Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə87/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   83   84   85   86   87   88   89   90   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
212
Sənəd № 108
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Rəsul Xamməd oğlu, 43 yaşlı, Quba qəzası Müşkür 
nahiyəsi Şollar kəndinin sakini, savadsız.
Mən  Quba  qəzasının  Şollar  kəndinin  ağsaqqalıyam.  Bizim 
kəndimiz,  Xudat  stansiyasının  1  verstliyində,  dəmir  yolu  xəttinin 
yaxınlığında yerləşir. Bizim kənddə tikililər və anbarlarla birlikdə cəmi 
16 ev var idi. Bolşeviklər dəmiryol xətti boyu yerləşən kəndlərə və Quba 
şəhərinə  basqın  edən  zaman,  biz  hər  şeyi  taleyin  hökmünə  qoyaraq 
öz  kəndimizdən  qaçdıq.  Bir  neçə  həftədən  sonra  geri  qayıtdıqda  isə 
kəndi  darmadağın  edilmiş  vəziyyətdə  gördük:  evlər,  anbarlar  və  bir 
neçə  digər  kəndlər  yandırılmış,  daşınan  əmlak  qarət  edilmişdi.  Biz 
bolşevikləri  görməmişik,  amma  onları  kim  görübsə,  danışır  ki,  on-
lar  yalnız  ermənilərdən,  yəhudilərdən  və  bir  neçə  rusdan  ibarət  idi, 
və  kəndləri  yalnız  ermənilər  yandırırdılar.  Bizim  kəndin  məscidi  də 
yandırılmışdır. Öldürülənlər yoxdur. Dəymiş zərərlər haqqında qərar bi-
zim tərəfimizdən təqdim edilmişdir. Əlavə heç nə göstərə bilmərəm. 
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 110 


213
Sənəd № 109
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məstan  Nəsir  oğlu,  41  yaşlı,  Quba  qəzası  Müşkür  nahiyəsi 
Aşağı Buduq kəndinin starşinası, savadsız.
Mən Aşağı Buduq kəndinin starşinasıyam. Bizim kəndimiz dəmir-
yol  xəttinin  4  verstliyində  yerləşir.  Kənddə  120  ev  var  idi.  Ermənilər 
Quba şəhərini talan edərkən, dəstənin bir hissəsi də bizim kəndimizə 
hücum  etdi.  Ermənilər  bizim  üç  həmkəndlimizi  qətlə  yetirdilər,  bü-
tün  ev  əmlakımızı  qarət  etdilər  və  bir  neçə  evi  yandırdılar.  Qadın  və 
uşaqları  öldürməmişlər,  çünki  biz  onları  əvvəlcədən  təhlükəsiz  yerə 
göndərmişdik.  Basqın  edən  ermənilərdən  heç  kimi  tanımıram  və 
adlarını bilmirəm, mənə yalnız o məlumdur ki, onlar Amazaspın dəs-
təsindən idilər. Dəymiş ziyan haqqında qərar mənim tərəfimdən təqdim 
ediləcəkdir.
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 113
Sənəd № 110
Dindirmə protokolu
1918-ci il. 22 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən  bəy  Şıxlarski,  40  yaşlı,  Quba  qəzası  Müşkür  nahiyəsi 
Şıxlar kəndinin sakini, savadlı. 
Bu il aprel ayının sonunda Amazaspın başçılığı altında erməni qoşun 
dəstəsi Quba şəhərinə yollanarkən bizim Şıxlar kəndinə hücum etmiş və 
onu  tamamilə  dağıtmışdır:  bütün  evlər  və  tikililər  yandırılmış,  daşınan 
əmlak qarət edilmişdir. Bundan başqa, həmin dəstə tərəfindən Xaçmaz 
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd sakinlərinin şahid ifadələri


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
214
stansiyası yanındakı qəsəbə də bazarla birlikdə dağıdılmışdır. Bizim bu-
rada yüzə yaxın tikilimiz var idi: evlər, dükanlar, anbarlar, saraylar. Dəstə 
bu  tikililərin  hamısını  yandırmışdır.  Bizim  evlərdən  və  tikililərdən  əlavə 
Xaçmaz stansiyası yanında digər şəxslərə mənsub olan tikililər və evlər 
də  yandırılmışdır.  Talançılardan  heç  birinin  adını  çəkə  bilmərəm,  çünki 
onlar  Amazaspın  dəstəsindən  olan  adamlar  idi.  Şıxlar  malikanəsini  və 
Xaçmaz stansiyasını darmadağın etməklə ermənilər mənə rublun indiki 
məzənnəsi ilə iki milyon rubldan artıq ziyan vurmuşlar. Mənim Şıxlar mül-
küm Qıraqlı cəmiyyətinə, Xaçmaz stansiyası isə Qaraqurtlu cəmiyyətinə 
daxildir. Bundan əlavə sözüm yoxdur. 
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: А.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, iş 97, v. 118 
Sənəd № 111
Dindirmə protokolu
1918-ci il. 21 dekabr, Quba şəhəri.
Azərbaycan  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat  Komis-
siyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq 
zərərçəkmiş qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ulubəy Xeyirbəy oğlu, 50 yaşlı, Quba qəzası Müşkür nahiyəsi 
Susay kəndinin fəxri nümayəndəsi. Savadsız.
Mən  Susay  kəndinin  sakinlərinin  maraqlarını  təmsil  edirəm.  Bizim 
kəndimiz dəmiryol xəttindən yarım verst aralı məsafədə yerləşir. Kəndimizdə 
50 ev var idi. Quba şəhəri talan edildikdən sonra ermənilər Bakı şəhərinə 
qayıdanda, biz öz kəndimizdən qaçdıq. Ermənilər kəndi tutdu və dəmir 
yolu  bərpa  edilənədək  orada  qaldılar.  Onlar  bütün  kəndi  talan  etdilər, 
daşınan əmlakın hamısını oğurladılar, çıxıb gedəndə isə kəndi yandırdılar. 
30-a yaxın ev və məscid yandı. Sakinlərdən heç kim öldürülməmişdir. Bi-
zim tərəfimizdən yandırılmış evlərin və oğurlanmış əmlakın sayı haqqında 
məlumat təqdim edilmişdir. Əlavə heç nə deyə bilmərəm. 
Oxundu. Savadsızdır.
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: A.Novatski (imza) 
AR DA, f. 1061, s. 1, i. 97, v. 130


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə