Azərbaycan respublikasi təhsil nazirliyi naxçivan müƏllimlər nistitutu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix30.10.2018
ölçüsü0,67 Mb.
#76758
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

 

proses XX yüzilin əvvəlinə qədər davam etmişdir «Füyuzat»ın 



nəşridə həmin dövrə təsadüf edir.  

Hələ «Tənzimat» adı ilə türk tarixinə daxil olan 

islahatlar dövrünün başlanmasına qədər Türkiyədə mühüm 

hadisələr baş vermişdir. Osmanlı dövlətində II Mahmudun 

(1808-1839) qərbləşmə  hərəkatı özünə çoxlu tərəfdarlar 

qazanmış, hökmdar özü də bu prosesə yüksək qiymət 

vermişdir. Hərbi və tibbi məktəblər, buxarla işləyən gəmi, çap 

evi, «Təqvimi-vəkayi» adlı ilk rəsmi dövlət qəzeti, ilk pulsuz 

məktəb, o illərdə modern sayılan fəs və şalvardan istifadə və s. 

həmin dövrlə əlaqədardır. II Mahmud Türkiyəni – Qərb aləmi 

qarşısında  əsrlərlə dayanmış Osmanlı dövlətini qərbləşdirmə 

yolu ilə irəli aparmışdır. Onun yerinə keçən  Əbdülhamidin 

zamanında «Tənzimat» fərmanı  təsdiq olunmuşdur. Türkiyə 

mədəniyyəti tarixində çox mühüm hadisə olan bu fərmanı Os-

manlı dövlətinin teokratik kökünü dəyişən Mustafa Rəşid Paşa 

hazırlayaraq türk təfəkkürünə yeni bir modern dövlət 

anlayışını  gətirmişdir. Fərmanın elan olunduğu 1839-cu il 

Türkiyə tarixində yeni bir dövrün açıldığını göstərir. Fərman 

Cülxanədə oxunduğu üçün o dövrün ədəbi  əsərlərində 

«Gülxanə  xətti-humayunu» kimi əks olunub. Osmanlı 

dövlətinin otuz ikinci padşahı  Əbdüləzizin dövründə  də 

(1861-1876) bir çox işlər görülmüş; idman inkişaf etdirilmiş, 

çoxqadınlı saray həyatına son qoyulmuş, saray gözəl sənət 

əsərləri ilə  bəzədilmiş, yüksək tərbiyə  və  əxlaq 

formalaşmışdır. Lakin bütün bunlar dilin sadələşməsinə güclü 

təkan verməmişdir. Bunanla belə, yüksək bir məqsədin  əsası 

qoyulmuşdur. Türk ədəbi dilinin «çətin» prosesləri dövründə 

bir tərəfdən də  sərvəti-fünunçular meydana çıxmış  və onlar  

tənzimatçıların irəli sürdüyü dildə sadələşmə prosesinə o 

qədər də  əhəmiyyət verməmiş, incəsənət və gözəllik 

məsələlərinə aludə olmuşdular. Belə bir mühitdən qidalanan 

ədəbi dil, sözsüz ki, asan olmayacaqdı.  

 

56



 

 

Lakin mütərəqqi ziyalılar türk dilinin gələcəyini görür və 



onun inkişafı  və sadələşməsi ilə bağlı mübarizələrini davam 

etdirirdilər.     

 

 

 



 

 

 



 

 

 



57


 

 

III FƏSIL 



ƏLI BƏY HÜSEYNZADƏNIN MƏTBUAT VƏ ONUN 

DILINƏ MÜNASIBƏTI  

 

XX yüzil türk fikir dünyasına çox önəmli və möhtəşəm 



bir  şəxsiyyət kimi daxil olmuş  Əli bəy Hüseynzadə 

mədəniyyət tariximizdə  şair, publisist,  dilçi, rəssam, 

tərcüməçi, həkim, pedaqoq-ideoloq  kimi çoxcəhətli fəailyyəti 

ilə diqqəti çəkir. Həyatının otuz üç ilini vətəni Azərbaycanda, 

qırx üç ilini böyük ümid bəslədiyi Türkiyədə keçirməklə cəmi 

yetmiş altı il (1864-1940) yaşamış, «ziddiyyətli ömür yolu 

keçmiş, Kəlküttədən tutmuş Parisə  qədər, Qahirədən 

Peterburqa qədər geniş bir ərazidə tanınmış  Əli bəy» (16,6) 

böyük ideyalar carçısı olmuş, lakin uzun müddət həqiqəti 

əhatə edən qara yalanlar, qərəzli fikirlər onun düzgün 

tanınmasına, layiqli qiymətini almasına imkan verməmişdir. 

Son dövr tədqiqatları bu böyük mütəfəkkirin tanınmasına 

xeyli kömək edir. 

Əli bəyin həyat və yaradıcılığında mətbuat xüsusi bir 

mərhələdir. XIX yüzilə  qədər türk xalqlarının  ədəbi dili, 

əsasən, bədii üslub səviyyəsi və  əsasında inkişaf etmişdir. 

Məlumdur ki, elmi əsərlər başqa dillərdə yazıldığına görə, 

onların üslubunu milli dil nümunəsi kimi təhlilə  cəlb etmək 

mümkün deyildir. «1905-ci ilə  qədər elmi əsərlər həm az 

olmuş, həm də elmi-nəzəri cəhətdən nisbətən zəif idi» (17, 20) 

və XIX yüzilə  qədər türk xalqları tarixində  mətbuat (milli 

mətbuat) olmadığı üçün ictimai-siyasi üslubun publisist 

qolundan danışmaq olmur. Lakin XIX yüzildə türk xalqlarının 

hamısı, demək olar ki, təxminən eyni zamanda ədəbi dillərini 

müxtəlif səviyyələrdə inikşaf etdirməyə başladılar və onların 

mətbuat tarixi də həmin dövrlə bağlıdır XX yüzilin əvvəlində 

mətbuatda xüsusi inkişaf başladı. «Həmin illərdə Azərbaycan 

dilində 11 yeni mətbuat orqanı meydana çıxdı. «Molla 

 

58



 

 

Nəsrəddin» dərgisi ilə birlikdə onların ümumi sayı 12-yə 



çatmışdı (6, 228).  

Ilk dəfə Türkiyədə Agah Əfəndi «Tərcümani-əhval», 

Azərbaycanda isə  Həsən bəy Zərdabi «Əkinçi» milli 

qəzetlərinin nəşrinə nail olmuşdular. «Tərcümani-əhval» 

qəzeti Türkiyədə çap edilmiş üçüncü qəzetdir. Birinci qəzet 

dövlətin çap etdirdiyi «Təqvimi-vəkayi»dir, ikinci qəzet isə 

Çörçill adlı bir ingilis tərəfindən buraxılmışdır. «Tərcümani-

əhval» isə bir türk tərəfindən buraxılan ilk qəzet idi» (37, 9). 

O, 1860-cı ildə nəşrə başlamış və altı il xalqa xidmət etmişdir. 

«Əkinçi» qəzeti isə 1875-1877-ci illər arasında qısa bir 

müddətdə çap edilsə  də, Azərbaycan milli mətbuatının  əsası 

olmaqdan başqa, özündən sonrakı  mətbuata parlaq bir örnək 

olmuşdur.  

Əli bəy Hüseynzadə bütün fəaliyyəti boyu və xüsusilə də 

«Füyuzat» jurnalındakı yazıları ilə Azərbaycanda türkçülük 

ideyalarının yaranıb inkişaf etməsinə  və bütün türk 

dünyasında bu ideyaların yayılmasına xidmət etmişdir. Onun 

mədəniyyət tarixindəki həqiqi yerini müəyyənləşdirmək, 

fəaliyyətinin, xüsusilə də mətbuatla bağlı xidmətinin dərindən 

araşdırılması ilə mümkündür. Azərbaycanda sovet dönəmində 

ya Əli bəydən bəhs edilməmiş ya da bəhs edilərkən həqiqətlər 

yazılmamışdır. Bu baxımdan, talesizliyə düçar olan bu böyük 

elm və  sənət adamına XX yüzilin sonunda maraq artmış  və 

onun haqqındakı gerçəklər üzə  çıxmışdır. XX yüzilin ikinci 

yarısında uzun müddət  Əli bəy haqqında düzgün söz demək 

durğunluğundan sonra 1975-ci ildə «Qobustan» toplusu 

birinci nömrəsində onun rəsm   əsərləri ilə bağlı məlumat dərc 

etmişdir. Əli bəyin ədəbi-bədii görüşləri, ideologiyası, dili və 

s. haqqında ciddi müsbət fikirlər XX yüzilin doxsanıncı illəri 

ilə bağlıdır. 

Əli bəyin fəaliyyəti elə bir dövrə təsadüf edir ki, Rusiya 

dövləti Osmanlı dövlətinə qarşı Azərbaycan türklərindən 

istifadə etməyə çalışmağın mühüm mərhələsini yaşayırdı. 

 

59




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə