Azərbaycan respublikasinin


Normatİv hüquqİ aktın Konstİtusİyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə İcraat



Yüklə 1,75 Mb.
səhifə37/38
tarix21.04.2018
ölçüsü1,75 Mb.
#39759
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   38

Normatİv hüquqİ aktın Konstİtusİyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə İcraat


Maddə 352. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət qaldırmaq hüququ

352.1. Ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə işdə iştirak edən fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6 və 8-ci bəndlərində göstərilmiş normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi qarşısında vəsatət qaldıra bilər.

352.2. Normativ hüquqi aktların Konstitusiyaya uyğunluğu barədə vəsatət aşağıdakı hallarda qaldırıla bilər:

352.2.1. məhkəmə baxışı zamanı işdə iştirak edən şəxs həmin iş üzrə tətbiq edilmiş və ya tətbiq edilə biləcək normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə;

352.2.2. ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iş üzrə icraat zamanı məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, işdə iştirak edən şəxs isə həmin iş üzrə tətbiq edilmiş normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə.

352.3. Bu Məcəllənin 352.2.1-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən qaldırıla bilər.

352.4. Bu Məcəllənin 352.2.2-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yalnız işə kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasında baxıldıqdan sonra bilavasitə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qarşısında qaldırıla bilər.

Maddə 353. Normativ hüquqi aktın yoxlanılması haqqında vəsatətə dair tələblər

353.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yazılı formada verilir.

353.2. Vəsatətdə aşağıdakılar göstərilməlidir:

353.2.1. vəsatətin verildiyi məhkəmənin adı;

353.2.2. vəsatət verən şəxsin poçt və ya hüquqi ünvanı;

353.2.3. mübahisə edilən aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs;

353.2.4. işin faktiki hallarının izahı;

353.2.5. vəsatətin məqsədi və hüquqi əsaslandırılması;

353.2.6. sorğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş.

353.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə aşağıdakılar əlavə olunmalıdır:

353.3.1. mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni;

353.3.2. ərizəçinin fikrincə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozan məhkəmə aktları (əgər qəbul edilibsə);

353.3.3. işin hallarının araşdırılması üçün zəruri olan iddia ərizəsinin surəti və digər sənədlər.

353.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət ərizəçi və ya buna səlahiyyəti olduqda onun nümayəndəsi tərəfindən imzalanır. Vəsatəti hüquqi şəxs qaldırdıqda, onun rəhbəri tərəfindən imzalanır.

Maddə 354. Birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə dair hərəkətləri

354.1. Bu Məcəllənin 352.2.1-ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət almış birinci, apellyasiya və ya kassasiya instansiya məhkəməsi (hakimi):

354.1.1. vəsatətin bu Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayır;

354.1.2. mübahisə edilən normativ hüquqi aktın həqiqətən bu işin icraatı zamanı tətbiq edildiyini və ya tətbiq edilə biləcəyini araşdırır;

354.1.3. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etmədiyi və ya mübahisə edilən normativ hüquqi aktın bu işdə tətbiq edilmədiyi və ya tətbiq edilə bilməyəcəyi müəyyən olunduqda, vəsatətin rədd edilməsi haqqında qərardad çıxarır və işə yekuna qədər baxmağı davam etdirir;

354.1.4. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etdiyi və mübahisə edilən normativ hüquqi aktın bu iş üzrə tətbiq edildiyi və ya tətbiq edilə biləcəyi müəyyən edildikdə, vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və iş üzrə icraatın dayandırılması haqqında qərardad çıxarır.

354.2. Məhkəmənin (hakimin) qərardadı bu Məcəllənin 21-ci fəslində göstərilən tələblərə uyğun olmalıdır. Məhkəmənin (hakimin) qərardadının surətləri işdə iştirak edən şəxslərə verilir.

354.3. Məhkəmənin (hakimin) normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və ya belə vəsatətin rədd edilməsi haqqında qərardadından şikayət verilə bilməz.

354.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətdə göstərilən dəlillər işin yekunlaşdığı məhkəmə aktından yuxarı məhkəməyə ünvanlanmış şikayətdə şərh edilə bilər.

354.5. Vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən rədd edildikdə, iş üzrə icraat təzələnir.

354.6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdikdə, iş üzrə icraat sorğuya dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra təzələnir.

Maddə 355. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərəkətləri

355.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında bilavasitə ərizəçidən və ya birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin qərardadı üzrə vəsatət almış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə:

355.1.1. vəsatətin bu Məcəllənin 353-cü maddəsində göstərilən tələblərə uyğunluğunu yoxlamağı;

355.1.2. əslində də mübahisə edilən normativ hüquqi aktın həmin iş üzrə icraat zamanı tətbiq edildiyini və ya tətbiq edilə biləcəyini araşdırmağı;

355.1.3. rəy hazırlamağı və həmin vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında çıxış etməyi tapşırır.

355.2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu:

355.2.1. normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu;

355.2.2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərmək üçün əsasın olub-olmamasını müəyyənləşdirir.

355.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə qərarı vəsatət Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu gündən sonra 1 aydan gec olmayaraq, bu Məcəllənin 44-cü fəslində müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul edir.

355.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.

355.5. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin baxılmasının nəticələri barədə ərizəçiyə və ya vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi barədə qərardad çıxarmış məhkəməyə (hakimə) dərhal yazılı surətdə xəbər verilir.

355.6. Normativ hüquqi akt hər hansı şəxsin hüquqlarını pozduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir.

Maddə 356. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın əsas hüquq və azadlıqları pozduğunu hesab etməsinin nəticələri

Qüvvədə olan normativ hüquqi aktla hər hansı şəxsin əsas hüquq və azadlıqların pozulduğunun hesab edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı bu Məcəllənin 44-cü fəslində nəzərdə tutulmuş qaydada həmin normativ hüquqi akt əsasında çıxarılmış məhkəmə aktının və ya onun bir hissəsinin ləğv edilməsi üçün əsasdır.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə Məcəlləyə 40-cı fəsil əlavə edilmişdir.


209 24 iyun 2011-ci il tarixli 180-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 02 avqust 2011-ci il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 619) ilə 40-1-ci fəsil əlavə edilmişdir.


210 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 358-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr

358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:

358.0.1. rayon məhkəmələrinin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə;

358.0.2. yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn iqtisadi mübahisələr üzrə məhkəmələrin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya İqtisad Məhkəməsinə;

358.0.3. Naxçıvan Muxtar Respublikası rayon məhkəmələrinin qətnamələrindən—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasına.


211 10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 358.0.2-ci maddədə “yerli iqtisad məhkəmələrinin” sözləri “inzibati-iqtisadi məhkəmələrin” sözləri ilə və hər iki halda “iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilmişdir.


212 10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 358.0.1-ci və 358.0.3-cü maddələrdən “işlər üzrə” sözləri çıxarılmışdır.


213 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 359-cu maddə çıxarılmışdır.

214 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 360-cı maddədə “təqdim olunan (alınan)” sözləri “rəsmi qaydada verildiyi” sözləri ilə əvəz edilmişdir.

215 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 361.1.4-cü maddədən “və qanunlara, digər normativ aktlara” sözləri çıxarılmışdır.

216 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 361.5-ci maddə çıxarılmışdır.

217 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 364-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Birinci instansiya məhkəməsi tərəflərin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət etdiyini yoxladıqdan sonra şikayəti işlə və ya onlara aid olan materiallarla birlikdə qəbul etdiyi vaxtdan hesablanmaqla 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir.


218 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 366.1-ci maddədə “məhkəməsi” sözündən sonra “iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində” sözləri əlavə edilmişdir.


219 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə maddənin adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Apellyasiyanın rəsmi təqdim edilməsi, apellyasiyaya etiraz və apellyasiyaya dair izahatların verilməsi

220 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 367.1-ci maddədə “apellyasiyanı” sözü “apellyasiya şikayətini” sözləri ilə, “rəsmən təqdim edir (göndərir)” sözləri “rəsmi qaydada verir” sözləri ilə əvəz edilmişdir.

221 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 367.2-ci maddədə “surətini aldıqda,” sözləri “surəti onlara rəsmi qaydada verildikdən sonra” sözləri ilə əvəz edilmişdir.

222 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 368-ci maddənin adında "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilmişdir.


223 26 dekabr 2006-cı il tarixli 219-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 3) 368.3-cü maddədə "Apellyasiya" sözü "Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya" sözləri ilə əvəz edilmişdir.

17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 368.3-cü maddədə “2 ay müddətində baxılmalıdır” sözləri “3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir” sözləri ilə əvəz edilmişdir.


16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 368.3-cü maddədə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilmişdir.


224 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 371-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Maddə 371. Yeni sübutların təqdim edilməsi

371.1. İşdə iştirak edən şəxslər apellyasiya instansiyası məhkəməsinə yeni sübutlar təqdim edə bilərlər.

371.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər.


225 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 391-ci maddə yeni redaksiyada verilmişdirş

əvvəlki redaksiyada deyilirdi:



Məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir.


226 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 392.2-ci maddədə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilmişdir.


227 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə Məcəlləyə yeni məzmunda 392-1-ci maddə əlavə edilmişdir.

228 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 393-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir.


229 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 394-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Maddə 394. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardadı

İşə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi qərardad çıxara bilər.


230 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 394.1-ci maddədə “265-ci” sözü “265.4-cü və 265.5-ci” sözləri ilə əvəz edilmişdir.

231 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 396.1-ci maddədə “təqdim edilən gündən” sözləri “qaydada verildikdən sonra” sözləri ilə əvəz edilmişdir.

232 17 aprel 2007-ci il tarixli 319-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 439) ilə 398.0.2-ci maddənin sonundakı nöqtə nöqtəli vergüllə əvəz edilmişdir və yeni məzmunda 398.0.3-cü maddə əlavə edilmişdir.


233 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 399-cu maddədə "apellyasiya" sözündən sonra "instansiyası" sözü əlavə edilmişdir.


234 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 402-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



Maddə 402. Kassasiya şikayəti vermə hüququ

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.


235 10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 402-ci maddədə “mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə, “mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə əvəz edilmişdir.


236 26 may 2009-cu il tarixli 819-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009-cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 402) ilə 403.1-ci və 403.2-ci maddələrdən “qanuni qüvvəyə minmiş” sözləri çıxarılmışdır.

237 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 7, maddə 712) ilə 404.1.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



404.1.1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasının qətnamələrindən və qərardadlarından — Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına;
10 iyun 2011-ci il tarixli 143-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 476) ilə 404.1.1-ci maddədən hər iki halda “
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə