Akademik teatr tarixi hadisələrə çağdaş estetik
münasibətlərini təcəssüm
etdirmək, mövzuya yeni münasibət baxımından Abdulla Şaiqin “Nüşabə”,
Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm”, Mehdi
Hüseynin “Nizami”, “Cavanşir”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Zeynal
Xəlilin “Qatır Məmməd”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran
Qasımov və Həsən Scyidbəylinin “Uzaq sahillərdə”, Nəriman Həsənzadənin
“Atabəylər”, Kamil Abdullayevin “Qeys və Leyli”, Kamal Abdullanın “Hərdən
mənə mələk də deyirlər...” dramlarının, onların yaradıcılıqlarının dramaturji
qolundan bəhrələnib.
Qocaman kollektiv günümüzün aktual
məsələlərinə cavab aramaq,
müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə
Cabbar Məcnunbəyovun “İldırım”, Rəsul Rzanın “Vəfa”, Adil Babayevin “Dağlar
qızı”, Məmmədhüseyn Təhmasibin “Bahar”, İmran Qasımovun “Arzu”, “Nağıl
başlananda”, İslam Səfərlinin ”Göz həkimi”, “Yol ayrıcında”, Seyfəddin Dağlının
“Mənziliniz mübarək”, Şıxəli Qurbanovun “Sənsiz”, Maqsud İbrahimbəyovun
“Ümid”, “Kərgədan buynuzu”, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”, Ramiz
Fətəliyevin “Vəkil neyləsin”, Əkrəm Əylislinin “Quşu uçan budaqlar”, “Yastı
təpə”, Nahid Hacızadənin “Qisas qiyamətə qalmaz”, “Məhəbbət yaşadır”, Rüstəm
İbrahimbəyovun “İstintaq”, Əli Əmirlinin “Ağqoyunlular və qaraqoyunlular”,
“Varlı qadın”, Elçinin “Ah, Paris... Paris!..”, “Mənim ərim dəlıdir”, “Poçt
şöbəsində xəyal” pyeslərinə müraciət edib.
Lirik-psixoloji aktyor oyun-üslubunun milli teatrda təşəkkülü və inkişafı ilk
növbədə İlyas Əfəndiyevin dramaturgiyası ilə bağlıdır. Yazıçı hələ 1940-1950-ci
illərdə qələmə aldığı “Atayevlər ailəsində”, “Bahar suları”, “İşıqlı yollar” dramları
ilə səhnəmizə realistik psixoloji iqlim gətirdi. “Sən həmişə mənimləsən” (1964)
tamaşasının yaranışı ilə lirik-psixoloji oyun tərzinin işıqlı yolu başlandı.
Qırx ilə yaxındır İlyas Əfəndiyev pyesləri
Akademik teatrda ən çox
oynanılan sənətkardır. Onun “Sən həmişə mənimləsən” (1964), “Mənim günahım”
(1965), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı
dağlarda qaldı” (1971), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1975),
“Xurşid banu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Şeyx Xiyabani” (1986),
“Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha
iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1996)
tamaşaları çağdaş aktyor nəslinin formalaşmasında mühüm rol oynayıb.
Şair-dramaturqlardan Bəxtiyar Vahabzadənin “İkinci səs”, “Fəryad”,
“Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən
qılınc” (“Göytürklər”); Nəbi Xəzrinin çağdaş mövzulu “Sən yanmasan...”, “Əks-
səda”, tarixi keçmişimizi təcəssüm etdirən “Mirzə Şəfi Vazeh”, “Mənsiz dünya”,
“Torpağa sancılan qılınc”, “Burla xatun”; nasir-dramaturq Anarın “Şəhərin yay
günləri”, “Təhminə və Zaur”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm...”, “Adamın
adamı” pyeslərinin tamaşaları rejissorların üslub axtarışlarında, janr və mövzu
rəngarəngliyində əhəmiyyətli olmuşdur.
* * *
Ötən əsrin sonlarında səhnə sənətimizin öndərləri, maarifçi ziyalılarımız
milli və əcnəbi mədəniyyətlərin qarşılıqlı təsirini gücləndirmək,
repertuarda mövzu
rəngarəngliyi, janr müxtəlifliyi yaratmaq, teatr həvəskarlarında aktyorluq
vərdişlərini formalaşdırmaq üçün dünya klassiklərinin,
çağdaş Qərb və rus
yazıçılarının pyeslərini tərcümə etməyə başladılar. Tərcümə ilə təkcə yazıçılar,
pedaqoqlar deyil, aktyor və rejissorlar da məşğul olublar. Bu ənənə indiyədək
davam edir. Eyni əsəri, məsələn, “Otello”, “Hamlet”, “Müfəttiş”... pyeslərini
dilimizə müxtəlif müəlliflər tərcümə ediblər.
Əsrimizin əvvəllərindən başlayaraq Bakıda
müxtəlif dilli, o cümlədən
Azərbaycan teatr tamaşalarının repertuarına Dövlət ciddi nəzarət qoymuşdu.
Oynanılmasına icazə verilmiş əsərlərin siyahısı hər il Peterburqdan və Tiflisdən
xüsusi möhürlü icazə kağızında gəlirdi. Onlardan kənara çıxmaq çox müşkül idi.
Tərcüməçilər də yalnız həmin siyahıdakı pyesləri dilimizə çevirə bilərdilər. Sərbəst
tərcümə olanda, yəni siyahıdan kənar müəllifin əsərini
azərbaycancaya çevirən
şəxs və ya onu tamaşaya qoymaq istəyən teatr dəstəsi mütləq Bakıda oturan
Qalabəyindən icazə almalıydı. Yalnız Qalabəyi pyesin bütün vərəqlərinə “icazə”
möhürü vurandan sonra o əsər tamaşaya qoyula bilərdi. Qalabəyilər də bir qayda
olaraq gəlmə ruslardan təyin edilirdi. Ümid qalırdı onun yanındakı azərbaycanlı
dilmancın həmin əsəri (azərbaycanca mətni) Qalabəyiyə necə təqdim etməsinə.
Bəzən razılıq almaq üçün aylarla vaxt gedirdi.
Bütün bu çətinliklərə baxmayaraq, Akademik teatrın yaradıcılığının
inkişafda olan bir şaxəsi məhz tərcümə pyeslərinin tamaşalarından ibarətdir.
Tərcümələri Akademik teatrın səhnəsində uğurla oynanılan,
müəyyən nailiyyətlərə
səbəb olan müəlliflərin adını və əsərlərin siyahısını yığcam halda nəzərinizə
çatdırıram:
Haşım bəy Vəzirov: “Otello” (Vilyam Şekspir), “İvan Qroznının ölümü”
(Aleksey Tolstoy).
Nəcəf bəy Vəzirov: Jan Batist Molyerin “Xəsis” komediyasını 1902-ci ildə
“Ağa Kərim xan Ərdəbili” adı ilə təbdil, fransız məzhəkəsi “Vəkil Pantaleni”ni
iqtibas edib.
Əbdürrəhim bəy Haqverdiyev: “Hamlet” (Vilyam Şekspir), “Soltan
Osman” (Fransua Volter), “Qəzavat” (S.Lonskoy), “Qazmaçılar” (Emil Zolya),
“Yəhudilər” (Yevgeni Çirikov).
Sultanməcid Qənizadə: “Əvvəlinci şərabçı” (Lev Tolstoy);
Abdulla Şaiq: “Maqbet” (Vilyam Şekspir).
Nəriman Nərimanov: “Müfəttiş” (Qoqol). Bu əsəri Mehdi Məmmədov,
M.Səlimbəyov, Sabit Rəhman, Kazım Ziya... da tərcümə ediblər.
Süleyman Sani Axundov: “Dəmirçi Gavə” (Şəmsəddin Sami), “Kapitan
Qrantın cocuqları” (Jül Vern), “Tom dayının koması” (Biçer Stou), “Kreçinskinin
toyu” (Nikolay Suxovo-Kobılin).
Ceyhun Hacıbəyli: “Pulsuzluq” (İvan Turgenev).
Mehdi bəy Hacınski: “Qaçaqlar” (Fridrix Şiller), “Evlənmə” (Nokolay
Qoqol).
Əli Səbri: “Əl Mənsur” (Henrix Heyne), “Əvvəlinci şərabçı” (Lev Tolstoy).
Hacıbaba Nəzərli: “Maqbet” (Vilyam Şekspir)