Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə32/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   28   29   30   31   32   33   34   35   ...   50

186.1.3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların 
ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst 
zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə. 
186.2. Bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, 
sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilir: 
186.2.1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük 
proseduru altında yerləşdirilməyibsə; 
186.2.2. tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük 
proseduru altında yerləşdirilməyibsə. 
186.3. Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti 
məhdudlaşdırılmır. 
Maddə 187. Sərbəst zonada olan daxili mallar 
187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal 
oluna, habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilmir. 
187.2. Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər: 
187.2.1. sərbəst zonaya gətirilən daxili malların; 
187.2.2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili 
malların; 
187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların. 
Maddə 188. Sərbəst zonada olan xarici mallar 
188.1. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış 
gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük 
prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilmir. 
188.2. Bu Məcəllənin 188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq 
idxal gömrük rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə 
buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına maneçilik 
törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün buraxılış və ya 
müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb 
edilmir. 


Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması 
189.1. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və 
ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər. 
189.2. Gömrük ərazisinin digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü 
maddələrinin müddəaları tətbiq edilir. 
Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük 
statusu 
190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa 
gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu bu Məcəllənin 187.2-ci 
maddəsinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə 
təsdiq edilənədək xarici mallar hesab edilir. 
190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının 
alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi 
ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar 
hesab edilir. 
Maddə 191. Sərbəst zonanın ləğvi 
Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst 
zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət 
qədər vaxt verilməlidir. 
Fəsil 32. Xüsusi istifadə 
Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi 
192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru 
altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş 
qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən 
azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində 
istifadə olunur. 
192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun 
olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər 
vergisindən və aksizlərdən də azad edilirlər. 
192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində 
istifadə olunur: 


192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş 
mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, 
onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda; 
192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar 
təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün 
olduqda; 
192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla
prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə. 
192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq 
müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri 
nəzərə alınmalıdır. 
Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti 
193.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar 
ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük 
orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun 
məqsədi üçün kifayət qədər olmalıdır. 
193.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti 
idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil 
edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az 
və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 
193.3. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti 
idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun 
əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. 
193.4. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa 
çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar 
ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. 
Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə 
194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal 
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları 
və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında 
yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük 
rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə