Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə86/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   82   83   84   85   86   87   88   89   ...   112

209
yoxdur. Bizə vurulmuş ziyanlar haqqında qərarı təqdim edərəm. Əlavə 
heç nə deyə bilmərəm. 
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 25
Sənəd № 101
Dindirmə protokolu
  
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bala-Əmi  Zülfüqar  oğlu,  46  yaşlı,  Quba  qəzası  Dəvəçi 
nahiyəsinin Siyəzən cəmiyyətinin starşinası, savadsız.
Mən üç kəndin: Nardaran, Qara Siyəzən və Ağ Siyəzən kəndlərinin 
daxil olduğu Siyəzən cəmiyyətinin starşinasıyam. Cəmiyyət dəmir yolu-
nun yaxınlığında yerləşən 250 evdən ibarət idi. Təxminən aprel ayının 
ortalarında  bizim  cəmiyyətə  Bakıdan  gəlmiş  silahlı  ermənilər  basqın 
etdilər, bir çox evləri yandıraraq kəndi dağıtdılar, daşınan əmlakın ha-
mısını  qarət  etdilər  darmadağın  etdilər  və  17  nəfəri  öldürdülər.  Biz 
onlarla atışdığımız üçün atışmada 10 nəfər, mədənlərdə də 10 nəfəri 
öldürdülər. Talançılardan heç kəsi tanımıram. Vurulan ziyan haqqında 
qərar  mənim  tərəfimdən  təqdim  edilmişdir.  Əlavə  heç  nə  göstərə 
bilmərəm. 
Oxundu. İmza.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 97, v. 47 
Sənəd № 104
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
210
Molla Seyfəddin Hidayət oğlu, 50 yaşlı, Quba qəzası Müşkür 
nahiyəsinin Qiblə Qrız kəndinin məhəllə mollası.
Mən  Quba  qəzasının  Müşkür  nahiyəsinin  Qiblə  Qrız  kəndinin 
məhəllə  mollasıyam.  Cəmiyyətimizə  200-ə  yaxın  evi  əhatə  edən  11 
kiçik kənd daxildir. Kəndlər dəmir yolunun 5 verstliyində yerləşmişdir. 
Amazaspın  başçılıq  etdiyi  ermənilərin  cəza  dəstəsi  Bakıdan  Qubaya 
gedərkən, bu dəstənin yalnız ermənilərdən ibarət olan bir hissəsi, aşağı 
körpüdə işləyən Nikolay adlı bir erməninin başçılığı ilə bizim cəmiyyətə 
hücum  etdi  və  onu  darmadağın  etdi:  təxminən  5  kənd  yandırılmış, 
qalanları isə talan edilmişdir. Əmlak oğurlanmış, həmçinin üç məscid 
və  iki  məktəb  yandırılmışdır.  Məscidlərdən  biri  məktəblə  eyni  bi-
nada  yerləşirdi,  o  bizə  vaxtilə  15  min  rubla  başa  gəlmişdi.  Ermənilər 
tərəfindən  10  nəfərədək  adam  qətlə  yetirilmişdir.  Yandırılmış  evlərin 
sayı  və  vurulmuş  ziyanın  həcmi  haqqında  qərarları  təqdim  etmişik. 
Əlavə deməyə sözüm yoxdur. 
Oxunmuşdur. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 77
Sənəd № 105
       
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şeyda Şıx Əli oğlu, 45 yaşlı, Quba qəzası Müşkür nahiyəsinin 
Qaraqurdlu cəmiyyətinin starşinası, savadsız.
Mən  yeddi  kəndin  daxil  olduğu  Qaraqurdlu  cəmiyyətinin 
starşinasıyam.  Talana  qədər  cəmiyyətdə  hər  iki  cinsdən  min  nəfərə 
yaxın əhalisi olan 128 ev var idi. Kəndlər hər iki tərəfdən dəmir yolu 
boyu yerləşmişdir. Bu il yazın sonunda yalnız ermənilərdən ibarət olan 
cəza dəstəsi Bakıdan Qubaya hərəkət edərkən müsəlman kənlərinə hü-
cum edir, onları dağıdır, yandırır, sakinlərini isə qırırdılar. Bu dəstə bizim 
cəmiyyətə də basqın etmiş, bütün kəndləri bünövrəsinədək yandırmış, 
yalnız bir neçə kənd salamat qalmışdır. Məscidə od vurulmuş və qismən 
yanmışdır, bütün daşınan əmlak qarət edilmişdir. Kənddə qaçmağa ma-


211
cal tapmamış 7 nəfər qalmışdı, onların hamısı öldürülmüşdür: bir hissəsi 
kəndin  özündə,  qalanı  isə  yollarda.  Mən  yandırılmış  evlərin  və  qətlə 
yetirilənlərin sayı, dəymiş zərərin həcmi haqqında məlumat vermişəm. 
Əlavə heç nə göstərə bilmərəm.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 88
Sənəd № 106
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı  Seyid  Əbdül  Xəlil  Hacı  Seyid  Əli  oğlu,  70  yaşlı,  Quba 
qəzası Müşkür nahiyəsi Seyidlər kəndinin sakini.
Quba  qəza  rəisi  Əli  bəy  dəmir  yolu  boyu  yerləşmiş  müsəlman 
kəndlərinin sakinlərini xəbərdar etmişdi ki, ermənilər müsəlman kəndlərinə 
hücum  edir  və  onları  dağıdırlar.  Biz  qadın  və  uşaqları  qabaqcadan 
təhlükəsiz  yerə  göndərdik,  özümüz  isə  erməniləri  qarşılamaq  və  onlar-
dan bizim kəndlərimizi talan etməməyi xahiş etməyi qərara aldıq. Amma, 
eşidəndə ki, ermənilər heç bir nümayəndələri qəbul etmir və çoxlu kəndləri 
və Xudat stansiyasını darmadağın ediblər, onların qarşısına çıxmadıq. Xu-
dat stansiyasında ermənilər mənə məxsus olan 23 dükanı və karvansaramı 
yandırdılar, dəymiş ziyan yüz min rubldan yuxarıdır. Seyidlər kəndi talana 
məruz qalmayıb. Əlavə heç nə göstərə bilmərəm. 
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f, 1061, s. 1, iş 97, v. 101
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə