Avtandil Ağbaba
23
Hind, Çin v
ə İran mifologiyaları
1.
Hind mifologiyasının mənbələri. Mifoloji sistem və
onun tipl
əri.
2.
Hind mifoloji sistemind
ə allahlar panteonu. Yaradılış
prosesi
3.
Hinduizmd
ə heyvan və su kultu
4.
Çin mifologiyasının əsas xüsusiyyətləri. Çində allahlar
panteonu
5.
Q
ədim Çində yaradılış mifləri
6.
Çin mifoloji sistemind
ə əjdaha kultu və onun növləri
7.
İran miflərinin toplandığı yazılı mənbələr
8.
Fars mifolo
giyasında allahlar panteonu
9.
Əfrasiyab (Alp ər Tunqa) obrazı fars mifologiyasında
Q
ədim Hind mifologiyası şifahi və yazılı, eləcə də arxeoloji
m
ənbələr əsasında öyrənilir. Hind mifologiyasının ən qiymətli və əs-
ki m
ənbələri “Mahabharata” və “Ramayana” hesab edilir. Bu əsərlər-
d
ən əvvəl “Riqveda” və digər “Vedlər” mövcud olmuşdur.
“Athaqvaveda” (şər ruhlara qarşı qarğışlar məcmuəsi) qədim hind
mi
fologiyasının əsas mənbələrindən sayılır.
Hindistanda yaranmış mifoloji sistemin müxtəlif tipləri
mövcuddur. Vedizm, Hinduizm v
ə Buddizm hind mifologiyasının
ayrı-ayrı komponentləridir. Hinduizm qədim vedlər dini olan brəh-
m
ənizmi əvəz etmişdir. Müxtəlif mənşəli mifoloji təsəvvürlər, obraz
v
ə sujetlər Hinduizm dini sistemində birləşdirilmişdir.
Buddizmin
əsasını Siddharta Qautama qoymuşdur. O, Budda
adlandırılmışdır. Budda işıqlı, nurlanmış anlamını ifadə edir. Dinin
adı buradan əmələ gəlmişdir. Buddizmdə Siddharta nurlanmaya o za-
man çatır ki, o, müxtəlif çətinliklər keçsin. Buddizm mifoloji siste-
mind
ə Qautama Buddanın külü onun səkkiz şagirdi arasında bölüş-
dü
rülmüş və hər şagird öz kül payının üstündə ehram tikdirmişdir.
Buddist ölk
ələrində Buddanın qəbri olan müxtəlif memarlıq üslubu-
na malik ehramların mövcud olması da bununla bağlıdır.
İndra, Surya, Aqni, Soma, Varuna, Rudra və s. qədim hindlilə-
rin allahlar panteonunu t
əşkil edir. 1028 himndən ibarət olan “Riqve-
da” m
ətnlərində İndra həm müharibə, həm də fırtına allahı hesab olu-
nur. Gün
əş allahı Surya adlanır. Aqni od allahıdır. Aqni obrazı ibti-
Mifologiya
24
dai mistizml
ə bağlıdır, eyni zamanda Aqni insanlarla allahlar arasın-
da vasit
əçidir. İndradan sonra ikinci yeri Varuna tutur. O, güclü ha-
kim, yaradıcı allah hesab olunur. Ümumiyyətlə, qədim Hindistanın
allahlar panteonunda yüzl
ərlə allah mövcuddur.
Hind mifoloji sistemind
ə İndra kainatın yaradılmasında əsaslı
rol oynayır. O, göyün və yerin oğlu kimi təsəvvür olunur. Guya İndra
ana
sının böyründən doğulmuş, qorxunc bir görkəm almışdır. Onun
heyb
ətli görkəmindən qorxuya düşən göylə yer bir-birindən ayrılmış,
əmələ gələn boşluqda (fəzada) İndra hökmranlıq etmişdir. İndra ib-
lisl
ərin başçısı Vritanı öldürdükdən sonra varlıq aləmi-Sat yaradılır.
B
əzi mifik təsəvvürlərdə kainat əbədi tanrıların qurban kəsdik-
l
əri Puruşninin bədənindən yaranmışdır. Hind mifoloji düşüncəsində
Br
əhmənin müxtəlif epitetləri onun yaradıcı funksiyası ilə bağlıdır.
Br
əhmən dünyanın və insanların yaradıcısı kimi qələmə veilir.
Hinduizm dini- mifoloji sistemind
ə müqəddəs heyvanlar kultu
əsasən totemizmlə bağlıdır. Bu mifik düşüncədə müxtəlif heyvanlar
mü
hüm yer tutsa da, onların yalnız dördü zəmanəmizədək öz müqəd-
d
əsliyini qoruyub saxlamışdır: inək, meymun, gürzə və Haruda
adlanan quş.
Hinduizm
ə daxil olan ən qədim kultlardan biri su kultu sayılır.
Hindistanda bütün çaylar müq
əddəsdir. Öz mənbəyini Himalay da-
ğından götürən çay ən müqəddəs çay hesab olunur. Qanq, Camna,
Kaveri v
ə başqa böyük çaylar əlində səhəng tutmuş qadın şəklində
t
əsvir olunur. Daş və bitki kultları da Hinduizm mifoloji sistemində
ge
niş yayılmışdır.
Çin mifolog
iyası. Çinin ən qədim tarixi hadisələri müxtəlif
əsatirlərdə öz əksini tapmışdır. Çinin digər sivilizasiyalardan nisbə-
t
ən təcrid olunması və çinlilərin sivilizasiyasının uzunömürlülüyü,
fasil
əsiz mövcudluğu Çin mifoloji düşüncəsinin özünəməxsus cəhət-
l
əridir. “Fal yazıları”, “Bambuk salnamələri”, “Çun-Syu” (“Bahar və
pa
yız”), “Şiszin” (“Mahnılar kitabı”), “Şuszin” (“Sənədlər kitabı”)
v
ə digər qədim mənbələr Çin mifologiyasını öyrənmək baxımından
xüsusi
əhəmiyyət daşıyır.
Q
ədim Çin allahlar panteonunda “ali hakim”, “ali əcdad” Şan-
di (
ən qədim mətnlərdə Di) uzun müddət baş allah hesab olunmuş-
dur. Yan-di (alovun hakimi), Çi-
di (qırmızı hakim)-Günəş allahı, Cə-
nub hakimi kimi tanınmışdır. Si-Vanmu (Qərbin hakimi) qadın ilahə-
si olub ölm
əzlik dərmanına sahib olmuşdur. Bəzi qədim mətnlərdə
Avtandil Ağbaba
25
Si-Vanmu ölül
ər səltənətinin ilahəsi, ölüm və xəstəliklər allahı
funksiyasını icra edir. Çin allahlar panteonunda müharibə və sərvət
allahı kimi tanınan Quan-di özünün real cizgiləri ilə fərqlənir. Bütün
bunlardan
əlavə, Çində ümumi panteonla yanaşı ayrı-ayrı dinlərin
allahlar panteonu da möcud olmuşdur.
Çin mifoloji m
ətnlərində kainatın yaranması bütün ardıcıllığı
v
ə xaosun nizamlanması ilə diqqəti cəlb edir. Çinlilərin mifik təfək-
kürl
ərində təbiətin və insanın yaranması haqqınd iki konsepsiya
möv
cuddur: 1) Cansız və canlı varlıqlar xaosun iki ilkin elementə-
işıqlı başlanğıca (yan) və qaranlıq başlanğıca (in) bölünməsi nəticə-
sind
ə yaranmışdır. 2) Bütün varlıqlar transformasiya nəticəsində
əmələ gəlmişdir. İnlərin təsəvvürünə görə Şan-di təkcə baş allah de-
yil, h
əm də axirət dünyasını idarə edən qüvvələrin başçısı, inlərin
əfsanəvi əcdadı və hamisidir.
Çin mifoloji sistemind
ə Pan-qu göyü və yeri bir-birindən
ayıran və bədənindən kainat yaradılan ilk əcdad kimi təsvir olunur.
Daşqın haqqında miflərdə Fu-si və Nyuy-va insan cütü (bacı-qardaş)
kimi zooantropomorfik obrazda ilkin
əcdadlar sırasındadır.
Çin mifologiyasında dörd müqəddəs canlının-əjdaha, pələng,
simurğ (feniks) və tısbağanın xüsusi yeri vardır. Əjdaha baharın və
Şərqin, pələng payızın və Qərbin, feniks yayın və Cənubun, tısbağa
qışın və Şimalın simvolu sayılırdı. Çinlilərin mifik düşüncəsində Əj-
da
ha su stixiyasının hakimi kimi insanlara nəmişlik bəxş edirdi. Əj-
daha S
əma və Yerdən sonra üçüncü yeri tuturdu. Çin mifologiyasın-
da t
əbiətdə olan bütün xaos və qarışıqlığın səbəbi əjdaha hesab olu-
nurdu. Çind
ə əjdahanın dörd tipi mövcud olmuşdur: allahların məs-
k
ənini qoruyan Səma əjdahası, yağış və külək göndərən İlahi əjdaha,
su
ların istiqamətini və dərinliyini müəyyənləşdirən Yer əjdahası və
x
əzinələri mühafizə edən əjdaha. Bunlardan əlavə, Çin mifologiya-
sında at kultu ilə bağlı təsəvvürlər də geniş yayılmışdır.
Farsların mifoloji mətnləri qədim abidələrdə-“Avesta”,
“Şahnamə”, “Camasbnamə”, “Manixey əlyazmaları”, “Dinkert”
(“İnam əməlləri”) və s. əsərlərdə toplanmışdır. Div, pəri, əjdaha və s.
mifik varlıqlar, Cəmşid, Huşəng, Zöhhak, Nuzər və b. obrazlar yalnız
fars mifologiyasında deyil, həm də digər qonşu xalqların mifoloji
düşüncəsində geniş yer tutur.
Dostları ilə paylaş: |