33
tarixinin bir sıra prinsipial məsələlərini işıqlandırır.
N.V.Piqulevskayanın tədqiqatları bizi bir daha inandırmışdır ki,
ərəblər Azərbaycanda yeritdikləri inzibati siyasəti və idarə sistemini
öz sələfləri olan Sasani və Bizans imperiyalarından əxz etmişdilər.
N.Adons
1
və K.Patkanovun
2
tədqiqatları da Azərbaycanın
ərəb istilası dövrü tarixini öyrənmək üçün qiymətlidir, çünki bu
tədqiqatlarda təkcə Ermənistanın deyil, Azərbaycan və Gürcüstanın
da daxili tarixi məsələləri işıqlandırılır. Azərbaycan tarixinin
tədqiqatçısı üçün görkəmli bizansşünaslardan F.İ.Uspenski,
Y.M.Kulakovski, A.A.Vasilyev, Q.Laskin və başqalarının əsərləri də
faydalıdır. Bu əsərlərdə Azərbaycan ərazisindəki dövlətlərin Bizans
ilə qarşılıqlı münasibətlərinin tarixinə, İran-Bizans müharibələri
zamanı Bizans qoşunlarının Azərbaycanda fəaliyyətinə, VII-IX
əsrlərdə Bizans imperatorlarının Azərbaycan hakimləri ilə qarşılıqlı
münasibətlərinə dair bir sıra maraqlı məlumat və müşahidə materialı
vardır.
VII əsrdə Albaniyada meydana gəlmiş antifeodal pavlikianlar
hərəkatı məsələsi Azərbaycan tarixində yeni problemdir.
Ermənistanın qədim əlyazmaları mühafızə olunan Matenadaranda
pavlikianlar haqqında mövcud əsərlər belə bir cəhəti müəyyən
etməyə imkan vermişdir ki, bu hərəkat məhz Albaniyada meydana
gəlmiş və buradan Ermənistan və Bizansa keçmişdir. Buna görə də
pavlikianlar hərəkatının guya Ermənistanda meydana gəldiyi barədə
bu vaxtadək mövcud olan mülahizə
3
əsassız sayılmalıdır.
1
Burada və sonralar qeyd olunacaq müəlliflərin əsərləri ədəbiyyat
siyahısında verilir.
2
К.П.Патканов. Опыт истории династии Сасанидов по сведениям,
сообщаемым армянскими писателями, ч. XIV, CП6., 1869.
3
Г.Мелик-Бахшян. Павликианское движение в Армении. Ереван,
1955; А.Г.Иоаннисян. Очерки истории армянской освободительной мысли, т.
1. Ереван, 1957 (erm.dilində); С.Т.Еремян. Раннефеодальная культура
Армении. Очерки истории СССР, III-IX вв., М., 1958
34
Q.M.Bartikyanın əsəri də pavlikianlar hərəkatına həsr
olunmuşdur, Müəllifin gətirdiyi sənədlərə (Partav kilsə yığıncağının
706-707-ci illərdə qəbul etdiyi qərarlar) əsasən bu hərəkatın meydana
gəldiyi tarixi və yeri müəyyən etmək olar.
T.İ.Ter-Qriqoryanın Azərbaycan Elmlər Akademiyası Tarix
İnstitutunun elmi arxivində saxlanılan "Azərbaycan III-VII əsrlərdə",
Moisey Kalankatuklunun "Alban ölkəsinin tarixi məsələsinə dair"
dərc olunmamış əsərlərində ərəb istilasından əvvəlki Azərbaycan
haqqında bir çox maraqlı məlumat vardır.
Ərəb istilasından əvvəlki Azərbaycanın orta əsrlər
şəhərlərinin həyatına dair məsələləri tədqiq etmək üçün Azərbaycan
tarixçiləri və arxeoloqlarından Y.A.Paxomov, Q.M.Aslanov,
Q.M.Əhmədov, İ.M.Cəfərzadə, S.M.Qazıyev, R.M.Vahidov və
Z.İ.Yampolskinin əsərlərindən istifadə etmişik. Qazıntılar zamanı
əldə edilən materiallara həmçinin mənbələrə əsasən müəyyən
edilmişdir ki, Qafqaz albanlarının gürcü və erməni yazıları ilə ümumi
əlamətləri olan öz yazısı olmuşdur. Qeyd etmək lazımdır ki, bu
məsələnin öyrənilməsində akademiklərdən A.Q.Şanidze, Ş.Abuladze,
L.M.Melikset-Bek və Z.İ.Yampolskinin böyük xidməti olmuşdur.
K.V.Treverin əsəri eramızdan əvvəl IV əsrdən eramızın VII
əsrinə qədər Albaniyanın tarixi və mədəniyyəti aspektlərinin
öyrənilməsinə həsr edilmişdir. Əsər ona görə maraq doğurur ki,
burada ölkənin tarixi və arxeologiyasına dair materiallar birlikdə
toplanmışdır. Bir sıra nəticələrinin mübahisəli olmasına baxmayaraq,
K.V. Treverin kitabı Azərbaycanın (Albaniyanın) orta əsrlər tarixi ilə
maraqlananlara lazımi kömək göstərə bilər.
Öz əsərlərində Azərbaycanın ərəb istilasından əvvəlki
dövrünün tarixinə diqqət yetirən xarici tarixçilərdən, Sasanilər
imperiyasının tarixinə dair böyük bir tədqiqatın müəllifı olan
Q.Raulinsonu, "Sasanilər zamanında İran" əsərinin müəllifi
A.Kristenseni, "Sasanilər dövründə Qafqaz və Ermənistanın hərbi
cəhətdən müstəmləkəyə çevrilməsi" adlı məqalənin müəllifi
C.Kramersi, "Bizans imperiyasının tarixi" çoxcildli əsərinin müəllifı
Ş.Lebonu, "Atropatenada Roma və Bizans müharibələri" adlı
məqalənin müəllifi V.Minorskini, Qafqazdan Bizans ərazisinə
35
mühacirət etmiş, pavlikianlar haqqında məqalə yazmış Q.le Strenci
göstərmək olar.
Vyanada çıxan "Handes Amsoria" jurnalının redaktoru
mxitarist N.Akinyan bütün xarici tədqiqatçılar arasında xüsusi
mövqe tutur. İllərdən bəri N.Akinyan Moisey Kalankatuklu
(Dasxuranlının) "Ağvan tarixi"ni tənqidi surətdə təhlil edən
məqalələr yazır. Bir cəhəti qeyd etməmək haqsızlıq olardı ki,
N.Akinyan Qafqazda qriqoryan kilsəsinin ilkinliyi məsələsinə dair
yazılarında məsələdən dərindən baş çıxardığını göstərir, fıkrini isbat
etmək üçün hətta mümkün olmayan hər şeyi edir. Özünün hər bir
yeni məqaləsində N.Akinyan daha faydalı işlərdə tətbiq olunmağa
layiq böyük məharət və dəqiqliklə orta əsr "yalançılarının", yəni
Albaniya tarixinin müstəqil inkişafı lehinə danışmağa cüzi də olsa
səy göstərmiş tarixçi və xronika müəlliflərinin əleyhinə çıxır.
Albaniya tarixçisi Moisey Kalankatuklu haqqındakı bütün
məqalələrində N.Akinyan tarixi həqiqəti təhrif etməyə çalışır ki,
bizim bəzi müasir tədqiqatçılar da təəssüf ki, bundan istifadə edirlər.
Misal üçün, N.Akinyan belə hesab edir ki, "Ağvan tarixi"nin
müəllifi Moisey Kalankatuklu, demək olar ki, bütün hadisələri
erməni müəlliflərinin əsərlərindən sadəcə olaraq köçürmüşdür və
buna görə həmin mənbə əhəmiyyətsiz bir şeydir. Daha sonra
N.Akinyan “Ağvan tarixi"nin müəllifini bir çox hadisə və
şəxsiyyətləri özündən uydurmaqda ittiham edir. N.Akinyan bunların
sırasına alban knyazı Cavanşiri də daxil edərək iddia edir ki,
"ümumiyyətlə belə bir knyaz heç olmamışdır".
Lakin N.Akinyanın məqalələrində Gürcüstan katolikosu
Kürion və Albaniya katolikosu Viro haqqında maraqlı məlumatlar
vardır; müəllif bu məlumatı Vyanada mxitaristlər kitabxanasında
saxlanılan nadir əlyazmalarından götürmüşdür.
Azərbaycan əhalisinin bir qisminə islam dininin, digər
qisminə isə qriqoryan dininin qəbul etdirilməsi ciddi məsələlərdəndir.
Ərəb istilasına məruz qalmış ölkələrdə islam dininin yayılması
haqqında istər tədqiqat xarakteri daşıyan, istərsə də kütləvi xarakterli
bir çox əsər yazılmışdır. Ərəb istilasına qədər Azərbaycan əhalisinin
bir qismi (cənubda yaşayanlar) atəşpərəst; digər qismi isə (şimalda
Dostları ilə paylaş: |