Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 339,57 Kb.
səhifə38/51
tarix04.06.2022
ölçüsü339,57 Kb.
#88861
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
704-converted

Xalis risk dedikdə mənfı (ziyan, itki) və ya sıfır nəticə alın- ması imkanları baĢa düĢülür. Bu kateqoriyadan olan risklərə təbii, ekoloji, siyasi, nəqliyyat və kommersiya riskinin bir hissəsini (is- tehsal və ticarət) aid etmək olar.
Spekulyativ risk həm mənfi və həm də müsbət (uduĢ, mənfə- ət) nəticələr əldə edilməsi inıkanlarında ifadə olunur. Buna kom- mersiya riskinin digər növləri və maliyyə riskləri aiddir.
Meydana çıxmasının əsas səbəblərindən asılı olaraq riskləri aĢağıdakı qruplara bölmək olar: təbii, ekoloji, siyasi, nəqliyyat və kommersiya.
Təbii risklərə təbiətin kortəbii qüvvələrinin təsiri nəticəsində- ki itkilər riskləri aiddir. Məsələn, zəlzələ, yel, daĢqın, tufan epide- miya və s. nəticəsində baĢ verən iqtisadi zərərləri.
Ekoloji risk - ətraf mühitin çirklənməsi nəticəsində itki və ya əlavə xərclər çəkilməsi ehtimalı.
Siyasi risk - siyasi sistemin dəyiĢməsi, cəmiyyətdəki siyasi qüvvələrin yerinin dəyiĢməsi və siyasi qeyri-sabitliklə bağlı olan əmlak (maliyyə) itkiləri riski. Siyasi risklər ölkədəki sosial-siyasi situasiya və dövlətin fəaliyyəti ilə bağlıdır. Belə risklər təsərrüfat- çılıq edən subyektlərdən asılı deyildir. Bunlara inqilab, kütləvi ixtisaslar, müəssisələrin milliləĢdirilməsi, embarqo qoyulması, yeni hökümətin əvvəlki hökümətin öhdəliklərindən imtina etməsi və s. nəticəsində yarana biləcək itkilər ehtimalını aid etmək olar. Bu kateqoriyadan olan risklərə həmçinin qanunvericilikdəki dəyiĢikliklər (təsərrüfat fəaliyyətini tənzimləyən, məsələn vergi qanunvericiliyini, valyuta tənzimlənməsindəki qanunvericiliyi və s.) riskini də aid etmək olar.
Nəqliyyat riski. Bu müxtəlif nəqliyyat növləri ilə (avtomobil, dəmir yolu, dəniz, hava və s.) daĢımalarla bağlı olan itki ehtimalıdır.
Kommersiya riski - özündə təsərrüfatçılıq edən subyektlərin sahibkarlıq fəaliyyəti nəticəsində itkilərin yaranması ehtimalını əks etdirir. Sahibkarlıq fəaliyyətinin əsas növlərinə müvafıq olaraq bu qrup risklər, istehsal, ticarət və maliyyə risklərinə bölünür.
İstehsal riski - istehsaldakı boĢdayanmalar və ya istehsal pro- seslərinin dayandırılması, əməliyyatın yerinə yetirilməsi texnologi- yasının pozulması, xammalın və ya heyətin iĢinin keyfiyyətinin aĢağı düĢməsi və s. ilə bağlı olaraq itkilər və ya əlavə xərclər çəkilməsi ehtimalı.
Ticarət riski - tərəflərdən hər-hansı birinin müdaxilə öhdəliklə- rini yerinə yetirməməsi (məsələn, tədarük etməmə və ya əmtəə təda- rükünü vaxtında yerinə yetirməmə, ödəniĢlərin gecikdirilməsi və s.) üzündən itkilər və ya gəlir alınmaması riski.
Maliyyə riski - maliyyə resurslarının (pul vəsaitinin) itirilməsi ehtimalı ilə bağlıdır. Onlar iki növə bölünür: 1) pulun alıcılıq qabi- liyyəti ilə bağlı olan risk və 2) kapital qoyuluĢu ilə bağlı olan risk (investisıya riski).
Pulun alıcılıq qabiliyyəti ilə bağlı olan risk özü də iki yerə: inflyasiya və valyuta riskinə bölünür.
İnflyasiya riski - əldə edilmiĢ gəlirlər alıcılıq qabiliyyəti nöq- teyi-nəzərindən inflyasiyanın səviyyəsinin yüksək olması nəticəsin- də artmaq əvəzinə sürətlə qiymətdən düĢür.
Valyuta riski - xarici valyuta kursunun dəyiĢməsi ilə Ģərtlə- nən böyük itkilərlə bağlı olan risk. Bu növ risk xüsusilə mühümdür və eksport-import əməliуyаt1arı və valyuta qiymətləri ilə əməliy- yatlar keçirərkən qiymətləndirilməyi tələb edır.
Ġnvestisiya riskləri qrupu olduqca geniĢdir və özündə sistem, selektiv, likvidlik, кredit, regional, sahə, müəssisə və innovasiya risklərini birləĢdirir.
Sistem riski - hər-hansı bir bazarın konyukturasının bütöv- lükdə pisləĢməsi riski. Bu konkret investisiya obyekti ilə bağlı olmur və özündə həmin bazarları bütün qoyuluĢların (məsələn, fond, valyuta, daĢınmaz əmlak və s.) ümumi riskini birləĢdirir. Bu zaman investor ciddi itkilər vermədən onları geri qaytara bilmir. Sistem riskin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, ümumiyyətlə həmin növ aktivlərlə, məsələn, səhmlərlə bağlı iĢ qurmağa dəyərmi? Və yaxĢı olmazmı ki, həmin vəsaiti digər əmlak növünə, məsələn, daĢınmaz əmlaka qoyaq.
Selektiv risk - bu müəyyən bazarlarda investisiya qoyulacaq obyektin düzgün seçilməməsi üzündən baĢ verən itkilər və ya əldən verilmiĢ faydalar riskidir. Məsələn, qiymətli kağızlar portfelini formalaĢdırarkən fond bazarlarında olan mövcud qiymətli ka- ğızların düzgün seçilməməsi.
Likvidlik riski – obyektə investisiya qoyuluĢunu reallaĢdırar- kən onun keyfiyyətinin qiymətləndirilməsinin dəyiĢməsi ilə əlaqə- dar olaraq itki riski. Məsələn, hər hansı bir əmtəə, baĢınmaz əmlak (torpaq, tikili), qiymətli kağız, qiymətli metal və s.
Kredit işgüzar risk - borclunun öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar olan risk. Bu run nsqo misal olaraq kreditin qaytarılma müddətinin uzadılmasını və ya istiqrazlar üzrə ödəniĢlə- rin doldurulmasını göstərmək olar.
Regional risk - müəyyən regionların iqtisadi vəziyyəti ilə bağlı olan risk. Bu növ risk xüsusilə çoxməhsullu rayonlar üçün, məsələn, daĢ kömür və ya neft hasilatı, kofe və pambıq istehsal edən regionlar üçün xarakterikdir. Belə regionlar əsas məhsulun konyukturasının dəyiĢməsi (qiymətlərin düĢməsi) və ya rəqabətin kəskinləĢməsi nəticəsində ciddi iqtisadi çətinliklər hiss edə bilər.
Regional risk həmçinin ayrı-ayrı regionların siyasi və (və ya) iqtisadi separatizmi ilə əlaqədar olaraq meydana çıxa bilər.
Regional risklərin yüksək səviyyəsi, eyni zamanda bir sıra re- gionların iqtisadiyyatının ümumi depressiv vəziyyətindən (istehsalın aĢağı düĢməsi, iĢsizlik səviyyəsinin yüksək olması və s.) irəli gələ bilər.
Sahə riski - iqtisadiyyatın ayrı-ayrı sahələrinin spesifıkası ilə bağlı olan risk. Bu spesifıklik iki əsas amillə müəyyən edilir: 1) tsikilli enib-qalxmalara meyilli olması; 2) sahənin həyat tsiklinin mərhələləri. Bu əlamət üzrə bütün sahələri tsiklli enib-qalxmalara meyilli, az meyilli, həmçinin ixtisar olunan (ölən), sabit (yetgin) və inkiĢaf edən (gənc) sahələrə bölmək olar.
Müəssisə riski investisiya obyekti kimi konkret müəssisələrin fəaliyyəti ilə bağlıdır. Bu növ risklər bir çox cəhətdən regional və sahə risklərindən irəli gəlir. Lakin, bunlarla
yanaĢı müəssisədə təĢəkkül tapmıĢ davranıĢ tipi, konkret müəssisənin strategiyasi, menecmentin məqsədi və səviyyəsindən də irəli gələ bilər. Riskin bir səviyyəsi bazarda müəyyən vəziyyətə və sabit paya malik olan, daimi istehlakçıları (müĢtəriləri) olan, yüksək keyfiyyətli məhsulları (xidmətləri) olan və məhdud artım strategiyasını gözləyən mühafizəkar davranıĢ tipli müəssisələrə bağlı ola bilər. Digər risk dərəcəsi isə aqressiv, yeni, ola bilsin ki, yenicə yaradılmıĢ müəssisələrlə bağlı ola bilər.
Bunlardan əlavə müəssisə riski dələduzluq, fırıldaqçılıqla bağlı olan riski də özündə birləĢdirir. Məsələn, qiymətli kağızların kotirovkası zamanı investorların və səhmdar cəmiyyətlərin vəsaitlə- rini spekulyativ oyunlara cəlb etmək üçün yalançı kompaniyalar yaradılması.
İnnovasiva riski - yeniliyin, məsələn, iĢlənib hazırlanmasına əhəmiyyətli dərəcədə vəsait sərf olunmuĢ yeni əmtəənin, xidmət və ya texnologiyanın reallaĢdırılması və ya özünü ödəməməsi ilə bağlı olan risk.
Artıq yuxarıda qeyd edildiyi kimi əksər iqtisadi qiymətləndir- mələr və idarəçilik qərarları ehtimal və çoxvariantlı xarakter daĢı- yır. Buna görə də nə qədər xoĢagəlməz olsa belə səhvlər və düzgün olmayan hesablamalar adi hal kimi qaçılmazdır. Lakin, menecerlər mümkün olan riskləri həmiĢə nəzərə almağa, onun səviyyəsini aĢa- ğı salmağa və ehtimal olunan itkiləri kompensasiya etməyə cəhd et- məlidirlər. Riskin idarə edilməsinin (risk-menecmentin) mahiyyəti də məhz bundan ibarətdir. Risk-menecmentin baĢlıca məqsədi ən pis halda mənfəətin olmamasından ibarət olmalıdır, heç bir halda təĢkilatın müflisləĢib iflasa uğraması olmamalıdır. Beynəlxalq biz- nesi göstərir ki, əksər müflisləĢmələrin səbəbi menecmentdə bura- xılan qüsurlar və düzgün olmayan hesablamalardır. Ona görə də, sahibkarlar və menecerlər riskin effektli idarə edilməsinə xüsusi diqqət yetirməlidirlər.
Yol verilə bilən risk dərəcəsini qiymətləndirmək üçün gözlə- nilən itkilərin miqdarından asılı olaraq müəyyən risk zonalarını
fərqləndirmək lazımdır. Risk zonasının ümumi sxemini aĢağıdakı Ģəkildəki kimi təsvir etmək olar. (Ģəkil 7.2).




0 haqq-
hesab
haqq-
hesab
Öz
kapitalı




Yüklə 339,57 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə