Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə78/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   74   75   76   77   78   79   80   81   ...   112

181
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
gün  sonra  aldıqları  yaralardan  öldülər.  Onlarla  qurtardıqdan  sonra 
ermənilər məndən qızıl tələb etdilər. Məndə qızıl olmadığını dedikdə, 
bir erməni xəncərini mənim üstümə qaldırdı və məni vurmaq istədi, 
lakin xəncər qapıya dəydi və mən qadınlara tərəf qaçdım. Burada mən 
arvadımın qızıl zinət əşyalarını götürərək erməniyə verdim. Ermənilər 
getməyə  hazırlaşdıqları  zaman  başqa  erməni  dəstəsi  gəldi  və  onlar 
da pul və qızıl tələb etməyə başladılar, lakin biləndə ki, yoldaşları hər 
şeyimizi əlimizdən alıblar, onlarla birlikdə çıxıb getdilər. Dördüncü gün 
bizi yığıb məscidə apardırlar ki, onların başçısı Amazasp bura gələcək. 
Lakin  o,  gəlmədi,  və  ancaq  beşinci  gün  Axund  Molla  Hacı  Babanın 
yanına gəldi. Onlar əl verib görüşdülər, hərçənd Axund əlini könülsüz 
uzatdı. Axund Amazaspı məzəmmət etməyə başladı ki, ermənilər bu 
qədər çox müsəlmanı qətlə yetiriblər, cürbəcür zorakılıq və yanğınlar 
törədirlər  və  onları  qarətçi  və  quldur  adlandırdı  və  dedi  ki,  onlar 
əsla bolşevik deyillər, çünki bolşeviklər həyatı bəxş edirlər, onlar isə 
əksinə, alırlar. Amazasp özünə bəraət qazandırmağa başladı və dedi 
ki, ona bütün qubalıları məhv etmək, şəhəri isə, Şirvanda (Şamaxıda) 
olduğu  kimi,  tamamilə  yandırmaq  tapşırılmışdı,  amma  o  bizə  rəhm 
etdi, və qətlləri dayandıracağına söz verdi. Lakin qətllər davam edirdi. 
Ermənilər qarət etdiklərinin hamısını arabalara doldurdular və harasa 
göndərdilər. Bir dəfə ermənilər məni küçədə saxladılar və qarət etmək 
istədilər, mən dəstədə olan yerli erməni Yaqubun yanımdan keçdiyi-
ni görərək, ondan məni müdafiə etməsini xahiş etdim. O ermənilərin 
üstünə  qışqırdı,  və  onlar  məni  buraxdılar,  amma  o,  uzaqlaşan  kimi 
məni  soydular.  Ermənilər  xeyli  adam  öldürüb,  küllü  miqdarda  pul 
və qiymətli şeylər, habelə mal və ev əşyalarını qarət etdilər, xeyli ev 
yandırdılar və doqquzuncu gün çıxıb getdilər. Mən küçələrdə əlləri və 
burunları kəsilmiş kişi meyitlərini görmüşəm. Amazaspın dəstəsində 
adını çəkdiyim Yaqubdan başqa Quba ermənilərindən Qriqorinin oğlu 
Vartanı, bərbər Cavadı, Mirzə Əmircanovu (onun tüfəngi yox idi), Aru-
tyunu, Mirzəcanın qaynını görmüşəm. Ermənilər, dediyim  192 misqal 
qızıl və pullarımdan başqa, mənim 2000 rubl məbləğində ev əşyalarımı 
qarət ediblər. Əlavə daha heç nə deyə bilmirəm. 
Oxundu. Savadsız. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 54-55


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
182
Sənəd № 65
Dindirmə protokolu
 1918-ci il. 19 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu, 7 yaşlı, savadsız.
Ermənilər  şəhərə  gələndə  biz  bütün  qohumlarımızla  birgə 
Sitarə  nənəmin  bağında  gizləndik.  Oraya  15-ə  yaxın  tüfənglərlə  və 
xəncərlərlə silahlanmış erməni gəldi və bizim hamımıza atəş açmağa, 
süngülərlə deşməyə və xəncərlərlə doğramağa başladılar. Bu qayda 
ilə onlar Sitarə nənəni, Hacı Ağa babanı, mənim atamı, bacımı, körpə 
Soltan Nisəni, dördyaşlı qardaşımı, südəmər körpə Məmməd Paşanı, 
Heybət əmini, onun beş yaşlı oğlu Qasımı, Əli Mərdan dayını, Ağa Baba 
əmini, Cəmilə xalanı öldürdülər. Anam sinəsindən yaralanmışdı, amma 
sağ  qaldı.  Məni  xəncərlə  sol  çiynimdən  vurdular  və  mən  meyitlərin 
arasına  yıxılaraq  özümü  ölülüyə  vurdum.  Mən  meyitlərin  arasında 
beş gün uzanaraq qaldım, lakin meyitlər iylənməyə başladıqda artıq 
dözə bilmədim, küçəyə çıxdım və qonşumuz Hacı Məmməd Tağıgilə 
getdim. Anam meyitlərin arasında dörd gün qalmışdı. O mənim sağ 
olduğumu bilmirdi və dördüncü gün tək çıxıb getmişdi.
Mən  ermənilərin  meyitləri  neçə  axtardıqlarını  görməmişdim, 
amma sonradan astarı çevrilmiş cibləri və yaxaları açılmış köynəkləri 
gördüm. Bizim evimizdən hər şey oğurlanmışdı. Mənim atam bərbər 
idi və biz onun qazancı ilə dolanırdıq, indi anamla mənim yaşamaq 
üçün  heç  bir  vəsaitimiz  yoxdur,  indi  biz  yalnız  yeganə  eşşəyimizin 
hesabına dolanırıq. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 58-58 digər üzü.


183
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 66
Dindirmə protokolu
 1918-ci il. 19 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komissiya-
sının  üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zəhra Yusif qızı, 20 yaşlı, Quba şəhəri sakini, savadsız.
Mən indicə dindirdiyiniz uşağın, İsmayıl Kərbəlayı Məmməd Tağı 
oğlunun  doğma  anasıyam.  Quba  şəhəri  hələ  ermənilər  tərəfindən 
tutulmamışdan qabaq, biz, dörd ailə, bütün daşınan əmlakımızı götü-
rərək,  atam  Yusifin  bağına  köçdük  və  orada  yaşayırdıq.  Ermənilər 
şəhəri tutandan sonra bizə tüfəng və xəncərlərlə silahlanmış 15-ə yaxın 
adam gəldi və heç bir səbəb olmadan və xəbərdarlıq etmədən dərhal 
mənim  atamı,  ərimi,  iki  qardaşımı  və  Heybət  dayını  qətlə  yetirdilər, 
mənim oğlum İsmayılı da xəncərlə çiynindən vurdular və o, ölü kimi 
meyitlərin  arasına  yıxıldı.  Sonra  ermənilər  bizi,  qadınları  toplayaraq 
həyətə çıxardılar və erməni qadınların harada gizlədildiyini soruşmağa 
başladılar. Biz cavab verdik ki, bilmirik. Onda ermənilər bizim dinimizi 
söyməyə və bizi öldürməyə başladılar. Mənə tüfəngdən atəş açdılar. 
Güllə qucağımdakı uşağa və mənim sinəmə dəydi. Mən artıq ölmüş 
körpə ilə yerə yıxıldım. Sonra məni süngü ilə sinəmə vurdular. Öldüyü-
mü düşünərək, məni xəndəyə atdılar və üstümü çör-çöplə örtdülər. 
Dördüncü gün mən oradan çıxdım. Anam, xalam, kiçik qardaşım Hacı 
Ağa, Heybətin beş yaşlı oğlu Həsən Ağa qətlə yetirilmişdilər. Oğlum 
İsmayıl sağ qalmış və 5-ci gün yaralı halda qonşuya getmişdir. Ermənilər 
evdən bütün qiymətli əşyaları və gümüş qadın bəzək şeylərini, habelə 
atamın buğdasını aparmışdılar. Ermənilər mənə ümumilikdə beş min 
rubl məbləğində ziyan vurmuşlar. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır. 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 59.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə