Azərbaycan Respublikasının Gömrük Məcəlləsi


Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə35/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   31   32   33   34   35   36   37   38   ...   50

Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi 
Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa 
mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və 
təyinat yerində boşaldılmasını təmin etməkdir. 
Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər 
208.1. Təhlükəsiz ixrac sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz 
bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların 
müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır. 
208.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların 
qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir. Həmin 
qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və 
saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə 
bağlı tələblər də nəzərdə tutulmalıdır. 
Maddə 209.Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər 
209.0. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar 
təsdiq edilməlidir: 
209.0.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan 
malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya 
yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması; 
209.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin 
saxlanılması və yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda 
yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat 
vasitələrinə də şamil olunması; 
209.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan 
mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti: 
209.0.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük 
nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük 
orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat 
vasitəsinə görə məsul şəxsi; 
209.0.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük 
nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük 
orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini 
və ya istifadəçisini; 


209.0.3.3. Bu Məcəllənin 209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən 
şəxslər tərəfindən işə götürülmüş şəxsi. 
Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi 
210.1. Gömrük orqanları ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı 
əməliyyatların aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı müraciəti 
əsasında təhlükəsiz ixrac sxemini təsdiq edirlər. 
210.2. Gömrük orqanları təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının 
müəyyənləşdirdiyi hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında 
qəbul etdiyi yazılı qərarı barədə şəxsə bildiriş göndərir. 
210.3. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir. 
210.4. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri 
və qüvvəyə minmə tarixi göstərilən yazılı formada bildiriş göndərilməklə, gömrük 
orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv 
edilir. 
210.5. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac 
edən şəxsin əsaslandırılmış yazılı müraciəti olduqda da ləğv edilir. 
210.6. Təhlükəsiz ixrac sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə 
razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə 
bilərlər. 
Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının 
vurulması 
211.1. Bu Məcəllənin 208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları 
tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması 
həmin təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının 
vurulmasına mane olmur. 
211.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları 
tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı 
vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur. 
Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması 
212.1. Məcəllənin bu fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə 
təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq 
əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir. 


212.2. Məcəllənin bu fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən 
təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq 
əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur. 
Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması 
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda gömrük orqanları təsdiq 
etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar. 
Fəsil 37. Malların gömrük ərazisinə gətirilməsinin, bu ərazidən aparılmasının qadağan 
edilməsi və məhdudlaşdırılması 
Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının 
qadağan edilməsi 
214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və 
sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, 
heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji 
sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları 
nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı 
malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 
214.1.1. saxta kağız və metal pullar; 
214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə 
qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 
214.1.3. pornoqrafik materialları və ya əşyalar; 
214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. 
214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən 
aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq 
gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları 
gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır. 
214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün 
olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların 
saxlanc müddətinin son həddi 3 (üç) sutkadır. 
214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu 
Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir. 
Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının 
məhdudlaşdırılması 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə