Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə82/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   78   79   80   81   82   83   84   85   ...   112

193
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 72
Dindirmə protokolu
 1918-ci il. 29 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının 
üzvü  Novatskinin  Cinayət  Prosessual  Məcəlləsinə  uyğun  olaraq  şahid 
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Mən, Molla Hacı Baba Axundzadə, 60 yaşlı, daimi olaraq Quba 
şəhərində, müvəqqəti olaraq isə Bakı şəhərində Təzə Pir məscidinin 
yaxınlığında yaşayıram.
Mən Quba şəhərinin Axunduyam. Bu ilin aprel ayında Quba şəhərinə 
David Gelovaninin başçılığı altında bolşevik dəstəsi gəldi. Gelovani şəhərin 
nümayəndələrini  yığıncağa  topladı  və  məni  və  Əbdürrəhman  Əfəndi 
İmamı da zorla oraya gətirdilər ki, biz də başqaları ilə birlikdə bolşevik 
hakimiyyətini tanıyaq. Biz qorxu altında bolşeviklərə tabe olduq, lakin, nə 
mən, nə də Əbdürrəhman Əfəndi İmam bolşevizm ideyasının Şəriətə zidd 
olmadığını iddia etməmişik. Gelovani bolşevik qaydalarını tətbiq etməyə 
başladı. O, Qubaya gələn kimi, Quba həbsxanasına salınmış erməniləri, 
onlara  qarşı  heç  bir  təhlükə  görmədiyi  üçün,  həbsxanadan  buraxdı. 
İş  orasındadır  ki,  Bakı,  Şamaxı  şəhərlərində  və  Şamaxı  qəzasında  baş 
vermiş  qanlı  mart  hadisələrindən  sonra,  fürsət  düşən  kimi  varlanmağa 
can  atan  bəzi  qarafikirli  müsəlman  şəxslər  bu  hadisələrdən  də  istifadə 
edərək  Qubada  yaşayan  ermənilərə  hücum  etmiş  və  onları  qarət 
etmişdilər. Ağıllı və tədbirli müsəlmanlar, ermənilərin həyatına görə nara-
hat olduqlarından, ermənilərin hamısını bir yerə toplayaraq onları etibarlı 
mühafizə  altında  həbsxanada  təcrid  etdilər.  Ermənilər  cəmi  200  nəfərə 
yaxın idi. Onların arasında qadın və uşaqlar da var idi. Elə həmin erməniləri 
müsəlman tərəfindən heç bir təhlükə gözləmədiyi üçün Gelovani azad 
etmişdi. Bir neçə gün sonra ətraf kəndlərin ləzgiləri bolşevikləri Qubadan 
qovmaq  qərarına  gəldilər,  şəhəri  mühasirəyə  aldılar  və  bolşeviklərlə 
atışmaya girdilər. Bolşeviklər şəhəri tərk etməli oldular. Onlar gedərkən 
şəhərdə olan və əksəriyyəti ermənilərdən ibarət bütün xristianları özləri 
ilə apardılar. Bu adamlardan bir hissəsi geri çəkilərkən öldürüldü, çün-
ki atışma dayanmırdı. Bu hadisələrdən on gün sonra, may ayının 1-də 
yalnız ermənilərdən ibarət olan və adı məşhur Amazaspın başçılıq etdiyi 
toplarla  və  pulemyotlarla  silahlanmış  “cəza  dəstəsi”  ləzgilər  tərəfindən 
öldürülmüş ermənilərə görə qubalıları cəzalandırmaq üçün Qubaya gəldi. 
Dəstə şəhərə gündüz girmişdi. 


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
194
Ermənilər  elə  ilk  hücum  vaxtı  müsəlmanları,  qadın  və  uşaqları 
amansızlıqla  və  qəddarlıqla  öldürməyə  başladılar.  Onlar,  küçələrdə  və 
meydanlarda  olanların  hamısını  qətlə  yetirdikdən  sonra,  evlərə  soxu-
laraq,  südəmər  körpələrə  belə  rəhm  etmədən,  bütöv  ailələri  qırırdılar. 
Bundan  əlavə,  ermənilər  müsəlmanların  qızılını,  pulunu  və  qiymətli 
əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, onlar evlərə 
və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər küçələrdə, 
evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir neçə gün 
müsəlman qanı içməkdən doymurdular.
Dördüncü  gün  Amazasp  məscidin  qarşısındakı  meydana  gələrək 
orada  yığılmış  əhaliyə  müraciət  edəndə,  onun  çıxışından  mənim 
yadımda  yalnız  o  qaldı  ki,  Amazasp  qubalılardan  ləzgilərin  öldürdüyü 
ermənilərin qisasını alır. Mən şəxsən Quba şəhərində törətdiyi vəhşiliklərə 
görə  Amazaspın  gözünün  içinə  baxaraq  danladım.  Amazasp  və  onun 
ətrafındakılardan  heç  kim  deməmişdir  ki,  onlar  bir  çox  müsəlmanlara 
mənim çoxlu erməni qadınlarını xilas etdiyimə görə rəhm etmişlər, çün-
ki  mən  erməni  qadınlarını  xilas  etməmişəm.  Mənə  yaxşı  məlumdur  ki, 
Qubada yüzdən çox qadın və qızlara qarşı təcavüz edilmişdir, lakin onların 
adlarını bilmirəm, çünki valideynləri və qohumları onları gizlədir: bizdə 
adət belədir, anlayış belədir. Mən Amazaspın dəstəsində Quba ermənisi 
qəssab  Arutyunu  görmüşəm,  soyadını  bilmirəm,  və  daima  Amazaspın 
yanında  idi,  mən  digərlərini  də  görmüşəm,  amma  onların  adını  və 
soyadlarını  bilmirəm.  Xatırlayıram  ki,  Amazasp  öz  nitqində  belə  dedi: 
“Mən buraya Şirvanda olduğu kimi, sizi məhv etməyə və sizin şəhərinizi 
yer üzündən silməyə gəlmişəm, amma sizə rəhm etdim”. 
Oxundu. İmza (ərəb hərfləri ilə) 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza) 
Əlavə olaraq göstərirəm ki, Quba şəhərinin talan edilməsi zamanı 
Amazaspın dəstəsinin əsgərləri mənim mənzilimin qapı və pəncərələrini 
qıraraq,  min  rubl  nağd  pulumu  və  üç  min  rubl  dəyərində  əşyalarımı 
aparıblar. Qarətçilərin adını və soyadını deyə bilmərəm.
Oxundu. İmza (ərəb hərfləri ilə) 
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın sədri: Ə.Xasməmmədov (imza)
Fövqəladə Təhqiqat Komissiyasının üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, i. 96, v. 113-114


195
2-ci hissə
Quba şəhəri sakinlərinə vurulmuş
zərərlər haqqında sənədlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
196
Sənəd № 74
1 may 1918-ci il tarixində
erməni milli alayının hücumu nəticəsində
Quba şəhərinin 2-ci hissəsinin sakinlərinə dəyən zərərin
Siyahısı
45
 
1.  Hacı Cəfər Mirzəyev – daşınan və daşınmaz əmlak, ikimərtəbəli 
    15 otaqlı ev və hər birinin öz gözü olan 6 dükan –, 80 yaşlı 
    qardaşım Məşədi Heybətin evi və digər avadanlığı talan 
    edilib, dəyən zərərin ümumi məbləği – 800.000 rubl.
2. Musa Əlirza Əsgərzadə (2-ci məhəllənin mollası) – ev, ev 
    avadanlıqları və kitabxana (400 cild kitab ) yandırılıb, 
    dəyən zərərin ümumi məbləği – 15.000 rubl.
3. Məşədi Əbdül Xaliq Kərbəlayı Hacı Qədir oğlu – ev, ev 
    avadanlıqları – 200.000 rubl, içində 225.000 rubl dəyərində mal 
   olan dükan və mağaza talan edilib.
4. Mirzə Asif Əlibaba oğlu, anası Xanım Turab qızı yaralanıb – ev 
    avadanlıqları, iri mal-qara, ümumi dəyəri 10.000 rubl ərzaq 
    məhsulu talan edilib.
5. Məmməd Rza Məmmədov – ev avadanlıqları, iribuynuzlu 
    qaramal, dərzi dükanı alətlərlə birlikdə qarət edilib – 
    ümumi məbləğ 20.000 rubl.
6. Məşədi Abbas Qulu Səməd oğlu – ev avadanlıqları və baqqal 
    malı ilə birlikdə ev yandırılıb – 44.000 rubl. 
7. Məşədi Hüseyn Qulu Sultanov – ev avadanlıqları ilə birlikdə  
    ikimərtəbəli ev, anbarda 12 çetvert quru meyvə, 3 gözlü 
    böyük mağaza və 1 qeyri-yaşayış evi – cəmi 1.500.000 rubl.
8. Hacı Hüseynin oğulları – Məmməd Hüseyn və Əli Asif – 2 ədəd 
    ikimərtəbəli ev, anbardan dəyərində arşın malı və ərzaq 
    məhsulu oğurlanmışdır, cəmi – 100.000 rubl.
9. Məşədi Allahqulu Həsənov – ev avadanlıqları, dərzi dükanı 
    alətlərlə birlikdə, cəmi – 20.000 rubl.
10. Əli Hüseyn Məlik oğlu – nağd pul və ev avadanlıqları, ümumi 
     dəyəri – 5000 rubl.
11. Hacı Molla İbrahim Axund – ev avadanlıqları və ərzaq 
      məhsulları, ümumi dəyəri – 30.000 rubl.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə