar? 
b)  Verilmiş  ədədi  10  %  artırdılar.  Sonra  alınmış  ədədi  daha  10  %  artırdılar.  Son  nəticədə 
verilmiş ədəd əvvəlkinə nisbətən neçə faiz artmış oldu? 
8. 
a) 20 kq çəkisi olan qarpızın 99 %-i sudan ibarətdir. Qarpız bir az quruduqdan sonra su onun 
çəkisinin 98 %-ni təşkil edərsə, onda qarpızın çəkisi neçə kq olar? 
b)  Şagird  evi  ilə  məktəbi  arasındakı  yolun 
5
2
-ni  10  dəqiqəyə  gedir.  Şagird  həmin  sürətlə 
yolun qalan hissəsini neçə dəqiqəyə qət edər? 
8. 
a)  Üzüm  qurudulduqda  öz  çəkisinin  30  %-ni  itirir.  Satıcı  kiloqramı  70  qəpik  olan  üzümü 
neçə manata satsa, ziyan etməz? 
b) 870 km–lik yolun bir hissəsi asfalt, qalan hissəsi isə torpaqdır. Avtomobilin asfalt yoldakı 
sürəti 95 km/saat, torpaq yoldakı sürəti 75 km/saat-dır. Avtomobil  bütün  yola 10 saat vaxt 
sərf etmişsə, asfalt yolun uzunluğunu tapın. 
9. 
a) Həyətdə dovşanlar və toyuqlar var. Onların ayaqlarının sayı 46, başlarının sayı isə 16-dır. 
Həyətdə neçə dovşan var? 
b)  Eyni  məntəqədən  çıxan  iki  avtobusdan  biri  40  dəqiqədən,  digəri  isə  50  dəqiqədən  bir 
çıxdığı  məntəqəyə  qayıdır.  Hansı  ən  qısa  vaxt  müddətindən  sonra  onlar  ilk  dəfə  çıxdıqları 
məntəqədə görüşərlər? 
10. 
a) Günay gündə 6 saat, Aytən isə 8 saat işləyir. Onlar birlikdə 70 saat işləmişlər. Günay neçə 
saat işləmişdir? 
b) Kitabı vaxtında kitabxanaya qaytarmaq üçün şagird gündə 30 səhifə oxumalı idi. Ancaq o, 
hər gün 10 səhifə az oxuyaraq, kitabı 5 gün gec qaytardı. Şagird kitabı kitabxanaya neçə gün 
ərzində qaytarmalı idi? 
11. 
a) Avtobus bir şəhərdən digərinə 80 km/saat sürətlə getdikdə vaxtından 2 saat tez,  
40 km/ saat sürətlə getdikdə isə 3 saat geç çatır. Şəhərlər arasındakı məsafə neçə km-dir? 
b)  Bir  qoyunu  şir  1  saatda,  canavar  2  saatda,  köpək  isə  3  saatda  yeyir.  Bir  qoyunu  şir, 
canavar və köpək birlikdə neçə saatda yeyərlər? 
12. 
a) Aralarındakı  məsafə 140 km  olan  iki avtomobil uyğun olaraq 60 km/saat və  40 km/saat 
sütətlə eyni zamanda və eyni istiqamətdə hərəkətə başladılar. Hərəkətə başladıqdan neçə saat 
sonra onlar arasındakı məsafə 80 km olar? 
b) Kapitan, öz komandasında neçə adam var, sualına cavab verdi ki, komandanın 
5
2
 hissəsi 
növbədə, 
7
2
 hissəsi  işdə, 
4
1
 hissəsi  lazaretdə,  27  adam  isə  göz  qabaöındadır;  onun 
komandasında neçə adam var? 
13. 
a) 20 %-li 30 kq şəkər məhlulu ilə 10 %-li 20 kq şəkər məhlulu qarışdırıldı. Alınan qarışığın 
şəkərlilik faizini tapın. 
b)Sürü ilə uçan qaza qarşıdan gələn bir qaz dedi: Salam, ey yüz qaz! Qabaqda gedən qaz ona 
belə  cavab  verdi  ki,  biz  yüz  deyilik.  Bir  bizim  qədər,  bir  bizim  yarımız  və  dörddə  birimiz 
qədər, sən də bizimlə olsan biz yüz olarıq. Sürü ilə neçə qaz uçurdu? 


122 
 
14. 
a)  50  %-li  40  litr  spirt  məhlulundan  neçə  litr  su  buxarlandırılarsa,  80%-li  spirt  məhlulu 
alınar? 
b)  Böyük  rus  riyaziyyatçısı  N.İ.Lobaçevski  ömrünün 
7
1
 hissəsini  Nijni-Novqorod 
quberniyasında  keçirmişdir.  O,  ömrünün 
7
3
 hissəsini  Kazanda  keçirdikdən  sonra  onun 
həndəsə  üzrə  ilk  kitabı  meydana  çıxdı.Böyük  alim  ömrünün  son  27  ilini  inadla  işləyərək 
qeyri-evklid  həndəsəsini  yaratdı.  Laboçevski  1793-cü  ildə  anadan  olmuçsa,  həndəsənin 
yaranma tarixi nə vaxt olmuşdur? 
15. 
a) Dörd qardaş televizor aldı. 1-ci qardaş qalan qardaşların birlikdə qoyduğu pulun 
2
1
,  
2-ci  qardaş  qalan  qardaşların  birlikdə  qoyduğu  pulun 
3
1
,  3-cü  qardaş  qalan  qardaşların 
birlikdə  qoyduğu  pulun 
4
1
 hissəsini,  4-cü  qardaş  isə  45  manat  50  qəpik  qoydu.  Qardaşlar 
televizoru neçəyə almışdır? 
b)  Satıçı  13  kq  sədri  və  akulə  düyüsünü  71  manata  satdı.  Akulə  düyüsünün  kiloqramını  2 
manata və sədri düyüsünün kiloqramını isə 7 manata satdı. Hər düyüdən neçə kq satıldı? 
16. 
a) Qəfəsdə naməlum sayda qırqovul və dovşan vardır. Bu qəfəsə aşağıdan baxdıqda 94 ayaq, 
üstdən baxdıqda isə 35 baş görünür. Qəfəsdə neçə qırqovul və dovşan vardır? 
b) Dörd dülgər saray tikmək üçün işə qəbul olundular. Birinci dülgər sarayı təklikdə 1 ilə, 2-
ci  dülgər  2  ilə,  3-cü  dülgər  3  ilə,  4-cü  dülgər  isə  4  ilə  tikə  biləcəyini  söylədi.  Dülgərlər 
birlikdə işə başlasalar sarayı nə qədər vaxta tikəcəklər? 
17. 
a)  Hündürlüyü  62  dm  olan  divarın  səthi  ilə  bir  ilbiz  sürünür.  Bu  ilbiz  gündüz  saat  12-də 
divarın dibindən sürünməyə  başlayaraq, hər gün gündüz saat 12-dən gecə saat 12-yə qədər 
5
2
12
 dm yuxarı qalxır və gecə saat 12-dən gündüz saat 12-yə qədər 9,3 dm aşağı sürüşürdü. 
Bu ilbiz neçə vaxtdan sonra divarın yuxarısına çatar? 
b) Ananın yaşı onun iki uşağının yaşları cəmindən 19 vahid çoxdur. 5 il əvvəl bu ananın yaşı 
iki  uşağının  yaşlarının  cəminin  4  mislinə  bərabər  idi.  Bu  gün  büyük  uşaq  ən  azı  neçə 
yaşındadır? 
18. 
a)  5  dəqiqədə  1300  metr  qaçan  it  150  metr  məsafədən  2  dəqiqədə  500  metr  qaçan  dovşanı 
görür və onun dalınca qaçmağa başlayır. Nə qədər vaxtdan sonra it dovşana çatacaqdır? 
b) Üş dostun cüt-cüt yaşları cəmi 20, 25, 27-dir. 5 il  sonra bu üç dostun yaşları cəmi  neçə 
olar? 
19. 
a)  Qızıl,  mis,  qalay  və  dəmir  ərintisindən  hazırlanmış  təcın  kütləsi  60  kq-ir.  Qızılla  misin 
birlikdə  kütləsi  tacın  kütləsinin 
3
2
 hissəsi,  qızılla  qalayın  birlikdə  kütləsi  tacın  kütləsinin 
4
3
 
hissəsi,  qızılla  dəmirin  birlikdə  kütləsi  tacın  kütləsinin 
5
3
 hissəsi  qədərdir.  Ayrılıqda  hər 
metalın kütləsi nə qədərdir? 
b) Eyni gücə malik bir neçə nasosdan dördünün işi dayandırılır. Qalan nasosların gücünü 25 
% artırsaq, iş eyni zamanda yerinə yetirilər. İşi neçə nasos davam etdirmişdir? 
20. 
a) Bir çəlləkdə olan spirtin miqdarının suya nisbəti 2:3, digərində 3:7 kimidir. Hər çəlləkdən 
neçə vedrə götürmək lazımdır ki, alınan 12 vedrtəlik qarışıqda spirtin suya nisbəti 3:5 kimi 
olsun. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə