http://www.amu.edu.az
25 iyun 2014-ъц ил
4
Əhmədli Nərmin Cəfər qızı
Bakı şəhərində
anadan olub. Nəsimi
rayonunda yerləşən
42 saylı orta məktəbi
2008-ci ildə bitirərək
601 balla ATU-nun
I müalicə-profilaktika
fakültəsinə daxil
olub. Orta məktəbdə
rayon və şəhər
üzrə keçirilən olim-
piadalarda kim-
ya fənni üzrə iştirak edib və II yerə çıxıb.
Daxili xəstəliklərin propedevtikası kafedrasın-
dan “Arterial Hipertenziya” mövzusunda elmi
tədqiqat işi aparıb və diploma layiq görülüb.
Universitetdə keçirilən Alman Azərbaycan
Əməkdaşlıq Cəmiyyətində (GAMCA)
də ümumi cərrahiyyə istiqamətində iş-
tirak edib və diplomla təltif olunub.
Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi
ginekologiya ixtisası üzrə yüksək səviyyəli
mütəxəssis kimi yetişərək anaların və dünyaya
göz açan körpələrimizin sağlamlığı keşiyində
dayanmaqdır.
Əhmədova Ülkər Eldar qızı
2008-ci ildə Bakı
şəhərindəki 207
saylı orta məktəbi
əla qiymətlərlə
bitirərək 610 balla
Azərbaycan Tibb
Universitetinin (ATU)
II Müalicə-profilaktika
fakültəsinə daxil
olub. Universitetlərdə
təhsil aldığı
müddətdə müxtəlif
elmi konfranslarda
iştirak edib. 2009-cu ildə Tələbə Elmi
Cəmiyyətinin (TEC) 77-ci yekun elmi
konfransında qalib olduğu üçün diploma
layiq görülüb. II Mamalıq və ginekologiya
kafedrasında “Preeklampsiya və eklampsiya
perinatal nəticələr” mövzusunda elmi iş
götürüb və 2012-ci ildə TEC-in fakültə
konfransında qalib olub. 2012-2013-cü illərdə
Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq
Cəmiyyətinin (GAMCA) təşkil etdiyi
radiologiya, laparoskopiya üzrə keçirilən
treyninq kurslarında iştirak edərək müvafiq
sertifikatlara layiq görülüb. ATU-nun Tələbə
Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil
etdiyi “5 günlük rezident ol” layihəsində
iştirak edib və ATU TTK-nın Daxili xəstəliklər
kafedrasında tələbə-rezident olub. 2013-
cü ilin avqust ayında GAMCA-nın Summer
Medical School layihəsi çərçivəsində
Almaniyanın Mannhaym Universitet
Klinikasının damar cərrahiyyəsi şöbəsində
bir aylıq hospitasyon keçib. Bundan başqa
bir sıra nüfuzlu kurslarda iştirak edərək
sertifikatlar almışdır.
Arzusu Almaniyanın yüksək ixtisaslı
nüfuzlu klinikalarının birində rezidentura
təhsilini davam etdirməkdir. İnterventional
kardiologiya üzrə ixtisaslaşıb və ölkəmizdə
yeni inkişaf edən bu sahədə yaxşı
mütəxəssis kimi formalaşmaq və Hippokrat
andını rəhbər tutaraq doğma Vətənimizdə
insanların sağlamlığı keşiyində durmaq
niyyətindədir.
Fərzəlibəyova Mədinə Səlim qızı
1988-ci ildə Bakı
şəhərində anadan olub.
1995-2006-cı illərdə
Səbail rayonunun 160
nömrəli orta məktəbini
bitirib. 2006-cı ildə ATU-
ya qəbul olub və universi-
teti fərqlənmə diplomu ilə
başa vurur.
Rus, ingilis, italyan dillərini bilir. Bir sıra
beynəlxalq və ölkə daxilində keçirilmiş
tədbirlərdə, o cümlədən elmi simpozium və
tələbə düşərgələrində Azərbaycanı təmsil
edib.
2009-cu ildə AR üzrə Tədbirlər proqramı
çərçivəsində keçirilmiş “Reproduktiv sağlam-
lıq, o cümlədən HİV / AİDS təlimatçılarının
təlimi” kursunda iştirak edərək müvafiq ser-
tifikata yiyələnib. Bir sıra elmi nəşrlərdə və
mətbuat orqanlarında məqalələri dərc olunub.
Əfəndiyeva Günel Mustafa qızı
Bakı şəhərində ana-
dan olub. 2008-ci ildə
Nizami rayonundakı
N.Həmzəyev adına
238 saylı orta məktəbi
bitirərək 610 balla
ATU-nun I Müalicə-
profilaktika fakültəsinə
daxil olub. Orta
məktəbdə oxuduğu
zaman bir sıra olim-
piadalarda iştirak edərək müvəffəqiyyət qaza-
nıb. 2013-cü ildə Fransada Hematologiya üzrə
keçirilən konfransda iştirak edib və sertifikatla
təltif olunub. Universitetdə oxuduğu illərdə ATU-
nun Tələbə Elmi Cəmiyyətinin üzvü olub. Patoloji
fiziologiya kafedrasından “Şəkərli diabet və onun
qara ciyərə təsiri”, Daxili xəstəliklərin propedevti-
kası kafedrasından “Miokard infarktı” mövzusun-
da elmi işlər işləyib və diplomlarla təltif olunub.
ATU tələbə birliyinin hazırladığı “5 gün rezident
ol” layihəsində onkologiya üzrə rezident işləyib
və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov
tərəfindən sertifikatla təltif olunub.
Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi ixtisas
üzrə xalqına və vətəninə layiqli oftalmoloq-həkim
kimi xidmət etməkdir.
İbrahimli Ülkər İsaq qızı
Cəlilabad rayonunda ana-
dan olub. Nizami rayonundakı
214 saylı orta məktəbi 2008-ci
ildə bitirərək 630 balla ATU-
nun I MPF-nə daxil olub. Orta
məktəbdə kimya, xarici dil və
tarix fənni üzrə olimpiadaların
rayon və şəhər turlarında iştirak
edərək I və II yerə layiq görülüb.
2012-ci ildə Türkiyə Respubli-
kasında kardiologiya üzrə konfransda iştirak edib.
2012-ci ilin avqust ayında İstanbul Universitetinin
Tibb fakültəsində iş təcrübəsi keçib.
Universitetdə oxuduğu illərdə TEC-in üzvü
olub. ATU-nun tələbə birliyinin hazırladığı “5
gün rezident ol” layihəsində onkologiya üzrə
rezident işləyib və ATU-nun rektoru, akademik
Ə.Əmiraslanov tərəfindən sertifikata layiq görülüb.
Məqsədi ATU-nu bitirdikdən sonra təhsilini Alma-
niyada davam etdirmək, bacarıqlı mütəxəssis kimi
yetişməkdir.
Ahu Müjgan Onk
1990-cı ildə ziyalı
ailəsində anadan olub.
1997-2008-ci illərdə
T.İsmayılov adına 6
saylı məktəb-liseyi əla
qiymətlərlə başa vurub.
2008-ci ildə 580 balla
Azərbaycan Tibb Uni-
versitetinin Pediatriya
fakültəsinə daxil olub.
2008-ci ildə “Respub-
lika Olimpiadası”nda
biologiya fənni üzrə I yerə çıxıb.
Uşaqları sevdiyindən uşaq ixtisasını seçən
Müjgan ATU-da oxuduğu illərdə dərsdən
kənar bir çox ictimai fəaliyyətlərlə məşğul olub.
Məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissi-
yasının keçirtdiyi rezidentura pilləsində keçirilən
imtahanları uğurla keçməkdir.
Qaçaylı leyla Nofəl qızı
1
991-ci il dekabrın 26-da
Bakı şəhərində anadan
olub. 1998-ci ildə Bakı
şəhərindəki 176 saylı orta
məktəbin I sinfinə gedib.
2000-ci ildə isə II sinfi
bitirdikdən sonra imtahan
verərək birbaşa IV sinfə
keçib. Məktəbdə oxuyarkən
dəfələrlə fənn olimpiadala-
rında iştirak edib, riyaziyyat
fənni üzrə I yeri qazanıb-
dır. 2008-ci ildə Heydər Əliyevin 85 illiyinə həsr
olunmuş məktəblərarası olimpiadada I yeri tutub.
2008-ci ildə 685 balla ATU-nun I MPF-nə daxil olub
və Prezident təqaüdünə layiq görülüb.
Arzusu təhsilini davam etdirmək, savadlı həkim
olmaqdır.
Nağızadə Bilqeyis Elmir qızı
2008-ci ildə
Gəncə şəhərindəki
M.Mehdizadə adına
4 saylı orta məktəbi
bitirərək 590 balla
ATU-nun II Müalicə işi
fakültəsinə daxil olub.
Məktəbdə oxuduğu
illərdə olimpiadalarda
iştirak edib. Ingilis dili
üzrə keçirilən FLEX
müsabiqəsində və III kursda TEC-in konfran-
sında iştirak edib.
Bilqeyis rus, ingilis, türk dillərində sərbəst
danışır. Arzusu rezidenturaya qəbul olduqdan
sonra insanların sağlamlığı keşiyində dayan-
maqdır.
Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà
Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà