5
Sonralar təkcə azərbaycanlılar adı ilə məşhur olan ümumi
etnik qrup əsərdə şərti olaraq ümumi termin mənasında "türklər"
deyə adlandırılmışdır.
Marksizm-leninizm klassiklərinin əsərləri: müxtəlif ictimai
iqtisadi formasiyaların məhsuldar qüvvələri və istehsal münasibətləri
haqqındakı nəzəriyyə, xalqların əmələgəlmə prosesləri məsələlərinə
dair müddəalar və xüsusilə dissertasiyanm mövzusuna çox yaxın
olub Şərqdəki feodalizmə, Şərq istibdad hakimiyyətinin vəzifələrinə
və Şərq əkinçiliyində irriqasiyanın roluna dair marksizm leninizm
klassiklərinin fıkirləri bu əsər üçün metodoloji əsas olmuşdur.
Bu əsər, sovet şərqşünaslığı ilə xarici şərqşünaslığın ən yeni
tədqiqat nəticələri nəzərə alınaraq, müxtəlif dillərdəki geniş
mənbələri öyrənmək əsasında yazılmışdır. Sitat gətirilən ərəb
mətnləri rus transkripsiyası ilə verilmişdir. Şəxs adları, terminlər və
coğrafı adlar əlavə işarələr qoyulmadan sadə şəkildə verilir.
Müəllif əsərin müzakirəsində iştirak etmiş aşağıda adları
çəkilənlərin hamısına təşəkkürünü bildirməyi özünə borc bilir: tarix
elmləri doktorları Y.A.Belyayev və Z.V.Ançabadze, tarix elmləri
namizədləri O.A.Əfəndiyev, R.M.Vahidov, Z.İ.Yampolski,
M.S.Nemətova, filologiya elmləri namizədi P.A.Qryazneviç,
Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Orta əsrlər
şöbəsinin və Azərbaycan Dövlət Universiteti Azərbaycan tarixi
kafedrasının əməkdaşları, institutun elmi arxivinin müdiri Ş.Əliyeva
və Azərbaycan SSR Elmlər Akademiyası kitabxanalarında mövcud
olmayan əsərlərin fotomikrofimlərini çıxarmaq üçün müəllifin
sifarişlərini yerinə yetirməkdə ona böyük kömək etmiş SSRI EA
Asiya Xalqları İnstitutunun Leninqrad şöbəsi elmi kitabxanasının
elmi katibi V.B.Tretyakova.
6
* * *
"Azərbaycan VII-IX əsrlərdə" kitabı ilk dəfə 1965-ci ildə
Azərbaycan Elmlər Akademiyası nəşriyyatı tərəfmdən rus dilində
nəşr olunmuşdur.
1965-ci ildə rusca nəşr olunmuş mətnlə hazırkı nəşrin mətninin
məzmunu demək olar ki, eynidir. Yalnız Xürrəmilər hərəkatının
rəhbəri Babək haqqında əldə edilmiş yeni məlumat bu kitaba əlavə
edilmişdir.
Ziya Bünyadov
Bakı, 1989-cu il
7
I FƏSİL
MƏNBƏLƏRİN VƏ İSTİFADƏ EDİLMİŞ
ƏDƏBİYYATIN XÜLASƏSİ
VII əsrin birinci yarısının sonlarında qüdrətli Sasani imperiyası
yenicə meydana gəlmiş Ərəb xilafəti qoşunlarının zərbələri altında
süqut etdi. Bu imperiyanm tərkibinə daxil olan bütün ölkə və
vilayətlər Atlantik okeanı sahillərindən Hindistan və Çinə qədər
uzanıb gedən yeni böyük dövlətin bir parçası oldu.
Azərbaycan Xilafət tərəfindən işğal edilərək onun tərkibinə iki
əyalət - Azərbaycan və Arran əyalətləri şəklində daxil edildi. Buna
görə də Azərbaycan ərəb salnaməçiləri və coğrafiyaşünaslarının
diqqətini cəlb etmişdi. Azərbaycanın VII-IX əsrlər tarixinə dair mate-
rialların çoxu məhz onların əsərlərindədir. Bundan əlavə, gürcü və
Bizans müəlliflərinin, habelə erməni dilində yazan müəlliflərin
əsərləri də Azərbaycan tarixinin mənbələrindəndir. Biz həmin
əsərlərdəki materialları tənqidi surətdə müqayisə etdikdən sonra
Azərbaycanın tarixinə, iqtisadiyyatına, siyasi vəziyyətinə, həmçinin
sosial-iqtisadi həyatının digər sahələrinə dair çox az məlumat əldə
edə bildik.
Azərbaycanın VII-IX əsrlərdəki vəziyyəti haqqında fıkir
yeritməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun
(Dasxuranlı)
1
"Ağvan tarixi" əsəridir.
"Ağvan tarixi" əsərinin adına ilk dəfə Ermənistan katolikosu
Ananiya Mokatsinin (943-967) Xaçenə gəlməsi ilə əlaqədar olaraq
təsadüf edilir. Katolikos Xaçenə 958-ci ildən az sonra Hagiq
1
X əsr müəllifi M.Kalankatuklunun "Ağvan tarixi", qədim erməni dilindən
tərcümə edəni К.Патканов. CПБ., 1861 ;The History of the Caucasian Albaians by
Mouses Dasxuranci. Trans by C.J.F.Dowsett. London. 1961. Sonralar rus və ingilis
dillərinə tərcümələrin səhifələri birlikdə göstəriləcəkdir.
8
Albaniya katolikosu olarkən (948-962) gəlmişdi
1
. Hagiq xəbər verir
ki,"elə əvvəldən olduğu "Ağvan tarixi"ndə yazıldığı kimi, ("орпес ев
ер и скзбане леал ев каргеал и патмут'еан Агуаниц") Müqəddəs
Qriqori adından onu Albaniya katolikosu etmişdir. Hagiq bu tarix
kitabını yazmağa başlayanda eşitmişdi ki, Albaniya Ermənistandan
qabaq xristianlığı qəbul etmişdir; ancaq Ermənistan katolikosu bunu
yazmağa icazə verməmişdi. Ananiya demişdi ki, bu kitab səhih deyil,
çünki "Albaniya - arxiyepiskopluq, Ermənistan isə -
katolikosluqdur". "Tarix" təsadüfən erməni katolikosunun əlinə düşür
və o tələb edir ki, "[albanların] xristianlığa qəbul olunması haqqında
orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək
arzusunda olduğumuz məlumatı (зор сиреак' орум ев цангордн
еак', тесут'еан) həmin “Tarix"dən tapsınlar". Sonra Ananiya bu
tarixdən aşağıdakı parçanı oxudu: "Apostol Bartolomey və apostol
Faddeydən 266 il sonra, Ermənistan padşahı Trdatın 17-ci ilində və
Albaniya padşahı Urnayrın (hakimiyyəti günlərində) Surean Paxlav
Arşakuni nəslindən olan erməni maarifçisi Müqəddəs Qriqori həmin
apostollar tərəfındən taxta çıxarıldı; Ermənistan və Albaniya
padşahları olan Trdat və Urnayr isə bu zaman hələ də bütpərəstlikdə
qalmaqda davam edirdilər"
2
.
Bildiyimiz kimi, bu, "Ağvan tarixi"ndə yoxdur.
Stepannos Orbelian eyni hadisələri təsvir edərək deyir ki,
Ananiyanın məsləhəti ilə "Ağvan tarixi"nə son dərəcə diqqətlə əlavə
edilmişdi ki, Albaniyada ilk yepiskop Albaniya padşahı Urnayrın
xahişi ilə Ermənistan maarifçisi Müqəddəs Qriqori tərəfindən bu
rütbəyə təyin olunmuşdu; onlar [albanlar] 440 il ərzində erməni taxt
tacının müti benefısiyaları vəziyyətində qalmışdılar; Albaniya
katolikosları ermənilərin əli ilə bu dini rütbəyə çatırdılar, çünki bu
erməni [arxiyepiskopları]-patriarx, onlar [albanlar] isə - arxiyepiskop
1
Bax X.Дадеан. Apapaт, 1896, cтp. 22-25; H.Aкиньян. Moвсес
Дасхуранци (по проэванию Каганкатваци) и его "История Агван". Андес
Амсореа. Вена, 53, стр.13-15.
2
X.Dadean. Sitat gətirilən əsəri, səh. 25.
Dostları ilə paylaş: |