Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə31/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   27   28   29   30   31   32   33   34   ...   50

178.2. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün 
gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu 
əvəz edən tranzit sənədi qəbul edilir. 
178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə 
təminat tələb etmək hüququna malikdirlər. 
178.4. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya 
həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı 
vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. 
Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 
179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və 
istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük 
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı 
tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük 
orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində 
uzadır. 
179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və 
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, 
malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox 
olmamalıdır. 
179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa 
çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya 
gömrük anbarında yerləşdirilməlidir. 
Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar 
180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların 
mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala 
bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin 
dəyişdirilməsinə yol verilmir. 
180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra 
hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc 
anbarlarında həyata keçirilir. 
180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada 
yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük 
nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
Maddə 181. Gömrük anbarlarında saxlanc 


181.1. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında 
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər. 
181.2. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya 
müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. 
181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar 
anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır. 
181.4. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük 
anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların 
gömrük anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi tələb olunur. 
181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən 
mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin 
həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir. 
Maddə 182. Gömrük anbarlarında daxili malların saxlanılması və emalı 
182.0. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər: 
182.0.1. daxili malların saxlancına; 
182.0.2. malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları 
altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun 
olaraq emalına. 
Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti 
183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) 
müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-
ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. 
183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək 
mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu 
müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar 
barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. 
183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin 
bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və 
satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. 


Fəsil 31. Sərbəst zona 
Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi 
184.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv 
edə bilər. 
184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və 
çıxış məntəqələrini müəyyənləşdirir. 
184.3. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış 
məntəqələri gömrük orqanlarının nəzarəti altında olur. 
184.4. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri 
bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş 
qaydada gömrük nəzarətindən keçməlidirlər. 
184.5. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi 
əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin 
yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, 
markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər. 
Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət 
185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır. 
185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına 
müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata 
keçirilir. 
185.3. Müvafiq icra hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük 
nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu 
Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və 
məhdudiyyətlər müəyyən edə bilər. 
Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru 
altında yerləşdirilməsi 
186.1. Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim 
edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir: 
186.1.1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə; 
186.1.2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan 
mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə