Azərbaycan respublikasinin


Məhkəmə rəsmİ sənədlərİnİn göndərİlməsİ, bİldİrİşlər və çağırışlar



Yüklə 1,75 Mb.
səhifə35/38
tarix21.04.2018
ölçüsü1,75 Mb.
#39759
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   38

Məhkəmə rəsmİ sənədlərİnİn göndərİlməsİ, bİldİrİşlər və çağırışlar





72 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 134.1-ci maddədə “sənədləri” sözü “məhkəmə sənədlərini” sözləri ilə əvəz edilmişdir.

73 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 134.1.4-cü maddədə “çağırışını” sözü “bildirişini” sözü ilə əvəz edilmişdir.

74 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 134.2-ci maddədə “sənədləri də” sözləri “məhkəmə sənədlərini də rəsmi qaydada” sözləri ilə əvəz edilmişdir.

75 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 135-140-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Maddə 135. Sənədin rəsmən verilməsi

135.1. Sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır.

135.2. Sənədin rəsmən verilməsi onun veriləcəyi şəxsin rast gəlindiyi hər bir yerdə həyata keçirilə bilər.

135.3. Gecə vaxtı, eləcə də bazar və iş günü hesab edilməyən bayram günlərində sənədin rəsmən verilməsinə yalnız məhkəmənin razılığı ilə yol verilir.

Maddə 136. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilmə qaydası

136.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə aktları və sənədləri poçt vasitəsi ilə, bildirişli sifariş məktubu ilə göndərilir. Zəruri olduqda, məhkəmə rəsmi təqdimetməni məhkəmə işçisinə, iqtisadi mübahisələr üzrə müvafiq olaraq iddiaçı və ya cavabdehə tapşıra bilər.

136.2. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə aktlarının və sənədlərinin çatdırılması tapşırılmış şəxslər, bunu məhkəmə aktlarını və sənədlərini aldıqları gündən sonra gələn gündən gec olmayaraq yerinə yetirməlidir.

136.3. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud onların çatdırılması tapşırılmış şəxslər məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi barədə məhkəməyə, sənədlərin lazımi ünvana çatdırılmalı olduğu günün sonrakı günündən gec olmayaraq xəbər verməlidirlər.

Maddə 137. Məhkəmə aktlarının və sənədlərinin verilməsi

137.1. Məhkəmə aktları və sənədləri məhkəməyə qaytarılmalı olan müvafiq qaydada forması təsdiq edilmiş bildiriş vərəqəsinə imza etdirilməklə, ünvanlanan vətəndaşa şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə aktları və sənədləri müvafiq vəzifəli şəxsə bildiriş vərəqəsinə imza edilməklə verilir.

137.2. Məhkəmə aktları və sənədlərini çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan həddi-büluğa çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir.

137.3. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs, bildiriş vərəqəsində öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, yaxud tutduğu vəzifəni göstərməli və imkan olan ilk anda məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

Maddə 138. Bildiriş vərəqəsinin məzmunu

138.0. Bildiriş vərəqəsində aşağıdakılar göstərilməlidir:

138.0.1. məhkəmənin adı və dəqiq ünvanı;

138.0.2. məhkəmə sənədlərinin və qərarlarının verilməli olduğu şəxsin soyadı, adı, atasının adı;

138.0.3. təqdim olunan sənədin adı;

138.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;

138.0.5. təqdim edilməmənin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və ilaxır);

138.0.6. sənədin verildiyi şəxs;

138.0.7. təqdim etmənin tapşırıldığı şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası.

Maddə 139. Məhkəmə sənədlərini qəbul etməkdən imtina

Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edirsə, məhkəmə sənədləri təqdim olunan yerdə qalmalıdır. Bu halda təqdim etmə həyata keçirilmiş hesab olunur.

Maddə 140. Məhkəmə çağırışları və bildirişləri

140.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar etməlidir.

140.2. Məhkəmə bildirişləri və çağırışları poçt vasitəsi ilə verilir.

140.3. İşdə iştirak edən şəxslər, məhkəmə iclasının vaxtı və yeri haqqında, yaxud ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər.

140.4. Şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin məhkəməyə çağırışı da məhkəmə çağırış vərəqələri ilə həyata keçirilir.

140.5. İşdə iştirak edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10 gündən güc olmayaraq verilir ki, işin istənilən vəziyyətində öz müdafiəsini hazırlamaq və vaxtında məhkəmə qarşısında dayanmaq üçün onların ixtiyarında kifayət qədər müddət olsun.

140.6. Çağırış vərəqələri işdə iştirak edən şəxsin göstərdiyi ünvana göndərilir. Şəxs faktiki olaraq məhkəməyə bildirilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun iş yerinə göndərilə bilər. Təşkilata ünvanlanmış çağırış vərəqəsi onun olduğu yerə göndərilir.

140.7. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər sifarişli məktubla, yaxud xəbərdarlığın alınması barədə teleqramla, çağırış və bildirişlərin qeyd edilməsini təmin edən digər rabitə vasitələrindən istifadə etməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.


76 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 141-145-ci maddələr çıxarılmışdır.


77 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 146-cı maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Belə bir məlumat olmadıqda, çağırış vərəqələri və bildirişlər məhkəməyə məlum olan axırıncı ünvana göndərilir və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, çağırış vərəqəsi və bildiriş çatdırılmış hesab edilir.


78 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 147-ci maddədə “çağırış vərəqəsini” sözləri “məhkəmə bildirişini” sözləri ilə, “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.

79 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 149.2.3-cü maddədən “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, ” sözləri çıxarılmışdır.


80 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 153.4-cü maddədə “verilməli və ya göndərilməlidir” sözləri “rəsmi qaydada verilməlidir” sözləri ilə əvəz edilmişdir.

81 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 154.2.3-cü maddədən “qanuna və digər normativ hüquqi aktlara, həmçinin” sözləri çıxarılmışdır.


82 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 155.1-ci maddənin birinci cümləsində “ iş üzrə qətnamə çıxarılana qədər cavabdeh” sözləri “Cavabdeh” sözü ilə əvəz edilmişdir.


83 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 158.5.2-ci maddədə “müəyyən edilmiş şərti maliyyə vahidi məbləğinin 200 misli miqdarında” sözləri “iki yüz iyirmi manat” sözləri ilə əvəz edilmişdir.


84 01 fevral 2010-cu il tarixli 950-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 75) ilə 160.1-ci maddədən “məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada” sözləri çıxarılmişdir.


85 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 168.1-ci maddənin birinci cümləsində “iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya təqdim edir” sözləri “iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir” sözləri ilə əvəz edilmişdir.


86 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 168.2-ci maddənin birinci cümləsində “cavabdehə” sözündən, ikinci cümləsində isə “sənədlərin” sözündən sonra “rəsmi qaydada” sözləri əlavə edilmişdir.


87 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 169.4-cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 169.1-169.3-cü maddələrində” sözləri ilə əvəz edilmişdir.

88 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 170.3-cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.


89 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 172.1-ci maddədə “qətnamə” sözü “həmin işin həllinə dair qətnamə və ya qərardad” sözləri ilə əvəz edilmişdir.


90 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 172.3-cü maddədə “qətnamə” sözü “onların həllinə dair qətnamə və ya qərardad” sözləri ilə əvəz edilmişdir.


91 17 may 2011-ci il tarixli 112-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 06 iyul 2011-ci il №144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 583) ilə 176.3-cü maddənin ikinci hissəsində “məhkəmə nəzarətçiləri” sözləri “icra məmurları” sözləri ilə əvəz edilmişdir.


92 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 176.5-ci maddənin birinci cümləsində “və ya maqnitofon yazısından” sözləri “, həmçinin məhkəmənin icazəsi ilə kompyuterdən istifadə etməklə” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Kino və fotoçəkilişə, video yazıya, canlı yayımla radio və teletranslyasiyaya işdə iştirak edən şəxslərin razılığı nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.


93 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 177.3-cü maddədə “şərti maliyyə vahidi məbləğinin 50 mislinədək miqdarda” sözləri “əlli beş manatadək” sözləri ilə əvəz edilmişdir.


94 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 179.1-ci maddədə “çağırış vərəqələrinin” sözləri “məhkəmə bildirişlərinin” sözləri ilə əvəz edilmişdir.

95 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 180.3-cü maddədə “şərti maliyyə vahidinin yüz mislinədək məbləğdə” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.


96 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 185.2-ci maddədə “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.


97 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 185.7-ci maddə çıxarılmışdır.

98 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 186.2-ci maddədə “şərti maliyyə vahidinin yüz mislinədək” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.


99 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 187-ci maddənin birinci cümləsindən “rəy verməkdən imtinaya və” sözləri çıxarılmışdır.


100 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 191.1-ci maddənin ikinci cümləsində “ərizələrdə” sözündən sonra “də” bağlayıcısı əlavə edilmişdir və “olunmalıdır” sözü “oluna bilər” sözləri ilə əvəz edilmişdir.


101 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 216-cı maddənin adında “çıxarılması” sözündən sonra “və elan edilməsi” sözləri əlavə edilmişdir və yeni məzmunda 216.4-cü maddə əlavə edilmişdir.


102 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 217.2-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



217.2. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.


103 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 220.6-cı maddədən “və qətnaməni dərhal icraya yönəltdiyi” sözləri çıxarılmışdır.


104 10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476)ilə 221-ci maddə çıxarılmışdır.


105 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 227.1-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



227.1. Məhkəmə qətnaməsi həmin işə baxılması qurtardıqdan sonra tərtib edilməlidir.


106 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 227.2-ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

107 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 227.3-cü maddədə “göndərilməli və ya təqdim edilməlidir” sözləri “rəsmi qaydada verilməlidir” sözləri ilə əvəz edilmişdir.

108 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 229.3-cü maddədə “etmək və ya əlavə qətnamənin çıxarılması barədə məhkəmə qərardadından” sözləri “barədə qərardaddan və ya əlavə qətnamədən” sözləri ilə əvəz edilmişdir.

109 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 230.1-ci maddədə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilmişdir.

110


 24 dekabr 2002-ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 23) ilə 230.3-cü maddədən “və məcburi qaydada icra ediləcəyi müddət keçməmişdirsə” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

230.3. Qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişdirsə onun izah edilməsinə yol verilir.


111 24 dekabr 2002-ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 23) ilə 231-ci maddənin adında “dəyişdirilməsi” sözündən sonra “icra üzrə icraatın dayandırılması” sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi

17 may 2011-ci il tarixli 112-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 06 iyul 2011-ci il №144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 583) ilə 231-ci maddənin adında “icraatın dayandırılması” sözlərindən sonra “, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.




112 24 dekabr 2002-ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 23) ilə məcəlləyə yeni 231.3-cü maddə əlavə edilmişdir;

17 may 2011-ci il tarixli 112-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 06 iyul 2011-ci il №144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 583) ilə 231.3-cü maddədə:

1. birinci cümlədə “məhkəmə icraçısının” sözləri “, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun” sözləri ilə əvəz edilmişdir.

2. ikinci cümlədə “məhkəmə icraçısına” sözləri “icra məmurunun” sözləri ilə, “məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilmişdir.

3. yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir və üçüncü cümlə dördüncü cümlə hesab edilmişdir.

4. dördüncü cümləyə “icraatın dayandırılması” sözlərindən sonra “, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.


10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 231.3-cü maddənin ikinci cümləsində “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, hər iki halda “iqtisad məhkəməsi” sözləri “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2011-ci il tarixli 250-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1105) ilə 231.3-cü maddəsinin üçüncü cümləsində “məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə əvəz edilmişdir.




113 24 dekabr 2002-ci il tarixli 409 – IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 1, maddə 23) ilə məcəlləyə yeni 231.3-cü maddənin əlavə edilməsiylə əlaqədar olaraq köhnə 231.3-cü maddə 231.4-cü maddə hesab edilmiş və həmin maddədə “dəyişdirilməsi” sözündən sonra “icra üzrə icraatin dayandırılması” sözləri əlavə edilmişdir;

17 may 2011-ci il tarixli 112-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 06 iyul 2011-ci il №144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 583) ilə 231.4-cü maddədə “icraatın dayandırılması” sözlərindən sonra “, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” sözləri əlavə edilmişdir.




114 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) ilə Məcəlləyə aşağıdakı məzmunda 231.5-ci maddə əlavə edilmişdir.


115 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 233.2-ci maddə çıxarılmışdır.

116 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 234-cü maddədə “Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə” sözləri “Qətnamə” sözü ilə əvəz edilmişdir.

117 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 235-ci maddə çıxarılmışdır.

118 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 236-cı maddədə “dərhal icraya yönəlməyən” sözləri çıxarılmışdır.

119 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 237-ci maddə çıxarılmışdır.

120 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 239-cu maddədə “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.

121 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 241.5-ci maddədə “iddianın” sözündən sonra “və ya onun hissəsinin” sözləri əlavə edilmişdir.


122 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 243-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Maddə 243. Qiyabi qətnamənin surətinin göndərilməsi

Məhkəmə iclasına gəlməyən tərəfə qiyabi qətnamə çıxarıldığı vaxtdan sonra 10 gündən gec olmayan müddətdə göndərilir və ya təqdim olunur.


123 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 244-cü maddədə “qətnaməni aldıqdan” sözləri “qətnamənin ona rəsmi qaydada verilməsindən” sözləri ilə əvəz edilmişdir.


124 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 251-ci maddənin adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə