Azərbaycan respublikasi təhsil nazirliyi sumqayit döVLƏt universiteti



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix14.01.2018
ölçüsü0,55 Mb.
#20798
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Avtandil Ağbaba 

29 


Əhəngdən  adamcığaz  düzəltmək istəyirsiniz? Bundan asan 

n

ə var! Amma mənə ziyan vurursunuz. Axı, sizə nə qədər əhəng la-



zımdır, sizin qazdığınız çuxuru doldurmaq üçün əhəngi mən hardan 

tapım? Yox, bir halda ki, insan nəslini davam elətdirmək istəyirsiniz, 

g

ərək siz bacı-qardaş bir-birinizlə evlənəsiniz! 



Bu sözl

ər onların qəlbini ağrıtdı, amma iş işdən keçmişdi, necə 

dey

ərlər, hirslərini basaraq hələlik öz niyyətlərindən  əl çəkməli 



oldular. 

Fusi insanlığı diriltmək fikrindən əl çəkməmişdi. O, çox fikir-

l

əşdi, çox düşünüb-daşındı, baxıb gördü ki, Ana torpağın məsləhəti 



ür

əkaçan olmasa da başqa çıxış yolu yoxdur. Günlərin bir günü qar-

daş məsələni açıb bacısına dedi. Nyuyva onun sözlərini eşitdi, utan-

dığından qıpqirmızı qızardı, büzüşüb qaldı və cavab vermədi. Yeddi 

gün, yeddi gec

ə bundan danışdılar, sonra Nyuyva Fusiyə dedi: 

Əgər biz ər-arvad olmalıyıqsa, bu çətin iş deyil, mən qaçım, 



s

ən məni qov. Çatsan evlənərik, çatmasan heç nə alınmayacaq. 

Fusi fikirl

əşdi: “Mən kişiyəm, o arvaddı. Yəni mən ona çatma-

yacam?

!”. Fusi razılaşdı. 



Onlar  qaçmağa  başladılar.  Nyuyva  qabaqda  qaçır,  Fusi  arxa-

dan ona çatmağa çalışırdı. Kimin ağlına gələrdi ki, Nyuyva belə sü-

r

ətlə qaçır! Yolları böyük bir dağın yanından düşdü, Fusi bacısının 



da

lınca yeddi dəfə dağın başını dolandı, amma ona çatmadı ki, çat-

ma

dı. Baxıb gördü ki, qarşıdan bir tısbağa gəlir. Tısbağanın ona yazı-



ğı gəldi, başını bulayıb dedi: 

- S


ən o biri tərəfdən qaç, onda çatarsan. 

Fusi s


əmtini dəyişdi, dəyişən kimi də Nyuyva ilə toqquşdu və 

qızı qucaqladı. Bax, adama belə çatarlar. 

Bu bicliyi Fusiy

ə  öyrətdiyinə  görə  Nyuyvanın  tısbağaya  ya-

man acığı tutdu. Tısbağaya bir təpik ilişdirdi ki, qını parça-parça ol-

du. Fusi fikirl

əşdi: “Tısbağanın mənə köməyi dəydi, indisə qını par-

ça-


parçadı, adamın ona yazığı gəlir bəlkə bu parçalardan tısbağa dü-

z

əldim”.  Parçaları  bir  yerə  yığdı  və  bunlardan  yeni  qın  düzəltdi. 



İnanmırsınızsa  özünüz  baxın:  tısbağanın  qınındakı  xətlərdən  aydın 

rünür ki, qın parçalardan düzəldilibdi! Tısbağanın qınını düzəldən-



d

ən  sonra  Fusi  toy  çaldırmağa  hazırlaşdı.  Kimin  ağlına  gələrdi ki, 

Nyuyva yen

ə də razılaşmayacaq! 

- Keç

ən dəfə, -deyə qız sözə başladı, -sənə tısbağa kömək elə-



di. Bu, hesabdan deyil. G

əl, bir də yarışaq. Odu bax, dəyirman daşını 




Mifologiya 

30 


görürs

ən, üst daş sənin, alt daş mənim. Dəyirman daşlarını böyük da-

ğın zirvəsinə çıxardaq, ordan aşağı buraxaq. Dəyirman daşları dağın 

ətəyində  yenidən birləşsələr biz evlənəcəyik, birləşməsələr heç nə 

alınmayacaq. 

Onlar d


əyirman daşlarını bellərinə alıb dağın zirvəsinə çıxdı-

lar. Zirv

ədən daşları üzü aşağı diyirlətdilər, özləri də daşların dalınca 

qaç


mağa başladılar, daşların birləşib birləşmədiyini bilmək istəyirdi-

l

ər. Aşağı çatanda əlləri üzlərində qaldı: dəyirman daşları dağın ətə-



yind

ə üst-üstə dururdu. Nyuyvanın deməyə sözü qalmamışdı. Onlar 

bel

əcə evləndilər. 



Aradan yüz gün keçdi v

ə  Nyuyva bir parça ət  doğdu.  Bu  ət 

par

çasını görən Fusi dilxor oldu. Bıçağı qapıb ət parçasını doğrama-



ğa başladı. Heyrətlidir ki, onun kəsdiyi hər tikə ət bir adama çevrildi. 

Fusi onları bir-bir saydı, yüz adam alındı. Adamlar ora-bura qaçma-

ğa,  ağaclara  dırmaşmağa  başladılar.  Kimi  çaya  cumdu,  kimi  ağaca 

dırmaşdı.  Qardaşla  bacı  onlara  soyad  fikirləşməyə  başladılar:  çaya 

cumanlara Xe, y

əni Çay, şaftalı ağacına dırmaşanlara Tao, yəni Şaf-

ta

lı, gavalı ağacına dırmaşanlara isə Li, yəni Gavalı... soyadını verdi-



l

ər. Başqa uşaqlar da məskən saldıqları yerlərin adlarını soyad daşıdı-

lar. Sonradan yüz soyad  bel

əcə yarandı. Həmin vaxtdan insan nəsli 

yer üzünd

ə yenidən təşəkkül tapdı. 

 

Zöhhak 

(

İran əfsanəsi) 



 

M

ərdas  adlı  xoşniyyətli  bir  kişi  həmişə  xalqa kömək edərdi. 



Onun çoxlu mal-

qarası, var-dövləti var idi. Lakin Mərdasın Zöhhak 

ad

lı oğlu çox bədxah cavan idi. İblis onu yoldan çıxardı və atasının 



ölümün

ə bais oldu. Sonra iblis ona aşpazlıq etməyə başladı. Bir dəfə 

o Zöhhakın çiyinlərindən öpdü. Hər çiynindən bir ilan çıxdı. O, ilan-

la

rı hər gün iki cavan oğlanın beynini yedirtməklə sakitləşdirə bilirdi. 



Bel

əliklə, Zöhhak min il ərzində İranı idarə etdi və bu müddətdə hər 

gün ilanlar iki cavan beyni yedil

ər. Onun hakimiyyətdə olduğu dövr-

d

ə xeyir yox oldu, şər, bədxahlıq hər yerdə ağalıq etdi. İki şahzadə-



Ərmayıl  və  Kərmayıl  könüllü  olaraq  Zöhhaka  aşpazlıq  etdilər ki, 

adamla


rın  vəziyyətini  yaxşılaşdırsınlar.  Onlar  hər gün iki yox, bir 

g

ənci öldürüb, digərlərini çobanların yanına göndərirdilər ki, gizlənə 



bilsinl

ər. Beləliklə də, hər ay onlar 30 gənci xilas etdilər. Belə bir əf-




Avtandil Ağbaba 

31 


san

ə  gəzir ki, indiki kürdlər-həmin xilas edilmiş  gənclərin nəsillə-

ridir. 

Deyirl


ər ki, Zöhhakın bu zülmünə davam gətirməyən xalq üs-

yan qaldırır. Üsyanın başçısı Gavə adlı dəmirçi Zöhhakı taxtdan sa-

lır. Xalq rahat nəfəs alır. 

 

Sual v



ə tapşırıqlar 

 

1.



 

Q

ədim Hind mifologiyasının mənbələri və komponentləri haq-



qında nə bilirsiniz? 

2.

 



Hindistanın allahlar panteonunun özünəməxsusluğu nədədir? 

3.

 



“Riqveda” m

ətnlərində kainatın yaradılmasında hansı allah əsas 

rol oynayır? 

4.

 



Hinduizm  dini  -  mifoloji sistemind

ə  hansı  kultlar  mövcuddur? 

İndiyədək  hansı  heyvanlar  müqəddəsliyini mühafizə  edib 

saxlamışdır? 

5.

 

Br



əhmənizmin hinduizm və buddizmlə oxşar və fərqli cəhətləri-

ni izah edin. 

6.

 

Çin mifologiyasının öyrənilməsində hansı mənbələr xüsusi əhə-



miyy

ət daşıyır? 

7.

 

Çin  allahlar  panteonunda  baş  allah  funksiyasını  yerinə  yetirən 



Şan-di haqqında nə bilirsiniz? 

8.

 



T

əbiətin və insanın yaranmasında hansı konsepsiyalar mövcud-

dur? H

ər birini ayrılıqda izah edin. 



9.

 

Çin mifoloji sistemind



ə ilk əcdad və insan cütü haqqında bildik-

l

ərinizi danışın. 



10.

 

Hansı müqəddəs canlılar Çin mifologiyasında xüsusi yer tutur? 



11.

 

Çinlil



ərin  mifik  düşüncəsində  əjdaha kultu və  onun tipləri 

bar


ədə məlumat verin. 

12.


 

Çin mifologiyasında daha hansı kultlar geniş yayılmışdır? 

13.

 

Daşqın haqqında Çin miflərinin mahiyyəti nədən ibarətdir? 



14.

 

Fars mifoloji m



ətnləri hansı qədim abidələrdə toplanmışdır? 

15.


 

Fars  mifologiyasında  hansı  allahlar  mənşəyinə  görə  Hind-İran 

allahlar panteonuna m

əxsusdur? 

16.

 

“Avesta”nın dili və əlifbası haqqında məlumat verin. 



17.

 

Hazırda “Avesta” neçə kitabdan ibarətdir? 



18.

 

Z



ərdüştün  şəxsiyyəti və  həyatı  haqqında  bildiklərinizi  danışın. 

Avestaşünaslıqda bu barədə hansı mübahisələr mövcuddur? 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə