Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə84/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   80   81   82   83   84   85   86   87   ...   112

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
200
Cəmi 550 (beş yüz əlli) nəfər. 
Quba şəhərinin 2-ci məhəlləsinin mollası Musa Rza Əsgərzadə. 
İmza (ərəb hərfləri ilə) 
23 dekabr 1918-ci il. 
AR DA, f. 1061, s. 1 iş 96, v. 79-85, 147-148
Sənəd № 77
Erməni dəstəsi və bolşeviklər tərəfindən öldürülənlərin
Siyahısı:
1. Məmməd Rəhimov
2. Məşədi Mirzə Əli Hacı Rəhimov
3. İsa Hüseyn Quluzadə
4. Ağaəli Şahbaz Mehrəlizadə
5. Əmin Mustafazadə
6. Məmməd Rəsul Mahmudzadə
7. Onun oğlu
8. Molla Qafur Məşədi Əfəndizadə
9. Musa Huvət oğlu
10. Əbdül Əhəd Əbdül Qasım oğlu 
11. Almas Baba oğlu
12. Molla Seyfəddin Molla İsmayıl oğlu 
13. Süleyman Axundzadə
14. Hafiz Danilzadə
15. Məmməd Rəsul Bayram oğlu 
 Erməni dəstəsi və bolşeviklərin hücumu nəticəsində Quba 
şəhərinin  100-dən  çox  sakini  qorxudan  ölmüşdür.  Bunlardan 
başqa,  ermənilər  və  bolşeviklər  tərəfindən  300  nəfər  naməlum 
gəlmə insanlar öldürülmüşdür ki, onların meyitləri hər qəbirdə 
50 nəfər Quba şəhərində basdırılıb.
AR DA, f. 1061, s. 1 iş 96, v. 120,140 


201
Sənəd № 82
Dəymiş zərər haqqında 
Ərizə
23 dekabr 1918-ci il
(Sənəd ərəb hərfləri ilə Azərbaycan dilində tərtib edilib) 
Tərcümə:  Hacı  Əbdül  Xalıq  Hacı  Məmməd  oğluna  aşağıda 
göstərilən məbləğdə zərər dəymişdir: 
nağd pul – 6000 rubl
ev avadanlıqları – 12.000 rubl 
qızıl – 60.000 rubl 
dükandan mal və pullar – 40.000 rubl 
60 baş mal-qara – 120.000 rubl 
arı pətəyi – 100 ədəd. – 12.000 rubl 
40 pud buğda – 5000 rubl 
2 qutu çay – 10.000 rubl 
20 pud şəkər – 12.000 rubl 
un – 5000 rubl 
Cəmi: 390.000 rubl.
1 bağban, 1 işçi öldürülüb
Hacı Əbdül Xaliq (imza ərəb hərflərilə)
AR DA, f. 1061, s. 1, iş 96, v. 69
Sənəd № 85
 
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına 
Quba şəhər və qəza axtarış şöbəsinin 
rəisi Məcid Kazımovdan 
Ərizə
Komissiyaya  bildirməyi  vacib  hesab  edirəm  ki,  Quba  şəhərinə 
gəlmiş  Amazasp  başda  olmaqla  erməni  Cəza  dəstəsi  tərəfindən 
mənim  əmimin  bağda  yerləşən  evi  tamamilə  yandırılmışdır.  Mən 
və  mənim  bütün  ailə  üzvlərim  həmin  evdə  qalırdıq  və  bütün  ev  və 
qiymətli əşyalarımız bu evdə yığılmışdı. Həmin əşyalardan mən heç 
nəyi xilas edə bilmədim. Hər şey elə yanıb kül olub ki, mən və ailəm 
Quba şəhərinin talan edilməsi haqqında sənədlər 
Quba şəhər sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
202
demək olar ki, lüt qalmışıq. Mənə yüz min rubldan çox ziyan vurulub 
və mən bunu lazım olan hər vaxt sübut edə bilərəm.
24.ХП.1918.
Axtarış şöbəsinin rəisi: İmza
AR DA, f. 1061, s. 1, iş 96, v. 120 
Sənəd № 86  
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına 
Quba şəhəri Pristavının köməkçisi 
Musa Kazımovdan 
Ərizə
Komissiyaya  bildirməyi  şərəf  hesab  edirəm  ki,  Quba  şəhərinə 
gəlmiş  Amazasp  başda  olmaqla  erməni  Cəza  dəstəsi  tərəfindən 
mənim xüsusi mülküm tamamilə yandırılmışdır, əmim Qasım Kazımov 
öldürülmüşdür. Mən ailəmi Rustov kəndinə göndərməyə elə ancaq 
macal  tapmışdım  ki,  yarım  saatdan  sonra  şəhəri  mühasirəyə  aldılar, 
atəşlər açıldı, qətlər və qarətlər başlandı. Bu zaman mən və mənim 
qaynım Axund Molla Hacı Babagilə qaçdıq, çünki onun evində xeyli 
adam vardı. Mən bu vaxt heç qaloş da geyməyə fürsət tapmadım. Eləcə 
corabda qaçdım. Nə qədər ev əşyası, qadın, kişi paltarı, qızıl, gümüş 
qadın  zinət  əşyaları,  hətta  azyaşlı  uşaqların  paltarları  və  həmçinin 
quru meyvə, qoz-fındıq, lavaş dolu anbar, müxtəlif qab-qacaq... Deyə 
bilərəm ki, 200.000 rubla yaxın.
AR DA, f. 1061, s. 1, iş 96, v. 121


203
Sənəd № 93
Quba şəhərində Fövqəladə Təhqiqat Komissiyasına 
Quba şəhərinin sakini Kərbəlayı Salah 
Məşədi Məmməd Bağır oğlu Bağırovdan 
Ərizə 
Mart hadisələrindən sonra, aprel ayında, Quba erməni əsgərləri 
tərəfindən talan edildiyi vaxt, heç bir təqsirim göstərilmədən,  mənim 
də (əmlakım) qarət olunmuş və yandırılmış, bununla da mənə böyük 
həcmdə  ziyan  vurulmuşdur.  Oğurlanmış  əmlakın  siyahısını  təqdim 
edirəm: 
(siyahıda 42 adda müxtəlif əmlak - ev əşyası, paltar, zinət əşyaları, 
nağd pul və s., hər birinin qiyməti ayrılıqda göstərilməklə, sadalanır). 
 Hələ yanğın vaxtı mənim dükanlarımda gümüş və mis pullar – 
1770 rubl (min yeddi yüz yetmiş rubl) və kağız pullar – 4000 rubl (dörd 
min) yandırılmışdı. 
Cəmi: 87 180 rubl (səksən yeddi min yüz səksən rubl)
Kərbəlayı Salah Məşədi Məmməd Bağır oğlu Bağırov
Savadsızdır, onun öz şəxsi xahişi ilə onun yerinə Həbib M.Salah 
oğlu Bağırov imza etdi.
4.02.1919-cu il.
AR DA, f. 1061, s. 1, iş 96, v. 132
 
Quba şəhərinin talan edilməsi haqqında sənədlər 
Quba şəhər sakinlərinə vurulmuş zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
204


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə