Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

 

Belə bir siyasi vəziyyətdə Rusiyanın simasında Azərbaycana 



daxil olan Avropa mədəniyyəti ilə uzun müddət  ərzində 

burada geniş yayılmış Iran-Islam mədəniyyətinin qarşı-qarşıya 

durması diqqəti cəlb edir. «Hələ XIX əsrin  əvvəllərində çar 

Rusiyası ilə Iran monarxiyası arasında parçalanan 

Azərbaycanı  hər iki monarxiya tarixin səhifələrindən silərək 

öz içərisində  əritmək üçün məqsədyönlü və planlı  işlər 

görürdü» (11, 241). 

Əli bəy Hüseynzadəyə  qədər Azərbaycanda M.F.Axun-

dov (1812-1878), Həsən bəy Zərdabi (1832-1907) kimi ana 

dilinin incəliklərinə  bələd olan ziyalılar yetişmiş, «Füyuzat» 

jurnalına qədər «Əkinçi» (1875-1877), «Ziya», «Ziyayi-

Qafqaziyyə» (1879-1884), «Kəşkül» (1891), «Şərqi-Rus» 

(1903-1905) qəzetləri ana dilində xalqın yüksəlişinə çalışmış, 

tərəqqi naminə dil, əlifba mövzusunda bir sıra sosial 

problemlər meydana gətirmişdir. O vaxta qədər güclü dini 

təəssüblə yaşayan Azərbaycan xalqının mənəviyyatına artıq 

türkçülük duyğuları daxil olurdu. Türkçülüyün gələcəyi üçün 

cəhalət və dini təəssüb  ən böyük fəlakətlərdən biri idi. Dini 

təəssübün, sünni-şiə  çəkişmələrinin aradan qalxmasında və 

xalqın mədəni səviyyəsinin yüksəlməsində  Ə.Hüseynzadənin 

rolu  əvəzsizdir. «Azərbaycanda yaşadığı 1903-1910-cu illər 

arasında müxtəlif qəzetlərdə yazıları  və 1906-1907-ci illərdə 

nəşr etdiyi «Füyuzat» məcmuəsiylə bütünləşən Əli bəyin yazı-

ları, söhbətləri və müəllimliyi yeni Azərbaycan türk nəslinin 

ədəbi və fikri inkişafını çox dəyişmiş oldu» (1, 159). 

XX yüzilin əvvəlində Azərbaycan dili sürətlə «Istanbul 

türkcəsinə yaxınlaşırdı  və bu prosesdə  Əli bəyin redaktoru 

olduğu «Həyat» (əvvəlki redaktoru Ə.Ağayev) qəzeti və 

«Füyuzat» jurnalı,  əsası Hacı Zeynalabdın Tağıyevin dəvəti 

ilə Azərbaycana gələn Abdulla Cövdət tərəfindən qoyulmuş, 

lakin sonralar Əli bəyin idarə etdiyi Füyuzat 

Darülmüəlliminin tələbələri (bu böyük simanın yetişdirdiyi 

gənclər) fəal iştirak edirdilər. «Türkiyədə türkçülük axımının 

 

60




 

 

başlanması Rusiyadakı türklərin təsiri ilə bağlıdır. Bu türkçü 



ziyalıların sırasında isə Ismayıl bəy Qaspıralı (Krım,), Əhməd 

bəy Ağaoğlu (Azərbaycan) və  Əli bəy Hüseynzadə 

(Azərbaycan) ən ön yerləri tuturlar» (20, 12). 

Əli bəyin türkçülük ideyaları Türkiyədə «Ittihad və 

tərəqqi» partiyasının, Azərbaycanda isə Müsavat hökumətinin 

yaranması ilə  nəticələnmişdi. XX yüzilin əvvəlində 

Azərbaycanda mətbuatın genişlənməsi ilə xalqın tələbləri –

milli məktəblərin açılması, dərs proqramlarının yeniləşib 

təkmilləşməsi, dövlət məktəblərində  təhsilin ana dilində 

aparılması  və s. qəzet, jurnal nömrələrində  əks olunmaqla 

qalmayaraq həyata keçirilirdi. Belə bir mütərəqqi prosesin 

reallaşmasında, Qərb mədəniyyətindən istifadə ilə 

köhnəlikdən uzaqlaşmaq, sünni-şiə ziddiyyətlərinin aradan 

qalxması ilə  mədəniyyətin inkişafında  Əli bəyin adı böyük 

ziyalıların adı ilə bir sırada çəkilir və o, həmin cərgədə 

dayananlardan nəin-ki az iş görməmiş, hətta ideyalarının 

yüksəkliyi ilə onlardan fərqlənmişdir: «Bu iş-te en böyük 

gayreti gösterenler Seyid Azim Şirvani, 

Zerdabi,Topçubaşı,Celil Memmed Kuluzade, Ağaoğlu Ahmed 

ile Hüseyinzade Ali bey (Turan)' dır» (40,6). 

Əli bəy harada yaşayıb yaradırdısa, harada çalışırdısa, 

oraya bir yenilik gətirirdi. O, Türkiyə  tələbələrinə Peterburq 

universitetindən öyrəndiyi Mendeleyev (Mendeleyev onun 

müəllimi olmuşdur) cədvəlini, Qərb metodları ilə  Şərq 

ədəbiyyatının təhlili yollarını  təqdim edirdi. Əli bəy özü ilə 

türklük ruhu gəzdirir və bu ruhu hər bir türk övladında 

oyandırırdı. Onun gəlişinə  qədər Türkiyədə görünməyən 

hadisələr meydana çıxırdı; türk tarixi və dili ilə bağlı  əsərlər 

əllərdən düşmürdü, «Turan» şeri rəğbətlə qarşılanırdı.  

Türklük duyğusunun yüksəlişində böyük xidməti olan 

Əli bəy ilk olaraq bu duyğuları Türkiyəyə gətirmişdi. 1903-cü 

ildə Azərbaycana gələndə Qafqazda milli duyğuların çox zəif 

olduğu bir mərhələ yaşanırdı. Mənbələrdə  Əli bəyin 

 

61




 

 

Azərbaycana gəlməsinin müxtəlif səbəbləri qeyd olunur: 1. 



«Ittihad və Tərəqqi»nin üzvü kimi təqib olunması. 2. Işləmək 

üçün ucqarlara təyin olunması ilə bağlı narazılığı. 3. 

Azərbaycanda türkçülüyü oyandırmaq məqsədi ilə «Ittihad və 

Tərəqqi»nin tapşırığı. Lakin birinci səbəb daha inandırıcı 

hesab edilir. 

Əli bəyin həyatını  mətbuatsız təsəvvür etmək mümkün 

deyil. Ə.Hüseynzadə ilk publisistik fəaliyyətə XIX yüzilin 80-

ci illərindən başlamışdır: «Əli bəy keçən  əsrin (XIX əsrin – 

S.H.) sonunda Ömər Xəyyam haqqında topladığı faktları  və 

özünün təhlillərini sistemə salır və  «Ə.H.» imzası ilə onları 

A.Cövdət bəyin «Rəmazan bağçası» məcmuəsində  dərc 

etdirir» (3, 6).Türkiyədə  nəşr olunan «Məlumat» qəzetində 

çıxış etmiş, Azərbaycanda isə ilk dəfə rus dilində çap edilən 

«Kaspi» qəzetində fəaliyyət göstərmiş, mənsub olduğu xalqın 

hüquqlarını müdafiə edən maraqlı yazılarla tanınmışdır. 

O zaman Qahirədə «Türk» qəzeti çap olunurdu və onun 

səhifələrində Yusif Akçuranın «Üç tərzi-siyasət» adlı  əsəri 

işıq üzü görmüş  və  Əli bəy «Ə.Turani» imzası ilə ona 

«Məktubu-məxsusə» adlı  məqaləsi ilə cavab yazmışdır ki, 

həmin məqalə türkçülük tarixində mühüm əhəmiyyətə 

malikdir.  

Əli bəyin publisistik fəaliyyəti daha çox «Həyat» qəzeti 

(7 iyun 1905- 3 sentyabr -1906) və «Füyuzat» (1906-1907) 

jurnalı ilə bağlı olmuşdur. Bu mətbuat orqanları türkçülük 

ideyalarının oyanmasında, anadilli mətbuatın inkişafında 

Azərbaycan  ədəbi dilinin yüksəlişində çox böyük rol 

oynamışdır. Şair R.Z.Xəndan onları «türk millətinin dan yeri», 

«türk qeyrəti» kimi qiymətləndirmişdir və tədqiqatlar göstərir 

ki, «Həyat» da, «Füyuzat» da belə obyektiv qiymətə layiqdir. 

Təəssüf ki, xalqın dərdlərinin tərcümanı olan «Həyat» və 

«Füyuzat»ın (bəlkə onların həmqafiyə olması da təsadüfi 

deyildir. Və hətta mənalarının uyğunluğunu da təsadüfi hesab 

etmək olmaz) taleyi təxminən eyni olmuşdur. «Həyat» erməni 

 

62




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə