Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə62/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

downloaded from KitabYurdu.az
 
127 
hissəsi  olması  Stepan  Orbe lian inin  belə  b ir  məlu mat ı  ilə   təsdiq  olunur  ki,  Alban 
çarı Asvegen öz çar bayrağın ı Syuni yepiskopuna bağışlamışd ı. Müəllif daha sonra 
yazır ki, onlar (yəni sisaklar –  Q.  Q.) təkcə Syuninin yo x, həm də albanların (yəni 
alban çarlarının  - Q. Q.) əcdadlarıdır, hətta onlara (yəni albanlara – Q. Q.) nisbətən 
daha  qədimd ir  (30,  III  fəsil).  Əsərinin  V  fəslində  müəllif  ya zır  ki,  ― Ermənistanın 
əhalisindən əvvəl Syunilər dindar (yəni xristian – Q. Q.) o ldular (30, V fəsil). 
 
 
 
 
Sisakların  türk  olduğunu  göstərən  bir  fakt  da 
var. Alban tarixçisi Musa Kalan katlı yazır ki,  Sisaklar  Yafətin nəslinə  mənsubdur. 
Yafət  dedikdə  müəllif  türklə ri  nə zərdə  tutur,  çünki  müəllif  Ya fətin  oğlanla rı 
içərisində  Qamer  (türk  kimmerlər),  Maqoq  (skiflər  -  işkuzaylar)  və  Mada 
(madaylar)  adlarını  da  çəkir  (―Alban  tarixi‖,  III  kitab,  1  fəsil).  V  əsr  erməni 
tarixçisi  Moisey  Xorenasi  yazır  ki,  Syuninin  hakimləri  ermən i  yo x,  Sisak 
sülaləsindəndir (I kitab, 12-ci fəsil), yəni saklardır.   
 
 
 
 
 
 
 
Sisak  sülaləsindən  olan  hakimlər 
aranşahlar  adlanırd ılar.  I  əsrin   ortalarından  Alban  çarları  da  mənşəcə  Sisak 
nəslindən  olduqlarına  görə,  Aranşahlar  adın ı  daşıyırd ılar.  Albaniyada  bu  nəslin 
axırıncı  nümayəndələrini  VI  əsrdə  İrandan  Albaniyaya  gəlmiş  Mehranilər 
(Cavanşir  də  xristian  din ini  qəbul  etmiş  həmin  tayfadan  idi)  q ırmış  və  ona  son 
qoymuşdular. 
 
 
 
 
4. 
Azərbaycan 
ərazisində 
sakların  bir  hissəsi  Yu xarı  Qarabağda  məskunlaşmış  və  onların  adı  ilə  albanların 
dilində bu ərazi ―Art -Sa k‖ adını a lmışdı.  Qədim e rməni  mənbələrində Artsax kimi 
yazılan  bu  ad  türkcə  art  –  ―dağlıq  ərazi‖,  ―yüksəklik‖  sözündən  və  ―sak‖ 
etnonimindən ibarət olub. ― Sak yüks əkliy i‖, ya xud ―sak dağlıq  ə ra zisi‖  məna larını 
verir.  A.  N.  Qre k  mənbələrdə ki  Sakasena  əyalətini  Artsakla  lo kalizə  et mə kdə 
müəyyən  mənada haqlı  idi, ona görə ki, hər iki toponim sak etnonimi ilə bağlıdır. 
Yu xarıda  demişik  ki,  sakların  bir  h iss əsi  Arropatenanın  və  Albaniyanın 
həmsərhədində  düzənlikdə  məskunlaşmış  və  Balasakan,  yəni  ―Sak  dü zənliyi‖  adı 
yaranmışdı.  Deməli,  sakların   bir  h issəsinin  dağlıq   və  düzən   yerlərdə 
məskunlaş ması  ilə  ə laqədar  ola raq  hələ  eradan  əvvəl  Artsak  və  Ba lasakan 
toponimlə ri  yaran mışdır.  Hə m  də  nəzərə  a lmaq  lazımd ır  ki,  digər  Artsak  (― Sak 
yüksəkliy i‖)  Cənubi  Azərbaycan  ərazisində  -  Atropatenada  yerləşirdi.  Babək 
üsyanı  ilə  əlaqədar  hadisələrdə  bu  toponim  mənbələrdə  Arşak  qalası  kimi  qeyd 
olunmuşdur. Yaqut Həməvi yazır ki, Ərşəq Bəzzin yaxınlığında b ir dağdır (32, 12) 
həmin  toponim  Cənubi  A zərbaycanın  Qaradağ  əyalətində  Ərşə  maha lın ın  adında 
qalır. 
 
 
 
 
 
 
 
 
 
Şimali  A zərbaycan  ərazisində  qədimdə  sakların  məskunlaşdığı  bölgələr 
barədə demək istədiyimiz bu qədərdir. 
 
 
 
 
 
Azərbaycan  tarixşünaslığında  eranın  I  əsrin in  60-c ı  illə rində  Kürdən 
cənubda  Alban  çarlığın ın  əra zisini  əhatə  edən  yeni  dövlətin  yaran ması  proble mi 
hələ  tam  hə llin i  tapma mışdır.  F.  Mə mmədova  tərəfindən  belə  bir  fikir  ortaya 
atılmışdır  ki,  guya  I  əsrin  60-cı  illərində  hakimiyyətə  gəlmiş  çar  Ərən  Parfiyanın 


downloaded from KitabYurdu.az
 
128 
Arşakid  sülaləsindən  id i.  Bu,  tamamilə  səhvdir.  Əvvələn,  parfiyalıların  heç  də 
hamısı  İrandilli  deyild i.  Antik  müəllif  Po mpey  Troq  yazır  ki,  parfiyalıların  dili 
skiflərin  və  midiya lıların  ortasında  durur  (Pompey  Troq,  XI,  2,  I).  Hər  ha lda 
Parfiya  çarlığı  zamanında  yaşamış  bu  müəllif    Fəridə  Məmmədovaya  nisbətən 
farsları və arşakid ləri daha yaxşı tanıyırdı.  Sonrası da Arşakidlər sülaləsinin banisi 
olan Arşakın ad ı da heç  iranca deyil, türkcəd ir. Parfiya çarlarından Orod və onun 
sərkərdəsi  Suren  (monqolca  tseren,  türkcə  çurin  –  ―ayıq,  ehtiyatlı‖  sözündən) 
Pakor, Oroz və b. şəxs adları da qədim türkcədir.  Ço x gü man ki, e r. əv.  VII əsrdə 
yaranmış Sak çarlığı  Ermənistan və Şimali A zərbaycanı əhatə etmiş, lakin er. əv. 
IV  əsrdə  kiç ik  knyazlıq lara   parçalan mış dır.  Ondan  sonra  Ermənistanda  erməni 
ervanditlər,  Sisakanda  türk  sisakla r,  Kürdən  şima lda  türk  albanla r  ha kimiyyətə 
keçmişdilər. Eranın I əsrində Kürdən cənubdakı A zərbaycan torpaqları isə Aran adı 
ilə   Sisak  nəslindən  çar  Ərən in  hakimiyyəti  alt ında  keç miş,  sonra  da  Kürdən 
şimaldakı ərazidə bu çarlığa b irləşdirilmişdir. 
 
 
 
Sakların  İrandilli  sayılması  fikri  A zərbaycanın  hər  iki  h issəsində 
xalq ımızın  etnogenezi  prosesinin  tədqiqi  yolunda  bir  sipərə  çevrilmişdir.  İqrar 
Əliyev  son  məqalələrindən  birində  sakları  türk  hesab  edənləri,  o  sıradan  bu 
sətirlərin müə llifin i diletant, onların ya zdıqla rın ı is ə gülünc adlandırmışdır (52). Bu 
fikir  sonra  antropos  Rəbiyyə  Mə mməd mehdinin  a zə rbaycanlıla rın   etnogenezinə 
dair əsərimiz haqqında rəyində də təkra r ed ilmişdir.  Qoy desinlər, qorxu lu heç nə 
yoxdur; qorxu  A zərbaycan xa lqının  tarixindən ara lıda  duranlar, onun bostanına kol 
dibindən  daş  atanlar  üçündür,  unudurlar  ki,  fə rdlər  gəlib-gedərdirlər,  xalq  isə 
həmişə yaşayacaqdır, de məli, fərd lərin hər birinə ayrı-ayrılıqda ən düzgün qiyməti 
xalq ın özü verəcəkdir. 
 
 
 
 
 
 
 
   
 
 
 
 
 
 
 
V fəsil 
 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə