45
onların mürəkkəb ictimai-siyasi proqramını araşdırmağa çalışmışdır.
V.V.Bartold
1
və A.Y.Krımski
2
də bir sıra tədqiqatlarında bu
məsələyə toxunmuşlar.
1936-cı ildə "Görkəmli adamların həyatı" seriyasından
M.Tomaranın "Babək" kitabçası çapdan çıxmışdır. Geniş oxucu
kütləsi üçün nəzərdə tutulan bu kitabça mahiyyət etibarı ilə Xilafət
tarixində xürrəmilər hərəkatının rolu kimi mürəkkəb məsələni
həqiqətən elmi cəhətdən işıqlandırmaq üçün göstərilən ilk təşəbbüs
idi. Qeyd etmək lazımdır ki, M.Tomaranın əsəri də xürrəmilər
hərəkatına qiymət verilməsində hələ ona qədər buraxılmış bir sıra
səhvləri təkrar edirdi. Lakin biz xalqımızın tarixinin diqqətəlayiq
səhifələrindən birinin tədqiqi işində müəllifin böyük xidmətini inkar
edə bilmərik.
Böyük Vətən müharibəsi dövründə, Azərbaycan xürrəmiləri
haqqında kütləvi kitabçalar nəzərə alınmazsa, sovet tədqiqatçılarının
iki əsəri çapdan çıxmışdı
3
. Tədqiqat xarakteri daşıyan bu əsərlərdə
ilk mənbələrin məlumatı əsasında xürrəmilər hərəkatı tarixinin bir
sıra konkret məsələləri dəqiqləşdirilmiş, bu hadisənin Azərbaycan
xalqının tarixi ilə üzvi surətdə bağlı olduğu elmdə ilk dəfə olaraq
göstərilmişdir. Z.İ.Yampolskinin kitabçası
4
və Z.İ.İbrahimovun
dissertasiyasının
5
qiyməti də məhz burasındadır.
1
В.В.Бартольд. Историко-географический обзор Ирана, СПб., 1905;
yenə onun: К истории крестьянских движений Персии (Сб. "Памяти
Н.И.Караева"), Петроград, 1926.
2
А.Е.Крымский. Страницы из истории Северного или Кавказского
Азербайджана (классическая Албания). Шеки. Сб. "Памяти акад. Н.Я.Марра"
М.-Л., 1938.
3
Z.İbrahimov və Y.Tokarjevskİ. Azərbaycanlıların mərdliyi və
qəhrəmanlığı
haqqında. Bakı, 1943; Z.İbrahimov. Babək. Bakı, 1944.
4
Z.İ.Yampolski. Sitat gətirilən əsəri.
5
Z.İbrahimov. Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi.
Bakı, 1941.
46
1954-cü ildə İran alimi Səid Nəfisinin kitabı çapdan
çıxmışdır. Babək haqqında onun ilk əsərləri hələ 30-cu illərin
əvvəllərində yazılmışdı
1
. Həmin kitaba müəllifin əvvəllərdə yazdığı
məqalələri də daxildir. Bu kitab xürrəmilər və Babək haqqında orta
əsr mənbələrində olan məlumatların məcmusundan ibarətdir. Müəllif
özü də etiraf edir ki, kitabı tərtib etməkdə məqsədi "Babəkin həyatına
dair bizə gəlib çatmış təfsilatı bir yerə toplamaq" (səh.7) olmuşdur.
S.Nəfısinin əsəri ona görə böyük maraq doğurur ki, burada çoxlu
faktiki material toplanmış, həm də ilk müxtəlif mənbələrdən
götürülən bu materiallar çox diqqətlə bir-biri ilə tutuşdurulmuşdur.
Özündən əvvəlki bir sıra tədqiqatçılardan fərqli olaraq
S.Nəfisi xürrəmilərin mübarizəsini dini bir hərəkat kimi deyil,
azadlıq və istiqlaliyyət uğrunda xalqın mübarizəsi kimi
qiymətləndirir. Lakin belə bir faktı da qeyd etməyə bilmərik ki,
İranın digər müasir alimləri kimi S.Nəfısi də bu məsələdə
paniranizmə haqq qazandıraraq, Babəki "İran torpağının böyük
simalarından biri" (səh.3), "İranın adını əbədiləşdirən milli
qəhrəmanlardan biri'
1
(səh.7) adlandırır. S.Nəfısi belə hesab edir ki,
Azərbaycanın babəki-xürrəmilər hərəkatı milli Azərbaycan
xüsusiyyətlərindən məhrum olub, yalnız İran milli ruhu üçün
xarakterikdir (səh. 24-25)
2
.
Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə
Azərbaycanın göstərildiyinə baxmayaraq, S.Nəfisi oxucuya belə bir
fikir təlqin etməyə çalışır ki, xürrəmilər üsyanı İranda, İsfahanda
törəmiş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürrəmiləri
mübarizəyə qoşulmuşlar. Müəllifin qərəzkarlığı bundan görünür ki,
1
S.Nəfisi. Babek xürrəmdin, "Mehr" jurnalı, Tehran, 1312 (hicri), № 9, 19;
1313 (hicri), № 12; yenə onun: Babəkin ələ keçirilməsi ve edamı, Yenə orada,
1313 (hicri), № 1,3 (fars dilində).
2
"Babək xürrəmdin" məqaləsinin müəllifi Ehsan Təbəri də beləcə
paniranizm mövqelərində durur. Misal üçün, o yazır ki, Babək "Iran inqilabının
görkəmli qəhrəmanlarından biridir", "xürrəmilər hərəkatı İran xalqının ictimai
hərəkatı idi, və i.a. Ehsan Təbəri. Babək xürrəmdin. "Dünya" jurnalı, № 4, 1339 h.
47
Azərbaycan tarixində baş vermiş böyük bir hərəkatı açıq-aşkar
iranlılaşdırmağa cəhd edir (səh.28, 38-39).
Bütövlükdə S.Nəfisinin əsəri, bir sıra nöqsan və yanlış
cəhətlərinə, həmçinin nəzəri ümumiləşdirmələrin yoxluğuna
baxmayaraq, Azərbaycan xalqının qəhrəman oğlu Babək haqqında,
onun 20 ildən artıq rəhbərlik etdiyi xürrəmilər hərəkatı haqqında orta
əsr mənbələrindən götürülüb toplanmış mühüm məlumat verir.
İlk mənbələrin köməyi ilə biz "Babək ölkəsinin" paytaxtı
Bəzz qalasının yerini dəqiq müəyyən edə bilmişik; V.F.Minorski də
bizim bu barədəki nəticələrimizlə razıdır. Bu əsərdə biz xürrəmilər
üsyanının meydana gəlməsi, inkişafı və dağıdılması məsələlərini
təfsilatı ilə araşdırmağa çalışmışıq.
Babəklə Afşin arasındakı əlaqələrə dair materiallar da,
şübhəsiz, maraq doğurur. Afşinin, həmçinin daha sonrakı dövrlərdə
Usruşananın digər nümayəndələrinin Azərbaycandakı fəaliyyəti
N.Nemətovun əsərində
1
təsvir olunmuşdur.
Biz bu əsərdə, xürrəmilərin ərəb qoşunları ilə mübarizəsini
imkan daxilində müfəssəl təsvir edərək, Babəkin bir sərkərdə kimi
oynadığı rolu, onun ən mühüm vuruşmalarının gedişini və nəhayət,
üsyanın məğlub olmasının səbəblərini, həmçinin sonralar Xilafətdə
baş verən siyasi hadisələrə və xalq hərəkatlarına bu üsyanın təsirini
göstərmişik.
Əsərdə Azərbaycan tarixində görkəmli rol oynamış bəzi
hökmdarlar haqqında da məlumat verilmiş, habelə Azərbaycanda ilk
müstəqil sülalələr olan Məzyədi-Şirvanşahların və Sacilərin
fəaliyyəti göstərilmişdir.
Babək və xürrəmilər üsyanı haqqında ərəb dilindəki
mənbələrdən götürülən məlumatların tərcüməsi də əsərə əlavə
edilmişdir.
1
Н.Негматов. Усрушана в древности и раннем средневековье.
Сталинабад, 1957.