downloaded from KitabYurdu.az
123
arqumentli cavab verə bilmirlə r.
Əvvəla, qeyd edək ki, əgər Sisakan əyaləti ermənilərin qədimdən
məskunlaşdığı əra zi o lsaydı, onda sakların etnik adını daşıma zdı. İkincisi, Siuni
hakimləri Aranşahlar adın ı daşıma zdılar. Üçüncüsü, ―Alban tarixi‖nd ə yazılır ki,
Alban kilsəsi ilə ermən i kilsəsi arasında 607-c i ildən ixt ila fla r kəskinləşdikdə
siunilər e rməni kilsəsindən aralanaraq albanlara qoşulmuş və Alban kilsəsinin
tabeliyinə keç mişdi (―Alban tarixi‖ , s. 217, 220). Ermənilərin Sisakana gəlməsi
VIII əsrdən sonra ərəb xəlifəsin in alban kils əsinin erməni kilsəsinə tabe etməsindən
sonra başlanmışdır.
Sisakan toponimi ―Si‖ və ―Sakan‖ (Balasakan toponimində olduğu kimi)
hissələrindən ibarətdir. ―Sakan‖ ko mponenti Sak etnonimin ə və - an şəkilç isinə
ayrılır. Deməli, bu ad ―Si sakları‖ mənasını verir və indiyədək Ermənistanda
Sisyan rayonunun adında qalır. Adın birinci ko mponenti olan ―Si‖ sözü Sisakanda
hakimiyyətdə olmuş bir süla lənin ad ıdır (191). Başqa sözlə, Si sülaləsi sakla rın
içərisində bir tayfanın ad ı idi. Qədim türklərdə Si (Çin mənbələrində Xi) tayfasının
adı məlu mdur (35, 65, 70, 71, 72, 77-180). Erkən orta əsrlərdə bu tayfa Altayda və
Tuva ərazisində Da lay-Nor gölü vadisində yaşayırdı. Göstərilir ki, Si tayfası orada
hunların bir qədim qolunun adıdır (35, 65). Gü man ki, Sak tayfalarından olmuş Si
tayfasının bir hissəsi Mərkəzi Asiyada qalmış və sonra hunların tərkibinə daxil
olmuş, sakların tərkibində olan hissəsi isə Sisakan adlanmış əyalətdə hakim
sülaləyə çevrilmişdir, yaxud sülalə sakların içərisində bu tayfanın əlində
cəmlən mişdir. Ona görə də burada məskunlaşmış saklar ―Si sakları‖ adlan mış və
beləliklə Sisakan adı yaran mışdır. Qədim erməni mənbələ rində və ―Alban
tarixi‖ndə Si-sakan etnonimi qısaldılmış şəkildə Sisak kimi yazılmışdır. Lakin
erməni mənbələrində ―Sisakan‖ adı çəkilmir, əvə zinə Syuni (əslində Siuni
olmalıdır, ―s‖ səsindən sonra ―i‖ səsinin düşməni və ―y‖ səsinin əlavə olunması
qədim ermən i dili əsasında baş vermişdir) ad ı verilir ki, bu da məhz yu xarıda
çəkdiyimiz Si etnonimindən və qədim erməni dilində mənşəcə Urartu dilinə aid
olan, yer və tayfa adla rına ə lavə edilən –uni şəkilçisindən ibarətdir.
De mə li, Urartu dilində ―uni‖ şəkilç isi e rməni d ilinə keç miş və Si
tayfasının (sülaləsini) adına əlavə ed ilmiş və nəticədə Siuni (qədim ermənicə
Syuni) adı yaran mışdır. Ermən i tədqiqatçıları Siuni adın ın mənşəyini tapa
bilmə mişlə r və ona görə bu adı Urartu mənbələrində Göyçə gölü ətrafının adı kimi
çəkilən Etiuni (qədim ermən i mənbələrində Uti) adı ilə eyniləşdirmişlər. Halbuki
Urartu mənbəində Et iuni (sonra qədim erməni mənbələrində -Uti) mü xtə lif mənşəli
adlardır və onların eyniləşdirilməsi səhvdir. Urartu d ilində Su-in i ―Su‖ mənbəi‖
(göl və s.), həm də ―Gö lətrafı (ərazi)‖ mənalarındadır, çünki bu toponim Urartu
dilindəki su ―su‖ və ―uni‖ şəkilç isindən ibarətdir. (ba x: И. И. Мещанинов.
Аннотированный словарь урартско го языка. с. 264, 265). Urartu d ilin ə aid ―su‖
sözü ermən i dilində ―sov‖ kimi qalmışdır və deməli, Göyçə gölünün ermən icə adı
olan ―Sevan‖hidronimi məh z Urartu dilindəki ―su‖ sözündəndir. Beləliklə, Urartu
downloaded from KitabYurdu.az
124
dilində ―Su-ini‖ (Göyçə gölü və onun ətraf əra zisi) ilə e rmən ilə rin Sisakana verdiyi
Syuni (əslində ―Si-uni‖ ) mü xtə lif mənşəli, la kin zahirən o xşar adlard ır, çünki
birincisində ―su‖ (göl, su), ikincisində Si (etnonim) ko mponentləri iştirak edir.
Aydın oldu ki, Sisakan toponimi ermənicə deyil və həm də bu adda
İran mənşəli ―kan şəkilçisi yo xdur. ―Alban tarixi‖ndə qeyd olunur ki, bu adı farslar
deyirlər. Buradan belə nəticə çıxır ki, Sisakan adında ―an‖ ş əkilçisi farscadır.
Sakların məskunlaşdığı bu bölgədə Si sülaləsinin hakimiyyəti er. əv.
başlanmışdır. Çünki eramızın I əsrin in 60-cı illərində Albaniyada hakimiyyətə
keçmiş Ərən (ermənicə yazılışda Aran və Eran) ―Alban tarixi‖ndə yazıld ığına görə
məh z Sisak süla ləsindən idi. Eranın əvvəllərində Ermən istan Parfiya dövlətin in
tərkib inə da xil edildikdən sonra Parfiya çarı öz qardaşı Va larşakı Ermənistana çar
göndərmiş. Valarşak isə Albaniyaya Sisak nəslindən Aran (Ərən) adlı bir nəfəri çar
təyin etmişdi. Bu radan aydın olur ki, Sisak sülaləsi I əsrdə artıq tanın mış hakim
sülalə id i. Ərən şəxs adının türkcə olması Sisak sülaləsinin türkmənşəli olduğunu
göstərən tutarlı faktlardan birid ir. Sisak sülaləsindən Ərəndən sonrakı çarların
adları məlu m deyil və ona görə də bu sülalədən o lan hökmdarların Albaniyada
hakimiyyətdə olduqları müddətin şəcərəsi bilin mir. La kin görünür, onların
hakimiyyəti IV əsrdən bu yana keçmir. V əsr e rməni tarixç isi Yegişe (Eq işe, V
fəsil) a lbanlarda çar nəslinin Qnuni adlandığ ını ya zmışdır (451-ci ildə Sasanilərə
qarşı üsyanda iştirak edən Alban hakimi Vahan bu nəsildən idi). Qnuni
etnonimindəki ―uni‖ sözü qədim ermən icə ya zılışda əlavə olun muş, əslən urartu
dilinə mənsub şəkilç idir. Eht ima l ki, ermən icə yazılışda təhrifə uğra mış ―qn‖ sözü
məh z ― Qun‖ ―hun‖ kimi bərpa o luna bilər və de mə li, hakimiyyətdə hun mənşəli
sülalənin olması ehtimal ed ilə b ilər. Həmin hun sülaləsi isə eranın əvvəllərindən
Albaniyanın şimal-şərqində yaşamaqda olan maskutlardan id i. Təsadüfi deyil ki,
Alban çarı Vaçe hakimiyyətdən əl çəkd ikdə məhz Maskut əyalətinə getmişdi.
IV əsrdə bütün albanlarla b irlikdə Sisakan əhalisi də xristian dinini qəbul
etmişdi. Bu sülalənin nümayəndələri ―Saklı‖ (ərəb mənbələrində ―Səhl‖) ləqəbini
daşıyırdılar. ―Səhl‖ (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn
Sunbat idi. O, Babə ki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi.
Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri ―məlik‖
adlanırdılar. Səhl ibn Sunbat da məlik id i və ―Kitabi Dədə Qorqud‖da Şöklü Məlik
(―Şəkili Məlik‖ adının təhrifi) ehtimal ki, məh z Şəki hakimi Səhl Sunbatdır. Qeyd
edilmə lidir ki, Bə zz qalasın ın hakimi, xürrə milə rin başçısı Cav idan da ərəb
mənbələ rində Cavidan ibn Səhlə k adlan mışdır. Cavidanın qəbrin in Zəngəzurda Pir-
Davidan adı ilə indiyədək qalması da bununla bağlıdır. IX əsr ərəb coğrafiyaçısı
İbn Xordadbeh Muğanın hakimin in Şəklə olduğunu yazır (I, 16).
Sisakan Alban çarlığı daxilində müstəqil xanədanı olan əyalət idi. Əhalisi
albanlarla etnik mənsubiyyətcə eyni olduğuna görə Sisakan A lbaniya ilə daha sıx
münasibətlərdə idi. A lban tarixçisi Musa Kalankatlı Syunidən maldarların öz
heyvan sürülərini Kür və Araz sahillərindəki q ışlaqlara gətirdiklərini yazmışdır
Dostları ilə paylaş: |