Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

 

senzoru tərəfindən «təhlükəli» qəzet kimi bağlanmış, 



«Füyuzat» isə Türkiyə sultanı  Əbdülhəmidin incikliyi nəti-

cəsində Azərbaycan mədəniyyəti tarixində ciddi rolu olan 

mesenant H.Z.Tağıyevin savadsız bir qərarı ilə qapanmışdır. 

Bəzi məlumatlara görə, sultan II Əbdülhəmidin hakimiyyətə 

gəlməsinin otuz ikinci ilində  və «Füyuzat»ın otuz ikinci 

nömrəsinin çapı  ərəfəsində H.Z.Tağıyev Məhəmməd 

Kərimağa Cəfərzadə  tərəfindən Azərbaycan dilinə çevrilmiş 

«Qurani-Kərim»i A.Şaiqin böyük qardaşı Axund Mirzə Yusif 

Talıbzadə ilə Türkiyəyə Sultanı təbrik etmək üçün göndərmiş, 

sultan müqəddəs kitabı  qəbul etmiş, öpüb gözləri üstünə 

qoymuş  və bir tərəfdən öz məcmuəsində («Füyuzat»da) 

sultana sataşdığı, digər tərəfdən ona hədiyyə göndərdiyi üçün 

hacının «tuhaf» (qəribə, anlaşılmaz) bir adam olduğunu 

söyləmişdir. Bu hadisə H.Z.Tağıyevə çatan kimi «Füyuzat»ın 

fəaliyyətinə son qoyulmuşdur. Həmin hadisə ilə bağlı olaraq 

Azərbaycanda Axund Mirzə Yusif Talıbzadə günahkar hesab 

edilmiş və onun xahişi ilə 23 noyabr (6 dekabr) 1907-ci ildə 

yoldaşlıq məhkəməsi çağırılmış, altı  nəfərdən ibarət olan 

«Arbitraj» məhkəməsi onun günahsız olduğunu 

aydınlaşdırmışdır. «Füyuzat»ın haqsız bağlanması Fransa 

mətbuatında da əks-səda yaratmışdı. Parisdə  çıxan 

«Müsəlman aləmi» jurnalı bu barədə «Arbitraj» adlı bir xəbər 

dərc etmişdi» (3,6). 1907-ci ildə  «Şəlalə» jurnalında həmin 

məsələ ilə bağlı bir karikaturada Mirzə Yusif Talıbzadənin 

«Quran»ı Sultana verməsi və ayaqlarının altında «Füyuzat» 

jurnalı  təsvir olunmuş  və onun aşağısında «Bəli, məcmuə 

böylə qapandı» cümləsi yazılmışdı. «Şəlalə»nin 19 oktyabr 

1907-ci ildə çap edilən otuz birinci nömrəsində H.Z. 

Tağıyevin adından verilən elanda «Füyuzat» jurnalının bəzi 

səbəblərdən müvəqqəti olaraq ikinci nömrədən sonra tətil 

ediləcəyi (fəaliyyətinin dayandırılacağı) bildirilmişdir. Bu 

hadisələrdən sonra Əli bəy yenidən Türkiyəyə gedənə  qədər 

«Irşad», «Tərəqqi», «Həqiqət» qəzetlərində iştirak etmişdir.  

 

63




 

 

Azərbaycandan Türkiyəyə döndükdən sonra yenə  də 



mətbuatdan ayrılmamış, 1911-ci ildə «Türk yurdu» jurnalının 

təsisinə başlamışdır.  Əli bəy həm də mükəmməl nitq 

mədəniyyətinə malik yüksək üslublu natiq olmuşdur. «Konfe-

rans ve  derslerinde, ömrünün sonuna kadar kaybetmediği 

Azeri  şivesiyle kelimeleri ve cümleleri büyük bir itina ile 

seçip yavaşça konuşarak, konunun kolayca anlaşılmasını 

sağlardı. Hususi söhbetlerinde ise, nükte, fıkra ve iğneli espri-

leriyle çevresindekileri hiç yormadan kendini dinletirdi» (40, 

27). 

Mətbuat Əli bəy üçün çörək ağacı deyildi, xalqın həyat 



tarixi, nicat yolu idi. Onun fikrincə, mətbuat xalqa xidmət 

vasitəsi, həqiqətlər məxəzi, türkçülüyün carçısı olmalıdır. 

«Qəzetə insan üçün adətən munis bir yaddaş, xeyirxah bir 

müəllim, nafe bir məktəb, hətta fərəhəfza xoş bir tamaşaxana 

kimidir. Zəlalətdə qalanlara doğru yolu, hidayət yolunu 

göstərir (24, 66). Əli bəy Hüseynzadə  mətbuatı tutduğu 

məsləkə görə qiymətləndirir və «fikrin sönməsinə», «insaniy-

yənin məhv olmasına» xidmət edən, «qərəzkaranə məqalələr» 

çap edən mətbuatın zərərindən danışaraq onu «əfyun» (tiryək) 

adlandırır.  

«Məsləksiz, ya məsləkini gizlədən bir qəzet dinsiz, ya 

din və məzhəbini gizləyən adamlar kimidir. Məslək demək –

yol deməkdir. Yol düz və asan, ya arizəli və müşkül ola bilir». 

Milli  şüurun yetişməsində  mətbuatın böyük rolunu Əli bəy 

Hüseynzadənin redaktoru olduğu «Həyat» və «Füyuzat»ın 

sismasında mükəmməl şəkildə görmək olar. 

Əli bəyə görə, mətbuatın aşağıdakı vəzifələri var:  

1. Millətin inkişafını  ləngidən səbəblərə qarşı mübarizə 

aparmaq: «Qəze-təmiz həyatın mənayi-həqiqiyyəsinə, övsaf 

və  şəraitinə agah bulunduğundan həyati-ictimaiyyəyi-

milliyyəmizin nigahbani olub daxildən və ya xaricdən, hər cür 

tərəqqi və  təkamülə qarşı zühur edən maniə  və müşkülata 

müqabilə etmək istər» (24, 67). 

 

64




 

 

2. Mətbuatın «borcu millətimizi qələmlə müdafiə və bu 



yolda mücahidədir». 

3. Mətbuat sağlam dilə (etidali-lisan) və sağlam fikrə 

(etidali-əfkar) malik olmalıdır. 

4. Mətbuat tərəqqiyə xidmət etməlidir. «Biz arzu edəriz 

ki, bizim tərəqqimizə baxıldıqda, rus rəiyyəti bulunan türk və 

müsəlmanlar nə gözəl tərəqqi ediyorlar deyilsin. Yoxsa 

türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar 

deyilməsin!» 

5. Mətbuat milləti özünə tanıtmalıdır. 

6. Mətbuat ana dilində millətin maariflənməsinə 

çalışmalıdır. «Ülum və maarif əksəriyyət beynində intişar 

etmək üçün lazımdır ki, millətin öz ana dili məlum və maarif 

təhsilinə alət olsun» (24, 69). 

Əli bəy  ərəb və fars tayfalarının iqtisadi-ictimai 

inkişafını onların dilinin elm, maarif aləti olmasında görürdü. 

«Bu gün isə ülum və  ədəbiyyat türk dilində olmaq üzrə 

tərəqqiyə başlamış olduğundan ümum Şərqdə maarifin ən 

gözəl vasiteyi-intişarı türk lisanı olmuşdur. Türk lisanı bu 

xüsusda mütəəddid  şəraiti mətlubeyi-camedir». O, bunun 

səbəbini mətbuatın genişlənməsi ilə izah edirdi. Mətbuatın 

sürətli inkişafı milli mətbuatın yüksəlişinə səbəb olsa da, XX 

yüzilin əvvəlində Azərbaycanda kəmiyyət baxımından rusdilli 

mətbuat üstünlük təşkil edirdi.  

«Bürokratik maneələrə, 1917-ci ilin fevralına qədər 

davam edən maneələrə baxmayaraq, Azərbaycanda 227 dövri 

mətbuat orqanı nəşr edilirdi. Onlardan 30 faizi (66 adda) milli 

mətbuat orqanları, 50 faizi (119 adda) rusdilli qəzet və 

jurnallar idi» (6, 228). 

7. Mətbuat təmiz  əxlaqlı millətə  səy eyməlidir.  Əli bəy 

bunun Avropa mədə-niyyətinin «ümumbəşəriyyətə aid 

əsasların mütaliə ilə  əsbabi-tərəqqi və rifahiyyətlərini dini-

islama tövfidən millətimizin tərəqqiyyatına tətbiq» etməklə 

mümkünlüyünü göstərirdi. 

 

65




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə